Ardını oxu...
"2022-ci ildə 2021-ci ilə nəzərən dializə gedən xəstələrin sayı 13% artıb. Araşdırılmalıdır ki, bu, niyə belə olub”.

"AzPolitika.info” xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı parlamentin iclasında çıxış edərkən deyib. ”Digər tərəfdən, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı uğurlu addımlar atılır. Bu gün tibb işçiləri də, seçicilər də zərfə daxil olmayan pullu xidmətlərlə bağlı şikayətlər edirlər”, - o əlavə edib.

M.İbrahimqızı buna misal olaraq sağlamlıq arayışının rüsumunun 41 manat olmasını göstərib: "Bu, kasıb ailə üçün bir kisə un deməkdir. Tarif Şurasında həkim olub-olmadığını bilmirəm. Amma bu məsələyə komitədə baxaq. Eyni zamanda təklif edirəm ki, komitədə psixoloji xidmətlə bağlı dinləmə keçirək”.
 
Ardını oxu...
Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərarında dəyişiklik edib. Dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, ali kateqoriya dövlət orqanlarında aylıq əmək haqqı 400, 1-ci kateqoriya dövlət orqanlarında 385, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında isə 345 manat nəzərdə tutulub.

“Bununla yanaşı, həmin şəxslərə 2023-cü ildə 3 dəfə maaşları həcmində əlavə ödəniş ediləcək. Belə ki, bu Qərarda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. Gözlənilir ki, il ərzində əlavə maaşlar 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək”, – deyə deputat əlavə edib.
Ardını oxu...
"Ali kateqoriya dövlət orqanında eyniadlı inzibati vəzifə tutan şəxslə aşağı kateqoriyalı dövlət orqanında eyniadlı vəzifə tutan şəxsin vəzifə maaşında fərq olduğuna görə bu qərar imzalanıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Baş nazirin dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşlarının artması ilə bağlı qərarını şərh edərkən deyib.

Ekspert ali kateqoriyanın ən yüksək olduğunu vurğulayıb:

"Məsələni belə qoyaq, bizim dövlət orqanları 6 kateqoriya, ali və 1-5-ci kateqoriyadan ibarətdir. Ali kateqoriya ən yüksəkdir. Həmin orqanlarda olan inzibati vəzifələrin və yardımçı dövlət qulluğu vəzifələrinin özündə də vəzifələrin adı eyni olmasına baxmayaraq, kateqoriya dəyişdikcə maaş dəyişir. Məsələn, baş məsləhətçi ali kateqoriya dövlət orqanında işləyirsə, onun əmək haqqı daha yüksəkdir, 5-ci kateqoriya dövlət orqanında işləyirsə, ondan xeyli azdır. Deyə bilərsiniz ki, ali kateqoriya dövlət orqanında işləyən eyni vəzifəni tutan şəxslə, yaxud da daha aşağı kateqoriyalı dövlət orqanında eyni inzibati vəzifəni tutan şəxsin eyni həcmdə iş gördüyü halda niyə onların arasında fərq var? Biz bu sualı verə bilmərik. Çünki kateqoriya arasında fərq var. Bu nöqteyi-nəzərdən, xadimə eyni işi görür, amma fərqli kateqoriya dövlət orqanındadır deyə həmin orqanlarda əmək haqqı fondu fərqli olduğundan bu cür müəyyən olunur”.

Liqa sədri xadimələr üçün daha böyük bir problemin olduğunu xatırladıb:

"Onlar üçün normalar müəyyənləşdirilməyib. Məsələn, bir xadimə gün ərzində neçə kv.m sahəni təmizləməlidir? Bir yüksək kateqoriya dövlət orqanında 1000 kv.m təmizləmək üçün 5 xadimə var, amma aşağı kateqoriyada 1000 kv.m təmizlik üçün 3 xadimə var. Prinsipcə, məsələyə yanaşmada fundamental dəyişiklik baş verməlidir. Xadimə harada işləməsindən asılı olmayaraq, onun üçün vahid tarif və əmək norması müəyyənləşdirilsin. Neçə kv.m təmizləyirsə, ona uyğun tarif təyin olunsun”.

Qeyd edək ki, baş Nazir yeni qərar imzalayıb. Həmin qərara görə, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib: 1. Ali kateqoriya dövlət orqanlarında 400 manat, 2. 1-ci kateqoriya dövlət orqanlarında 385 manat, 3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365 manat, 4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 345 manat.
 
 
 
Ardını oxu...
Azərbaycanda pensiyaçılara 2020-ci ildən əvvəl verilən artıq ödənişlər geri istənilməyəcək.

Bu, Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.Dəyişikliklər əmək pensiyasına (əmək pensiyasına əlavəyə) görə artıq ödənilmiş məbləğin tutulması müddətinin məhdudlaşdırılması, bununla da son üç ildən əvvəlki dövrlə bağlı ödənişə amnistiyanın (güzəştin) tətbiq edilməsi məqsədi daşıyır. Yəni artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Yəni əgər pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa, yeni dəyişikliklərə əsasən həmin ödəniş geri istənilməyəcək. Dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur.

