Ardını oxu...
Azərbaycanda universitet təhsili də dəyişəcək: - Bir çox ixtisaslar texnikumlara verilə bilər
Tarix: Bu gün, 01:10 | Çap et
Azərbaycanda universitet təhsili də dəyişəcək:
"Biz istəsək də, istəməsək də ali təhsil sistemi dəyişməlidir. Bu sahədə ciddi islahatlar aparılmalıdır".

Bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, ali təhsil sistemində klassik yanaşmalardan uzaqlaşmaq lazımdır:

"Ali təhsil müəssisələrimizə çevik qərarların qəbul edilməsi üçün mexanizmlər təklif olunmalıdır. Düşünürəm ki, yaxın zamanlarda bu sahədə islahatlar aparılacaq. Ali təhsil müəssisələrimiz ilk növbədə təhsilin keyfiyyətinin artırılması istiqamətində öz fəaliyyətlərini daha düzgün formada qura biləcəklər".

Millət vəkili Razi Nurullayev də ali məktəblərə qəbul imtahanından daha çox, universitetlərdə təhsilin keyfiyyətinə, tələbələrin yüksək bilik əldə etməsinə önəm verilməsinin vacibliyini vurğulayıb:

“İmtahanla instituta girmək aldadıcıdır. İmtahan boş şeydir. İmtahan oxuyan zaman lazımdır. Kim oxumaq istəyirsə, gəlib oxusun. Amma hamı oxuya biləcəkmi? Oxuya bilməyəcək və iki aydan sonra çıxıb gedəcək. Ona məsləhət olunacaq ki, sən get peşə məktəbinə və sənət öyrən. Diplom sənlik deyil”.

Qeyd edək ki, son vaxtlar ölkədə ali məktəblərə qəbul imtahanının ləğv edilməsi, əksinə ali təhsil ocaqlarında təhsilin daha da gücləndirilməsi, savadlı kadrların yetişməsi istiqamətində müzakirələr aparılır.

Bəs qəbul imtahanı ləğv edilərsə, ali təhsil ocaqlarında təhsilin keyfiyyəti artacaqmı və bütün tələbələr hər zaman olduğu kimi “məzun” ola biləcəkmi?

TEREF.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, universitetlərin başlıca məqsədi ölkədəki işçi qüvvəsi tələbatına uyğun qaydada ixtisas qrupları yaratmaq və tələbələrə məzun olduqdan sonra öz ixtisaslarına uyğun işlərdə işləmələri üçün zəruri olan bilikləri öyrətmək olmalıdır:

“Universitetlər tələbələri bazarın tələblərinə uyğun biliklə təmin edə bilmirsə, o zaman universitet təhsili vaxt və pul israfıdır. Çünki insanlar universitet təhsili almaq üçün illərlə çalışırlar və ciddi maddi resurs istifadə edirlər. Belə olan təqdirdə, universitetin onlara bazar tələblərinə uyğun bilik verməməsi düzgün deyil.

Bu iddia həm də düzgündür, çünki universitetlər özləri də birbaşa və ya dolayı yolla verdikləri təhsilin məzunlara gələcəkdə ixtisaslarına uyğun iş tapması üçün zəruri olduğunu iddia edir. Yəni universitetlər özləri də başlıca məqsədlərinin tələbəyə ixtisasına uyğun iş tapmaq üçün zəruri bilik vermək olduğunu qəbul edirlər. Texnikum və peşə məktəblərinin sayı və oradakı təhsilin keyfiyyəti artırılmalı, həmçinin bu təhsil müəssisələri daha çox şəxs üçün əlçatan olmalıdır. Çünki şagirdlərin məktəbi bitirdikdən sonra ixtisassız işçi olmaması üçün onların təhsillərini davam etdirməsi olduqca vacibdir.

