III qrupda ödənişsiz yerlərin azalması ilə bağlı 'varlı-kasıb' söhbəti... - AXI NİYƏ?!
Azərbaycanda ali məktəblərə qəbul üzrə III qrupda (beş qrup olur) dövlət sifarişli yerlərin sayı azaldılıb. Bunu avqustun 11-də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, keçən illə müqayisədə III qrupda yerlərin sayı 940 yer artırılıb.

"Dövlət sifarişli yerlərin sayında isə artım yoxdur, əksinə, 328 yer azalıb", - DİM sədri vurğulayıb.

Bəzi sosial şəbəkələr istifadəçiləri düşünür ki, III qrupda dövlət yerlərinin azaldılması sosial təminatı zəif olan şəxslərin hüquq və digər çox bal tələb edilən ixtisaslara qəbulunu çətinləşdirəcək.

Deputat: "Bu düşüncələrdən xilas olmalıyıq"
Amma Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov "Turan"a bildirib ki, III ixtisas qrupunda plan yerlərinin azaldılmasının hansısa subyektiv amillə bağlı olduğunu düşünmür: "Ümumiyyətlə, bunun səbəbi son illər texniki sahəyə, informasiya texnologiyaları, mühəndislik və tibb sahələrinə gənclərin meylinin artmasıdır. Artıq gənclər özləri də anlayırlar ki, humanitar sahədən daha çox bu gün texniki sahəyə yönəlmək daha uyğundur... Hamı hüquqşünas, dövlət qulluqçusu, diplomat olmalı deyil. Biz bu düşüncələrdən xilas olmalıyıq".

C.Məmmədov deyib ki, hər il humanitar sahəyə kifayət qədər sənəd verənlər və bitirənlər var: "Amma bu gün onlar iş tapmağa çətinlik çəkirlər. Azərbaycanda İnformasiya Texnologiyaları (İT) sahəsində mütəxəssislərə çox böyük ehtiyac var. Nəinki Azərbaycanda, dünyada 3 milyona yaxın belə mütəxəssislərə ehtiyac var. Bu baxımından, humanitar sahəyə həddindən artıq meyl göstərməyin tərəfdarı deyiləm. Təşviq etməliyik ki, insanlar daha çox texniki, inşaat, tibbi sahəyə meyl göstərsinlər".

"Bunu "varlı-kasıb" məsələsinə..."
Deputat Fazil Mustafa da hesab edir ki, III qrupda plan yerlərinin azalmasını "varlı-kasıb" məsələsinə aid etmək doğru deyil: "Sadəcə bu sahədə işsizlik səviyyəsi daha çox artmaqdadır, işlə təmin olunmaq problemi var. Hamı bu ixtisasları daha çox seçməyə çalışır".

Deputatın sözlərinə görə, ali məktəblərin kadr potensialı çox zəifdir və hazırlıq imkanları yetərli deyil: "Ona görə də humanitar sahədə konveyer üsulu ilə diplomlu mütəxəssislərin artması ictimai inkişafımıza heç bir təsir göstərmir".

"Dövlətin kommersiya maraqlarına..."
Tələbə Güc Mərkəzi təşkilatının sədri Fərid İmanov isə AzadlıqRadiosuna bildirib ki, nəinki III qrup, heç bir qrupda dövlət sifarişli yerlər azaldılmamalıdır: "Ümumiyyətlə, mən təhsilin dövlətin öhdəliyi olduğunu və ödənişsiz olmalı olduğunu düşünürəm".

Onun fikrincə, dövlət universitetlərində təhsilin pullu olması dövlətin kommersiya maraqlarına xidmət etməsindən başqa bir işə yaramır: "Minimal əməkhaqqının 350 manat olduğu ölkədə 2000 manat təhsil haqqı tələb etmək, yüngül şəkildə desək, gülüncdür. Üstəlik, dövlətin təqdim etdiyi təhsil keyfiyyəti də bu qiymətlər ilə təzad təşkil edir".

III qrupda ödənişsiz yerlərin azaldılmasına gəlincə isə, F.İmanov bunu dövlətin tələbələri, az da olsa, siyasi və hüquqi baxımdan inkişaf edəcəkləri ixtisaslardan uzaq tutmaq məqsədi kimi dəyərləndirir.

Rəsmi açıqlamalara görə, son beş ildə Azərbaycanın ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 118.7 faiz, qəbul plan yerlərinin sayı isə 34.6 faiz artıb. Rəsmilərin deməsinə görə, ötən illə müqayisədə bu il dövlət sifarişli yerlərin sayı 8 faiz artaraq 27 min 691-ə çatdırılıb.

Altı-yeddi il əvvəl yerlərin təqribən 70 faizindən çoxunun ödənişli olduğu bildirilirdi.

Ötən il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51 min 881 plan yeri ayrılıb. Bu il bu rəqəm 56 mindən çox olub.

AzadlıqRadiosu
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti