Amerikalı milyarder İlon Mask demoqrafik problemlər səbəbindən xalqların və ümumilikdə bəşəriyyətin yox olmaq təhlükəsi barədə xəbərdarlıq edib.
O bu barədə İtaliyanın baş naziri Giorgia Meloninin də iştirak etdiyi, “İtaliyanın Qardaşları” partiyasının təşkil etdiyi yığıncaqda verdiyi müsahibədə deyib.
“Biz uşaq dünyaya gətirməliyik, əks halda İtaliya, Yaponiya və Fransa mədəniyyəti yox olacaq. Bu ölkələrin artıq mövcud olmama riski var, bəşəriyyət yox ola bilər”, - deyə İlon Mask qeyd edib. Maraqlıdır ki, İlon Mask tədbirə uşaqlarından biri ilə qatılıb.