Ardını oxu...
Xəbər verdiyimiz kimi Azərbaycan əhalisi Türkiyədə zəlzələdən zərər çəkmiş əhali üçün yardım kampaniyasına davam edir.

Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə Babək prospektindəki iri körpünün altında yardımların yığılması ilə bağlı izdiham yaşanır.

Sosial şəbəkələrdə yayılan video görüntülərə əsasən soydaşlarımız yardımların Türkiyəyə yola düşəcək yük avtomobillərinə daşınmasında fəal iştirak edirlər.

Qeyd edək ki, günün səhər saatlarından etibarən sözügedən ərazidə yerləşən “Doğtaş” mebel mağazasına daşınan yardımlardan mağazanın zirzəmiləri dolub, soydaşlarımız yardımları Babək prospektindəki iri körpünün altına toplamağa başlayıblar.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
"Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Sosial sığorta haqqında” qanununda yeni dəyişikliklər müzakirə edildi və plenar iclasa tövsiyyə olundu. Bu dəyişiklik ilə bağlı medianın və eləcə də vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq qeyd etmək istərdik ki, dəyişiklik dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə imkan verəcək".

"DogruXeber.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ilk dəfə olaraq sözügedən qanunvericiliyə sərbəst vəsait və investisiya gəliri terminləri kimi yeni anlayışlar gətirilir:

"Həmin anlayışlar dövlət sosial müdafiə fondunun investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin sərmayəyə yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir. Dəyişikliyin ümumi mahiyyəti ondan ibarətdir ki, fond sərbəst vəsaitini az riskli sahələrə investisiya edərək öz gəlirlərini artıra biləcək. Fond bununla gəlir mənbələrini şaxələndirərək yalnız büdcə transferləri və yığımlardan asılı olmayacaq. Bu isə fonda imkan verəcək pensiya artımları daxil olmaqla fərqli istiqamətlərə daha çox vəsait ayıra bilsin. Riskləri sığortalamaq üçün sərbəst vəsait hər hansı kommersiya bankında deyil, yalnız Mərkəzi Bankda saxlanıla biləcək.

Bütövlükdə, məqsəd əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verməkdir. Bu isə o deməkdir ki, sərmayə mexanizmi növbəti illərdə pensiya məbləğlərində yeni artımlara imkan yaradacaq. Bu pensiya təminatının da güclənməsinə xidmət edəcək".
Ardını oxu...
Ağsu rayon Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovu məhkəməyə verib. O, məhkəməyə Cinayət Məcəlləsinin 148-ci (Təhqir) və 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət edib. F.Xəlilli ona dəymiş mənəvi ziyanın ödənilməsi üçün icra başçısından 30 min manat təzminat istəyir.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən bələdiyyə sədri Fariz Xəlilli bildirdi ki, bu yaxınlarda keçirilən səyyar görüşdə icra başçısı Rövşən Bağırov mənim vəzifə və şəxsi nüfuzuma xələl gətirib:

“Üstəlik, onun səlahiyyətinə aid olmayan məsələlərin məndən izahını tələb edib. Gəgəli bələdiyyəsinin büdcəsini lağlağaya çevirən icra başçısı bilərəkdən mənim seçicilərimin qarşısında nüfuzumun aşağı salınması üçün və bəlkə də gələcəkdə bir kadr dəyişikliyi etmək üçün bu addımı atıb. Mən də bu məsələ ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə şikayət eləmişəm. Birinci instansiya məhkəməsi mənə bildirib ki, cavabdehin ünvanını düzgün göstərməmisən. İndi apelyasiya məhkəməsinə müraciət etmişəm”.

Fariz Xəlilli burda başqa məsələlərin olduğunu söylədi:

“Mənim təmiz işləməyim kimlərinsə işinə yaramır. Keçmiş bələdiyyə sədri İlqar Hüseynov 11 il kənddə istədiyini edib. Tək bir faktı deyim. O vəzifəsindən sui-istifadə edərək 1500 hektar torpağı özünün, bacanağının, qaynının və yaxın qohumlarının adına sənədləşdirib. Üstəlik torpağın təyinatını dəyişdirib.

İlqar Hüseynov hal-hazırda Kənd Təsərrüfatı Nazirliyininin Ağsu rayonundakı Dövlət Aqrar Mərkəzinin rəhbəridir. Və həmin 1500 hektar torpağa görə İlqar Hüseynov hər il dövlətdən külli miqdarda subsidiya alır. Üstəlik, İlqar Hüseynovun oğlunu Rövşən Ağayev İcra Hakimiyyətinin hüquq şöbəsinə müdir götürüb. Eyni zamanda İlqar Hüseynova yaxın daha bir şəxsi Rövşən Bağırov özünə müavin götürüb. Açıq demək lazımdır ki, icra başçısı İlqar Hüseynovun təsiri altındadır. Mən də bu şəbəkəni ifşa eləmək istəyirəm. Hətta İlqar Hüseynov mənə deyib ki, başçıya görüm-baxım eləmişəm, sən də nə istəyirsən de, verim, bu məsələ qapansın. Mən də onunla razılaşmamışam. Bax, məsələnin kökü bundadır”.

Məsələ ilə bağlı Ağsu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Başçısının müavini Elçin Məmmədov Bizim.Media-ya bildirdi ki, mən məsələni dədiqliyi ilə bimirəm:

“Bildiyim odur ki, bələdiyyə sədri İcra Başçısını məhkəməyə verib. Məhkəmə də işə baxacaq. Amma mən biləni İcra Başçısı ona lağ eləmiyib, iradını bildirib”.
Ardını oxu...
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlayıb ki, qlobal ərzaq qiymətləri yanvar ayında bitki yağı və şəkər qiymətlərindəki geriləmə səbəbindən ardıcıl 10-cu aydır enişini davam etdirir.

Ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO Ərzaq Qiymətləri İndeksi yanvar ayında əvvəlki ayla müqayisədə 0,8 faiz azalaraq 131,2 bənd olub.

Beləliklə, indeks ardıcıl 10-cu ayda da enişini davam etdirib. FAO-nun bəyanatında qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra indeks keçən ilin mart ayında qeydə alınan rekord səviyyədən təxminən 18 faiz (28,5 bənd) aşağı düşüb.

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra 2022-ci ilin martında indeks 159,7 bəndə çataraq rekord qırmışdı. Yanvar ayında qlobal ərzaq qiymətləri bitki yağları, süd məhsulları və şəkər hesabına ucuzlaşıb. Bitki yağı qiymətləri indeksi əsasən günəbaxan yağının ucuzlaşması səbəbindən aylıq 2,9 faiz azalıb. İndeks 140,4 bənd təşkil edib ki, bu da bir il əvvəlki səviyyəsindən təxminən 25 faiz aşağıdır. Taxıl Qiyməti İndeksi aylıq 0,1 faiz, illik müqayisədə isə 4,8 faiz artıb. Beynəlxalq buğda qiymətləri Avstraliya və Rusiyada istehsal gözləntilərinin aşılması səbəbindən yanvar ayında 2,5 faiz düşüb.

Digər tərəfdən, məhdud təklif Asiyada güclü daxili tələb və məzənnə dəyişikliyi səbəbilə düyü qiymətləri aylıq 6,2 faiz artıb.

Dünyanın ən böyük şəkər ixracatçısı olan Braziliyada əlverişli hava şəraiti ilə əlaqədar olaraq Şəkər Qiyməti İndeksi aylıq müqayisədə 1,1% azalıb. Eyni dövrdə FAO Süd Qiyməti İndeksi 1,4%, Ət Qiyməti İndeksi isə 0,1 faiz azalıb. Qeyd edək ki, artıq bir neçə aydır dünya ərzaq qiymətlərində ucuzlaşma davam etsə də Azərbaycanda nəinki azalma, əksinə, qiymətlər artmaqda davam edir.

Adətən ölkəmizdəki bahalaşmanı xarici bazarlara uyğunluqla əlaqələndirirlər.

Bəs niyə dünya bazar qiymətlərindəki azalma ölkəmizdəki qiymətlərə təsir etmir?

DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, dünya bazar qiymətlərinin aşağı düşməsi müşahidə edilir və FAO sentyabr ayından başlayaraq bunu qeyd edir:

“Ancaq ucuzlaşma gözlənilən yüksək templərdə deyil. Yəni hələ də qiymətlərin kifayət qədər yüksək olmasından əziyyət çəkən sahələr də var. Azərbaycana gəldikdə isə idxaldan nə qədər asılı ölkə olduğunu nəzərə alsaq, heç olmasa hansı sahələrdə qiymət azalması müşahidə olunursa, ona uyğun olaraq ölkəmizdə eyni məhsulların qiymətində dəyişiklik olmalı idi. Azərbaycanın rəsmi nümayəndələri də dəfələrlə bununla bağlı çıxış edərkən bizdə idxal inflyasiyasının olduğunu vurğulayırdılar. Qeyd edirdilər ki, idxaldan asılı olduğumuz üçün inflyasiyanın sürətinin artma səbəbi xaricdəki qiymət artımıdır. Bu, əks-effekt də verməlidir. Yəni xaricdəki qiymət azalması zəif də olsa davam edir. Artıq 5-6 aydır ki, biz bu tendensiyanı müşahidə edirik. Onun Azərbaycanda müşahidə edilməməsinin səbəbi isə daxili səbəblərlə bağlıdır. Daxildəki bazarın qapalı olması, xarici şirkətlərin və yaxud da yerli iş adamlarının bazara rahat çıxış imkanlarının məhdud olması, müəyyən ihisarçılıq meyillərinin olması, ölkəyə mal gətirən şirkətlərin sayının azlığı, topdansatış ticarətlə bağlı ciddi problemlər hələ də qalır. Bunun da nəticəsində Azərbaycanda qiymətlərin ucuzlaşmadığının şahidi oluruq”.
0
 
 

Bakıda sırf təməl məhsul və xidmətlərdən formalaşan səbətlə keçinə bilməsi üçün 4 nəfərlik ailəyə ayda azı 2000 manat tələb edilir.

Bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.

İqtisadçı ekspert yazır ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinə bağlı Planlama Agentliyi şəhərdə insanların həyat keyfiyyətinin necə dəyişdiyini izləmək üçün müntəzəm araşdırma aparır: “İl ərzində bir neçə dəfə ayrı-ayrı 2 hesabat açıqlanır; “Əhalinin yaşayış xərcləri” və “İstanbulda tələbə olmağın xərcləri”.

Ən son son hesabata görə, 4 nəfərdən (valideynlər+2 uşaq) ibarət ailənin təməl qida, xidmət və qeyri-ərzaq məhsullarından ibarət 1 aylıq ailə səbətinin dəyəri təxminən 28 min TL-yə (1500 USD və ya 2500 manat) bərabərdir. Tədiqat orta statistik ailənin istehlak etdiyi 321 məhsul və xidmətin daxil olduğu səbət əsasında aparılır. Məlumat üçün deyim ki, Azərbaycanda inflasiyasını hesablamaq üçün hər ay 520-dən artıq məhsul və xidmətlərin qiyməti müşahidə edilir. Yəni, hesab edin ki, bu səbətin içərisində ən vacib olanları seçilir və standart ailənin yaşayış xərclərinin hesablanması üçün istifadə edilir.

Numbeo saytı üzərindən müqayisə elədim, mənzil kirayəsi nəzərə alınmadıqda, İstanbul və Bakı arasında təməl qida, geyim əşyaları və xidmətlərinin dəyəri arasında fərq 25%-dən çox deyil. Mənzillərin qiyməti və icarəsi nəzərə alındıqda bu fərq 45%-ə çatır, çünki İstanbulda bu sahədə qiymətlər az qala 2 dəfə Bakıdan yüksəkdir.
Agentliyin araşdırmasında 1600 ev təsərrüfatı iştirak edib və onlardan 61%-i qeyd olunan məbləğdə yaşayış xərclərini qarşılamaqda çətinliklə üzləşdiklərini dilə gətriblər. Yəni, bu o deməkdir ki, Bakıda sırf təməl məhsul və xidmətlərdən formalaşan səbətlə keçinə bilməsi üçün 4 nəfərlik ailəyə ayda azı 2000 manat tələb edilir”.

 
 
 
Ardını oxu...
Əvvəllər Qrenadada altı şəkər plantasiyasına sahib olan britaniyalı aristokrat Trevelian ailəsinin nümayəndələri Karib hövzəsi ölkəsinə keçmişdəki köləliyə görə maddi təzminat ödəyəcəklər.

“Mən öz gözlərimlə kölələrin cəzalandırıldığı plantasiyaları görmüşəm. Buna görə mən utanıram”, - deyə Laura Trevelian bildirib.

Ailə Qrenada və Şərqi Karib hövzəsinin iqtisadi inkişafı üçün ictimai fond yaratmaq məqsədilə 100 min funt sterlinqdən istifadə edəcək.

Məlumatına görə, 1833-cü ildə Britaniyada köləliyin ləğvindən sonra hökumət Trevelian ailəsinə 34 min funt sterlinq (müasir rəqəmlərlə təxminən 3 milyon funt sterlinq) məbləğində təzminat ödəyib, kölələr isə pul almayıb.

Laura Trevelian onu da əlavə edib ki, ailəsinin bir neçə üzvü fevralın sonunda Qrenadaya gedəcək və ictimaiyyətdən üzr istəyəcək.

Qrenada Milli Təzminat Komissiyası bu jesti təqdirəlayiq adlandırıb.

Mənbə: gazeta.ru
 
Ardını oxu...
Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlar üçün, yəni vətəndaşın əlində bağçılıq sənədi ilə olan torpaq sahələri üçün də çıxarış əldə etmək mümkün olacaq. Eləcə də həmin təyinatlı torpaq sahələrində tikilmiş evlər də çıxarış veriləcək.

Bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov "Xəzər Xəbər"ə açıqlamasında bildirib.

O qeyd edib ki, bəzi kənd təsərrüfatı təyinatlı torpaqlar, yəni bağçılıq sənədi ilə alınmış torpaqlarda evlərin sayı çox olduğundan artıq massivləşib. Gələcəkdə həmin torpaq sahələrinin və evlərin də daşınmaz əmlak olaraq qeydiyyata alınması nəzərdə tutulub.

Daşınmaz əmlakın qeydiyyatanın aparılması üçün əsas olan sənədlər isə qanunvericilikdə tam təsbit olunub. Yəni hazırda bu sənədlərə sahib olan vətəndaşlar daşınmaz əmlakları üçün asanlıqla çıxarış ala bilərlər. Lakin bəzi vətəndaşlar isə çıxarış almaqda müəyyən çətinliklərlə üzləşəcəklər.

Elşad Məmmədov bildirib ki, indi daşınmaz əmlakların qeydiyyata alınması qaydası asanlaşdırılıb. Hazırda bütün daşınmaz əmlakların qeydiyyata alınması prosesi bir günə və bir prosedurla həyata keçirilir.
 

Dünyapress TV

Xəbər lenti