Azərbaycanda MTK-ların sənədləşmə üçün aldıqları ödənişlər qanunidirmi?
Bakı və Abşeronda inşa edilən yeni tikili binaların çoxu təhvil verildikdən uzun müddət sonra oradakı mənzillər çıxarışla təmin edilir. Həmin çıxarışsız mənzilləri alanlar digər şəxsə satanda Mənzil-Tikinti Kooperativləri (MTK) onlardan alqı-satqı müqaviləsinin dəyişdirilməsinə görə ödəniş tələb edir. Bu ödənişlərin məbləği MTK-lara görə min manatdan dörd-beş min manata qədər dəyişə bilir.

Belə ödənişlərin alınması qanunidirmi?

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev “Report”a açıqlamasında qanunvericilikdə belə bir ödənişin nəzərdə tutulmadığını deyib:

“Həmin ödəniş olmasa MTK-lar alqı-satqını aparmaqdan imtina edirlər. Çıxarışlı mənzillərdə proses isə fərqli olur. Binanın yerləşdiyi ünvana çıxarışlı mənzil sahibinin qeydiyyatı olmayanda və ya üç ildən az olanda mənzilin ümumi sahəsindən 30 kvadratmetrlik hissə çıxılır, yerdə qalan hissəyə görə binanın yerləşdiyi əraziyə əsasən vergi (yaşayış mənzilinin sahəsi 30 kvadratmetrdən az olduğuna görə əmlak vergisi hesablanmır) ödənilir”.

Onun sözlərinə görə, yeni tikililərdə çıxarışsız mənzillərin satışı ilə bağlı tez-tez problemlər yaşanır:

“Burada ümumi reyestrin aparılmaması, mənzillərin qeydiyyatının olmaması bir mənzilin bir neçə nəfərə satılması hallarına yol açıb”.

Müqaviləni dəyişmək MTK-nın borcudur

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin sədri Vüqar Oruc da bu cür ödənişlərin qanunsuz olduğunu bildirib:

“Çıxarış almaq üçün vətəndaşın kommunal xidmətləri və xidmət haqqı ödənişlərinə görə MTK-lara borcu olmamalıdır. Bu ödənişlər vaxtlı-vaxtında edilibsə və vətəndaşın belə borcu yoxdursa, ona arayış təqdim edilir. Bundan sonra vətəndaş müvafiq sənədlərlə çıxarış almaq üçün dövlətə müraciət edir. Bu zaman da ondan yalnız dövlət rüsumlarını ödəmək tələb oluna bilər. MTK-ya vətəndaş borclu deyilsə, hansısa ödənişdən söhbət gedə bilməz”.

V.Oruc hesab edir ki, MTK-lar vətəndaşların məlumat səviyyəsinin aşağı olmasından istifadə edərək sənədləşmə işləri zamanı pul tələb edirlər:

“O vətəndaşdan ödəniş tələb edilə bilər ki, o, uzun illər kommunal xidmətlərin ödənişini etməyib, yaxud xidmət pulunu verməyib. Əks halda vətəndaşın tələb etdiyi sənədləri vermək MTK-nın borcudur. Vətəndaş çıxarışsız mənzili başqa bir şəxsə satanda MTK alqı-satqı müqaviləsini dəyişməkdən başqa heç bir xidmət göstərmir. Buna görə qanunda heç bir ödəniş nəzərdə tutulmur. Burada kargüzarlıq xərcləri kimi müəyyən rüsumlar ola bilər. Amma başqa xərclər ola bilməz”.
 
 
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti