Ardını oxu...
DİA.AZ: - "Şikayətim "OBA", "AL" marketlər şəbəkələrindəndir. Bu şəbəkələr işçiləri QUL kimi istismar edirlər". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.

Daha sonra isə narazı vətəndaş yazır: "Hörmətli OBA HR İdarə heyəti, bir öz gülməşəkər uşaqlarınıza baxın, bir də marketdə işləyən, yük daşmaqdan ayaqları əyilmiş, beli bükülmüş qızlara, oğlanlara baxın. Allahdan qorxun...

OBA-nın işçiləri həm KASSİR, həm SATICI, həm FƏHLƏ, həm MÜHAFİZƏ. həm MAL QƏBULU, həm XADİMƏ kimi işləyirlər.

Bəs onlar insan deyillər? Aldıqları da 400-500 manat... axı nəyə yetir indiki inflyasiya vaxtı?"

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
3 gündən sonra, 28 iyulda MİDA “Güzəştli mənzil” sisteminin DEMO versiyasını dayandıracaq.
Yəni, sınaq versiya ilə mənzil seçimini test edənlərin cəmi üç gün vaxtı qalıb.
Xatırlayıram ki, cari ayın əvvəli, MİDA DEMO versiyanı işə salanda aşağıdakı kimi balaca bir açıqlama vermişdi :
“Güzəştli mənzil” sistemində 29 iyul – 11 avqust 2023-cü il tarixlərində keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilmişdir"
Anlaşıqlı dildə desək , bu o deməkdir ki, 29 iyulda baş tutacaq onlayn satışda güman ki, MİDA yenidən sürprizlər edəcək
Yəni, MİDA təhlükəsizlik məqsədilə DEMO-dan fərqli olaraq real satış modulunun interfeysini dəyişə bilər, ikiqat CAPTCHA fərqli ola bilər, menyular dəyişilə bilər və s.
Botlar və robotların qarşısını almaq üçün gözləmək olar ki, real satış modulu DEMO-dan kəskin fərqli olacaq.
Beləliklə də , düşünmək olar ki, daha hazırlıqlıların, daha çox test edənlərin, İT bacarıqları yüksək olanların şansı daha yüksək olacaq.
Tövsiyə edərdim ki , DEMO ilə mənzil seçimini test edənlər bu məqamları da nəzərə alsınlar.
Uğur qazanmaq üçün bir müddət öncə paylaşdığım statusu yenidən aşağıda paylaşıram.
Uğurlar !
P.S. Xatırladıram ki, sonuncu onlayn satışda ilk mənzil seçimi 31-ci saniyədə baş tutmuşdu.
Osman Gunduz
Terefd.az
Ardını oxu...
"Bu, biznesin işinə birbaşa müdaxilədir və qanuni əsası yoxdur"

Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən xarici taksi şirkətləri - "Bolt”, "Uber” və "Yango”da gediş haqqı artırılıb. Məlumata görə, bu gündən etibarən sözügedən taksi şirkətlərində minimal qiymət 2 manat 50 qəpik təşkil edəcək.

İstənilən qiymət artımının ölkə əhalisi tərəfindən haqlı narazılıqla qarşılandığını nəzərə alsaq, özəl biznesə aid olan taksi xidmətinin bahalaşmasının kimə lazım olduğu, nəyə xidmət etdiyi və nə dərəcədə qanuni olduğu barədə suallar yaranır.

İqtisadçı Natiq Cəfərli bu məsələ ilə bağlı öz sosial şəbəkə səhifəsində maraqlı paylaşım edib: "Keçən ay rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bəyan etdi ki, taksi xidmətində qiymətlər birmənalı olaraq qalxacaq və bəyan etdi ki, məqsədləri taksi gedişlərinin sayını azaltmaqdır.

Bu gün "Uber”, "Bolt” və "Yango” şirkətlərində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 2,50 AZN olub, əvvəllər bu məbləğ 1-1,60 AZN aralığında dəyişirdi.

