Ardını oxu...
DİA.AZ Cəlilabaddan növbəti vətəndaş şikayətini təqdim edir.

Qeyd edək ki, narazı vətəndaş buna qədər də gileyini ifadə etmişdi, amma görünəni odur ki, Cəlilabaddakı məmurlar üçün ən önəmli olanı rüşvətdir... Hər halda vətəndaşın dediklərindən belə anlaşılır.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Kəngərli rayon Qabıllı kənd sakini Şirvan Cabbarovun sol qolu işlək vəziyyətdə deyil. Buna səbəb, onun Naxçıvandakı Daxili Qoşunlarda keçdiyi xidmət zamanı aldığı fiziki travmadır. Bu travmadan sonra o, 2012-ci ildə hərbi xidmətə yararsız elan olunaraq, üçüncü qrup əlil kimi işdən çıxarılıb, təqaüdə göndərilib. 2021-ci ci ildə isə onun 10 ilə yaxın əlil kimi aldığı təqaüd kəsilib.
Şirvan Cabbarova bildirilib ki, sən artıq əlil deyilsən və xidmətinə davam edə bilərsən. Xidmətə qayıtmaq istədikdə isə, ona bildirlib ki, sən əlilsən və buna görə xidmətə yararsızsan. Çarəsiz qalan keçmiş hərbçi məsələnin həlli üçün prezident İlham Əliyevə müraciət edir. Şirvan Cabbarov hərbidəki xidəmətlərinə görə, üç dəfə yüksək mükafata layiq görüldüyünü bildirir.

 
 
 
Ardını oxu...
"Sel və daşqınlara görə Aqrar Sığorta Fonduna 1000-dən artıq müraciət daxil olub".

TEREF.AZ bildirir ki, bu barədə Cebhe.info-ya Aqrar Sığorta Fondundan məlumat daxil olub.

Bildirilib ki, son günlər havaların kəskin dəyişməsi, gur yağışlar, dolu yağması və baş verən sel və daşqınlar nəticəsində fermerlərin Aqrar Sığorta Fonduna müraciətləri rekord həddə çatıb.

Fonddan verilən məlumata görə, ilin əvvəlindən indiyədək sel, daşqın və subasma halları ilə əlaqədar sığorta hadisələri üzrə quruma 1000-dən artıq müraciət daxil olub.

Fondun Çağrı Mərkəzindən bildirilib ki, müraciətlərin yarıdan çoxu son iki ayda, may-iyun aylarında qeydə alınıb. Sığorta hadisələri ilə bağlı müraciətlərin böyük hissəsi əkin sahələrinə dəyən zərərlər üzrədir.

Leysan yağışları, sel, daşqın və subasma ilə bağlı ən çox müraciət Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən və Qarabağ bölgələrindən daxil olub.

Aqrar Sığorta Fondundan bildirilib ki, bütün müraciətlər qeydə alınır, artıq onların araşdırılması üçün müstəqil aqrar sığorta ekspertləri ərazilərə ezam ediliblər.

Ekspertlər yerlərdə hadisələri qeydə alır, araşdırır, dəyən zərərin məbləğini ilkin olaraq müəyyən edirlər. Zərərin məbləği dəqiqləşdirildikdən sonra sığortalı təsərrüfatlara ödənişlər həyata keçirilir.

Qeyd edək ki, Aqrar Sığorta Fondu 2022-ci ildə sığorta hadisələri üzrə fermer və təsərrüfatlara 2,4 milyon manat, bu ilin ilk 6 ayında isə təqribən 1,2 milyon manat sığorta ödənişi edib və bu məbləğ artmaqdadır.

Aqrar Sığorta Fondu bir daha fermerləri və iş adamlarını öz təsərrüfatlarını sığortalamağa, bununla da təbii fəlakət və digər risklərdən qorumağa çatırır.

Xatırladaq ki, aqrar sahəyə və fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50 %-ni, yəni yarısını fermerlərin əvəzinə dövlət özü ödəyir.

Başqa sözlə, fermerlər cüzi məğləğ ödəməklə öz təsərrüfatlarını və gəlirlərini qoruya bilərlər.
 
