Ardını oxu...
DİA.AZ: - İmişlidə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin yaşadıqları binanın suyu kəsilib.

DİA.AZ bildirir ki, rəsmilər bunu yığılıb qalmış 17 min manat borcla əlaqələndirirlər. Sakinlər isə bildirirlər ki, mənzillərinə sayğac qoyulub, istehlak etdikləri suyun dəyərini ödəyirlər.

Buna görə borcun nədən yaranmağı onlara məlum deyil, müraciət etdikləri dövlət orqanları bununla bağlı onlara dəqiq məlumat vermirlər.

Daha ətraflı aşağıdakı videoreportajda:



Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyindən isə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, nikahın ləğvi, etibarsız sayılması barədə məhkəmə qətnaməsindən çıxarış dərhal “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

Ümumiyyətlə, öncəki illərlə müqayisədə son illər rəsmi nikaha daxil olanların sayında azalma var.

Maraqlıdır, nikahı stimullaşdırmaq üçün hansı addımlar atılmalıdır?

TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, gənclər arasında evlənməyə maraq azalır:

"Əvvəlcə buna cavab tapmaq lazımdır ki, gənclər niyə evlənmək istəmir? Xüsusilə, karyera qurmaq adı ilə irəli yaşlara qədər evlənməməyə çalışırlar. Karyera qurmaq yaxşıdır, həm ölkənin gələcəyi, həm gənclərin savadlılığı, həm də iqtisadi cəhətdən tamamilə asılı olmamaları baxımdan alqışlanası addımdır.

Amma ailə qurmaqla karyera qurmağı eyni anda etmək olar. Biri digərinə mane olmamalıdır. Təəssüf ki, bəzi mental dəyərlərə görə, ailə qurandan sonra qızların karyera məsələsi ikinci plana atılır. Bundan əlavə, rəsmi nikah bağlamadan evlənən insanlar da var. Gənclərin nikaha marağının azalması özünü statistikada göstərir".

Onun sözlərinə görə, əvvəlcə genefondun artırılmasında gənclərdə maraq yaradılmalıdır:

"Uşaqpulu" verilmir, xüsusi imtiyazlar yoxdur, ailə quran gənclər evsizdir. Yəni, onlara bu kimi məsələlərdə stimul lazımdır. Yeni ailə quranlara güzəştli şərtlərlə ev təşkil etmək, doğulan uşaqlara görə "uşaqpulu"nu bərpa etmək lazımdır.

Mexanizm hazırlansa, stimullaşdırıcı çox təklif vermək olar. Biz narahatıq, amma hökumət bundan narahat deyil. Əgər narahat olsa, genefondun təhlükədə olduğunu bilsə, hökumətdən bir tərpəniş, cəhd hiss edərdik. Amma biz bunu görmürük, hiss etmirik. Yenə də özümüz deyirik, özümüz yazırıq, özümüz oxuyuruq".
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aprelin 4-də orta aylıq pensiyanın beynəlxalq dollar ifadəsində MDB, Gürcüstan və Ukrayna üzrə müqayisəli sıralamasında Azərbaycanın 2-ci yerdən 1-ə yüksəldiyini açıqlayıb. Bu, “sosial islahatlar nəticəsində pensiyalarda artım dinamikasının nəticəsi” kimi qiymətləndirib: “Eyni zamanda, ölkəmiz minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti (AQP) əsasında hesablanmış dollar ifadəsində həmin sıralamada ilk yeri tutmaqda davam edir”.


Nazirliyin təqdim etdiyi cədvələ əsasən, Azərbaycanda minimum pensiya 165, orta pensiya isə 249 dollardır. Alıcılıq qabiliyyətinə görə isə bu məbləğ, müvafiq olaraq, 424 və 663 dollar təşkil edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Turan”a məsələni şərh edərkən bildirib ki, nazirlik həmin göstəricini yayıbsa, deməli, rəsmi statistikaya müraciət edir: “Həm də MDB məkanında digər ölkələrlə müqayisədə bizdə alıcılıq qabiliyyəti yüksəkdir”.

Deputat əlavə edib ki, Azərbaycan dövləti sosialyönümlü siyasət həyata keçirir: “Büdcəmiz artdıqca təqaüdlər, maaşlar artır. Hesab edirəm ki, bu ilin özündə də yeni bir sosial paketinin şahidi olacağıq. Büdcəmiz artdıqca biz xüsusilə pensiya və təqaüdlərin, sosial müavinətlərin, əmək haqlarının artırılması ilə bağlı cənab prezidentin sərəncamlarının şahidi oluruq”.

İqtisadçı Qubad İbadoğlu isə AzadlıqRadiosuna bildirib ki, alıcılıq qabiliyyəti deyəndə pensiyaçının aldığı təqaüdün nə qədər mal və xidmətlər əldə etməyə imkan yaratması nəzərdə tutulur: “Azərbaycanda hazırda minimum pensiya 165 dollardır və bu pensiya ilə o, Avropada yaşaya bilməz. Amma Azərbaycanda bu 165 dollara minimum səviyyədə olsa da, müəyyən məhsulları əldə edə bilər. O baxımından Azərbaycandakı pensiyanın alıcılıq qabiliyyətini həmin məbləğlə Avropadakı alıcılıq qabiliyyəti ilə müqayisə edəndə Azərbaycanda bu göstərici yüksək olur. Çünki Azərbaycandakı məhsul və xidmətlərin qiymətləri Avropadakı ilə müqayisədə aşağıdır”.

O hesab edir ki, bu yanaşma qüsurludur, çünki AQP əsasında Dünya Bankı Ümumi Daxili Məhsulu (ÜDM) hesablayır: “Bu, ÜDM-nin real həcmini müqayisə etməyə imkan yaradır. ÜDM bütün növ əmtəə xidmətlərdən, həm istehlakdan, həm istehsaldan formalaşır. Amma pensiyaçının istehsalla nə əlaqəsi var? Bizim pensiyaçının xərcləri arasında yalnız istehlak təyinatlı məhsullardır. Bu, əsas ərzaq məhsullarıdır, kommunal xidmətlərdir”.

İbadoğlunun sözlərinə görə, pensiyaçılar üçün ən doğru olan minimum və orta pensiya ilə yanaşı, median pensiya məbləğinin hesablanmasıdır: “Çünki Azərbaycanda kiçik bir qrup pensiyaçıların pensiyası çox yüksəkdir. Əksəriyyətinin pensiyası isə minimum pensiyaya yaxın bir məbləğdədir. Ona görə də Azərbaycanda orta pensiya yüksək alınır. Median pensiya o deməkdir ki, pensiyaçıların yarısı bu məbləğdən aşağı, yarısı isə yuxarı pensiya alır. Həmin məbləği isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hesablamalıdır. Onda biz daha doğru rəqəmləri görə bilərik”.

İqtisadçının fikrincə, Azərbaycandakı median pensiya məbləği hesablansa və dollara çevrilsə, məlum olacaq ki, Azərbaycan MDB-də ən aşağı yerlərə düşür: “Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təklif edirəm ki, pensiyaların minimum dəyərini də gerçək qiymətlər əsasında hesablasın. Ümumiyyətlə, pensiyaçılar üçün ayrıca bir inflyasiya səbəti yaradılmalıdır”.
 
Ardını oxu...
3 saylı Uşaq Evinin 17 yaşlı sakini M. H. oradakı qida çatışmazlıqları ilə bağlı açıqlamasından sonra uşaq evlərindəki təminatla bağlı məsələlər yenidən gündəmə gəlib. Uşaq evləri və oradakı təminat məsələləri Bakı Şəhər İcra Hakimiyyətinə aid olsa da, qida norması Nazirlər Kabinetinin hazırladığı normativlər əsasında müəyyənləşir.

Nazirlər Kabinetinin 9 mart 2014-cü ildə qəbul etdiyi “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” qərarda qeyd olunub ki, bütün tip internat məktəblərində olan valideynlərini itirmiş uşaqlar və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qida norması kimi günlük çörək, ət, müxtəlif növ meyvələr, süd, çay, şəkər və digər zəruri qidalar verilməlidir.

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, 2023-cü ilin dövlət büdcəsindən uşaq evləri (Bakı şəhəri üzrə 1, 2 və 3 nömrəli, Gəncə, Şəki və Lənkəran şəhər uşaq evləri) üçün 5,1 milyon manat vəsait ayrılıb. Onun sözlərinə görə, uşaqların sayı açıqlanmır deyə bir uşağa ümumilikdə nə qədər vəsait ayrılır, araşdırmaq olmur:

“Uşaqların hüquqları ilə məşğul olan müstəqil qeyri-hökumət təşkilatlarının 2014-cü ildən başlayaraq sıradan çıxarılması, Uşaq Ombudsmanın olmaması da belə problemlərin mövcudluğu üçün şərait yaradır. Nəhayət, belə müəssisələrdə çalışanların maaşları aşağı olduğundan onlar daim uşaqlara ayrılan ərzağı mənimsəyirlər və bu işin başında da direktor durur".

İqtisadçı təklif edir ki, Hesablama Palatası bu işə maliyyə nəzarətini gücləndirməlidir, Maliyyə Nazirliyi uşaq büdcəsini ayrıca dərc etməlidir, UNİCEF-ə və müstəqil uşaq birliklərinə bu hadisənin monitorini aparmaq və açıqlamalar vermək imkanı yaradılmalıdır, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xüsusi təhqiqat komissiyası ilə araşdırma aparıb, yekun açıqlamasını yaymalıdır, uşaqlar üçün müavinətlər verilməlidir ki, onlar ailələrini maddi sıxıntılara görə tərk etməsinlər.

Bakıda yerləşən 1 saylı Uşaq Evindən bildirilib ki, orada ümimilikdə 76 uşaq qalır. Bir uşaq üçün günlük qida norması ilə bağlı sualı isə cavablandırmaqdan imtina ediblər.

2 saylı Uşaq Evinin müdir müavini Məxməri Alayeva bildirib ki, uşaqların sayı və günlük qida norması ilə bağlı məlumat verə bilməz:

“Bu məsələ ilə bağlı ümumiyyətlə məlumat verə bilmərəm, bildiyim sahə deyil. İnanmıram kimsə sizə bu məlumatı versin. Uşaqlara günlük hansı yeməklərin verilməsilə bağlı danışa bilmərəm”.

3 saylı Uşaq Evinin müdirəsi Məhbubə Hüseynova deyir ki, uşaq evində ümumilikdə 77 uşaq qalır. Bir uşağın 1 günlük qida norması ilə bağlı suala isə o, cavab verməkdən imtina edib:

“Bunu indi deyə bilmərəm axı. Elə o məsələ ilə bağlı yoxlama gedir, yoxlayırlar hazırda”.

Ancaq Hüseynova Azadlıq Radiosuna açıqlamasında bildirib ki, qidalanma ilə bağlı vahid norma var, onun az olması, onların məsuliyyəti deyil: “Qidalanma üçün xüsusi norma var. Biz də qidaları həmin normaya əsasən veririk, ola bilər ki, bu uşaqlara çatmasın. Normadan kənara çıxmağa ixtiyarım yoxdur. Hətta bəzi sexlər əlavə çörək də verirlər, sağ olsunlar. Qanunla təyin olunan normanın az olması da bizlik deyil axı, 17-18 yaşında olanlara 10 qram versək, doymamaqları normaldır".

Abzas Media Gəncədə, Şəkidə və digər əyalətlərdə olan uşaq evlərinin rəsmi nömrələrilə əlaqə saxlamağa çalışsa da, nömrələr işlək olmayıb.

Millət vəkili Aydın Hüseynov deyir ki, uşaq evləri, uşaq bağçaları Azərbaycanın genofondudur və qidaları normal olmalıdır. Onun sözlərinə görə, son zamanlar hər bir uşağın qida norması, kalorisi müəyyənləşdirilir, buna uyğun da menyular hazırlanır:

“Ancaq biz deyə bilmərik ki, bu sahədə vəziyyət idealdır, çatışmazlıqlar var. Bu qurumlar hara tabedirsə, təminat da ordan olmalıdır və bu istiqamətdə diqqət artırılmalıdır"- deputat bildirib.
 //abzas.org//
Ardını oxu...
Bu gün Azərbaycanda təxminən 260-270 ömürlük, 20-30 il cəza çəkən ömürlük məhbuslar var.
Ömürlük Məhbusların Müdafiə Komitəsinin rəhbəri Akif Nağı Qaynarinfo-ya açıqlamasında bildirib ki, “ömürlük”lərin arasında müxtəlif səbəblərdən həbs olunan şəxslər yer alıb:

“Amma biz Müdafiə Komitəsi olaraq onların hamısını müdafiə etmirik. Biz 25-30 nəfərə qədər şəxsi müdafiə edirik ki, onlar da bir neçə qrupa ayrılır. Məsələn, Qarabağ partizanı Məmməd Məmmədov 2003-cü ildə həbs olunub. 20 ildir ki, həbsdədir. Digər nümunəyı nəzər salaq. “OMON”çular – Elçin Əmiraslnov, Səfa Poladov, Arif Kazımov 1996-cı ildən həbs həyatı yaşayırlar. Onların dövlət qarşısında xidmətləri olub və əfv edilə bilərlər. Hesab edirik ki, 1998-cü ildə güllələnmə hökmündən ömürlük həbsə keçənlərin bir qismi əfv olunması mümkündür.
Dördüncü kateqoriya 30 ildən artıq həbsdə olan Əli Quliyev və digərləri daxildir. Beşinci kateqoriya ləğv edilmiş MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun qanunsuz hərəkətlərinin qurbanlarıdır ki, onların da biri Samir Sanıyevdir”.
Akif Nağı deyib ki, “ömürlüklər”in cəzasının yüngülləşdirilməsi üçün dövlət komissiyası yaradılmalıdır:
“Onlar müddətli həbs cəzasına keçməlidirlər. Təklif edirik ki, 20 il həbs cəzası çəkəndən sonra onlar azad olunsunlar, amma daimi nəzarətdə saxlanılsınlar. Biz bu istiqamətdə onların hüquqlarını müdafiə edirik”.
 
Ardını oxu...
Doğuş meyllərinin təhlili göstərir ki, 2050-ci ilə qədər əhalinin artımı yavaşlaya bilər və 2100-cü ilə qədər Yer kürəsindəki insanların ümumi sayı 6 milyard nəfərə düşəcək.
Lent.az xarici mətbuata istinadən bildirir ki, bu cür məlumatlar "Roma klubu"qeyri-kommersiya təşkilatının apardığı araşdırmadan irəli gəlir. Onlar proqnozlaşdırırlar ki, hazırda 7,96 milyard olan dünya əhalisi əsrin ortalarında pik həddə - 8,6 milyarda çatacaq, sonra isə əsrin sonunda demək olar ki, 2 milyard azalacaq.
Bu proqnozun bəşəriyyət üçün həm müsbət, həm də mənfi tərəfləri var:
Yerin ekoloji problemləri əhalinin azalmasına təsir göstərəcək, lakin bu, onları tamamilə həll etməyəcək.

Əhalinin azalması bütövlükdə bəşəriyyətin qocalmasına və əmək qabiliyyətli yaşda olan insanların nisbətinin azalmasına gətirib çıxaracaq ki, bu da səhiyyənin və pensiyaların maliyyələşdirilməsində gənclərin üzərinə daha böyük yük qoyacaq.

“Biz bilirik ki, aşağı gəlirli ölkələrdə sürətli iqtisadi inkişafın doğum səviyyəsinə böyük təsiri var. Norveç Biznes Məktəbinin Davamlılıq Mərkəzinin direktoru Per Espen Stoknes deyir ki, qızlar təhsilə, qadınlar isə iqtisadi imkanlara və daha yaxşı səhiyyə xidmətlərinə çıxış əldə etdikcə, doğuş nisbətləri azalır.

