Ardını oxu...
Nazirlər Kabineti bununla bağlı “Pensiya yaşına çatmasına, əlilliyinə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”na dəyişiklik edib.

Bakupost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Müavinətin təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
 
Ardını oxu...
Azərbaycan Respublikası Əmək Məcəlləsinin bu tələblərinə əməl edilmədikdə - işçilərin dəymiş zərərin əvəzinin ödənilməsi hüququ yaranır:
1.Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) 16 gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir.
2. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
3. Kollektiv və ya əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər, işçilərin Əmək Məcəlləsi ilə nəzərdə tutulan hüquq və təminatları məhdudlaşmadan
4. Əmək haqqının verilməsi günü: istirahət, səsvermə, ümumxalq hüzn günü və s.iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, həmin günlərdən əvvəlki gün verilir.
5. Əmək müqaviləsi ləğv edilən işçiyə düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
6. İşçiyə əmək haqqı verilməsi -işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində zərərin əvəzi kimi ödənc verilməlidir.
7.Əmək müqaviləsi ləğv edilmiş işçininəmək kitabçasının verilməsi - işəgötürənin təqsiri üzündən ləngidildikdə, bu halda işə düzələ bilmədiyi bütün müddət üçün Işçilərə orta əmək haqqı ödənilməlidir.
Azər Quliyev.
Teref. Xocanın Blogu
 
Ardını oxu...
"Hazırda Bakı və ətrafında mövcud olan və təxminən sayı 500 minə yaxın olan fərdi yaşayış evlərinin qeydiyyat sənədi yoxdur. Onların qeydiyyatının aparılması hökumətin özünə də vacibdir. Çünki büdcəyə vergi və digər xidmətlərdən maliyyə gələcək. Həmçinin, bu, bir neçə sektora, o cümlədən bank sektoruna da ciddi təsir edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Qasımzadə deyib.

Ekspert bildirib ki, bu məsələ ilə bağlı Prezident illər öncə rayon icra hakimiyyətlərinə müəyyən tapşırıqlar verib:

"Yerlərdə olan evlərin araşdırılması, onların mövcud vəziyyəti, kommunikasiya xətlərinə yaxın ərazidə tikilməsi və s. bağlı sənəd təqdim olunmalı idi. Məsələ ilə bağlı tək rayon icra hakimiyyətləri deyil, Əmlak Məsələləri Dövlət Xidməti, bələdiyyələr, həmçinin hökumətin bəzi qurumları, Arxitektura və Şəhərsalma Komitəsi də daxil olmaqla araşdırmalara başlayıb. Məndə olan məlumata görə, hətta qeydiyyatı olmayan evlərin bir-bir inventerlaşdırılması aparılıb. Harada hansı ev yerləşib, vəziyyəti necədir bununla bağlı müvafiq işlər başa çatdırılıb və sənəd ümumilikdə Nazirlər Kabinetinə təqdim edilib”.

Ekspert hazırda bu sənədin hökumətdə müzakirə mərhələsində olduğunu vurğulayıb:

"Orada da ən çox müzakirə yaradan məsələ kommunikasiya xətlərinin üzərində yerləşən fərdi yaşayış evləri ilə bağlı olub. Bu sosial məsələdir, məhz bu üzdən hökumət məsələyə ehtiyatla yanaşır. Nəyə görə? Bəzi evlər var ki, doğrudan da sökülməlidir. Həmin evlər insanların sağlamlığına ciddi təsir göstərən və təhlükəli olan zonalarda yerləşir. Yüksək gərginlikli elektrik xətlərinin altında, yüksək təzyiqli qaz kəmərlərinin altında yer, yüksək təzyiqli su xətlərinin üstündə və neft müqaviləsinin ərazisində olan torpaqlarda yerləşən evlərdə insanların yaşaması belə onların sağlamlığına ziyan vurur. Hökumət bununla bağlı məsələdə ehtiyyatla davranır. Yaşayış məntəqələri olan torpaqlarda tikilən evlər isə sənədləşəcək”.

Ramil Qasımzadə hətta bəzi evlərin kənd təsərrüfatlı təyinatı olan torpaqlarında tikildiyini diqqətə çatdırıb:

"Artıq bununla bağlı işlər yekunlaşıb. Əsas məsələ kommunikasiya xətlərinin üzərində olan evlərlə bağlıdır. Orada hökumət araşdırma aparır ki, hansı xətləri qəsəbədən yan keçirmək, hansı xətlərin yerini dəyişmək olar və yaxud da çıxılmaz vəziyyət olarsa kompensasiya ödənilməsi yolu ilə həmin evlərin sökülməsi məsələsi gündəmə gələ bilər. Prosesin yubanmasının əsas səbəblərindən biri dunur”.