Ardını oxu...
Zaman — mövcud kainatın ən əsrarəngiz elementlərindən biridir. Bəşər tarixi boyunca bir çox filosof, elm adamı və mütəfəkkir zamanın nə olduğunu, necə işlədiyini və ondan ən səmərəli formada necə istifadə edə biləcəyimizi anlamağa çalışıb. Zamanın spesifik təbiətinə görə, biz onu tuta, görə və duya bilmərik; lakin onun təsirini hər gün hiss edirik. Vaxt daim hərəkətdə olan, dayanmadan axan çay kimidir və sanki bizlər də bu çayın içində mənalı və rahat bir həyat sürdürməyə çalışan kiçik qayıqlarəq. Zamanın effektiv idarə edilməsi isə bu çayın sürətinə və istiqamətinə qarşı öz marşrutumuzu müəyyən edə bilmək deməkdir. Zamanın axınına qapılmaq əvəzinə, hər saniyə, hər dəqiqə və hər saatdan məqsədlərimizə çatmaq yönündə istifadə edə bilərik ki, bu da, həyatımızı gözəl və məmnun bir şəkildə yaşaya bilməyimiz üçün gərəklidir.

Deyək ki, bir günümüz var və həmin 24 saatdan necə istifadə edəcəyimizə qərar veririk. İlk növbədə, vaxtımızın böyük bir hissəsini, orta hesabla 7-9 saatı yatmağa ayırmalıyıq. Bu, günümüzün üçdə bir hissəsini əhatə edir və həmin müddət ərzində biz bədənimizi və zehnimizi dincəldirik. Sonra isə əksəriyyətimiz üçün başqa böyük bir zaman dilimi, işdə keçirdiyimiz vaxtdır. Bu müddət ərzində, bəlkə də 8 saat və ya ondan daha çox dönəmdə həyatımızın böyük bir hissəsini şəkilləndirən vəzifələrimizi yerinə gətiririk. İşdə keçirdiyimiz bu saatlar, vaxtın idarə edilməsinin xüsusilə vacib olduğu bir hissəni təşkil edir: işdəki prioritetlərimizi müəyyən etmək, işlərimizi səmərəli bir şəkildə planlamaq və öhdəliklər arasında keçid etmək və s.

Biz, həmçinin, günümüzun əhəmiyyətli bir hissəsini özümüzə, yemək hazırlamağa və ya yeməyə, əzizlərimizlə vaxt keçirməyə, hobbilərimizə və digər şəxsi məşğuliyyətlərə ayırırıq. Bu, əslində heç də “boş vaxt” deyil, həmin dövrdə biz özümüzü bəsləyir, münasibətlərimizi inkişaf etdirir və özümüzün qeydinə qalırıq. Lakin bu müddətdən ən səmərəli şəkildə bəhrələnmək üçün də vaxtın effektiv idarə edilməsi tələb olunur.

Bəlkə də bir hobbimizə nə qədər zaman ayıracağımızı, bir kitab oxumağa və ya bir film izləməyə nə qədər vaxt sərf edəcəyimizi düşünməyimiz gərəkir. Bəlkə, sevdiyimiz insanlarla nə qədər vaxt keçirəcəyimizə, dostumuzla nə zaman görüşəcəyimizə də qərar verməliyik. Çünki bu qərarların, vaxtımızı səmərəli idarə etməyə, həyatımızın keyfiyyətli və mənalı olmasına bir başa təsiri vardır.

Bundan başqa, vaxtın idarə edilməsi bizə məqsədlərimizi müəyyən etməyə və onlara nail olmağa kömək edir. Bəlkə də siz kitab yazmağı, bir marafona qatılmağı, yeni dil öyrənməyi və ya hansısa bir işdə yüksəlməyi qarşınıza məqsəd qoymusunuz. Məhz buna görə də həmin məqsədlərə nail olmaq üçün vaxtımızı və gücümüzü şüurlu şəkildə dəyərləndirməmiz lazımdır.