Maraqlıdır ki, Birləşmiş Millətlər Təşkilatı 2022-ci il üçün a dünya əhalisinin 2050-ci ilə qədər 9,7 milyarda, 2100-cü ilə qədər isə 10,4 milyarda çatacağı proqnozlaşdırırdı. Bununla belə, BMT-nin hesablamaları da əhalinin daha sonrakı da artımının 11 milyarda çatacağını göstərir.

Digər tədqiqatlar da əhalinin artımını proqnozlaşdırır. Bununla belə, Earth4All modeli enerji artıqlığı, bərabərsizlik, ərzaq istehsalı, gəlir səviyyələri və qlobal istiləşmənin gələcək təsirləri kimi ekoloji və iqtisadi amillər bir qədər daha mürəkkəb dəyişiklikləri nəzərə alır.

Ardını oxu...
Azərbaycanda hər pensiyaçının banka ortalama 758 manat borcu var . Təqaüdçülərin banklarda istehlak kreditləri 863 milyon manat təşkil edir — 1 ildə 27% artıb.
DİA.AZ-ın məlumatına görə, iqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yaş qruplarından asılı olmayaraq, xüsusən istehlak kreditlərinin artım motivlərinin bir neçə səbəbi vardır. Bu, mövcud stiuasiyadan irəli gələrək iqtisadiyyatın cari durumu, qiymətlərin səviyyəsi, insanların gəlirləri, habelə cəmiyyətdə baş verən dəyişikliklərdən qaynaqlana bilər.

“Məsələn, istehlakçılar iqtisadiyyatın yüksəlişdə olduğuna əmin olduqları halda alış qərarı verirlər – ev, avtomobil və digər həyati əhəmiyyətli preditmetlər kimi. Nəticə etibarilə bu istehlak kreditlərinə də təlabatı artıra bilər.

Son bir ildə nəinki təkcə təqüdçülərin, bank kreditləri sturkturuna baxsaq, bütövlükdə istehlak kreditlərinin əhəmiyyətli dərəcədə artdığını görə bilərik. Müqayisə üçün, son rəsmi məlumatlara əsasən, bu ilin yanvar ayında ötən ilin eyni dövrünə nisbətən ümumi kredit portfeli 17 faiz, habelə biznes kreditləri 11 faiz artdığı halda, istehlak kreditləri üzrə bu dinamika 26 faiz olmuşdur. Burada ağıla gələn ilk səbəb inflyasiyadır – qiymətlərin artması. İnflyasiya yüksək olanda insanların gəlirləri real olaraq, yəni onların ala biləcəkləri məhsullar azalır və təbii olaraq pula tələb artır”-deyə iqtisadçı qeyd edib. Onun sözlərinə görə, son bir ildə dünyada olduğu kimi, Azərbaycanda da inflyasiya kifayət qədər artıb. Rəsmi rəqəmlərə görə, ötən ötən ilin sonu 14-15 faiz civarında qeydə alınmışdı. Əhalinin istehlakının əsas komponenti olan qida məhsullarında isə bu göstərici 20 faizə çatırdı.

İqtisadçının fikrincə, artıma təsir edən digər ən mümkün hal kimi, ağıla iqtisadiyyatda müşahidə olunan nağdsızlaşdırma prosesi də gəlir. Belə ki, insanların əmək fəaliyyətinin rəsmi qeydiyyata alınması həm də kart sistemindən istifadənin geniş vüsət almasına təkan vermiş olur. Beləliklə, bu da insanlar arasında kredit kartından istifadə ənənəsinin də formalaşmasına zəmin yaradır. Kredit kartları müştəriyə götürdüyü məbləği faizsiz əsasda hissə-hissə ödəmək imkanı yaradır ki, bu cəmiyyətdə kredit götürmə motivlərini artıran amillərdən hesab olunur.

“Nəzərə almaq lazımdır ki, ötən ilin müvafiq dövrünə nisbətən bu il bank sistemində dövriyyədə olan kredit kartları 29 faizə qədər və ya mütləq ifadədə 400 mindən çox artmışdır”-deyə Pünhan Musayev əlavə edib.