Azərbaycanda şagirdlərin təxmini 66%-i orta məktəbdən sonra heç bir təhsil almır və nəticədə onlar ixtisassız işçiyə çevrilirlər ki, bu problemi də texnikum və peşə məktəbləri aradan qaldıra bilər. Həmçinin, bir çox ixtisasa yiyələnmək və gələcəkdə ona uyğun iş tapmaq üçün universitet təhsili vacib deyil (və vacib də olmamalıdır). Universitet təhsili o ixtisaslar üzrə vacibdir ki, orada tələbənin ciddi nəzəri biliklərə yiyələnməsi zəruri olsun.

Bu nəzəri biliklərin universitetdən kənar əldə edilməsi qeyri-mümkün və ya olduqca çətin olmalıdır. Məsələn, hazırda Bakı Dövlət Universitetində kitabxanaçılıq ixtisası var, halbuki kitabxanaçılıqda ən yaxşı halda minimal nəzəri biliyə yiyələnmək kifayətdir. Kitabxanaçı olmaq üçün texnikum oxumaq kifayət etməlidir”.

Ekspert hesab edir ki, universitet diplomunun dəyəri əsasən məzunun iş imkanlarını artırması ilə ölçülür:

“Lakin universitetlərdə təhsil haqları heç də hamı üçün əlçatan deyil. Belə olan təqdirdə, ixtisasa uyğun iş tapmaq baxımından yeni imkanlar yaradan diplomlar əsasən universitet diplomlarını əhatə etməməlidir. Hazırda diqqətdən kənarda qalan texnikum və peşə məktəblərinin cəlbediciliyinin artırılması işçinin biliyi ilə bazarın tələbləri arasındakı uyğunsuzluğu aradan qaldırmağa ciddi kömək edə bilər.

Hazırda əmək bazarında təklif edilən bir çox işlər üçün ali təhsil tələb edilir. Amma həm Azərbaycan universitetlərində tədris edilən ixtisasların, həm də əmək bazarında tələb olan ixtisasların ciddi bir hissəsi üçün ali təhsil şərt deyil və ya şərt olmamalıdır. Çünki həmin ixtisaslar üçün ən yaxşı halda minimal nəzəri bilik tələb edilir. Belə olan halda, həmin ixtisasların texnikum və peşə məktəblərində tədris edilməsi daha çox şəxsin məktəbi bitirdikdən sonra təhsilinə davam etməsinə, beləliklə, əmək bazarında ixtisaslı işçi qüvvəsinin artmasına səbəb ola bilər.

Bu isə dolayısıyla işsizliyin azalmasına imkan yaradır. Çünki ixtisassız işçi qüvvəsindən fərqli olaraq, bir çox peşə sahəsində bilikləri olan şəxslər şirkətlərdə iş yeri tapa bilmədikdə peşə fəaliyyətləri ilə bağlı fərdi qaydada öz xidmətlərini təklif edə bilirlər. Digər tərəfdən, əmək bazarında işəgötürənlərin vakansiyalar üçün peşə bilikləri ilə bağlı tələbləri olur və heç bir istiqamətdə ixtisaslaşmayan ixtisassız işçilər vakant yerlər olmasına baxmayaraq həmin sahədə təcrübəsi olmadığı üçün iş imkanlarını əldən vermiş olur. Texnikum və peşə məktəblərində daha çox insanın təhsil alması və bu təhsil müəssisələrinin reputasiyasının yaxşılaşması təbii ki, işəgötürənlərin də yerli-yersiz bütün iş elanlarına ali təhsil tələbi yerləşdirməsini aradan qaldıra bilər. Məsələn, hazırda ölkədə ən prestijli hesab edilən iş yerlərindən biri bank sektorudur.

Banklarda ön ofis işçiləri üçün lazım olan əsas bacarıqlar bankların daxili proqram təminatı ilə işləmək və məhsulların şərtləri ilə tanış olmaqdan ibarətdir. Belə olan təqdirdə bu tip ixtisaslar üçün niyə ali təhsil şərti vacib olmalıdır? Məhsulun şərtləri ilə tanış olmaq və müştəri ilə ünsiyyət yaratmaq üçün universitet bitirmək, yaxud da texnikum məzunu olmaq hansısa bir təsir yaratmır. Məsələn, ali təhsil müəssisələrində tədris edilən turizm bələdçiliyi ixtisası da ciddi nəzəri bilik tələb etmədiyindən, onu texnikumlara həvalə etmək olar.