Məsələn, əgər biz kitab yazmağı qarşımıza məqsəd qoysaq, hər gün ona nə qədər vaxt ayıracağımız, buna görə harada və nə qədər zaman keçirəcəyimiz, kitab yazmaq prosesini necə planlaşdıracağımız barədə düşünməliyik. Eyni şəkildə, əgər biz marafona qatılmağı hədəfləyiriksə, təlim proqramımızı necə təşkil edəcəyimizi, nə vaxt və harada məşq edəcəyimizi, istirahət və bərpa vaxtımızı necə idarə edəcəyimizi də planlaşdırmalıyıq.

Zamanın idarə edilməsi həmçinin vaxtımızı və enerjimizi necə sərf etməyimiz barədə ətraflı qərarlar qəbul etməyimizi təmin edir. Hər dəqiqənin və hər saatın dəyərini anladıqda, həmin vaxtı şüurlu şəkildə idarə edə və onu ən yaxşı nəticələrə nail olmaq üçün dəyərləndirə bilərik.

Qeyd etdiyim kimi, zamanın effektiv idarəsi, həyatımızı nəzarətdə saqxlamaq, hədəflərimizə çatmaq və həyat keyfiyyətimizi yüksəltmək üçün olduqca vacibdir. Unutmayaq ki, zaman, əlimizdəki ən qiymətli və ən az bərpa olunan resursdur və bu resursdan ən səmərəli şəkildə istifadə etmək həyatımızı ən gözəl şəkildə yaşamağa imkan verir.

Sərkərdə Sərxanoğlu - DİA.AZ
 
Ardını oxu...
Bərdə rayon Soğanverdilər kənd sakini Elvin Məmmədov bildirir ki, o, İkinci Qarabağ döyüşlərində iştirak edərkən yaralanıb və əməliyyat edilib. DİA.AZ bildirir ki, həkimlər ona heç bir xəstəliyinin olmadığını və sağlam olduğuna desələr də , vətəndaş işləmə qüvvəsinin olmadığını qeyd edir.

Şikayətçi bununla bağlı aidiyyəti qurumlara müraciət etsə də, müsbət nəticə əldə etmeyib.

DİA.AZ bildirir ki, şikayətçi kanal13 vasitəsilə ölkə başçısından və aidiyyatı qurumlardan ona köməklik göstərilməsini xahiş edir.

Daha ətraflı aşağıdakı videoda:

Ardını oxu...
"İdarəetmə adətən soyuq və klinik bir sahə olaraq görülür; emosional amillər sürətli qərar qəbul etmə, səmərəlilik və nəticələrlə əvəz olunur. Ancaq müasir iş dünyasında liderlərin emosional zəkasının – artan bir dəyər, xüsusən də empatiya – olduğunu başa düşürük. Bu emosional qabiliyyət get-gedə menecerin idarəetmə çantasında ən təsirli vasitələrdən biri halına gəlmişdir. Bu yazıda idarəetmədə empatiyanın vacibliyini və menecerlərin empatiya bacarıqlarını necə inkişaf etdirə biləcəyini araşdıracağıq. Görəcəyik ki, empatiya yalnız 'gözəllik' aktı deyil, həm də iş məqsədlərinə çatmaq üçün vacib bir vasitədir. İş dünyasında liderlərə görə empatiya işçilərin emosional ehtiyaclarını önə çəkmək deməkdir - və bu, hər bir menecerin uğurunun açarıdır."

Bir menecerin empatiya qabiliyyəti işçilərin motivasiyasını, sədaqətini və ümumi məmnuniyyətini artıra bilər. Çünki, bir iş yerindəki empatiya, işçilərinizi dəyərləndirdiyinizi və dəstəklədiyinizi göstərir.

Duygusal zəka, insanın özünün və başqalarının duyğularını anlamaq, idarə və istifadə etmək qabiliyyətidir. İdarəetmədə emosional zəka, xüsusən də empatiya çox vaxt diqqətdən kənarda qalır; hansı ki bu, qeyd etdiyimiz kimi, menecer üçün ən təsirli vasitələrindən biri sayılır.

İdarəetmədə empatiya bir menecerin komandasını dəyərləndirdiyini və güclü bir komanda dinamikası yaratdığını göstərir. İşçilər menecerlərin empatik olduğunu hiss etdikdə daha çox həvəslənir və özlərini daha məmnun hiss edirlər.