Qaydalara əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısından əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında yalnız aşağıdakı hallarda tutulur:

– rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;

– qəsdən təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;

– inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

Bundan başqa, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulduğu hallar istisna olmaqla, digər hallarda vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği həmin vəzifəli şəxsdən onun razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında tutulur.

Eyni zamanda geri ödəniləcək vəsait hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz.

Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Bakıda 59 nömrəli məktəbin 6c sinifində rəzalət yaşandığını əks etdirən görüntü yayılıb.

Məktəbin dil-ədəbiyyat müəllimi nizam-intizama tabe olmayan uşaqlara qarşı ağır ifadələr səsləndirərək onlara qarşı şiddət də tətbiq edir. Amma bunun da bir xeyri olmur və sinifdəki xaos pik həddə çatır.

Maraqlıdır, dərsdə nadinclik edən şagirdlərlə bu cür davranış doğrudurmu? Müəllimlər dərsdə “ipə-sapa yatmayan” məktəblilərlə necə davranmalıdır?

Redaktor.Az-ın suallarını cavablandıran təhsil eksperti, professor Şahlar Əsgərov xatırlatdı ki, Azərbaycanda təqribən 1 600 000 şagird və 150 000-dən çox müəllim var.

“Şagird və müəllimlərin məktəblərdə kontaktları var. İstənilən çoxluq olan yerdə mübahisə ola bilər; bazarda da, mağazada da, küçədə də ola bilər. B,u təbii haldır, bunu şişirtməyin heç bir əhəmiyyəti yoxdur. Çünki bu, müəllimi hörmətdən salır. İnsanın münasibətlərini ən güclü kompüter belə proqramlaşdıra bilməz. Ən xırda bir şeydən də nəsə doğa bilər, bunun bəzilərinə fikir vermək lazımdır, bəzilərinə yox”, - deyə professor qeyd etdi.

Professorun sözlərinə görə, bu, 30-50 ilə planlaşdırılan təxribatdır:

“Bunun adına "sui-qəsd nəzəriyyəsi" deyilir. Bir var müharibə edirsən, bir də var müharibə etmirsən. Altdan su buraxırsan, 30 ildən sonra bina uçur. Bizim də binamızı uçurmaq istəyirlər, buna görə ayıq olmaq lazımdır. Əgər belə bir hadisə olursa, bunu ictimaiyyət yox, Elm və Təhsil Nazirliyinin borcudur ki, bu məsələni həll etsin və ictimaiyyətə bu haqda məlumat verməsinlər.

Hər bir ailədə qüsur ola bilər. Amma söz var bunu açmaq olar, söz də var onu böyütməzlər. Bu da təqribən böyüdülməyəcək sözdür: Uşağa müəllim şapalaq vurdu. Bu oyunu Sinqapurun başına açmaq istəyirdilər. Amma dövlətin başında duran şəxs dedi ki, məni də məktəbdə müəllim döyüb. Bunun heç bir ziyanı yoxdur. Uşağın yetişməsi üçün hər şey etməliyik. Yeri gəlsə döyməliyik. Bunu deyirəm, amma mən özüm qətiyyən uşaq döymərəm. Yəni 50 il bundan öncə bu, fiziki cəza olaraq mümkün idi. Amma indi fiziki cəza yox, mənəvi cəza ver. Dərsdən çıxar, valideyni çağır və sair. Amma bunlar gizlin olmalıdır. Açıq-aşkar bizi müharibəyə sürüyürlər, biz də gedirik”.
 
Ardını oxu...
Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır.

Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisə daxil olub.

Layihəyə əsasən, əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılır.

Qanun layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü ilin fevralın 1-dən qüvvəyə minəcək.

Dəyişiklik layihəsi yaxın günlərdə parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılaraq.
 //report//
 
Ardını oxu...
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Rusiyadan enerji asılılığı barədə danışıb.

Borrel "Diario" qəzetinə müsahibəsində bu mövzuya toxunub.

Borrel bildirib ki, Avropa İttifaqı Rusiyadan enerji asılılığından qurtulub.

"Bir neçə ay ərzində biz Rusiya Federasiyasından illərdir davam edən enerji asılılığını aradan qaldırdıq", - o deyib.

Borrelin fikrincə, enerji bazarındakı gərginliyi artıq Ukrayna hadisələri ilə əlaqələndirmək olmaz.

"Bu, enerji sektorunda struktur problemidir və xüsusən də qaz və elektrik enerjisi qiymətləri arasındakı əlaqədir", - deyə Aİ rəsmisi söyləyib.

Borrel Ukraynaya tank verilməsi məsələsinə də toxunaraq bunun Almaniyanın mövqeyi ucbatından gecikdiyini bildirib və Kiyevə tank tədarükü məsələsini vacib hesab etdiyini vurğulayıb.
 