Bu baxımdan, ciddi nəzəri bilik tələb edilməyən ixtisaslarda texnikum və ya peşə təhsili alanların da işləyə bilməsi bu təhsil müəssisələrinə olan marağın artmasına səbəb ola bilər. Belə ki, texnikum və peşə məktəblərində həmin ixtisasların tələb etdiyi səviyyədə minimal nəzəri bilik tədris edilə bilər”.

Ekspert deyir ki, dövlət bu sahədə hələlik çox az iş görüb:

“Belə ki, 2022-ci il dövlət büdcəsində təhsil xərclərinin həcmi 3 milyard 884 milyon manata bərabərdir. Bütün büdcə xərclərinin 13%-ni məhz təhsil xərcləri təşkil edir. Büdcədən təhsil istiqamətinə ayrılan xərclərin (yəni, 3 milyard 884 milyon manatın) təxminən 70%-ni müxtəlif təhsil pillələri üzrə ayrılan vəsaitlər təşkil edir.

Təhsil pillələri arasında ən çox vəsait – təhsilə ayrılan maliyyə vəsaitinin 54%-i orta məktəblərə (buraya 1-ci sinifdən 11-ci sinifədək bütün siniflərdə təhsil alanlar daxildir) ayrılır. İlk baxışdan orta ixtisas və peşə təhsili müəssisələrinə universitetlərdən daha çox vəsaitin ayrılması gözə dəysə də, nəzərə almaq lazımdır ki, Azərbaycanda universitetlərin əsas maliyyə mənbələri təhsil haqlarından əldə edilən vəsaitdir. Digər tərəfdən, universitetlərdə təhsil haqqı məbləğləri texnikumlar və peşə məktəbləri ilə müqayisədə olduqca yüksəkdir. Universitetlərdə illik təhsil haqqı orta hesabla 2290, texnikumlarda təxminən 600, peşə təhsili müəssisələrində 500 manatdır.

Azərbaycandakı ali təhsil qiymətləri heç də əhalinin gəlirlərinə adekvat deyil. 2021-ci ilin yekununda ölkədə orta aylıq əmək haqqı 724 manata bərabər olub. Median əmək haqqının miqdarının isə ötən il 343 manat olduğu açıqlanmışdı. Yəni ölkədə əmək haqqı ilə çalışanların yarısının (təxminən 850 min insan) maaşı 343 manatdan aşağı səviyyədə idi. Ali təhsil müəssisələrində orta illik təhsil haqqı məbləğinin 2300 manata yaxın olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, minimum əmək haqqı səviyyəsində (300 manat) maaş alan şəxs övladını oxutmaq üçün bütün il ərzində qazandığı gəlirin 65%-ni universitetə ödəməlidir.

Ali təhsil müəssisələrində təhsil haqqının əhalinin gəlirlərinə adekvat olmaması, texnikum və peşə məktəblərində təhsil keyfiyyətinin aşağı olması, eləcə də, texnikum və peşə təhsilinin əmək bazarında iş tapmaq imkanlarını elə də artırmaması bir çox şagirdlərin orta məktəbi bitirdikdən sonar heç bir pillədə təhsilini davam etdirməməsinə səbəb olur. Bu isə nəticədə əmək bazarının ixtisaslı işçi qüvvəsindən məhrum olmasına gətirib çıxarır. Dövlət Statistika Komitəsinin 2021-ci ilin əvvəlinə olan rəsmi rəqəmlərindən də aydın olur ki, Azərbaycanda iqtisadi fəal əhalinin üçdə ikisi sadəcə orta məktəb təhsilinə malikdir. Təhsilin inkişafı üzrə dövlət strategiyası adlı sənəddə də qeyd edilirdi ki, Azərbaycanda, xüsusilə özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi yaranıb”.

