(Yazı "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə hazırlanıb) 

Bu ilin ilk 9 ayında ötən illə müqayisədə Azərbaycanda boşanmaların sayı artıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyulunda 29 191 nikah və 12 610 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 4,9-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

Boşanmalar zamanı tərəflər arasında açıq qalan, onlar arasında mübahisə yaradan məsələlər olur. Bunlar övladlarla görüş, aliment və s. məsələlərdir. 

Verilən məlumata görə, 2024-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manat olacaq. Buna qədər isə bir uşaq üçün ödənilməli olan alimentin miqdarı 193 manat müəyyən edilmişdi. 

Nəzərə alaq bir yox, iki-üç və daha çox uşaqlı ailələr də boşanır. Bu zaman onlar arasında alimentlə bağlı mübahisələr yaranır. 

Bəs bu mübahsilər necə həll edilməlidir? Boşanmalar zamanı aliment necə ödənilməlidir? 3 və daha artıq uşaq olarsa, güzəşt olunurmu? İctimai rəy alimentlərlə bağlı necə formalaşır? 

Qaynarinfo bu sualları hüquqşünas Səməd Vəkilov və sosioloq Əhməd Qəşəmoğlu ilə müzakirə edib. 

Səməd Vəkilov deyib ki, məhkəmə qaydasında nikah pozularkən azyaşlı uşaqların valideyinlərdən kimin himayəsində qalması məsələsi hakim tərəfindən həll olunması imperativ normadır. Qanunvercilikdə belə aliment verilməsində atanın işləməməsi ilə bağlı güzəşt nəzərdə tutulmayıb:

"Ailə Məcəlləsinin 76-cı maddəsindəki bəndlərə əsasən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi, 2 uşağa görə qazancın (başqa gəlirlərin) 1/3 hissəsi, 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər". 

Hüquqşünas deyib ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını nəzərdə tutur:

"Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər".

 
b_400_300_16777215_00_https___cdn.qaynarinfo.az_2023-11_310dc234ca07af9a70e8dc277936f9casamedvekilov-jpg.jpg


Səməd Vəkiov bildirib ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir:
"Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən sabit pul məbləği təyin edilərkən "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır”.
Sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, alimentin məbləği artırılarsa, bu, düşünülməmiş, yaxşı təhli edilməmiş və tələsik verilmiş qərar olacaq. Ona görə də bunun hansısa bir müsbət nəticəsi ola bilməz:
"Hər hansı qərarı verəndə fikirləşmək lazımdır ki, münasibətlərdə ahəngdarlıq yaratsın, gərginlik yox. Düzdür, məbləğin artımı çox böyük rəqəmlər deyil, amma atalar üçün problem yarada bilər. Çünki bu insanların bir çoxu həqiqətən işsizdir. Onların bu alimneti verməkdə çətinlik çəkməsi gərginlik yaradacq. Digər gərginlik isə bəzi qadınlar düşünə bilər ki, artıq alimnet çoxalıb, boşananda gəliri daha çox olacaq. Lakin sonra inflyasiya gedəcək, həmin fərq özünü göstərməyəcək”
Sosioloq deyir ki, Azərbaycanda ciddi şəkildə ailə institunun problemləri ilə məşğul olub, kompleks həll etmək lazımdır:
"Ailəni, uşaqları xilas etməyin yolu epizodik şəkildə alimnetdən, alimnet artırmaqdan keçmir. Bununla bağlı ciddi əsaslanmış fəaliyyət proqramı hazırlanmalıdır. Bu zaman məlum olacaq ki, ailənin dağılmaması, ailədəki uşaqların gələcək taleyi üçün qanunvericiliklə hansı işləri görmək lazımdır”.  
b_400_300_16777215_00_https___cdn.qaynarinfo.az_2023-11_c3200f844958a7cd3f1f9c2c1e52a4eaehmedqesem-jpg.jpg

Əhməd Qəşəmoğlu deyib ki, uşaqlar təkcə ailənin deyil, həm də gələcəyin vətəndaşıdır, əsgəridir, müəllimidir, həkimidir. Ona görə də bu körpənin böyüməsi təkcə atanın alimentindən asılı olmamalıdır:

"Bu məsələyə kompeleks baxılsa, o zaman məlum olacaq ki, imkanı olmayan boşanmış ailənin uşaqları üçün hansı tədbirlər görülməlidir. İndi məsələ təkcə maddi təminat deyil. Müasir elm neçə dəfələrlə sübut edib ki, uşağa necə hava, su lazımdır, eləcə də atanın, ananın enerjisi də lazımdır. Ona görə də bütün bunlar da düşünülməldir”. 

Sosioloq bildirib ki, ölkədə böyük sosial fəlakət baş verməkdədir və bunun da səbəbləri var:

"Bu gün deyirlər ki, yüz nikaha qarşı 40 boşanma düşür, mən isə bundan daha artıq olduğunu düşünürəm. Çünki hazırdaregionlarda dövlət qeydiyyatından keçməyən nikahlarda var. Bunların arasında da boşanma olur. Onları da göstərilən rəqəmlərlə toplasaq, daha çox boşanma olur. Bugünkü ailələrdə Aəzrbaycanın gələcək nəsli böyüyür, gələcək taleyi həll olunur. Ona görə də bu məsələlərə etinasız yanaşmaq olmaz. Ciddi sosial işlər görmək lazımdır. Yekun fəaliyyət proqramı hazırlanıb işlər görmək lazımdır”.

Günay İlqarqızı
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
b_400_300_16777215_00_https___cdn.qaynarinfo.az_2023-11_81be45fcd35c7c400fcae5bbe40cfe90media-png.png