Ardını oxu...
DİA.AZ bildirir ki, Naxçıvan şəhəri, Kəngərli rayon, Şaxtaxtı kənd sakini Əsədov Səməd Hacı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona əlilik pensiyası ayrılması üçün ondan 1500 manat pul tələb edilir:

“Mən, Əsədov Səməd Hacı oğlu, yazaraq sizə bildirirəm ki, 2016-cı ildə İran İslam Respublikasında qəzaya düşmüşəm, bir qoluma platin alət qoyulub və iş qabiliyyətimi itirmişəm. Bu səbəbdən 5 il müddətində pensiya ilə təmin olunmuşam. Daha sonra pensiyamı kəsdilər və müraciət etdiyim zamanda mənə bildirdilər ki, get 10 gün xəstəxanada yat.

10 gün xəstəxanada yatdım, epikrizi alıb yenidən müracit etdim. Əlillərin Bərpas Mərkəzinə də müraciət etmişəm. Orda mənə bildirdilər ki, get-gələ düşmə, gətir 1500 manat ver, həll olunsun.

Amma o pulu verməyə mənim imkanım çatmır. Köməklik göstərin, bu məsələni işıqlandırın, mənim penisyamı pulsuz düzəltsinlər”.
0
 
 
Ardını oxu...
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Qeyd edək ki, bu, komissiyanın ikinci iclasıdır. Ötən iclasda 120 müraciətə baxılıb. Əfv Komissiyasının növbəti iclasının yanvarın 24-də keçirilməsi nəzərdə tutulub. TEREF.AZ-ın məlumatına görə, Əfv Məsələləri Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, hansı kateqoriyadan olan cinayəti törətməsinə baxmayaraq, hər kəsin müraciəti hərtərəfli araşdırılır.

Onun sözlərinə görə, iki iclasda 200-dən artıq müraciətə baxılıb: "Bilirsiz ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan olunub. İlin başlanğıcından etibarən bu çərçivədə çoxsaylı tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamının verilməsi də gündəmdədir. Çünki Azərbaycanın Əfv İnstitutu Ümummilli Lider tərəfindən 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya daxil edilib.

Bu baxımdan Ulu Öndərin yüzilliyi ilə bağlı, yəni anadan olmasının ildönümü ərəfəsində əfv sərəncamının imzalanması gözlənilir. Əfv Komissiyasının iclasları yanvarın 12-dən öz işinə başlayıb. İki iclasda iki yüzdən çox müraciətə baxılıb. İclaslar çox ətraflı və geniş müzakirələrlə müşayiət olunur. Bəzi hallarda iclaslar 3-4 saat çəkir. Bu da prosesin şəffaf və geniş müzakirədən keçməsinin göstəricisidir. Yeri gəlmişkən qeyd edim ki, Komissiyanın sədri Samir Nuriyev tərəfindən hərtərəfli şərait yaradılıb. Hər kəs istənilən müraciətlə bağlı öz fikrini açıq şəkildə bölüşür".

Ə.Nuriyev vurğulayıb ki, indiyədək, yəni 1995-ci ildən bu yana Azərbaycanda 68 əfv sərəncamı olub:

"Sərəncamlar ümumilikdə 8 min 975 nəfərə şamil olunub ki, onların da 95 faizi cəzadan azad edilib. 32 əfv sərəncamı Ulu Öndər Heydər Əliyev tərəfindən, 36 isə Prezident İlham Əliyev tərəfindən imzalanıb. Vurğulamaq lazımdır ki, dövlət başçısının fəaliyyətində mərhəmət və humanizm təməl prinsiplərdəndir. 36 əfv sərəncamı da bunun bariz nümunəsidir. Sərəncamlar məhbusluqdan azad olmuş şəxslər üçün də yeni fürsət və imkanlar yaradır. Ümid edirik ki, azadlığa çıxmış insanlar ölkəmizin inkişafına öz töhfəsini verəcək".
Ardını oxu...
Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, İlkin məlumatlara əsasən 2023-cü ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1115 min nəfərə yaxınlaşaraq ölkə əhalisinin 11,0 faizini təşkil edib. Həmin dövrə 417 min nəfər aylıq sosial müavinət, 382 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb.

2022-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 186 min nəfərdən çox olub. Bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanı ilə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların, daxili işlər orqanlarının əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə, bu kateqoriyadan olan şəxslərə və ya onların vərəsələrinə (vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq) I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat birdəfəlik ödəmə müəyyən edilib.
Ətraflı

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 aprel tarixli 3218 nömrəli Sərəncamı ilə 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olub və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım müəyyən edilib.

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 683-VIQD nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün beş il müddətinə birdəfəlik müavinət təsis edilib, 2023-cü il yanvarın 1-dən onun məbləği 600 manat müəyyən olunub.

İlkin məlumatlara əsasən, 2023-cü ilin əvvəlinə 66 minədək aztəminatlı ailənin 292 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği təxminən 88 manat təşkil edib.
 

Dünyapress TV

Xəbər lenti