Əmlak ekspertinin fikirincə, oktyabr ayının 1-dən etibarən Nazirlər Kabinetinin verdiyi sərəncam da məhz gələcəkdə qanunsuz tikilinin qarşısını almaq və belə tikililərin olmaması üçün qəbul edilib.
 

Ardını oxu...
"Mənim gəlir yerim yox, işləmirəm. Bir ona baxıram. Mən nə alıram ki, onu da kəsdi o Sahil Babayev". Bu sözləri kanal 13-ə açıqlamasında Qaradağ rayonu, Qobu Park yaşayış kompleksində məkunlaşan Xankəndidən məcburi köçkün düşən, üçüncü qup əlil, tənha qadın Həsənova Rəsmiyyə Veyis qızı deyib. Tənha qadın zülmlə dolandığını bildirib. Rəsmiyyə Həsənova bildirib ki, ikinci qrup əlil olub, amma indi onu 3-cü qrup əlil kimi qeydə alıblar.

Daha ətraflı aşağıdakı videoda:



Mənbə: Kanal 13
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Respublika üzrə pensiyaların noyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
 

Ardını oxu...
Şəki rayonun Göybulaq kəndində yaşayan vəfat etmiş qazi anası Rəsulova Pərvanə Talıb qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Müraciətdə deyilir:

"Mən, Rəsulova Pərvanə 2 övlad anası olmuşam. Oğlum, Rəsulov Şərif Şahin oğlu 2001-ci ildə 09.11.2001-ci ildə Şəki rayonu Qaratorpaq kəndində anadan olub.

44 günlük 2-ci Qarabağ Müharibəsində iştirak etmiş və Zəngilanın azad edilməsi uğrunda gedən qızğın döyüşlərdən birində yaxınlığında mərmi partlayışı nəticəsində baş nahiyyəsindən barotravma almış, ayaqlarından ağır yaralanmışdır. Uzun müddət müalicə olunmasına baxmayaraq sağlamlığını bərpa edə bilməmişdir.Eyni zamanda psixoloji durumunda ciddi problemlər olduğuna görə iki dəfə Məştəğada yerləşən psixatrik xəstəxanada və Şəkidə psixatriya xəstəxanasında uzun müdət müalicələr almışdır. Başındakı ağrıların şiddətindən onun həyatı gündəlik cəhənnəmə çevrilmişdir. O nə yata bilirdi, nə də ayıq vaxtı evdə sakitləşdirmək mümkün olmurdu. Başındakı ağrıların şiddətindən özünü ğldürmək həddinə şatmışdı. Ailədə onu hər gün nəzarət altında saxlayırdıq. Aldığı müalicələrin heç bir xeyri olmadı. Sağlamlığını tam itirmişdi. Ağörıkəsici dərmanların da təsiri olmurdu. Kasıb olduğuna görə ona əillik dərəcəsi də təyin etməmişlər. Oğlum Şərif reallıqda qazi idi.

Nəhayət, oğlum Şərif 22.08.2023-cü ildə evdə nəzarətsiz qalmıç və ağrılarına dözməyərək intihar etmişdir.

Atası Rəsulov Şahin Şərif oğlu 1 Qarabağ veteranı olub, 06.05.2021- ci ildə insultdan rəhmətə gedib.

Hal hazırda mən, Rəsulova Pərvanə Talıb qızı və 2016--cı il təvədlüdlü qızım Rəsulova Banu Şahin qızı tək yaşayırdıq. Evimiz olmadığına görə Şəki rayon Göybulaq kəndində yaşayan qardaşım Məhərrəmov Elçin Talıb oğlunun evinə pənah aparıb qeydiyyata düşüb hazırda qardaşımın ailəsilə birlikdə yaşamağa məcburuq.

Çox hörmətli cənab Ali Baş Komandan İlham Əliyev. 44 günlük müharibədə ağır yaralanmış oğlum Şərif son 3 ildə aldığı müalicələrin nəticəsi olmadığına görə insan vəfat etmişdir. Bu gün ona Şəki Rayon Xəstəxanası tərəfindən ölüm şəhadətnaməsi verilmir. Deyirlər, gedin məhkəməyə müraciət edin, hakim qərar versin. Məni bir ana olaraq çıxılmaz vəziyyətə düşmüşəm. Tək qızımla qardaşım Elçinin evinə sığınıb birtəhər yaşayıram. Sizdən çox xahiş edirəm Zəngilanın azad olunması uğrunda ağır yaralanmış və müalicəsi mümkün olmadığna görə vəfat etmiş oğlum Rəsulov Şərif Şahin oğluna şəhidlik statusunun verilməsi barədə göstəriş verəsiniz. Əvvəlcədən Sizə sağ olun deyirəm. Və imkan olsaydı sosial vəziyyətim pis olduğuna, 7 yaşlı qızımla birlikdə hazırda qardaşım Elçinə yük olduğuma görə mənə hazırda yaşadığım Göybulaq kənd orta məktəbində yarım ştata xadimə işi təşkil etməyinizi də xahiş edirəm".