Ekspertin sözlərinə görə, dövlət büdcəsindən texnikum və peşə məktəblərində dövlət sifarişli yerlərin və həmin qurumlara ayrılan maliyyə vəsaitinin artırılması həmin təhsil müəssisələrinin də infrastrukturunun yaxşılaşdırılmasına və resursların artırılmasına imkan yarada bilər:

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” adlı sənəddə qeyd edilir ki, hökumətin təhsil sahəsində müəyyən etdiyi strateji hədəflərdən biri cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı texnikum və peşə məktəbi standartları və kurikulumlarının hazırlanmasıdır. Həmin sənəddə bildirilir ki, texnikum və peşə məktəblərinin kurikulumları müasir tələblərə cavab vermir. Bu baxımdan, hökumətin də texnikum və peşə məktəblərində problemlərin olduğunu təsdiqlədiyini qeyd edə bilərik.

Azərbaycanda həm təhsil sistemində, həm də əmək bazarında çatışmazlıqlara səbəb olan yuxarıda sadaladığımız problemlərin həlli üçün ilk növbədə ali təhsil müəssisələrində tədris edilən ixtisasların, ən azından dövlət sifarişi ilə ayrılan yerlər bazarın və dövlət sektorunun tələblərinə uyğunlaşdırılmalıdır. Azərbaycanda hər il yüzlərlə tarixçi, diplomat, politoloq və bu kimi ixtisaslar üzrə təhsil alan şəxslərin yetişdirilməsi üçün dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılmasına ehtiyac yoxdur. Həmin vəsait əmək bazarında daha çox tələb olunan və ölkədə kadr çatışmazlığı yaranan mühəndislik, tibb, hüquq kimi istiqamətlərə yönəldilməlidir.

Məsələn, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının hesabatında göstərilir ki, 2018-ci il üzrə Avropa ölkələri arasında hər yüz min nəfərə düşən vəkil sayına görə Azərbaycan sonuncu yerdədir. Belə ki, bu göstərici Azərbaycanda 15,7 olduğu halda Avropa üzrə orta rəqəm 164-dür. Müqayisə üçün qeyd edək ki, müvafiq göstərici Ermənistanda 72,2, Gürcüstanda isə 123-dür. Azərbaycan Vəkillər Kollegiyasının açıqladığı son rəqəmlərə görə, ölkədə 2132 kollegiya üzvü vəkil var, beləliklə, ölkə üzrə hər yüz min nəfərə düşən vəkil sayı təxmini 21.3-dür. Lakin Bakıdan kənarda yaşayan təxmini 7 milyon insan üçün cəmi 453 vəkil var, deməli, regionlarda yaşayan əhali üçün hər yüz min nəfərə cəmi 6.4 vəkil düşür. Yəni 2018-ci ildən bəri, son üç ildə vəkillərin sayında bir qədər artım müşahidə edilsə də, Azərbaycan Avropa ölkələri arasında hələ də sonuncu yerdədir.

Yuxarıda sadaladığımız ixtisaslara ayrılan dövlət sifarişli yerlərin sayının azaldılması tək tələbin olmaması və resurs israfı ilə deyil, həm də, Azərbaycan universitetlərinin həmin ixtisaslarda o qədər çox kadr yetişdirmək potensialının olmaması ilə də izah oluna bilər. Ölkədə hazırda universitetlərdə təhsilin səviyyəsi çox aşağıdır və o qədər çox kadra yetəcək qədər keyfiyyətli professor-müəllim heyəti yoxdur. Həmin ixtisaslarda təhsil alanların sayının azaldılması universitetlərin öz məhdud resurslarını az tələbəyə ayırmasına və nəticədə isə onların nisbətən daha keyfiyyətli təhsil almalarına şərait yarada bilər. Universitetlərlə bağlı atılmalı olan daha bir addım nəzəri biliyin ən yaxşı halda minimal tələb edildiyi ixtisasların texnikumlara ötürülməsi olmalıdır.

