Baxmayaraq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi də normativ hüquqi aktdır, qanundur, lakin, bir çox vəzifəli şəxslər Əmək Məcəlləsini qanun və ya normativ hüquqi akt,bu Məcəllənin tələblərinin pozulmasını isə qanun pozuntusu hesab etmirlər. Əmək Məcəlləsini qanun hesab etməyənlərlə yanaşı, başqa qanunlara nisbətən onu 2, 3, 4 və ya 5-dərəcəli və ya əhəmiyyətsiz qanun hesab edənlər də çoxdur. Hətta digər normativ hüquqi aktları (məsələn, Mülki, Mənzil, Cinayət Məcəlləsi və s) pozmaqdan qorxan və ya az pozan vəzifəli şəxslər nədənsə Əmək Məcəlləsinin tələblərinin pozulmasından çəkinmirlər. Bu pozulma halları xüsusən: əmək müqaviləsinin bağlanması, əmək haqqının ödənilməsi (gecə saatları, istirahət və qeyri iş günlərində, normadan artıq, susuzluğa, zərərli, iş şəraitinə görə, dəniz əmsalı və s. ödəmələr), əməyin mühafizə qaydalarının pozulması, peşəkarlığa görə ödəmələr, işçilər arasında diskriminasiya və sair sahələrdə olur. Baxmayaraq ki, Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən: işəgötürənlər, bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
İkinci Qarabağ Müharibəsi iştirakçısı Ədalət Abbasov etiraz edib.
Müharibə iştirakçısı aprelin 17-də Əmək və əhalinin sosial müdafiəsi nazirliyi qarşısında aksiya keçirib.
O, müharibə zamanı bədənindən çoxsaylı qəlpələr aldığını deyir, əlillik təyinatı tələb edir.
Şikayətçi müharibədən sonra dolanışığının çətinliyindən, sosial problemlərindən danışıb. Deyir, müharibədən öncə hərbçi kimi işləyirmiş, aylıq gəliri 1000 manatdan çox idi. İndi isə çörəklə, dərmanla sınağa çəkilir.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov Toplum Tv-yə verdiyi açıqlamasında bildirib ki, vətəndaş əyani müayinə edilib. Müayinə zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyəti əlillik təyinatına əsas verməyib.
DİA.AZ: - Son günlər adı yerli KİV-də neqqativ olaylarla hallanan "Azəriqaz" rəhbərliyi yenə də "fərqlənməyi" bacardı. DİA.AZ bildirir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı açıqlama verib.
M.Qəhrəmanlı qeyd edib: " "Azəriqaz" Qaz ixracı idarəsinin fəhlə kateqoriyanin və qazpaylayıcı stansiyanın operatorlarinin mart ayı üzrə əmək haqqılarının normadan artıq olan hissəsi kəsilib, Normadan artıq iş saatları üçün əlavə ödənişlər verilməyib.
Belə ki:
Mart ayı üzrə 135 saat iş saatı olub, növbəli iş rejimi ilə işləyən işçilərin iş saati isə 180,184,188 və 192 saat olur, 192 saat işləyənə - 33 saat normadan artıq, 188 saat işləyənə - 21 saat normadan artıq hesablanıb, 180 saat işləyənə isə 1 saat belə artıq yazılmayıb..."
DİA.AZ bildirir ki, bu olayı dəyərləndirən NHMT-nin eksperti Azər Qulyev işçilərin hüquqlarının pozulduğunu ifadə edib: "İşçilərə: istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və iş vaxtından artıq görülən işə görə əmək haqqı - gündəlik və ya saatlıq tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilir. Bu Əmək Məcəlləsinin 164 və 165-ci maddələri ilə təsbit olunur".
Yəni buradan da işki haqqının pozulduğu aydın şəkildə görünür. Görəcən, bunu "Azəriqaz"ın üstündəki qurum və "başbilənlər" nəzərə alacaqmı?
Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...
Avropa Şurasının Venesiya Komissiyası “Media haqqında” Qanun layihəsi barədə rəyini açıqladı...
DogruXeber.az - Məlumdur ki, əmək fəaliyyətinə başladığı ilk vaxtlardan son təyinatına qədər mediaya aid olmayan sahələrdə çalışan Əhməd İsmayılov, son vaxtlar hansısa havadarlarının verdiyi sifariş əsasında müstəqil mətbuatı sıradan çıxarmaq üçün müəyyən oyunlar qurur, ictimaiyyəti çaşdıran rəngarəng açıqlamalar verir. Bir sözlə, bu şəxsin əsas məqsədi dövlət büdcəsi hesabına sözəbaxan mətbu orqanları formalaşdırmaqdır, müstəqil mətbuatı susdurmaqdır və onları MİA-nın təsir dairəsinə salmaqdır. Təəccüb doğuran hal odur ki, Əhməd İsmayılovun bu cür əməlləri ilə bağlı Prezident Administrasiyasının yüksək çinli vəzifə sahiblərinə şifahi qaydada müraciətlər çatdırılsa da, hələ də bu şəxsin əməlləri ilə bağlı araşdırmalar aparılıb rəsmi qaydada cavab verilməyib. Belə bir halın varlığı, bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Bütün bunlara baxmayaraq, müstəqil Azərbaycan mediasının inkişaf etdirilməsində müəyyən rolu, az-çox əziyyəti olanlar, bu gün də ümidlərini itirməyiblər. Çünki, “jurnalistlər mənim köməkçilərimdir” deməklə belə bir yanaşmasını ortaya qoyan ölkə rəhbəri cənab İlham Əliyev, heç cür inana bilmərik ki, bugünkü müstəqil mətbuatın susdurulmasına imkan versin. Əgər bu ölkənin vətəndaşı olaraq bizim haqq səsimiz eşidilməzsə və üz-üzə qaldığımız problkemlərin mahiyyəti cənab Prezidentə tam dəqiqliyi ilə çatdırılmazsa, o halda ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin diplomatik korpuslarına və beynəlxalq təşkilatların yerli nümayəndəliklərinə müraciət etməli olacağıq.
Faktdır ki, hal-hazırda ölkə mediasının durumu günbəgün pisləşməkdə davam edir və oxucuların böyük əksəriyyəti informasiya tələbatını xarici saytlar vasitəsi ilə ödəməyə məcbur olurlar. Hətta, ötən illər ərzində fəaliyyət göstərməklə öz ətrafında geniş oxucu auditoriyası toplayan xəbər saytlarımız, bu gün oxucularının sayına görə işğalçı Ermənistanın media qurumlarına uduzur. Bu da ölkəmizin təhlükəsizliyi baxımından ortaya ciddi problemlərin çıxmasına yollar açır. Söz yox ki, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Unutmaq olmaz ki, ölkədəki siyasi və iqtisadi konyuktura obyektiv səbəbləri şərtləndirdiyi kimi, subyektiv səbəbləri də, mediaya nəzarət edən məmurların merkantil və korrupsiya maraqları yaradır. Sirr deyil ki, Azərbaycan hakimiyyətinin media siyasətini həyata keçirən Prezidentin Administrasiyasının bəzi məmurları və onların tapşırıqlarını canbaşla yerinə yetirən MİA-nın icraçı direktoru Əhməd İsmayılov, hal-hazırda Azərbaycanın ən varlı məmur-oliqarxlarından biri hesab olunur. Bəli, tam əksəriyyət təsdiq edə bilər ki, bu şəxslər sahib olduqları var-dövləti halal yolla deyil, məhz dövlətin büdcəsini media adı altında talamaqla əldə edirlər.
Onu da qeyd edək ki, ötən ilin iyun ayında Avropa Şurasının Venesiya Komissiyası “Media haqqında” Qanun layihəsi barədə rəyini açıqladı. 4 ekspertin hazırladığı 22 səhifəlik rəy Venesiya Komissiyasının 17-18 iyun tarixlərində keçirilmiş 131-ci plenar iclasında müzakirəyə çıxarılır və az sonra qəbul olunur. Komissiyasını qanun layihəsi ilə bağlı rəyində bildirilir: “Belə qənaətə gəldik ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da “çəkindirici effekt”ə malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Azərbaycan standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir. Bu səbəblərdən, Qanun olduğu kimi tətbiq edilməməlidir. Qanun bütünlüklə ləğv edilməzsə, Venesiya Komissiyası təcili olaraq Azərbaycan hakimiyyətini aşağıdakıları həyata keçirməyə çağırır: - Qanunun 26-cı maddəsi - KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin; - Media Resyestri ləğv edilməli və ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlər ləğv olunmalıdır; - akreditasiya üçün nəzərdə tutulan şərtlər ləğv olunmalıdır; - məzmunla bağlı qanundakı məhdudiyyətləri Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırmaq; - jurnalist mənbələrinin qorunması ilə bağlı müddəaları dəyişdirmək; - platforma yayımçıları üçün lisenziya tələbini ləğv etmək; - çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır; Venesiya Komissiyası Qanunun müəyyən etdiyi jurnalist anlayışının, gizli çəkilişlərin yayılmasının qəti qadağan edilməsinin qüsurlu olduğunu vurğulayıb. Qeyd edək ki, jurnalist anlayışı genişləndirilməli, gizli çəkilişlərə qadağalar ictimai maraqlar baxımından yolverilən olmalıdır. Rəydə teleradio sahəsində tənzimləyici qurumun formalaşdırılması modelinin yenidən işlənməsinin də gərəkli olduğu vurğulanır.
Bəli, Avropa Şurasının Venesiya Komissiyası ekspertlərinin hazırladıqları rəydən görünür ki, “Media haqqında” Qanun, Avropa Şurasının ölçülərinə uyğun gəlmir. Ona görə də bu qanun ləğv olunmalı, yaxud da əksər maddələri dəyişdirilməlidir. Faktdır ki, hazırlanmış rəydə qanunun mürtəce məzmunlu bütün müddəaları ətraflı təhlil olunub. Yəni, jurnalist anlayışından tutmuş, media reyestrinə qədər, bütün bu məsələləri tənzimləyən müddəaların ləğvi istənilib. Məsələn, aydın şəkildə rəydə vurğulanır ki, qanunda nəzərdə tutulduğu formada media reyestri yaradıla bilməz və bu müddəa da ləğv edilməlidir. Bundan əlavə, rəydə o da vurğulanır ki, media, jurnalistlər özünütənzimləmə imkanlarına sahib olmalıdır, ancaq qanun bütün bu imkanları onlardan alır, Media Agentliyi adı altında nazirlik yaradılır və s. Yəqin ki, “Media haqqında” Qanun dəyişdirilməzsə, ən yaxşı halda bu qanun hər dəfə beynəlxalq arenada pis nümunə olaraq qarşımıza çıxacaq. Bundan başqa, AŞ ölçülərinə uyğun gəlmməyən bu qanun, həm də AŞ üzvü olan ölkəmizin öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməsini də göstərir. Bir sözlə, Qanun dəyişdirilməzsə, bu paralel olaraq ifadə, media azadlığı ilə bağlı durumu daha da pisləşdirəcək, azad media öz rolunu oynamaq imkanlarını getdikcə itirəcək.//GundemXeber.Az
May ayında Heydər Əlyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv olacağı gözlənilir.
Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası da prosesə başlayıb. Komissiya tərəfindən bir neçə iclas keçirilib və müraciətlərə baxılıb. Ümumilikdə əfv üçün müraciət edən məhbusların kimliyi, müraciət edənlər arasında siyasi məhbus adlandırılan şəxslərin, keçmiş OMON-çuların olması cəmiyyəti maraqlandıran məsələlərdəndir.
TEREF.AZ-ın məlumatına görə, bu barədə Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, müxtəlif maddələrlə həbs olunmuş məhkumların müraciətləri var:
“İndiyə qədər Əfv Məsələləri Komissiyasının 13 iclası olub, qarşıdakı həftədə də növbəti iclası gözlənilir. Bütövlükdə komissiya aprel ayının sonuna yəqin ki, işini başa çatdıracaq. Bu günə qədər 1500-dən çox müraciətə baxılıb və rəylərin hazırlanması üzərində qərarlar qəbul edilib. İclaslar başa çatdıqdan sonra bütün rəylər Prezidentə təqdim olunacaq və qəti qərarı ölkə başçısı verəcək. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəxslərin müraciətləri var. Eyni zamanda, müxtəlif cəzalara məhkum olunmuş şəxslər müraciət edib. Onların arasında azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan tutmuş uzun müddət və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmuş şəxslər var. Bütövlükdə bütün cəza növlərinə görə məhkum olunmuş ayrı-ayrı məhkumların nümayəndələri tərəfindən müraciət olunub”.
Lakin komissiya üzvü müraciət edənlərin konkret adlarını çəkməyib:
“Kimlərin müraciət etdiyini söyləyə bilmirik. Bunlar hamısı şəxsi informasiyalardır. Həmin şəxslər özləri könüllü olaraq məlumat verə bilərlər. Biz o məlumatı verməkdə haqlı deyilik və bu, eyni zamanda, etik davranış qaydalarının pozulmasıdır. Ona görə kim hansı kateqoriyadan müraciət edibsə onu demək, konkret fikir söyləmək doğru olmaz”.
DİA.AZ: - "SOCAR Nəqliyyat idarəsində çalışan işçilər hələ də mart ayının əməkhaqqısını almayıblar". Bunu DİA.AZ-a açıqlamasında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, sözügedən məsələ ilə bağlı ona işçilərin özləri tərəfindən şikayət olunub.