İqtisadçının sözlərinə görə, ümumiyyətlə, borclanma istər təminatlı, istərsə də təminatsız kreditlər üzrə riskli faktordur. Çünki əsas vəsaitdən əlavə, faiz və cərimələr də burada əhatə olunmaqdadır.

“Təbii ki, insan istənilən yaş kateqoriyasında borc almağın risklərini, müsbət və mənfi tərəflərini götür-qoy edir. Bu baxımdan, mənim şəxsi qənaətim belədir ki, hazırkı kredit artımlarının əsas səbəbi yüksək inflyasiyadır”,- deyə iqtisadçı əlavə edib.
Ardını oxu...
Bakı şəhərindəki bəzi orta məktəb və uşaq bağçalarının bir qrup müəllimi tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, onların əmək haqları və dərəcələri aşağı salınıb, buna səbəb kimi isə qeyri-ixtisas müəllimi olmaları göstərilir:

“Hər birimiz ali təhsilli müəllimik. Müxtəlif bağça və məktəb müəllimləriyik. Bizim əmək haqlarımız və dərəcələrimiz aşağı salınıb. Buna səbəb olaraq qeyri-ixtisas müəllimi olmağımız göstərilir. Halbuki, bir çoxlarımız 1996-ci ildən 2009-cu ilədək öz ixtisasımız üzrə işləmişik”.

Adının müəyyən səbəblərə görə açıqlanmasını istəməyən şikayətçilərdən biri deyir ki, Bakıdakı uşaq bağçalarının birində tərbiyəçi vəzifəsində işləyir: “14-cü dərəcəyəm, mart ayının maaşı köçəndə, əmək haqqımın az olduğunu görüb, bunun səbəbi ilə maraqlandım. “İxtisasınızda məktəbə qədər sözü yoxdur, ona görə də 10- cu dərəcəyə salınmısınız”, – dedilər. Maraqlandım, bütün bağçalarda vəziyyət eynidir. Staj nəzərə alınmadan ali təhsillilər 10-cu dərəcəyə salınıb.

Xahiş edirik, bütün müəllimələr adından bu məsələyə aydınlıq gətirəsiniz. Əgər həqiqətən də qanuna uyğun addım atılıbsa, deyəcək sözümüz yoxdur. Biz müəllimlər haqqımızı tələb etməyə də qorxuruq, çünki işimizi itirməkdən ehtiyat edirik.

Bəllidir ki, prezidentin qərarı ilə maaşlar 15 faiz qalxdı, amma bizdə əksinə oldu. Yəni Təhsil Nazirliyi prezidentin qərarının əksinə getdi. Qalxan maaş bir yana qalsın, illərdir əmək verib qazandığımız stajı yoxa saydılar və əvvəlki maaşımız da aşağı salındı.

Xahiş edirik bu mövzunu işıqlandırasınız. Təhsil Nazirliyi niyə bizim haqqımızı tapdalayır?!”

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlayıb, suallarımıza cavab tapmaq istəsək də, zənglərimizə cavab verən olmadı.

Belə fikirləşirik ki, təhsildən önəmli işləri olduğu üçün zənglərimiz cavabsız qaldı.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 
 
 
 
 
 
 
 
 
 
Ardını oxu...
"Məmurların övladları cibində dollar gəzdirəndə, mən dərman gəzdirirəm".

Bu sözləri martın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirən Vətən müharibəsi iştirakçılarından Elşad Dursunov deyib.

Həmin gün bir neçə İkinci Qarabağ müharibəsinin iştirakçısı Nazirliyin qarşısında etiraz aksiyası keçiriblər. Onların bəziləri işsizlikdən, bəziləri isə əlillik dərəcəsi ala bilmədiklərindən narazı olduqlarını dilə gətiriblər. Aksiya zamanı qazilərlə polislər arasında mübahisə yaranıb və qazilərin bir neçəsinin səhhəti pisləşib.

Daha ətraflı:
 
 

Dünyapress TV

Xəbər lenti