İşdə bir empatik lider komandanın emosional vəziyyətini oxuya, fərdi motivləri və çətinlikləri başa düşə, bu məlumatları daha effektiv komanda idarəçiliyi və daha yüksək səmərəlilik üçün istifadə edə bilər.

Empati Yorgunu Musunuz? | Avita Çalışan Destek Hizmetleri

Bəs menecerlər empatik bacarıqlarını necə inkişaf etdirə bilərlər? Bunun üçün aşağıda qeyd etdiyim bir neçə təklifə diqqət yetirməyinizi məsləhət görərdim:

Aktiv dinləmə: İşçilərinizlə danışarkən onlara tam diqqətinizi verin. Yalnız dediklərinə deyil, necə dediklərinə də qulaq asın. İşçilərin emosional vəziyyətlərini anlamaq üçün bu tövsiyələrə diqqət yetirin.

Emosional şüur: Öz emosional vəziyyətinizin fərqində olun və emosional reaksiyalarınızı idarə edin. Bu, başqalarının emosional vəziyyətlərini daha yaxşı başa düşməyə və empatiya göstərməyə kömək edir.

Dürüst rəy: İşçilərinizə dürüst, lakin həssas rəy verin. Onların emosional vəziyyətini başa düşdüyünüzü və dəyər verdiyinizi göstərin.

Aktif Dinleme Nedir ve Nasıl Geliştirilir? - Ayşe Tolga İyi Yaşam

Qısaca olaraq konkretləşdirsək, empatiya müasir menecerin əl kitabçasında vacib bir bacarıqdır. İşçilərin emosional ehtiyaclarına rəhbərlik etmək həm fərdi işçilər, həm də bütün komanda üçün daha səmərəli və məmnun iş mühiti yaradır. Unutmayaq ki, empatiya, hər bir menecerin hədəfi olan uğur qazanma yönündə önəmli bir bacarıqdır.

Sərkərdə Sərxanoğlu
 
 
 
Ardını oxu...
Son günlər respublikada müşahidə olunan güclü yağışlar və daşqınlardan zərər çəkmiş sığortalı təsərrüfatlara kompensasiya veriləcək.

Bu barədə Aqrar Sığorta Fondundan bildirilib.

Fond son günlər respublikada müşahidə olunan güclü yağışlar və daşqınlarla bağlı fermerlərə müraciət edərək, baş verən sığorta halları ilə barədə fonda məlumat verməyə çağırıb:

"İyunun son günlərində Azərbaycanın müxtəlif bölgələrində hava şəraitinin kəskin dəyişməsi, intensiv yağışlar çaylarda suyun artmasına və sel-daşqınlara səbəb olub. Eləcə də müxtəlif bölgələrdə çoxsaylı dolu halları qeydə alınıb.

Rəsmi məlumatlara görə, iyun ayında ayrı-ayrı bölgələrdə ayın 11-24 günü yağış yağıb. Eləcə də ölkədə dolu yağması halları 2 dəfədən çox artıb – təkcə iyunda 38 dəfə dolu düşüb, ötən il bu göstərici 18 gün olmuşdu. İyunda 55 sel hadisəsi qeydə alınıb ki, bu da rekord göstəricidir”.

"İyunun son günlərində xüsusilə İsmayıllı, Tərtər, Goranboy, Daşkəsən, Şamaxı, rayonlarında vətəndaşların əmlakına, həyətyanı sahələrə, əkin sahələrinə və təsərrüfatlara, xüsusilə də heyvandarlıq və arıçılıq təsərrüfatlarına zərər dəyib.

Baş verən hadisələrlə bağlı Aqrar Sığorta Fondu bəyan edir ki, təbii fəlakətlər, dolu, leysan yağışları, sel-subasma kimi hadisələr aqrar sığorta tərəfindən qarşılanır. Bu hallar nəticəsində zərər çəkmiş sığortalı təsərrüfatlara kompensasiya ödəniləcək.

Aqrar Sığorta Fondu sığortası olan fermer və təsərrüfat rəhbərlərini əkin sahələrinə və təsərrüfatlara baxış keçirməyə, dəymiş zərər barədə Fonda məlumat verməyə çağırır”.