"Bu halda İdarə rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin aşağıda qeyd olunmuş maddələrini pozulmuş olur" deyən M.Qəhrəmanlı qanundan sitat gətirib:
"Azərbaycan Respublikasının Əmək Məcəlləsində aşkar şəkildə deyilir ki, (maddə 172.5.) əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.
Məcəllənin 178. 1.-ci maddəssində isə nəzərdə tutulur ki, işçiyə aylıq əməkhaqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir".
Məsələ diqqətimizdədir. Bütün əlaqədar şəxs və qurumları dia.az olaraq dinləməyə hazırıq...
Teref.az yazır ki, 15 il 2 qrup əlil kimi pensiya alan əski polis işçisi 2 ildir pensiyasının kəsilməsi ilə bağlı Prezidentə müraciət ünvanlayıb. Müraciəti təqdim edirik: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Göyçay rayon Potu kənd sakini Səlimov Ağalar İlyas oğlu tərəfindən
MÜRACİƏT
Hörmətli cənab Prezident!
2006-cı ildə xəstəliyimlə əlaqədar 15 il işlədiyim polis sıralarından xaric olunmuşam. Həmin vaxtdan «Hərbi xidmət dövrü ilə əlaqədar» səbəbindən ikinci qrup əlil kimi pensiya almışam. 15 ilə yaxın aldığım pensiya iki ildir ki, kəsilib. Əlilliyimin bərpası üçün bu iki il ərzində gəzmədiyim dövlət idarəsi, döymədiyim məmur qapısı qalmayıb. İki dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim komissiyası tərəfindən əyani müayinədə olmuşam Sonuncu əyani müayinədən sonra 31 dekabr 2022-ci il tarixində 70 faiz orqanizmin pozulması ilə nəhayət ki, əlilliyim bərpa olunub. Lakin artıq dördüncü aydır ki əlilliyim bərpa olunsada pensiyamı ala bilmirəm. Bununla bağlı əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzinə zəng etdim. Təxminən bir saata yaxın araşdırmadan sonra məlum oldu ki, əlilliyim sistemdə «Hərbi xidmət dövrü ilə əlaqədar» səbəbi ilə verilib. Amma arayışda bu umumi xəstəlikdən verilmiş əlillik kimi göstərilib..
Təkrar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə şikayət etmişəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyir ki, əlilliyin müəyyən olunması üçün göndəriş göndərən tibb müəssəsi «Hərbi xidmət dövrü ilə əlaqədar» səbəbindən olan şəhadətnaməni göndərişə əlavə etməyib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə etdiyim şikayətə cavab verirlər ki, artıq mənim sənədlərim nazirliyə göndərildiyinə görə agentlik tərəfindən heç bir köməklik edə bilməyəcəklər..
On beş il pensiya almışam. Artıq iki ildir bu pensiyamı kəsilib, ala bilmirəm. Mənə yemək lazımdır, mənə içmək lazımdır, mənə dərman lazımdır, mənə müalicə lazımdır. Mən pulsuz bunlar; necə edim və müalicəni necə alım? Mənə qarşı bunu edən vəzifəli şəxslərin azcada olsa vicdanları varmı? Özlərinin yarıtmaz fəaliyyətləri ilə məni özünü öldürmə həddinə gətiriblər. İki ildir yazmadığım, müraciət etmədiyim yer yoxdur. İndidə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən deyirlər ki, gözlə göndərişə cavab verilsin, imtina verilsə yenidən müraciət edin əyani müayinədə olun. Bu prosesdən keçmək üçün 6 aydan çox vaxt tələb olunur.
İki ildir yoxlayırlar. Belə çıxır ki, daha altı ayda mən yoxlanmalıyam. Başqa gəlir yerim yoxdur, əliləm, sağlam adam iş tapa bilmir. Dəfələrlə müraciət etmişəm ki, sağlamlıq arayışı verin gedim hardasa işə düzəlim. Heç olmasa çörək pulumu qazanım.Onuda vermirər. Deyirlər ki, xəstəsən sənə sağlamlıq arayışı verə bilmərik.
Hörmətli cənab Prezident!
Sizdən xahiş edirəm mənim bu müraciətimi şəxsi nəzarətinizə götürəsiniz və əlilliyimin bərpası üçün maneələr yaradan vəzifəli şəxslər barəsində ciddi tədbir görülməsinə tapşırıq verəsiniz.
Sonda bütün mətbuat orqanlarından xahiş edirəm bu müraciətimin işıqlandırılmasında və cənab Prezidentə çatdırılmasında mənə köməklik etsinlər.