“Milliyyətcə azərbaycanlı olan xarici ölkələrin vətəndaşları Azərbaycana gələndə digər əcnəbilər kimi 1 aydan artıq müddətdə ölkədə qaldıqda vizalarının müddətini uzatmalıdırlar”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı bildirib.
O deyib ki, milliyyətcə azərbaycanlı olan şəxslər Azərbaycana xəstə ata-anasının yanına gəlirsə, 1 aydan sonra qalma müddətinin artırılması üçün müxtəlif yollara baş vurmalı, hətta xəstəliklə bağlı arayış almalıdır.
“Ona görə də yaxşı olar ki, əcnəbilərlə müqayisədə, milliyyətcə azərbaycanlı olanlara daha artıq qalma müddəti ilə bağlı qanunvericilikdə güzəştlər nəzərdə tutulsun”, - M.İbrahimqızı təklif edib.
Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ nəticəsində dəymiş zərəri sığorta sektoru ödəməyə başlayıb.
Bunu Türkiyə Sığorta Dərnəyinin (TSB) sədri Atilla Benli bildirib. A.Benli episentri Kahramanmaraşda olan zəlzələlərdən sonra fəlakət bölgəsində araşdırmaları davam etdirdiklərini qeyd edib. “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin araşdırmasına görə, zəlzələnin dağıtdığı tikililərin sığorta ödənişləri 1 milyard ABŞ dolları civarında olacaq. Bildirilir ki, bu məbləğin böyük hissəsi təkrarsığorta şirkətləri tərəfindən ödəniləcək. Ölkəmizdə isə sığorta sahəsində vəziyyət heç də ürəkaçan deyil. Belə ki, ölkəmizdə fərdi mənzillərin 90 faizi sığorta edilməyib.
Maraqlıdır, zəlzələ olacağı təqdirdə, sığorta olunmayan mənzillər üçün ödəniş ediləcəkmi?
Cebhe.info-ya açıqlamasında sığorta üzrə mütəxəssis Hikmət Allahverdi bildirib ki, kompensassiyalar dövlətin səlahiyyətində olan məsələdir: "Bunun üçün 2011-ci ildən “Mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin icbari sığortalanması haqqında” Qanun var. Bu qanun əsasında yaşayış mənzillərini sığortalayan şəxslərə sığorta ödənişi mümkündür. Amma kompensasiyalar dövlətin səlahiyyətində olan məsələdir. Bu qanun qüvvədə olan zamanlarda da kompensasiya ödənilməsi halları baş verib. Məsələn, Şamaxıda zəlzələ oldu, evlərin sığortası olmasa belə,dövlət əhaliyə dəyən zərəri qarşıladı. Amma bunun əksini də görmüşük. Ticarət obyektləri yanıb, amma bu şəxslərin sığortası olmadığı üçün nə sığorta şirkətləri, nə də dövlət kompensassiya ödəyib”.
Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycanla pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin Dövlət Dumasına təsdiq üçün təqdim edilməsi haqqında qərar imzalayıb.
Teref.az oxu.az-a istinadən xəbər verir ki, saziş ratifikasiya üçün Dumaya göndərilib.
Qərarda qeyd edilir ki, saziş 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanıb.
Müqavilənin müddəalarına əsasən, pensiya hesablanarkən Azərbaycan vətəndaşlarına Rusiyada işləyərkən qazandıqları əmək stajı, rusiyalılar üçün isə Azərbaycan ərazisində qazandıqları əmək stajı hesablanacaq.
Alim Paşayev 8 yaşında olarkən valideynləri onu 1 saylı İnternat Məktəbinə yazdırıb. Bundan sonra onun valideynlərilyə ünsiyyəti kəsilib. Beləcə, Alim Paşayev ata-ana qayğısından məhrum bir uşaqlıq keçirir.
İndi A.Paşayev Bilgəh qəsəbəsində həyat yoldaşı və iki azyaşlı övladı ilə bir otaqlı evdə kirayədə qalır. O deyir, internat məktəbində bir yerdə qaldığı uşaqlar evlə təmin edilsələr də, o, bu imkandan məhrum olub.
Sosial Xidmətlər Agentliyinin sözçüsü Murad Həşimov Toplum TV-yə bildirib ki, A.Paşayevin onlara təqdim etdiyi rəsmi sənədlərdə çatışmazlıq var.
A.Paşayevin sözlərinə görə, nazirlikdən heç kim ona təqdim etdiyi sənədlər arasında çatışmazlıq olduğunu deməyib. O, yenidən sənədlərini toplayaraq Sosial Xidmətlər Agentliyinə təqdim edəcəyini bildirir. Amma şikayətçinin sözlərinə görə, ailəsinin yeganə problemi ev deyil. Onun bir yaşlı qızının səhhəti ağırlaşıb.
A.Paşayev deyir, övladının müalicəsinin xərclərini qarşılamaqda çətinlik çəkir. TƏBİB-in mətbuat xidmətinin əməkdaşı bildirir ki, istənilən vətəndaş icbari tibbi sığorta vasitəsilə pulsuz müalicə ala bilər.
Vətəndaş isə rəsmi qurumla razılaşmır.
A.Paşayev övladının tezliklə sağlamlığına qovuşamasını istəyir.
Masallı rayonu Boradigah qəsəbə sakini Bəyverdiyev Asif Məhərrəm oğlu özünün və həyat yoldaşının pensiyasının bərpa olunmamasından şikayətçidir.
O, bu barədə Yeniavaz.com-a müraciətində bildirib.
A.Bəyverdiyev deyib ki, problemi ilə bağlı 48 rəsmi müraciət ünvanlayıb:
“Mən 5 ildir nevroloji əsəb xəstəliyindən əziyyət çəkirəm. 5 il pensiya almışam, indi təyinatım dayanıb. Bu barədə Prezident Administrasiyasına, Dövlət Sosial Müdafiə Fonduna, TƏBİB-ə dəfələrlə rəsmi müraciətim olsa da, mənə cavab verilməyib. 48 dəfə rəsmi müraciətim olub. Şablon formada mənə cavablar verilir. Mən Sahil Babayevin müavini Anar müəllim ilə Masallı şəhərində görüşdüm. Hətta o da mənə söz verdi. Bir dənə pensiyamız var. Onu da almasaq, nə yeyək, necə dolanaq, acından ölürük”.
Vətəndaş qeyd edib ki, həyat yoldaşı Bəyverdiyeva Səbinə Mürvət qızı da eyni xəstəlikdən əziyyət çəkir və onun da pensiyası kəsilib.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmisi Tural Qurbanov Yeniavaz.com-a bildirib ki, Bəyverdiyev Asif Məhərrəm oğlunun əlilliyinin qiymətləndirilməsi ilk növbədə tibb müəssisəsi tərəfindən elektron sistemə daxil edilmiş göndəriş əsasında, özünün iştirakı olmadan aparılıb:
“Müəyyən olunub ki, göndərişdə vətəndaşın mövcud diaqnozuna əsasən aktiv sürücülük vəsiqəsinin olması uyğunsuzluq yaradıb.
Bu baxımdan ona 22.05.2022-ci il tarixdə e-sistem üzərindən imtina qərarı verilib.
Buna baxmayaraq, vətəndaş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Müayinə nəticəsində şəxsin əlavə müayinə və müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilib”.
Qazaxıstanın Maliyyə Nazirliyi «Milli fond - uşaqlara» layihəsinin smetasını təqdim edib. Layihəyə uyğun olaraq, hər uşağın yığım hesabına hər il 18 yaşa qədər 150 dollar köçürüləcək.
Bu barədə nur.kz agenliyi xəbər verib.
Agentliyin xəbər verdiyi kimi, proqram 2024-cü ildə işə buraxılacaq. Ona uyğun olaraq, Mlli fondun gəlirlərindən 50 faizi 18 yaşa qədər olan bütün qazaxıstanlılar arasında bölünəcək. Yığım xarici valyuta ilə həyata keçiriləcək. Hesablar vergidən azad olunacaq. Ətraflı
«Uşaq doğularkən hesablar avtomatik olaraq, açılacaq - Ədliyyə Nazirliyinin fiziki şəxslər üçün məlumat bazası əsasında. Hər il yanvarın 1-də vəsaitlər şərti olaraq hesablara köçürüləcək - 18 yaşa çatana qədər» - Maliyyə naziri Dauren Temirbekov danışıb.
Onun sözlərinə görə, yığım hesabları bütün uşaqlar üçün açılacaq, layihənin işə buraxılmasından əvvəl doğulmuşlar üçün də. Proqram iştirakçılarına vəsaitlərin ödənişi onlar 18 yaşa çatana qədər dollarla həyata keçiriləcək. Yeniyetmələr bu pulları Qazaxıstanda yaşayış yeri almağa və ya təhsilə, o cümlədən, xaricdə təhsil almağa sərf edə biləcəklər. Uşaq 18 yaşına qədər bu vəsaiti almaq hüququnu o zaman itirəcək ki, o, ölkədən gedəcək və vətəndaşlığını itirəcək. Bu halda onun adına yığılmış vəsait digər proqram iştirakçıları arasında bölünəcək.
Xatırladırıq ki, Qazaxıstanın sosial həyatında bu, bir ilkdir - xeyirli olsun.