Bu əmək münasibəti ilə əlaqədar da bizə müraciət edən işçilər çoxdur, işçiləri əsasən bu sual maraqlandırır. Müəssisələrdə işçilərin əməyinin mühafizəsi üzrə təlimlər və ya biliklərinin yoxlanılması keçirilə bilərmi? Bu yoxlamadan keçməyən işçilərin - Əmək müqaviləsi İşəgötürən tərəfindən ləğv edilə bilərmi? Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215 və 219-cu maddələrnin tələblərinə əsasən müəssisələrdə işçilərinin əməyin mühafizəsi üzrə məcburi təlimi və biliklərinin yoxlanılması həyata keçirilə bilər. İşəgötürən yeni işə qəbul edilən və başqa işə keçirilən işçilərə: müəssisədə əməyin mühafizəsi üzrə təlimatlar verməli, bilik və bacarıqlarının artmasına kömək etməli, onlara təhlükəsiz əmək və iş üsullarından istifadə etməyin, bədbəxt hadisələrdən zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir. İşəgötürən müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə biliklərininin artırılması məqsədi ilə təlim və kurslar təşkil edə bilər, əsas məqsəd isə bu sahədə işçilərin bilik və bacarıqlarının artırılmasıdır. Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması ilə bağlı işçilərlə bağlanmış Əmək müqaviləsi ləğv edilə bilməz Azər Quliyev. Teref.az