Fond bildirib ki, müraciət qeydə alındıqdan sonra aqrar sığorta ekspertləri ərazilərə ezam olunacaq, dəyən zərəri qiymətləndirəcək və fond tərəfindən fermerlərə dəyən zərər kompensasiya olunacaq.

"Hazırda fondun mütəxəssisləri və aqrar sığorta ekspertləri ölkənin müxtəlif bölgələrinə ezam edilib və sığorta hadisələrini qeydə almaqla məşğuldurlar”, - Fonddan bildirilib.

Fond bir daha fermer və təsərrüfat rəhbərlərini öz təsərrüfatlarını risklərdən qorumaq üçün aqrar sığorta vasitəsilə sığortalanmağa çağırıb.

Xatırladaq ki, fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50%-ni, yəni yarısını dövlət ödəyir. Başqa sözlə, fermerlər iki qat aşağı məbləğ ödəməklə öz təsərrüfatlarını və əkin sahələrini, yəni gəlirlərini çoxsaylı risklərdən qoruya bilərlər.
 
 
 
Ardını oxu...
Məcburi köçkünlərin Qarabağda işğaldan qurtarılan ərazilərdə məskunlaşması başlanıb. Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində məskunlaşma aparılıb. Di gəl, məcburi köçkün statusunda 600 min nəfərdən çox şəxs var və onların ata-baba torpaqlarına qayıdışla bağlı gözlənti və ehtiyacları, təbii ki, öyrənilməlidir. Əks halda Azərbaycan toplumu "Böyük Qayıdış"ın heç də kiçik olmayan problemləri ilə üz-üzə qalacaq.

Bu ehtiyac və gözləntiləri üzə çıxarmaq üçün Qadın, Sülh və Təhlükəsizlik üzrə Məşvərət Şurası "Məcburi köçkünlərin Qarabağa qayıdışı: Prosesə gender baxışı" adlı araşdırma aparıb və bu çərçivədə 705 köçkün qadın arasında sorğu keçirib.

Gənclər qayıtmağa elə də həvəsli deyillər
Sorğuya qatılanların "Qarabağa qayıtmağı düşünürsünüzmü" sualına cavablarından aydın olur ki, məcburi köçkünlərin çoxu qayıtmaqda maraqlıdır. Respondentlərin 70.6 faizi Qarabağa qayıtmağı düşündüyünü bildirib. Sorğu iştirakçılarının 15.1 faizi Qarabağa qayıtmaq istəmədiyini, 14.3 faizi isə, hələlik, qərarsız olduğunu dilə gətirib.

Məcburi köçkünlərin böyük bölümü Qarabağa qayıtmaqda maraqlı olduğunu bildirsə də, sorğuya qatılanların müxtəlif sosial-demoqrafiq göstəricilər üzrə təhlili göstərir ki, bəzi sosial qruplar arasında qayıtmaq istəyənlərin payı ortalama göstəricidən daha aşağıdır. Məsələn, respondentlərin yaş qrupları üzrə "Qarabağa qayıtmağı düşünürsünüzmü" sualına cavablardan aydın olur ki, 60 yaşdan yuxarı şəxslərin 89 faizi bu suala müsbət cavab versə də, 18-29 yaş qrupunda eyni göstərici 61 faizdir.

İşğaldan öncə Qarabağda kənd təsərrüfatının durumu necə idi?
Araşdırmada bildirilir ki, Qarabağa qayıtmaq istəməyənlərin və qərarsız qalanların ən yüksək özəl paya sahib olduğu qrup 18-29 yaşlılardır. Orta yaş azaldıqca Qarabağa qayıdışla bağlı istək də aşağı düşür. Araşdırma çərçivəsində gənc yaşda məcburi köçkün qadınlarla aparılan dərinləşdirilmiş müsahibələrdə ən çox rahatsızlıq doğuran məsələlər dilə gətirilib. Yeni mühitə öyrəşməyin çətinlikləri, köçəcəkləri yerlərdə yaşayacaq insanların çoxunu tanımamaları, iş tapmaq imkanları ayrıca narahatlıq kimi vurğulanıb.

Anket sorğusu iştirakçılarının yaşadıqları yerlərdə Qarabağa qayıdışla bağlı qərarlarda fərqlər gözə çarpıb. Əgər Abşeron yarımadasında yaşayan respondentlərin 62.9 faizi Qarabağa qayıtmağı düşünürsə, əyalətlərdə yaşayan məcburi köçkün qadınlar arasında bu göstərici 79.28 faiz olub. Tədqiqatın nəticələrinə görə, Bakıda yaşayan məcburi köçkün qadınların geri qayıdış prosesində əsas narahatlıqları təhsil, səhiyyə və digər sosial xidmətlərə çıxış imkanlarının və müvafiq xidmətlərin keyfiyyətcə paytaxtdakı qədər yaxşı olmaması ehtimalından qaynaqlanıb. Bu baxımdan, azad edilmiş ərazilərdə sosial xidmətlərin keyfiyyətcə ən az paytaxtdakı səviyyədə təşkili, eləcə də əhalinin hər qrupu üçün cəlbedici gəlir səviyyəsinin təmin edilməsi paytaxtda yaşayan məcburi köçkünlərin Qarabağa qayıdış qərarına təsir göstərəcək ən vacib amillərdən biri olması üzə çıxıb.

Fərdi sahibkarlar nədən rahatsızdır?
Anket sorğusunun nəticələrinə görə, məşğulluq durumu üzrə də məcburi köçkün qadınlar arasında Qarabağa qayıtmaq istəyənlərin sayında fərqli meyllər gözə çarpır. Pensiyaçıların 92 faizi, muzdlu işçilərin 73 faizi, kənd təsərrüfatı ilə məşğul olanların 72 faizi, işsizlərin 69 faizi, evdar xanımların 68 faizi, fərdi sahibkarlarınsa cəmi 53 faizi Qarabağa qayıtmaq istədiyini bildirib.

Məşğulluq durumu baxımından Qarabağa qayıtmaq istəməyənlərin ən yüksək xüsusi çəkisi fərdi sahibkar olan məcburi köçkün qadınlar arasında qeydə alınıb. Bu sosial qrup üzrə Qarabağa qayıtmaq istəyənlərin payı ortalama göstəricidən təxminən yarıbayarı geri qalır. Araşdırmaya görə, bunun əsas səbəbi həmin qrupa daxil olan qadınların öz bizneslərini itirmək qorxusudur. Onlar yeni köçəcəkləri ərazilərdə indiki bizneslərini davam etdirib-etdirməyəcəklərini dəqiq bilmirlər. Biznes subyektləri təşkil olunarkən ölkənin digər yerlərində eyni fəaliyyətlə məşğul olan məcburi köçkün qadınlara öncəlik verilməsi həmin qadınları Qarabağa qayıdışa daha çox həvəsləndirə bilər.

Sorğuya qatılanların təhsil səviyyələri baxımından qayıdışla bağlı qərarlarında önəmli fərqlər gözə çarpmır. Bütün təhsil səviyyələri üzrə (ali, orta ixtisas, peşə təhsili, ümumi təhsil) rəyi soruşulanların təxminən 70 faizə yaxını Qarabağa qayıtmaq istədiyini bildirib.

azadliq.org
 
Ardını oxu...
Göygöl rayonu, Topalhəsənli kənd sakini, II Qarabağ müharibəsi qazisi Məmmədov Orxan Vilayət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi növbədə olmasına baxmayaraq, ona ev verilmədiyini bildirir:

"Mən, Məmmədov Orxan Vilayət oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Göygöl rayon icra başçısı qərəzli şəkildə mənə ev vermir. Məndən sonra növbədə olanlara ev paylanılıb, mənə hələ verilmir. Gedirəm, deyirlər ki, növbən çatmayıb.

Hal-hazırda yaşadığım ev qəzalı vəziyyətdədir. Buna baxmayaraq mənim növbəmin nə vaxt çatacağını belə demirlər.

Şikayətçinin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi təqdim edirik:

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
 


 
Ardını oxu...
Turistik səyahət təkcə bir yerdən başqa yerə getmək deyil, həm də mədəni, iqtisadi və sosial ünsiyyətdir.