Qanunlara görə hökumət Tarif Şurasının səlahiyyətlərinə daxil olan sahələrdən başqa digər sahələrdə qiymət qoya, təyin edə bilməz. Taksi xidməti hökumət tərəfindən tənzimlənməyən xidmət sahəsidir. Əgər eyni gündə 3 müxtəlif taksi xidməti şirkəti eyni qiymət təyin edirsə, deməli bunu hökumət istəyib – yaxşı, nə əsasla hökumət bu addımı atıb?! Əslində bu biznesin işinə birbaşa müdaxilədir, qanuni əsası da yoxdur. Yəni, nazirlik əmrlə qiymət təyin edə bilməz, amma edir – ölkədə son 10 ildə qiyməti ucuzlaşan yeganə sahə olan taksi xidmətinin işinə müdaxilə edir, hətta bazara yeni daxil olmuş "Uklon” taksi şirkətinə lobbiçilik edir, çünki bu gün qiyməti artıran şirkətlər sırasında "Uklon” yoxdur. Bundan başqa "Uklon” şirkəti klassik "dumping”-lə məşğuldur, qiymətləri ucuz edib ki, digər şirkətləri bazardan çıxartsın, məntiqlə, anti-inhisar orqanları belə işlərlə məşğul olmalıdırlar, onlar isə gedib məhəllə dükanlarında mağaza sahibləri yiyəsiz Tükəzban xalaya, Mamed dayıya cərimə yazmaqla məşğuldurlar.

Bu suallara, yaranmış vəziyyətə hökumət izah gətirəcəkmi?! Təbii yox, niyə bizə hesabat-açıqlama verməlidirlər ki?! Hesabatlı hökumətin formalaşması üçün biz nə etmişik ki, açıqlama da versinlər?!
 
Ardını oxu...
Çimərlik mövsümünün olması dənizkənarı obyektlərdə göstərilən xidmətlərin qiymətini aktuallaşdırıb.

Çəkiliş aparılan obyektlərin adminstratorları bildirdilər ki, restoranların dənizə çıxışı olduğu üçün insanlardan girişə görə pul alınmır. Üstəlik onların özləri ilə yemək-içmək gətirməsinə də məhdudiyyət yoxdur.

“Özləri ilə yemək gətirməyənlər oradan sifariş edə bilərlər. Yeməklərin qiymətləri isə müxtəlifdir.”

O da bildirildi ki, xüsusilə hava isti olduğundan təhlükəsizlik tədbirləri də artırılıb, aidiyyəti qurumlar dənizdə xoşagəlməz halların yaşanmaması üçün gücləndirilmiş iş rejmində çalışır.

Teref.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 
Ardını oxu...
Yuxu rejiminin mədəni şəraitdən və yaşayış coğrafiyasından asılı olduğunu göstərən araşdırma aparılıb.

Cebhe.info xəbər verir ki, araşdırmanı Cənubi Koreyanın Kanqvon Milli Universitetinin tədqiqatçıları bir neçə ölkədən olan həmkarları ilə birlikdə aparıblar.

“Scientific Reports” jurnalının məlumatına görə, beynəlxalq alimlər qrupu yuxunun keyfiyyətini yeni üsulla araşdırmaq qərarına gəlib. İlkin tədqiqatlar laboratoriyada aparılıb və ya iştirakçıların şəxsi subyektiv hissləri əsasında nəticələr çıxarılıb. Yeni təcrübə dörd il davam edib. Bura 11 ştatdan 30 mindən çox insan cəlb olunub. Onlar daim subyektlərin yuxu və digər həyat amillərinin obyektiv göstəricilərini qeyd edən smart saatlar taxıblar.

Yeni müşahidələrdən əsas nəticə bu olub ki, yuxunun müddəti yaşayış ölkəsindən asılıdır. Məlum olub ki, adambaşına düşən ÜDM-in yüksək olduğu inkişaf etmiş ölkələrdə insanlar kasıb ölkələrlə müqayisədə daha uzun, daha ağır yuxuya gediblər.

Başqa bir maraqlı müşahidə də ortaya çıxıb. Kollektivcilik mədəniyyətə malik ölkələrdə əhali də daha həyəcanlı olur, yuxuya getmək daha uzun çəkir və yuxu ümumiyyətlə, daha səthi olur. Bu iki kateqoriyada yuxu müddəti fərdilik fəlsəfəsinin hökm sürdüyü ölkələrlə müqayisədə az olub. Sonuncular daha tez yuxuya gedir və daha uzun yatır.

Yaponlar ən qısa yuxuya sahibdirlər, bu. orta hesabla yeddi saatdan azdır. Finlandiyada təxminən səkkiz saat yatırlar, onlar yuxu müddəti üçün rekordçulardır.
 