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Ardını oxu...
1980-ci illərdə, SSRİ-nin süquta doğru yuvarlandığı bir dövrdə ən yadda qalan hadisələrdən biri də “inkişaf” etmiş sosialist ölkəsində talon sisteminin tətbiqi olub. Talonun nə olduğunu izah etmək üçün bir cümlə yetərlidir. Cibində pul var, saatlarla növbəyə durmağa vaxtın da var, amma talonun yoxdursa, heç iki yüz qram şəkər də ala bilmirsən...

Əslində, talon sistemi SSRİ-də 1980-ci illərdə deyil, çox-çox əvvəllərdən tətbiq edilib. Sovet vətəndaşlarına gündəlik zəruri tələbat malları, ərzaq məhsulları almaq üçün verilən talonlar 1920-ci illərdən tanış olub. 1929-cu ildə isə bütün ölkə üzrə çörək norması üçün kart sistemi tətbiq edilib.

Çörək kartları kateqoriyalar üzrə verilib. Birinci kateqoriyaya orduda və donanmada xidmət edənlər, müdafiə sənayesi obyektlərində çalışanlar, rabitə, nəqliyyat, tikinti sektorunda işləyənlər aid edilib və onların gündəlik çörək norması 800 qram olub. İkinci kateqoriyaya aid edilən qulluqçular 300 qram çörək ala biliblər. Üçüncü kateqoriyaya daxil olan təqaüdçülər və əlillərə isə gündəlik 200 qram çörək almaq üşün kart verilib. Hər kateqoriyada ailə üzvləri ayrıca nəzərdə tutulub. “Tüfeyli ünsürlər”ə isə ümumiyyətlə çörək kartı verilməyib. Həmin ərəfədə ət, yağ, şəkər və yarmalar da talon sistemi ilə əldə olunub.
Ardını oxu...

1 yanvar 1935-ci ildə kart və talon sistemi ləğv edilib. Amma əhaliyə gündəlik tələbat mallarını, ərzaq məhsulları məhdudlaşdırılmış sayda və çəkidə satılıb. Bununla yanaşı, elə səhərisi gün, yanvarın 2-də çörək və un məmulatlarının qiyməti təxminən iki dəfəyə yaxın artıb.

Sovet-alman müharibəsinin başlanması ilə kart sistemi, talon tətbiqi yenidən qüvvəyə minub. Bu dəfə təkcə ərzaq məhsulları üçün deyil, sənaye malları üçün də talon sisteminə keçilib. Beləliklə, sovet vətəndaşları ət, yağ, yarma, şəkər, un və şirniyyat məmulatları ilə yanaşı, ayaqqabı və geyimləri də yalnız talonla əldə edə biliblər.

Əgər müharibəyə qədər bir nəfər gün ərzində 600 qram çörək ala bilirdisə, 1941-ci ildən paylanılan çörək kartı ilə hər adam yalnız 200 qram çörək ala bilib. Mühasirədə qalan Leninqradda isə gündəlik çörək norması 100 qramla məhdudlaşdırılıb. Müqayisə üçün onu da qeyd edək ki, müharibə illərində Almaniyada hər bir vətəndaş sutka ərzində 1 kiloqram çörəklə təmin edilib.
Ardını oxu...
1945-ci ildən başlayaraq kart sistemi tədricən ləğv olunmağa başlayıb. 1947-ci ilin dekabrında sonuncu olaraq şəkər satışı da kart sistemindən çıxarılıb.