Məsələn, kitabxanaçılıq ixtisasını universitetdən texnikuma köçürtmək olar. Belə olan təqdirdə, bu ixtisas həm daha çox insan üçün, xüsusən də maddi səbəblərə görə daha əlçatan olacaq, həm də universitet öz resurslarını ciddi nəzəri bilik tələb edən ixtisaslara yönəldə biləcək. Universitetlərdəki dəyişikliklərlə yanaşı problemin həlli həm də texnikum və peşə məktəblərinə marağın artırılmasından asılıdır. Bunun üçün tələb olunan addımlar büdcədən təhsilin bu pillələrinə daha çox vəsait ayrılması, dolayısıyla, texnikum və peşə məktəblərində kadr potensialının, infrastrukturun inkişaf etdirilməsidir. Həmin təhsil müəssisələrində dövlət sifarişli yerlərin artırılması daha çox şəxsin texnikum və peşə məktəblərinə yönəlməsinə şərait yarada bilər. Texnikum və peşə məktəblərinə münasibətdə müşahidə edilən digər ayrı-seçkilik hallarının aradan qaldırılması da, bu təhsil müəssisələrinin reputasiyasının yaxşılaşmasına kömək edə bilər.

Məsələn, hazırda Azərbaycanda hərbi xidmət kişilər üçün icbari sayılır. Universitetlərə daxil olan tələbələrə, hətta magistraturaya daxil olduğu halda iki dəfə hərbi xidmətdən möhlət hüququ verilsə də, bu yanaşma nə texnikumlara, nə də peşə məktəblərinə daxil olan oğlanlar üçün tətbiq edilir. Eyni zamanda, texnikum və peşə məktəblərinin məzunları ilə orta məktəb məzunlarının hərbi xidmət müddəti arasında heç bir fərq qoyulmur. Halbuki, universitet məzunları digərlərinə nəzərən altı ay daha az, 12 ay müddətinə hərbi xidmət keçirlər. Bu baxımdan, texnikum və peşə məktəblərinə daxil olan şəxslərə də hərbi xidmətdən möhlət hüququnun verilməsi və hərbi xidmət müddətinin azaldılması təmin edilməlidir. Əmək bazarı dinamik bir sahədir və yeni texnologiyaların və digər inkişaf etmiş təcrübələrin girişi ilə daim inkişaf edir. Bu inkişaf, əmək bazarındakı tələblərin də dəyişməsinə səbəb olur.

Bu səbəbdən, mütəxəssislər iş gücü bazarındakı dəyişikliklərə aydın şəkildə cavab vermək üçün hazırlanmalıdır. Əmək bazarının tələblərinə cavab verən mütəxəssislər hazırlığı prosesi, tez-tez təşkil edilən iş təcrübələri, seminallar və konfranslar vasitəsi ilə davam edir. Bu tədbirlərdə mütəxəssislər, ən son inkişaf edilmiş texnologiyaları, metodologiyaları və strategiyaları öyrənə bilərlər. Bunun yanında, işçi təcrübəsi, tədris və təcrübə, proqramlar və dəstək vasitələri ilə təmin olunmalıdır. Əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlığı, özünəməxsus tələblərə cavab verir. Bu tələblər, yüksək keyfiyyətli təhsil, texnoloji təcrübə və digər biliyə sahib olmaqla təmin edilir.

İstifadə olunan məsələlər də şirkətlər tərəfindən təqdim edilən təhsil planları, işçilərə təqdim edilən təcrübə və məşğuliyyətlər, tətbiqi proqramlar və s. Mütəxəssislərin hazırlığı, əmək bazarında işə qəbul olmaq və ya sərbəst fəaliyyət göstərmək üçün vacibdir. Buna görə, əmək bazarının tələblərinə cavab verən mütəxəssislər, öz mövqeyini qorumaq üçün həmişə hazırlıqlı olmalıdır”.
Ardını oxu...
Bura Sabunçu rayonunda yerləşən “Bit bazarı”-dır. Arzu Məmmədova hər şənbə-bazar bu bazara azyaşlı körpəsilə birgə gəlir. Deyir, dolanışığını burada ikinci əl əşyalar satmaqla təmin etməyə çalışır.