Ardını oxu...
Sözüm şəkildə görünən həmkarlarımadır. Şuşada keçirilən möhtəbər bir tədbirə dəvət almaqla sizin həm də Prezident İlham Əliyevlə birbaşa təmas imkanınız olacaq. Bu fürsətdən istifadə edib, yüzlərlə haqqı tapdanan həmkarlarınızın problemini qabardın.
Prezidentin özü tərəfindən təməli qoyulan və məhz jurnalistlər üçün tikilməsinə Sərəncam verilən binanın media nümayəndələrinə verilməsi ilə bağlı məsələni onun yadına salın. Əminəm ki, bu məsələni olduğu kimi ölkə başçısına mərüzə etmirlər. Hətta onun bu nəcib təşəbbüsü ətrafında sabotaj yaratmaq cəhdləri də var.
Qəti narahat olmayın, Prezident bu təklifinizdən sizə qəzəblənməyəcək, əksinə, müsbət cavab verməklə, bu təklifi verənin adını jurnalistika tarixinə qızıl hərflərlə yazılmasına şərait yaradacaq. Ola bilər ki, fotodakı adamların mənzilə ehtiyacı yoxdur, amma unutmayın ki, siz orada fərd olaraq yalnız özünüzü deyil, həm də bütöv bir media cameəsini təmsil edirsiniz. O medianı ki, onun bir çox layiqli təmsilçiləri uzun illərdi ümidlərini məhz həmin mənzillərə bağlayaraq, ağır sosial şərtlər altında gecə-gündüz çalışıblar, lakin zamanı gələndə onları aldadıblar.
Kimsə bu haqq işdə, ədalətin yanında olduğunu sübut etsin. Bəlkə də, tanrı sizlərdən kimisə məhz bu missiya ilə görəvləndirərək ora göndərib. İlahi ədalətə inanın və həm də sizə böyük savab qazanılacaq bu addımı atmaqdan çəkinməyin. Fotoda belə bir cəsarətdə olan bir neçə həmkarımı görürəm. Təki bizi məyus etməyin. Gəlin, bu son şansdan, medianın xeyrinə istifadə etməyi bacaraq…
Məhəmmədəli Qəribli
Teref.az
Ardını oxu...
Hörmətli Mehriban xanım! Diqqətinizə çatdırıram ki, həyat yoldaşım Rzayev Osman Nəriman oğlu 05 iyul 2022-ci il tarixdən Göygöl rayon prokuroru İlqar Hacızadənin və məmur dostlarının istəyilə şərlənərək qanunsuz həbs olunub. Ötən 1 il ərzində ərimin pozulmuş hüquq və azadlıqlarının bərpasına dair çoxsaylı müraciətlərimiz heç bir fayda verməmişdir. Ölkə rəhbərliyinin də gücü və marağı Göygöl rayonunun hüquq mühafizə orqanlarının özbaşınalığına, rayonumuzda tuğyan edən məmur zorakılığının aradan qaldırılmasına yetməmişdir.

Hörmətli Mehriban xanım!

Sizi də başa düşməyə çalışıram. Ola bilər ki, sizin və prezident İlham Əliyevin vaxtı yoxdur ki, vətəndaşların hüquqlarının qorunması ilə məşğul olsun. Yəqin sizin digər şəxsi və siyasi işləriniz o qədər çoxdur ki, ailəmizə qarşı Baş Prokurorluq səviyyəsində ayaq açmış hüquqi-mənəvi terror aktının varlığından belə xəbər tutmamısınız.

Məlumat üçün bildirim ki, həyat yoldaşım ömrünün 20 ilini jurnalistika fəaliyyətinə həsr etmiş, mediada çalışdığı müddətdə daim dövlətçilik və milli maraqların qorunmasına üstünlük vermiş şəxsdir. Həbsi də peşə fəaliyyətinin sıradan çıxarılmasına yönələn şər-böhtan xarakterlidir. Osman Nərimanoğlu imzası rayon prokurorunun və dostlarının yaratdığı korrupsiya maraqlarının qorunması istiqamətində təşkil edilmiş çirkin bir oyunun günahsız əsiridir.