SSRİ-də növbəti talon dalğası 1980-ci illərdə başlayıb. Buna qədər, hələ 1970-ci illərin sonlarında bəzi bölgələrdə ət, yağ və şəkər əhaliyə talonla satılıb. Kütləvilik isə 1983-cü ildə tətbiq edilib. Talon siyahısında əvvəlcə ət, kolbasa və kərə yağı yer alıb. Bir neçə ildən sonra bu siyahıya bitki yağı, yumurta, çay, duz və yarmalar da əlavə olunub. Artıq 1980-ci illərin sonlarında paltar və əl-üz sabunu, yuyucu tozlar da defisitə çevrilərək talonla satılıb.
Ardını oxu...
Alkoqolizmə qarşı mübarizə illərində alkoqollu içkilər də talon siyahısına salınıb. Ayda yaşı 18-i ötmüş hər kəsə talonla bir şüşə araq, yaxud da iki şüşə çaxırın satılması nəzərdə tutulub. Məhz bu talonların tətbiqindən sonra ölkədə gizli sexlərdə və ev şəraitində alkoqollu içkilərin istehsalı kütləvi şəkil alıb.
Talonlar vətəndaşlara mənzil-istismar sahələrində və iş yerlərində həmkarlar təşkilatında paylanılıb. Bu iş nə qədər ciddi nəzarət altında aparılsa da, talon maxinasiyaları baş alıb gedib. “Görüm-baxım”la həm qeydiyyat yerindən, həm də iş yerindən talon almaq mümkün olub. Fürsətdən istifadə edən işbazlar həmin ərəfədə talon alveri ilə də məşğul olublar.
Ardını oxu...
Talon maxinasiyaları bununla bitməyib. Daha çox pul qazanmaq istəyənlər mətbəələrdə gizli şəkildə talon çap ediblər və saxta möhürlə həmin talonları möhürləyərək dövriyyəyə buraxıblar. Təbii ki, satıcılar böyük növbələrin yarandığı mağazalarda talonların əsl, yoxsa saxta olduğunu müəyyənləşdirmək imkanında olmayıblar.

Bir sözlə, ərzaq qıtlığı ölkəyə siyasi və sosial problem yaratmaqla yanaşı, həm də kriminal mühiti zənginləşdirib.

Ən başlıcası isə aydın olub ki, hətta siyasi böhrana səbəb ola biləcək ərzaq qıtlığını ərzaq talonları ilə aradan qaldırmaq mümkün deyil. 1980-ci illərin sonlarındakı və sonrakı hadisələrə də bunu bir daha sübut etdi.
Ardını oxu...
Bu gün Rusiya və Ukrayna arasında yaranmış gərginlikdə də ərzaq qıtlığı qabarıq şəkildə özünü büruzə verir. Bir tərəfdə piştaxtalar sürətlə boşalır, digər tərəfdə piştaxtalar bombalanır. Bu vəziyyət isə sonda sosial partlayışlar yarada bilər.

İlham Cəmiloğlu, Musavat.com
 
Ardını oxu...
Aşpaz, bərbər, dayə və bu kimi xidmət sahələrində çalışan digər şəxslər də ipoteka imkanlarından faydalana biləcəklər. Çünki sabit vergi ödəyicilərinin ipoteka kreditlərinə çıxışını təmin etmək üçün müvafiq tədbirlər hazırlanıb.

Xezerxeber.az xəbər verir ki, mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, sözügedən şəxslərin gəlirlərinin qeyri - stabil olması onlara müəyyən problemlər yaradırdı.

Ekspert bildirib ki, müxtəlif xidmət sahələrində çalışanlara aylıq sabit vergi ödənişi tətbiq olunduğuna görə ipoteka kreditinə müraciət etmək üçün imkan yaradılacaq.

Onun sözlərinə görə, yeni qaydalar qüvvəyə minəndən sonra əhalinin əhəmiyyətli kateqoriyasını təşkil edən müxtəlif xidmət sahələrində işləyənlərin ipoteka kreditlərinə əlçatanlığı təmin olunacaq.

Xalid Kərimli hesab edir ki, dəyişklik regionlarda mənzil bazarının canlanmasına səbəb ola bilər.

Yeniliklərin tətbiqi ilə bağlı təkliflər qanunvericilik şəklində aidiyyəti üzrə təqdim edilib. Müvafiq qaydada təsdiq prosesini keçdikdən sonra, yaxın vaxtlarda yeniliklərdən istifadə mümkün olacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
Hər dəfə Bayram günləri gəldikdə eyni sualla qarşılaşırıq. Çox hallarda isə işçilər bu sualı açıq formada soruşmaqdan belə çəkinir, FB, vatsap,şəhər və mobil telefonlarla Neftçilərin
Hüquqlarını Müdafiə Təşkilatına müraciət edirlər.
İş günü hesab edilməyən bayram günləri işə görə əməkhaqqının ödənilməsi hansı qayda və məbləğdə ödənilməlidir?
Bununla əlaqədar bildirirəm ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən:
İş rejimindən asılı olmayaraq (istər normal iş rejimi, istərsə də növbə üsulu ilə) - İş günü hesab edilməyən bayram günləri işə görə əməkhaqqının ödənilməsi -gündəlik taarif maaşının iki mislindən az olmayaraq ödənilir
Əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla.
Əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla.
İş günü hesab edilməyən bayram günləri işləmiş işçinin arzusu ilə ona - əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Azər Quliyev.
 