Turizm sayəsində insanlar yaşadıqları bölgədən kənarda, digər ölkələrin gözəlliklərindən, mədəni irsindən xəbərdar olurlar. Turistlər getdikləri ölkədə və ya bölgədə gördüklərinin müqabilində yerli əhaliyə pul qazandırırlar. Başqa sözlə, turizm səfər edilən ölkənin və regionun iqtisadiyyatına böyük maliyyə gətirir. Bu gün artıq dünyada gəlir gətirən sahələrin sırasında turizm mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, müxtəlif ölkələr bu sırada ilk yerdə qərarlaşmağa çalışır.

Son illər isə davamlı olaraq bu sektorda ilk sıraya Fransa, İspaniya, Misir, Türkiyə kimi ölkələr ilk sıraya adını yazdırırlar. Bunun isə səbəbi təsadüfi deyil. Belə ki, turizmin inkişaf etdiyi ölkələr daha çox turist cəlb etmək üçün əlindən gələni edirlər. Daha yaxşı turist destinasyaları, otellər, daha yaxşı xidmət, daha maraqlı və turisti cəlb edəcək vasitələr yaratmaq, ölkədəki turizm növlərinin sayını artırmaq, "yaşıl çimərlik bayrağı"əldə etmək kimi bir çox faktorlarla bu sektorda lider olmağa, həm ölkəsini təbliğ etmək, həm də qazanc əldə etməyə çalışırlar.

Dünya turizmi pandemiyadan xilas olsa da, Azərbaycan turizmi yerində sayır

Azərbaycan da bir neçə il bundan öncə turizmi prioritet elan edib və bu istiqamətdə addımlar atmağa başlayıb. Bu istiqamətdə bir sıra proqramlar, Yol xəritəsi hazırlandı. Ancaq illər keçsə də, hələ istənilən nəticə yoxdur. Ölkəyə ən çox turistin gəldiyi il 2019-cu il olub ki, həmin dövrdə 3, 5 milyon turist gəlib. Bunu fəxrlə qeyd etsək də, əslində bu, turizmin inkişaf etdiyi ölkələrin yanında çox kiçik bir rəqəmdir. Sonra isə turizmdə baş verən çöküşü pandemiya ilə bağlalar. Artıq pandemiya başa çatıb və dünya ölkələrində bu sektorun sürətlə inkişafını görürük.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı hesabatında (UNWTO) dünyanın bütün bölgələrində turistlərin sayında artım olduğunu, epidemiyadan əvvəl, 2019-cu ildə təxminən 1,5 milyard ilə rekord qırıldığını, 2022-ci ildə isə dünya üzrə əvvəlki turistlərin sayı ilə müqayisədə 900 milyon ilə 63% bərpa olduğunu açıqlamışdı. Epidemiyadan əvvəlki rəqəmlərin 83 faizinə çatan ən yaxın bölgə Yaxın Şərq oldu. Keçən il 585 milyon ilə ən çox turistin getdiyi bölgə olan Avropa, epidemiya öncəsi rəqəmlərin 80 faizinə çatdı. Ümumdünya Turizm Təşkilatının ekspertləri, 2023-cü ildə dünyada turist sayının iqtisadi böhranın inkişafından asılı olaraq epidemiyadan əvvəlki səviyyələrin 80-95 faizi arasında olacağını təxmin edib. Azərbaycan turizminin bugünkü vəziyyətinin "günahkarı" hələ də pandemiya olaraq qalır.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, cari ilin yanvar-may aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 713 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,9 dəfə, Gürcüstana gedənlərin sayı 36,5 faiz artıb, İrana gedənlərin sayı 29,1 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz azalıb.

Ölkə vətəndaşlarının 39,0 faizi Türkiyəyə, 24,3 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 19,4 faizi digər ölkələrə səfər edib. 2023-cü ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 30,0 faizi dəmir yolu və avtomobil, 67,2 faizi hava, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Xatırladaq ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirmişdi ki, xarici və daxili turizmin inkişafı bizim üçün eyni dərəcədə əhəmiyyətlidir:

“Xarici turistlərin ölkəmizə aktiv və səmərəli fəaliyyətini dəstəkləyirik. Hazırda əsas hədəfimiz pandemiyadan əvvəlki rəqəmləri bərpa edib, əvvəlkindən də çevik fəaliyyəti təmin etməkdir. Ötən il 1,6 milyon xarici ölkə vətəndaşını ziyarətçi kimi qəbul etmişik. Bu, pandemiyadan əvvəlki rəqəmlərin 50 faizinə bərabərdir. 2026-cı ildə xarici turist sayını 4, yerli turist sayını isə 6 milyona çatdırmağı hədəfləyirik.

Həmçinin ÜDM-də turizmdən gələn gəlirin 1,5 dəfə artacağını, turizm sektorunda 20 faiz artım olacağını proqnozlaşdırırıq. Əsas məqsəd Azərbaycanı dayanıqlı, keyfiyyətli turizm destinasiyası kimi tanıtmaqdır. Bu istiqamətdə Azərbaycan Turizm Bürosu tərəfindən genişmiqyaslı işlər görülür".

Pandemiyadan əvvəlki hədəfə niyə çata bilmirik?

Statistikada maraqlı məqamlardan biri odur ki, ölkəyə 713 min əcnəbi gəlib, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olub və bu da gedənlərin gələnlərdən az olmadığını göstərir. Eyni zamanda, cari ilin rəqəmlərinə nəzər salsaq görünən odur ki, bu il də pandemiyadan əvvəlki hədəfə çata bilməyəcəyik. Bir faktı da qeyd edək ki, turizm ölkələrinin bu sektorda yararlandığı amillərdən biri də məhz bayram tətillərindən faydalanmaqdır. Biz istər Yeni il, istər Novruz, istərsə Raamazan bayramlarında bu faktordan yararlana bilmədik. Məsələn, bu gün siyahıya turizm ölkəsi kimi adını yazdıran qonşu Türkiyə bayram tətilllərini fürsətə çevirməyi bacarır.

Türkiyə 2023-cü ilin ilk 5 ayında cəmi 15 milyon 593 min 489 ziyarətçiyə ev sahibliyi edib. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Türkiyəyə gələn ziyarətçilərin 14 milyon 34 min 175 nəfərini əcnəbi, 1 milyon 559 min 314 nəfərini isə xaricdə yaşayan vətəndaşlar təşkil edib. 2023-cü ilin yanvar-may dövründə Türkiyəyə gələn xarici ziyarətçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,65 faiz artıb.

Türkiyə il ərzində 60 milyon turistə çatmağı və 56 milyard dollar turizm gəliri əldə etməyi hədəfləyir.Turizmdəki transformasiya ssenariləri 2033-cü il üçün 120 milyard dollar gəlir və 104 milyon ziyarətçi hədəfini ortaya qoyur. Ötən il Türkiyəyə 51,5 milyon ziyarətçi gəldiyi halda, 46 milyard dollar turizm gəliri əldə edilib. Bu statistikaya baxdıqda turizmin inkişafı göz qabağındadır və həmin ölkə də pandemiya yaşayıb.

Doğrudur, bu gün bizdə əsas problemlərdən biri kimi quru yollarının bağlı olması göstərilir və həqiqətən də bu, sektora mənfi təsir göstərir. Ancaq bu da bir faktdır ki, pandemiyadan öncə quru yolları bağlı olmadığı təqdirdə də biz heç milyonlarla turist cəlb edə bilməmişdik. Hazırda isə ölkədə Qurban bayramıdır və Türkiyənin müxtəlif bölgələrində həm yay turizm mövsümü, həm də bayram tətili ilə bağlı gələn turist sayının 80-100 faiz təşkil etdiyi bildirilir.

Ölkəmizə isə nə mövsüm, nə də məhz bayram tətili üçün gələnlərin sayında elə bir artım müşahidə edilmir. Ancaq daxili turizmdən gəlir əldə etmək hədəflənib ki, bölgələrdə baha qiymətə olan turizm imkanlarından isə vətəndaşlar yararlana bilmir. Əgər hələ 2026-cı ildə xarici turist sayını 4 milyona çatmasını hədəfləyiriksə, demək ki, adımızı turizm ölkəsi siyahısında uzun illər görə bilməyəcəyik.
 

Dünyapress TV

Xəbər lenti