Azərbaycanda gələn il yaşa görə pensiyanın orta məbləği 516 manatı keçəcək.
32gun.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, əhaliyə edilən sosial ödənişlərə cari ilin icmal büdcəsində 10 %-lik artım olub.
“900 milyon manatdan artıq vəsait məhz bu istiqamətə yönəlib. Bunun da böyük hissəsi pensiya təminatı və digər sosial dəstək proqramlarına yönəldilir”, - deyə o əlavə edib.