 


 
Ardını oxu...
Prezident aktları, qanunlar mənimsəmə amacı ilə yanlış izah və tətbiq olunur
Son günlərin ən çox diqqətə çatdırılan “diqqət və qayğısı” Qarabağ savaşı veteranlarına ayrılan 80 manatın artırılması “mexanizmi” ilə bağlıdır. Gerçəkdə bu mövzu spekulyasiya predmetinə çevrilib. Hətta “sosial-iqtisadi” deputatlar bu 80 manatın kommunal xidmətlərə görə ödənilən sosial müavinət olduğunu, artan xidmət haqlarına uyğun arta biləcəyini topluma sırıyırlar. Halbuki 80 manat- Qarabağ savaşı veteranlarına verilən Prezident təqaüdüdür, kommunal xidmətlərə görə sosial müavinət deyil.
2019-cu ilin aprelinə kimi işləməyən, əmək pensiyaçısı olmayan müharibə veteranlarına kommunal xidmətlərə görə sosial müavinət ayrılırdı. Prezident 15.04.2019-cu il tarixli “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” haqqında fərman imzalayıb və təqaüdün aylıq məbləğini 80 manat müəyyən edib. Fərmanla müəyyən edilib ki, Prezident təqaüdü 2019-cu ilin aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alanlara həmin müavinətin ƏVƏZİNƏ, əmək pensiyası alan və döyüşən ordunun tərkibində iştirak etmiş müharibə iştirakçılarına ( Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla)- onların təqaüdləri 4-5 dəfə çox olduğuna görə- M.B.), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; dövlət büdcəsində ƏƏSMN-ə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Yəni 2019-cu il aprelin 1-dən qüvvəyə minən 80 manatlıq təqaüdün məbləğinin artırılmasını yalnız Prezident qərara ala bilər. Nədən fərman onun fərmanıdır, artırıb-azaltmaq da onun müstəsna səlahiyyətindədir. Kiminsə bu barədə speklyasiya-manipulyasiya etməsi savaş veteranlarının başını nağıllarla qatmaqdan özgə bir şey deyil.
Qarabağ savaşı əlillərinə Prezidentin 26.01.2001 tarixli fərmanla ayırdığı kommunal , nəqliyyat və digər xidmətlər əvəzi 26 manatlıq aylıq müavinətin məbləği isə 22 ildir dəyişməz qalıb. Pensiya orqanı fərmanı cibinə uyğun izah və tətbiq edib qazi- əlillərin müavinətini yeyir. Cibə uyğun izaha baxın, guya Prezident 22 il qabaq savaş əlillərinə kommunal xidmətlərə görə sosial müavinət müəyyən edib. Halbuki 22 il qabaq, ümumiyyətlə, “sosial müavinət” anlayışı yox idi, “sosial pensiya” dövriyyədə idi. Və Prezidentin 26.12.2001 tarixli fərmanında sosial pensiyaçılara 6 manat müavinət ayrılması doğrulanıb. Sosial müdafiə orqanlarının mənimsəmə məntiqindən belə çıxır ki, Prezident sosial pensiyaçılara 6 manat sosial müavinət müəyyən edib?! Biz hələ digər qərəzli məntiqləri demirik. Sadəcə, onu deyirik ki, Maliyyə Nazirliyi 17.01.2017 tarixli arayışla bildirib ki, Qarabağ əlillərinə ayrılan 26 manatın verilməsi davam edir, pensiyanın sığorta hissəsinə əlavə edildiyindən “görsənmir”. Baxın, Maliyyə Nazirliyi 26 manatın verildiyini , DSMF-in pensiya verməli olanları isə 26 manatı “sosial müavinət” kimi qəbul edib, əmək pensiyasına əlavə etməyin mümkünsüz olduğunu rəsmi məktublarla bildirirlər.
Prezident aktlarının, qanunların bilərəkdən yanlış izah və tətbiq edil(mə)məsi savaş əlillərinin cibinə ziyan olsa da, qeyri -rəsmi “təfsirçilərin” cibini doldurur. Qanunların düzgün tətbiq edilməsini təmin etməli olan prokurorluq , digər nəzarətedici orqanların “nəzarəti” isə qazilərin haqqından pay almaqla susmaqdan ibarətdir. Hamısı yeyintidə ortaqdır, şübhəlidir, susmaq “hüquqları” qanunla qorunur.
Məğrur Bədəlsoy

Dünyapress TV

Xəbər lenti