Onu da bilin ki, mən evdar qadınam. 2 oğlan böyüdürəm. Ərimin həbsindən sonra ailəmizin dolanışıq səviyyəsi daha da ağırlaşıb. Quru çörəyə, təzə geyimə, adi gündəlik məişət qayğılarının həllinə möhtac qalmışıq. Borca-sələmə düşmüşük. Ərimə hər həftə sovqat aparmağa da artıq pul tapa bilmirik.

Rəhbərlik etdiyiniz hakimiyyətin ədalətsizliyi, yarıtmazlığı, şəxsi-maddi maraqları ucbatından günahsız bir jurnalist türmədə, ailəsi də evinin içində aclıqla, mənəvi işgəncələrlə, prokuror İlqar Hacızadənin başçılıq etdiyi dəstənin şantaj və təhdidləri ilə sınağa çəkilir.

Hörmətli Mehriban xanım!

Axı sizlər bu dövləti necə idarə edirsiniz?

Axı niyə şərait yaratmısınız ki, hüquq mühafizə orqanları rüşvət yığıb dövlət vəsaitlərini də talayan məmurları yox, onları ifşa edən jurnalisti "reket" adlandırıb həbs edir? Maraqlanın görün, etimad göstərdiyiniz Baş Prokuror Kamran Əliyev hansı marağına görə sizləri aldadır?! Kamran Əliyev nə üçün Göygöl rayonunda korrupsiya bataqlığı yaratmış prokurorun özbaşınalıqlarını vətəndaş hüquqlarından və qanunçuluqdan daha çox müdafiə edir? Niyə hələ də 5 ili tamam olmuş və təyinatından bəri 8 köməkçi dəyişmiş prokuror hələ də öz vəzifəsində saxlanılır? Bir prokuror ki, təkcə Göygöl xəstəxanasındakı maddi sümürgəçiliyə görə Vasif Əliyevlə(Göygöl rayon RMX-nın direktoru) hər gün prokurorluğun yanındakı parkda yeyib içir, DTX-nın yerli əməkdaşları bu məlumatları bilsə də dövlətdən niyə gizlədir? Prokurorun şər-böhtan kompaniyasında Osmanın yalandan üzünə duran şəxslərin 8 nəfəri məhz Göygöl xəstəxanasının işçiləridir.

Hazırda iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Ona görə də sizlərdən sadəcə bir mühüm xahişim var.

Rəhbərlik etdiyiniz Heydər Əliyev fondundan ayda heç olmazsa ailəmizə 1000(min) manat maddi yardım göndərin ki, biz acından ölməyək. Həyat yoldaşım və ailəmiz adından sizlərə söz veririk ki, həyat yoldaşım azadlığa çıxar-çıxmaz işləyib sizə olan borcumuzu qaytaracağıq.
Ardını oxu...
demokratik.az
 
 
 
Ardını oxu...
Rusiya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, taxıl müqaviləsinə qayıdacaq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Taxıl müqaviləsini bərpa etmək üçün onun humanitar mahiyyətini qaytarmaq lazımdır”, - Putin bildirib.
 
Ardını oxu...
2023-2024–cü tədris ili üçün Müəllimlərin İşə Qəbul (MİQ) imtahanından narazı qalanlar var.

Teref.Az APA-ya isinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin qarşısına toplanan bir qrup müəllim Azərbaycan dili və ədəbiyyat fənni suallarında nöqsanlara yol verildiyini bildiriblər.

Onlar sualların çətinliyindən və quruluşundan gileyləniblər.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib ki, 14 iyul tarixində Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib. Namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb və 29-cu test tapşırığında səhv olduğu aşkarlanıb.

Qeyd edilib ki, həmin test tapşırığı 1 280 nəfərə doğru, 3 842 nəfərə səhv hesablanıb, 959 nəfər isə tapşırığı cavablandırmayıb. Sualın hamıya doğru hesablanması nəticəsində 1 280 nəfərin nəticəsi sabit qalıb, 3 842 nəfərə 2,5 bal (səhv cavaba görə 0,5 bərpa), 959 nəfərə isə 2 bal artırılıb.

Əlavə olaraq qeyd edilib ki, 17 iyulda edilən apelyasiya müraciətləri iyulun 21-dək emal olunacaq: “Bildiririk ki, Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahan 1 seans keçirilib və namizədlərə eyni məzmunda test tapşırıqları təqdim olunub”.
 

Dünyapress TV

Xəbər lenti