Yarımştat arzusu:
İmtahan az idi, biridi bu yandan çıxdı...
Ali təhsil müəssisələrinin Bakıdan çıxarılması ilə bağlı təkliflərin sayı artır. Düzdür, təklifi
səsləndirənlərin çoxu bunu şəhərdəki tıxaclarla, əhalinin sıxlığının bir tərəfdən də tələbələrin
hesabına artması ilə bağlayırlar. Ancaq problemin başqa, çoxlarının görmədiyi bir tərəfi də var.
Ölkənin müxtəlif bölgələrindən gəlmiş on minlərlə tələbə paytaxtın bu basabasında, işsiz,
yüksək kirayə qiymətləri şəraitində necə dolanır? Təhsil üçün paytaxta gələn gənclərdən başqa,
hətta elə ailələr var ki, övladları tələbə olduğu üçün ailəliklə şəhərə köçməli olublar. Yaxud,
dolanışıq ucbatından əyalətlərdəki ev-eşiyini tərk edib Bakıya gələnlər var. Belə olan halda,
ortaya digər problem də çıxır: təcrübəli, əlində konkret peşəsi olan valideynlərin iş tapa bilmədiyi
vaxtda tələbələr necə etsin? Hələ onu da nəzərə almaq lazımdır ki, bəzi tələbələr ödənişli
əsaslarla təhsil alır. Ali təhsil müəssisələrində illik ödənişlərini də nəzərə alsaq tələbələrin
vəziyyəti daha da çətinləşir. Vəziyyətdən çıxış yolu nədir? Təhsildən boş qalan vaxtını işləyib,
ailəsinə və təhsilinə dəstək vermək istəyən tələbələr necə etməlidir?
Öncə tələbələrin özünü dinləyək.
Bakı Slavyan Universitetinin tələbəsi Nihad Əliyev bildirir ki, tələbə təqaüdü gündəlik xərcləri
qarşılamaq üçün bəs etmir. Bəzi müəssisələr yarımştat iş təklif etsələr də verdikləri məvacib
ürək açan deyil: “Tikinti şirkətində işləyirdim, dərs saatlarına uyğun olmadığına görə ayrılmalı
oldum”.
Jurnalistika ixtisasında təhsil alan Nurlan Hüseynli isə dərsdən sonra özünü inkişaf etdirmək
üçün proqramlaşdırma ilə məşğul olur. Digər tələbələr kimi, o da iş tapmaqda çətinliklərlə
qarşılaşır. Proqramlaşdırmayla bağlı iş təklifi alsa da dərsinə görə 3 saat işdə ola bilib, işə
götürənlər bununla razılaşmadığından başqa yarım günlük iş axtarışındadır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Aysun Həsənova orta məktəbi
rayonda bitirib. Ailədə 4 uşaq olan tələbəmiz öz xərclərini qarşılamaq üçün bir çox yerə iş üçün
müraciət edib. Lakin yarım günlük iş tapa bilməyib. O da tələbələrə iş verilməməsindən
şikayətçidir.
“Xidmət sahələrində işləyən tələbələr istismar olunur. İş saatları çox, maaşı isə azdır. Belə
sahələrdə təcrübə tələb olunmadığa görə tələbələr ofisiant, kuryer kimi işlərdə işləyə bilirlər”.
Bu sözləri Pressklub.az saytına açıqlamasında sosioloq Lalə Mehralı deyib. Mütəxəssis deyir ki,
indi az qala bütün sahələrdə yarımştat işlər o qədər azalıb, tələbələrə ümumiyyətlə, iş vermək
istəmirlər: “Yay aylarında tələbə işləmək istəyir, ona da iş vermirlər, daimi işçi istəyirlər.
Gənclərin seçimi olmadığına görə əldə olana qane olmaq məcburiyyətində qalırlar, bu da
əməyin istismarına gətirib çıxarır”.
Müsahibimiz çıxış yolunu işə qəbul qaydalarını yumşaltmaqda görür. Bildirir ki, iş stajı yalnız
istisna hallarda tələb olunmalıdır: “Məsələn, mühasibat kimi məsuliyyətli işlərdə tələb olunsa,
daha məntiqli olar”.
Tələbələr və yaxud yenicə məzun olmuş şəxslər iş üçün müraciət edəndə ən azı 2-3 illik iş
təcrübəsi tələb olunur. Bu isə işləmək istəyən tələbələrin ən ağrılı yeridir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov saytımıza
açıqlamasında deyir ki, tələbə və məzunların işsizliyinin səbəbləri çoxdur: “Bütün ali
məktəblərdə nəzəri biliklərlə yanaşı, praktiki biliklərin verilməsi də təmin edilməlidir. Amma
istisnalar da var, UNEC, BANM kimi bir neçə ali təhsil müəssələrində bu, mövcuddur. Tələbələr
praktikaya gedib praktiki bacarıqlar əldə edirlər. İşə götürənlər təcrübəsiz işçiləri işə
götürməkdən çəkinirlər. Sahibkarlar təcrübəli işçi götürməyə maraqlıdırlar”.
Sahib Məmmədov onu da əlavə etdi ki, dövlət qulluğu imtahanında məzunlar iştirak edə bilərlər,
orada təcrübə tələbi yoxdur. Amma özəl sektorun öz tələbləri var, onların məqsədi qazanc əldə
etməkdir.
“Ən böyük problem müvafiq iş yerlərinin olmamasıyla bağlıdır, iş yerləri məhduddur. Əmək
bazarına daxil olanların sayı onu tərk edənlərin sayından çoxdur deyə iş yerlərinin sayı azdır.
İşçi qüvvəsi coğrafi olaraq qeyri-bərabər bölünüb. Əsas hissə Bakı və Abşeronda cəmləşib.
Ona görə də burda iş yerləri məhduddur. Bu səbəblərdən məzunlar ixtisası üzrə iş tapa
bilməyib, başqa yerlərə üz tuturlar. Burda başqa bir amil həm də təhsilin keyfiyyəti məsələsidir.
Bütün bunlar ona gətirib çıxarır ki, universiteti bitirmiş gənclər arasında işsizlik səviyyəsi
yüksək olaraq qalır” – Sahib Məmmədov deyib.
Pressklub.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirir ki, tələbələr universitetdə 2-ci
kursdan başlayaraq, təcrübə keçməlidirlər: “Həmin gündə etibarən əmək müqaviləsi
imzalanmalıdır və keçdikləri sahə üzrə təcrübə qeyd olunmalıdır ki, sonda tələbələr asanlıqla
işə qəbul oluna bilsinlər”.
Məktəbi bitirən kimi universitetə qəbul olunan tələbədən iş təcrübəsi tələb etmək nə dərəcədə
doğrudur? Hələ təhsil alan gəncin işləmək şansı olmayıbsa, necə təcrübə qazana bilərdi?
Ekspertin dediyi kimi, bu cür problemləri həll etmək üçün maaşlı təcrübə proqramlarının
yaradılması, qismən də olsa, çıxış yolu ola bilər. Gənclər motivasiyadan düşməməli, daim şəxsi
inkişafları üçün çalışmalıdırlar.
Mütləq bir gün ümid işığı həyatımıza günəş kimi doğacaq.
Səbinə Hüseyn
pressklub
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 “Sosial yardım üçün verilən müavinət kartım boş çıxıb” – ASTARA SAKİNİ
23 Noyabr 2024 Lerik sakini əlilliyə görə müavinətinin səbəbsiz yerə kəsildiyini İDDİA EDİR – ŞİKAYƏT
23 Noyabr 2024 “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
22 Noyabr 2024 26 saniyəyə 1300 dollar qazanan müğənni və 453 manat qazanan elmi işçi VİDEO
22 Noyabr 2024 Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama
22 Noyabr 2024 Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
21 Noyabr 2024 Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
20 Noyabr 2024 Əmək pensiyaları yanvardan bu qədər artacaq
19 Noyabr 2024 Müəllimlərə təhsil kartı ilə güzəşt ediləcək yerlər AÇIQLANDI: geyim mağazaları, supermarketlər, restoranlar, nəqliyyat..
19 Noyabr 2024 Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
19 Noyabr 2024 Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
18 Noyabr 2024 Cənub rayonlarımız “qocalıb”?
17 Noyabr 2024 İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
17 Noyabr 2024 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
15 Noyabr 2024 Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir
14 Noyabr 2024 Həqiqətən körpə uşağın "40"ı var? - Din və tibb nə deyir? (FOTO)
13 Noyabr 2024 Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
13 Noyabr 2024 Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?
13 Noyabr 2024 Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
12 Noyabr 2024 Pensiyalar artırılacaq - Nazirdən şad xəbər

Dünyapress TV

Xəbər lenti