Son 2 gündə mənə, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə çoxlusayda bu növ müraciətlər daxil olur. Neftçilər günü münasibətilə işçilərə ödənilən 500 manat mükafatdan-gəlir vergisi,məcburi sosial sığorta haqqı və sair digər ödəmələrin tutulması qanunidirmi? Bununla əlaqədar bildirirəm ki, qüvvədə olan AR-nın Vergi Məcəlləsində və digər digər qanunvericilik aktlarında:işçilərə ödənilən bu növ mükafatlardan - vergi, məcburi sosial sığorta və sair sahələrdə güzəştlər nəzərdə tutulmayıb və ya azad edilməyib. Göstərilən səbəblərdən işçilərə ödənilən - 500 manat məbləğində mükafatdan: gəlir vergisi, məcburi sosial sığorta haqqı, tibbi sığota və işsizlik sığortası kimi məcburi, həmkarlar ittifaqı təşkilatına üzvlük haqqı və digər məcburi və könüllü ödəmələr tutulur. Azər Quliyev. Teref.az