Arzu Məmmədovanın iki övladı var. Böyük övladı bacısının himayəsindədir. Azyaşlı körpəsinə dayə tuta bilmədiyindən məcbur olur ki, onu da özü ilə bərabər bazar yollarında aparıb-gətirsin.

Arzu Məmmədova bu evdə kirayə yaşayır. Mənzilin bir hissəsinin tavanı uçulub-tökülür. Arzu Məmmədova şəraitsiz evdən, imkansızlıqdan gileylənir.

Şikayətçinin sözlərinə görə ünvanlı sosial yardım almaq üçün Sosial Müdafiə Nazirliyinə müraciət etsə də, rədd cavabı alıb.
Sosial Müdafiə Nazirliyinin sözçüsü Rəşad Mehdili Toplum Tv-yə bildirib ki, ailənin ünvanlı sosial yardım hüququnun yoxlanılması üçün şikayətçi ilə əlaqə yaradılıb. Məlum olub ki, Arzu Məmmədova həyat yoldaşından ayrılıb, lakin aliment almır. Arzu Məmmədova aliment almaması barədə arayış əldə etdikdən sonra ünvanlı sosial yardımla bağlı müraciət edə bilər.

Arzu Məmmədova deyir, sosial yardım almaq üçün lazımı sənədləri əldə etmək üçün çalışacaq, amma bunu necə edəcəyini bilmir.

Toplum TV
 
Ardını oxu...
Elm və təhsil naziri Emin Əmrullayevin bir neçə gün öncə səsləndirdiyi bir fikir geniş müzakirə mövzusuna çevrilib. Söhbət məktəblərdə dərslərin sentyabrın 1-i başlamasından gedir.

Referans.az-ın məlumatına görə, mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov hesab edir ki, dərslərin sentyabrın 15-dən deyil, 1-dən başlamasını təmin etmək lazımdır.

Ekspertin fikrincə, dünya ölkələrində dərslər havanın temperaturuna uyğun şəkildə başlayır. Bu səbəbdən də ölkəmizdə dərslər sentyabrın 1-i başlamalı və mayın 31-i bitməlidir. Çünki Azərbaycanda sentyabrın 1-i ilə 15-i arasındakı hava temperaturu, iyun ayının 1-dən 14-ə qədər olan temperturla eyni deyil.

Ekspertin fikrincə, dərslərin sentyabrın 1-i başlaması həm də 34 həftəlik dərs yükünün tam şəkildə təşkil edilməsinə şərait yaradacaq.

“Qəbul imatahanlarının mart ayında keçirildiyi i nəzərə alsaq, bu həm də şagirdlərə imatahan üçün əlavə 2-3 həftə qazandıracaq. Bu qərarın qəbul olunması həm də maliyyə problemlərini də aradan qaldıracaq”,- deyə ekspert bildirib.

Qeyd edək ki, nazir Emin Əmrullayev bugünlərdə çıxışı zamanı təhsil işçisi kimi məktəblərdə tədrisin sentyabrın 1-dən başlamasını daha uyğun hesab edib. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, hazırda bu prosesin dəyişdirilməsi müzakirə olunmur.

Teref.az mövzu ilə bağlı Xəzər tv-nin daha ətraflı hazırladığı videomaterialı təqdim edir:
 
Ardını oxu...
Zərərçəkən dəymiş zərərin sığorta ödənişindən artıq hissəsini zərərvurandan tələb edə bilər.

Teref.az “Report”a istinadla xəbər verir ki, bu, Bakı Apellyasiya Məhkəməsinin icbari sığorta ilə bağlı müraciəti əsasında Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarda öz əksini tapıb.

Qərarda deyilir ki, “İcbari sığortalar haqqında” qanunun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir. Ancaq qanunun 10-cu, 20.4-cü, 56-cı və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.

Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.
Ardını oxu...
Azərbaycan müstəqillik əldə etdikdən sonra pensiyaçıların sayı 6,8% azalıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycanın müstəqillik əldə etməsindən sonrakı ilk ildə - 1992-ci ildə ölkədə 1 miyon 287 min 687 pensiyaçı olub və bunların 803 min 114 nəfərini yaşa görə pensiya alanlar təşkil edib.
Həmin dövürdə Azərbaycan əhalisinin sayı 7 milyon 324,1 min nəfər olduğu üçün yaşa görə pensiya alanların sayı əhalinin ümumi sayının 10,96%-nə bərabər olub.
Bu ilin əvvəlinə olan sonuncu məlumata görə Azərbaycanda 1 milyon 200 min 475 pensiyaçı olub və onların 707 min 1 nəfəri yaşa görə pensiya alıb. Azərbaycan əhalsinin sayı isə 2022-ci ilin yekununda 10 milyon 156,4 min nəfərə çatıb. Bu da o deməkdir ki, Azərbaycan əhalisinin 6,96%-i yaşa görə pensiya alır.
Son 30 ildə əhalinin ümumi sayı 36,7% artdığı halda, yaşa görə pensiya alanların sayı 12% azalıb.
1992-ci il 2022-ci il
Pensiyaçıların ümumi sayı 1 287 687 nəfər 1 200 475 nəfər
Yaşa görə pensiya 803 114 nəfər 707 001 nəfər
Əhalinin ümumi sayı 7 324,1 min nəfər 10 156,4 min nəfər
Yaşa görə pensiya alanların əhalinin ümumi sayına nisbəti 10,96 % 6,96 %
 
Ardını oxu...
Konstitusiya Məhkəməsi işçiyə fərdi əmək mübahisəsi zamanı belə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edib.

Bakı Apellyasiya Məhkəməsi bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib və Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsini istəyib.

Qəbul olunan qərarda deyilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi,hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.
 
Ardını oxu...
Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 72,6 min ailənin 321 min 100 üzvü ünvanlı dövlət sosial yardım alıb. Bir nəfərə düşən aylıq ünvanlı dövlət sosial yardımın məbləği isə 95 manat 50 qəpik olub.

Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ünvanlı dövlət sosial yardım alan ailələrin və şəxslərin sayı 2,2 dəfə çox olub.

Son bir ildə ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 39,2 min ailə, ünvanlı dövlət sosial yardım alan şəxslərin sayı isə 174 min 670 nəfər artıb.

Ünvanlı dövlət sosial yardım alanların sayına görə ilk sırada Bakı şəhəri yer alıb. Paytaxtda 34 min 318 nəfər ünvanlı dövlət sosial yardım alıb.

Bakıdan sonra ən çox Tovuz rayonun sakinləri sosial yardım alıblar - 18 min 467 nəfər.

Bundan başqa Lənkəran rayonunda sosial yardım alanların sayı 17 min 436, Masallı rayonunda 16 min 161, Yardımlı rayonunda isə 13 min 325 nəfər olub.

Sosial yardım alanların sayının az olduğu rayonların ilk sırasında Xankəndi (140 nəfər), Xızı (328 nəfər), Balakən (332 nəfər) və Naftalan (449 nəfər) yer alıb.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarından - 243 manatdan aşağı olan aztəminatlı ailələrə verilir.

Digər şəhər və rayonlarda isə sosial yardım alanların sayı aşağıdakı kimi olub:
Ardını oxu...
Daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb.
Bu məqsədlə mənzillərə bildirişlər göndərilir.
Evini sığorta etdirməyən vətəndaşlar cərimələnəcək. Belə olduğu halda çıxarışı olmayan evlərin aqibəti sual doğurur.
BAKU.TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti