Ardını oxu...
Azərbaycanda kişilərə ödənişli məzuniyyət verilməsi təmin olunacaq.
Övladının anadan olmasına görə, doğuş gününə təsadüf edən ərəfədə kişilərə də 14 günlük ödənişli məzuniyyət veriləcək.
Bunun üçün həmin şəxslər xanımlarının doğuş üçün müraciət etdiyi xəstəxanadan arayış almalı olacaqlar.
Ətraflı AZTV-nin videomaterialında izləyə bilərsiniz:

 
Ardını oxu...
Ölkədə pensiya təminatı sistemində problemlərin olmasına dəfələrlə toxunulsa da hələ də bu sahədə həllini gözləyən məsələlər var.

Son vaxtlar bu sahədə ən çox müzakirə olunan mövzulardan biri pensiya yaşı ilə bağlıdır. Statistik məlumatlara görə, 10 il öncə Azərbaycanda yaşa görə 831 min nəfər pensiya alırdısa, indi onların sayı 707 min nəfərə enib. 2012-ci ildə Azərbaycanda cəmi 17 min nəfər yaşa görə müavinət alırdısa, indi bu say 100 min nəfərə çatıb. 2017-ci ildə pensiya sisteminə dəyişikliklərdən sonra ölkədə pensiya yaşı 65-ə yüksəlilb. Üstəlik, minimum 25 il iş stajı və ya minimum pensiya kapitalı tələbi qoyulub. Bu tələbi ödəyə bilməyənlər pensiyadan məhrum olur və 180 manat müavinət alır. Həmin müavinət isə əmək pensiyasından fərqli olaraq, indeksləşdirilmir, yəni inflyasiya həddinə görə dəyişmir. Gələn il Azərbaycanda pensiyaçılar üçün yaşayış minimumu 199 manat olacaq. Yəni 65 yaşdan yuxarı , 180 manat müavinət alan 100 mindən artıq ahıl vətəndaş ən minimum ehtiyaclarını belə ödəyə bilməyəcək. Rəsmi rəqəmlərə görə, ölkədə kişilərin 41- 43 faizi pensiya yaşına çatmadan vəfat edir. Ölkədə orta ömür uzunluğu rəsmi rəqəmlərdə 73, reallıqda isə 62-65 il olduğu deyilir. Qeyd edək ki, ötən 10 ildə Azərbaycan neft-qaz sektorundan azı 100 milyard dollar qazanıb, büdcə 30 milyard manata çatıb. Hazırda ölkədə minimum pensiya 240, minimum əmək haqqı isə 300 manatdır. Yəni bu gün pensiyanın məbləği o qədər də yüksək deyil. Vətəndaşların pensiya ilə bağlı təminatında problemlərin həllində xarici ölkələrin təcrübəsindən yararlanmaq daha müsbət nəticələrə gətirib çıaxara bilər.

Belə ki, bu gün bir sır xarici ölkələrdə, məsələn, İran, Türkiyədə pensiyaya çıxmağa hazırlaşan vətəndaşlar “əməkli ikramiyəsi” adlanan birdəfəlik ödənişlər almaqla problemlərini həll edə bilirlər. Ölkəmizdə isə bu qayda yoxdur və vətəndaş ancaq 65 yaşda təqaüdə çıxdıqdan sonra ənənəvi sistem əsasında həmin pensiyanı əldə edə bilər.

Azərbaycanda pensiya yaşı ilə bağlı birdəfəlik ödəniş üsulunu tətbiq etmək olarmı?

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirdi ki, əslində bu üsul tətbiq oluna bilər və daha cəlbedici bir mexanizmdir:

“İnsanları təşviq edir ki, əməyini leqallaşdırsın. Çünki vətəndaş bunu bir yığım hesab edir. Həmin yığım eyni zamanda indeksləşdirilir, bu yığımdan da bəzi ölkələrdə, xüsusilə də Türkiyədə müxtəlif şətrlər daxilində əhali geniş istifadə edir. Əsasən də türklər mənzil problemini daha çox “əməkli ikramiyəsi” deyilən birdəfəlik ödəniş vasitəsilə həll edirlər. Burada model fərqləri də var. İndiki şərtlər daxilində Azərbaycanda yığım əsaslı pensiya mexanizmi deyil, daha çox həmrəylik əsaslı pensiya mexanizmidir. Baxmayaraq ki, fərdi hesabın yığım bölməsi də var və könüllüdür. Buna görə də təcrübədə istifadə edilmir. 2017-ci ildən əlavə edilib, ancaq hələ də bu günə qədər bu praktikanın tətbiq edildiyini görməmişk, bundan istifadə edənlər olmayıb”.

Ekspert bildirib ki, bu mexanizmlərdə əsas yanaşma, bu gün toplanan sosial sığorta haqlarının məhz bu gün pensiya alanların pensiyasının ödənilməsinə yönəlməsini nəzərdə tutub:

“Ona görə də burada yığım olmur. Dövlət Pensiya Fondunun hesabında izafi qalıq vəsaitlər formalaşmır. Bu imkan vermir ki, hansısa formada Azərbaycanda müraciət əsaslı birdəfəlik ödənişlərin həyata keçirilməsi mümkün olsun. Çünki burada yalnız əvvəlcədən planlamadan söhbət gedir. Bu məqsədlə də vəsait olmadığı üçün belə bir modelin indiki mexanizmdə tətbiqini mən çox çətin görürəm. Ancaq olmalıdır, təşviqedicidir. İnsanlar üçün alternativ yığım imkanı yaradır. İnsanların xüsusi əhəmiyyətli problemlərinin həllinə yönəldilə biləcək bir vəsait mənbəyinə çevriləcək. Ancaq bildiyim qədər, hökumət nəsə bənzər bir layihə ilə çıxış etmək istəyir. Yəni hansısa məqsədlərlə səhiyyə, təhsil xərcləri və yaxud da borcun ödənilməsi kimi məqsədlərlə pensiya kapitalından birdəfəlik istifadə ilə bağlı mümkün imkanlar üzərində layihənin olduğunu eşitmişəm”.

Pensiyanın varislik prinspi həyata keçirilə bilərmi?

Ekspert deyir ki, bu həyata keçirilə bilər və keçirilməlidir:

“Bu, özü də bir təşviqdir. Ümumiyyətlə, pensiya sistemi təşviqedici olmalıdır. Çünki uzunmüddətli dövrdə bu sosial sığorta haqlarının ödənişi prosesində maraqlı olmalıdır ki, sonradan əmək bazarında hansısa qeyri-formal sözləşmələr fonunda sosial sığorat yığımlarının azalmasına, qeyri-formal məşğulluğun geniş yayılmasına gətirib çıxarmasın. Varislik məsələsi də bu baxımdan vacib bir məsələdir. İndiki şərtlər daxilində bizdə mövcud qanunvericiliklə hökumət hesab edir ki, varislik var. Bir fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərə varislik hüququ tanınır ki, əslində praktikada bu tətbiq olunmur. İkincisi, pensiyaçı vəfat etdiyi təqdirdə onun himayəsində olan 18 yaşadək uşaqlar, 23 yaşadək ali təhsil alan uşaqlar, yaxud fiziki məhdudiyyəti olan himayəsində olan şəxslər varsa, pensiyanın həmin şəxslərə yönləndirilməsi mexanizmi də var. Hökumət bunu varisliklə əlaqələndirir. Ona görə də bu məsələyə çox da “isti” yanaşmır.

Ancaq bu, çox vacib bir məsələdir və ictimai, eyni zamanda bizim mexanizmin effektivliyini gücləndirə biləcəyinə inandığımız bir tələbdir. Çünki ölkədə hökumət 5 milyon insanın işlədiyini deyir, ancaq onların cəmi 1 milyon 700 mini faktiki olaraq əmək müqaviləsi ilə işləyir. Əmək müqaviləsi ilə işləmək əməyin leqallaşması demək deyil. Çünki biz təcrübədə onu da çox görürük ki, 1000-1500 manat əməkhaqqı alan şəxslərin əməkhaqqı məbləği dövlətin minimum əməkhaqqı məbləği ilə uyğunlaşdırılaraq 300 manat rəsmiləşdirilir. Bu, özü də qeyri-formal məşğulluq, yaxud qeyri-formal uçotdur. Bütün bu problemlərin aradan qalxması üçün əmək bazarı iştrakçılarının kütləvi şəkildə prosesdə iştirakı vacibdir. Onlar bu məsələdə maraqlı olmalıdır ki, zaman-zaman bu bazar şəffaflaşsın”.
 
 
 
Ardını oxu...
Azərbaycanda gələn il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Kollegiyası Azərbaycanda 2023-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edib.

2023-cü il üçün iş vaxtı normasında bildirilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən 2023-cü ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 yanvar – Ümumxalq Hüzn günü;

8 mаrt – Qadınlar günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

21, 22 арrеl – Ramazan bауrаmı;

9 may – Faşizm üzərində Qələbə günü;

28 mау – Müstəqillik Günü;

15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş günü;

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

28, 29 iyun – Qurban bayramı;

8 noyabr – Zəfər Günü;

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü;

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.

2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 24 aprel, 29 may tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 29 may tarixləri istirahət günləridir.
Ardını oxu...
2023-cü ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2023-cü ildə beşgünlük iş həftəsində 240 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn günü vardır.

Nazirlik qeyd edir ki, Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2023-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. 2023-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1913 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

ƏƏSMN vurğulayır ki, altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2023-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1913 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.(Meydan TV)
 

Ardını oxu...
“İki dəfə elm və təhsil naziri Emin Əmrullayevlə İKT sahəsi üzrə mütəxəssislərin hazırlanması ilə bağlı görüşmüşəm”.
DİA.AZ bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, dövlət xətti ilə xarici ölkələrin ali məktəblərində İKT sahəsində ciddi mütəxəssislərin hazırlanmasına diqqət artırılmalıdır: “Təklif edirəm ki, bu sahədə gəncləri xaricə oxumağa göndərək və onlarla belə müqavilə bağlayaq ki, yenidən geri qayıtsınlar. Yoxsa göndəririk oxumağa, lakin orada olan yaxşı yaşayış, əməkhaqqının yüksək olması səbəbindən gənclər geri qayıtmırlar, orada qalırlar. Çalışmaq lazımdır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin arasında da bu sahədə müqavilə olsun”.
Təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında deyib ki, hazırda ali təhsilin maliyyələşdirilməsi aktiv olaraq yeni proqram əsasında həyata keçirilir:

“2019-2023-cü illəri əhatə edən “Dövlət Proqramı” gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması və məzun olduqdan sonra ölkəmizdə işlə təmin olunması prosesinin tənzimlənməsi baxımından mühüm əhəmiyyətə malikdir”.

Ekspertin sözlərinə görə, əvvəlki zamanla müqayisədə dövlətimiz özünün daha çox ehtiyac duyduğu strateji sahələrə kadrların hazırlanması üçün xaricə tələbə göndərir. Əvvəllər istənilən ixtisaslar maliyyələşdirilirdisə, indi yalnız dövlətin müəyyən etdiyi ixtisaslarda təhsil alanlar maliyyələşəcək: "Dövlət Proqramı"nda daha çox ölkənin və dünyanın inkişafına uyğun olan sahələr prioritetləşdiriləcək. Texniki, texnoloji sahələr, mühəndislik, İT, kibertəhlükəsizlik, hərbi sənaye, kənd təsərrüfatının texnoloji inkişafı ilə bağlı sahələr, fundamental elmlər – kimya, biologiya, fizika, geologiya, onların kəsişməsi olan biokimya, bioinformatika, iqtisadiyyat, maliyyə, dövlət idarəçiliyi sahələri prioritet olacaq. Proses zamanı digər sahələrin də prioritetləşməsi gözlənilir. O sahədə ki, ölkənin inkişafına daha çox töhfə vermək mümkündür. Ötən illərdə dövlət proqramı ilə xaricdə təhsil alan tələbələrin ölkəyə qayıdıb-qayıtmaması ilə bağlı meyarlar yox idi. İndi isə belə deyil. Xaricə gedən tələbələrin mütləq şəkildə ölkəyə qayıtması tələb olunur və onlar 5 il Azərbaycanda işləməlidirlər. Ölkəmizə qayıtmayan tələbələr onların təhsili üçün ödənilən vəsaiti geri qaytarmalıdır. Bundan başqa, indiki meyarlara əsasən universitetlərdəki ixtisasların reytinqli olması lazımdır, lakin əvvəl belə bir tələb yox idi. Dövlətimizin xaricdə təhsillə bağlı siyasəti budur ki, daha çox ixtisaslı mütəxəssislər yetişsin. Əlbəttə, bu da yaxşı haldır”.

Ekspertin sözlərinə görə, vəsaitlərin ödənilməsində də yenilik edilib:

“İndiki xərclər çoxalıb və tələbələrin bütün xərclərinin ödənilməsi dövlətin diqqətindədir. Hər semestr 400 nəfər tələbə xaricə göndərilməlidir. Fikrimcə, bu dəfə daha yaxşı nəticə görəcəyik. Əvvəlki nəticələr də pis deyil, hazırda dövlət orqanlarında kifayət qədər çalışanlar var ki, onlar 2007-2015-ci illəri əhatə edən proqramdan məzun olublar. Təbii ki, bu da bizim üçün yaxşı xəbərdir”.
Ardını oxu...
Aclıqdan əziyyət çəkənlərin sayı çoxalır
Birləşmiş Millətlər Təşkilatının (BMT) 2030-cu ilədək müəyyənləşdirdiyi Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) biri də dünyada aclığa son qoymaqdır. Ərzaq güvənliyinə təminat, qidalanmanı yaxşılaşdırmaq və kənd təsərrüfatının dayanıqlı inkişafını dəstəkləmək bu məqsədin əsas tərkib hissələridir. BMT-nin fikrincə, aclıq və yetərsiz qidalanma halları aradan qaldırılmalıdır, yoxsa hər bir insanın qaçılmaz azuqə ehtiyacları ödənə bilməz. Axı düzgün qidalanmama təkcə insan sağlamlığına pis təsirlə nəticələnir, dolayısı ilə təhsil və məşğulluq kimi digər sosial sahələrin inkişafını əngəlləyir.

BMT-nin açıqladığı bilgilərə görə, 2014-cü ildən bəri dünyada aclıqla üzləşmiş və ya ərzaq güvənsizliyindən əziyyət çəkən insanların sayı artmaqdadır. COVID-19 pandemiyası durumu daha da ağırlaşdırıb. Ötən il aclıq problemi ilə üzləşənlər 2019-cu illə müqayisədə 150 milyon nəfər artıb. Deməli, dünyada təxminən hər 10 nəfərdən biri aclıqdan əziyyət çəkir. Bununla yanaşı, 2021-ci ildə planet əhalisinin üçdə biri qədər bölümü (2.3 milyard nəfər) tələblərə cavab verən qida məhsullarına müntəzəm çıxış imkanından məhrum olub. Bu, pandemiyanın başlanğıc dövrü ilə müqayisədə 350 milyon nəfər çoxdur. Özəlliklə Saharaaltı (Səhraaltı) Afrika, Mərkəzi və Güney Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələri bu məsələdə artan dinamikaya malikdir.

Rusiya-Ukrayna müharibəsinin təsirləri

BMT-nin fikrincə, planet əhalisinin ərzaq güvənliyinə daha bir təhlükə Ukrayna-Rusiya savaşı sayılır. Nəzərə almaq lazımdır ki, dünya üzrə buğda ixracının 30 faizi, qarğıdalı ixracının 20 faizi, günəbaxandan hazırlanan məhsul ixracınınsa 80 faizi bu iki ölkənin payına düşür. Mütəxəssislərin fikrincə, pandemiya və hərbi konfliktlər, eləcə də iqlim dəyişiklikləri kimi qlobal problemlər fonunda 2030-cu ilədək dünyada aclığın ləğvi istiqamətindəki səylər yetərsiz qala bilər.

BMT bildirir ki, indi aclıqdan əziyyət çəkən insanları və 2050-ci ilədək aclıqdan əziyyət çəkəcəyi gözlənilən daha 2 milyard insanı qidalandırmaq üçün qlobal ərzaq və kənd təsərrüfatı sistemi köklü şəkildə dəyişdirilməlidir. Bu baxımdan, kənd yerlərinin inkişafına və ətraf mühitin qorunmasına, kiçik fermer təsərrüfatlarının gəlişməsinə dəstək verməklə hamıya yetərincə ərzaq təmin edilə və layiqli gəlir imkanı yaradıla bilər. Eyni zamanda, kənd təsərrüfatının istehsal potensialını artırmaq məqsədi ilə beynəlxalq əməkdaşlıq gücləndirilməli, kənd təsərrüfatı sahəsində tədqiqatların aparılması və yeni texnologiyaların tətbiqi genişləndirilməli, kənd infrastrukturuna investisiyalar artırılmalıdır.

Azərbaycanda yetərincə qidalana bilməyənlər var
Dövlət Statistika Komitəsi (DSK) Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Azərbaycanda da yetərsiz qidalananlara dair bilgini açıqlayıb. Qurumun fikrincə, əhalinin 2.5 faizi yetərincə qidalanmır. Bu göstərici faiz olaraq az görünsə də, söhbət 250 min civarında insandan gedir.DSK-nın hesablamasına görə, 2020-ci ildə də sözügedən göstərici eyni səviyyədə olub (2.5 faiz). Metodologiyada belə deyilir: “Yetərincə qidalanmama insanın normal, fəal və sağlam həyat tərzinin qorunub saxlanması üçün zəruri enerji təminatına yetməyən qida miqdarına müntəzəm çıxışının olduğu vəziyyətdir”.

Problemi necə aradan qaldırmalı?
Birləşmiş Millətlər Təşkilatı aclıq və yetərsiz qidalanmaya dair tövsiyələrini də açıqlayıb. BMT düşünür ki, belə çağırışları adekvat cavablamaqdan ötrü torpağa, digər istehsal resurslarına, müvafiq biliklərə və maliyyə xidmətlərinə güvənli və bərabər çıxışın təmin edilməsi çox vacibdir. Belə olduqda ərzaq məhsulları istehsal edən kiçik istehsalçıların, özəlliklə qadınların, ailə kəndli təsərrüfatlarının, fermer və balıqçılıq təsərrüfatlarının məhsuldarlığını və gəlirlərini ikiqat artırılmaq mümkündür. Bazarlarda ərzağın qiymətində baş verən kəskin dəyişikliyi azaltmaq üçün ərzaq ehtiyatlarına dair bilgilər də vaxtlı-vaxtında açıqlanmalıdır və bu, çox vacibdir.

Dayanıqlı kənd təsərrüfatından ötrü bu addımların da atılması önəmli sayılır:

– dayanıqlı ərzaq məhsulları istehsalı sistemlərinin formalaşdırılması;

– iqlim dəyişikliyinə, kəskin hava şəraitinə, quraqlığa, daşqınlara və s. təbii fəlakətlərə uyğunlaşma potensialının gücləndirilməsi;

– torpağın keyfiyyətini tədricən artıran dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi;

– toxumların, becərilən bitkilərin və ferma şəraitində yetişdirilən və əhilləşdirilən heyvanların, eləcə də onların yabanı növlərinin genetik müxtəlifliyinin qorunması.
 
Ardını oxu...
Əmək pensiyalarının indeksləşdirilməsi qaydası dəyişir.

Bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, əmək pensiyasının sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdiriləcək.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Əmək pensiyasının sığorta hissəsi artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.

Başqa sözlə, qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ olan şəxslərin əmək pensiyalarının ümumi məbləğinin (əlavələrlə birlikdə) yenidən hesablanmasına əməkhaqqı dövlət məvacibindəki sonrakı artımların təyin edilmiş ümumi pensiya məbləğinin indeksləşdirilməsi ilə əvəz edilməsi ilə əlaqədar qanunun bu maddəsində dəyişiklik edilməsi zərurəti yaranıb. Dəyişikliklə artıq hər il həmin şəxslərin əmək pensiyasına əlavələr birlikdə ümumi məbləği indeksləşdiriləcək. Əmək haqları artırıldıqda güzəştli şərtlərlə pensiyaların məbləğinin artırılması üçün təxminən 100 milyon manatdan çox əlavə vəsait tələb olunur. Bu da əmək haqlarının artırılması islahatlarının aparılmasına mənfi təsir göstərir. Əmək haqlarının artırılması ölkə üzrə orta nominal əməkhaqqı göstəricisinin artmasına, dolayısı ilə pensiyaların daha yüksək rəqəmlərlə indeksasiyasına şərait yaradır. əməkhaqqı artımları zamanı güzəştli şərtlərlə pensiyalar üçün maliyyə yükünün azaldılması məqsədilə əmək haqlarına müxtəlif əlavələr tətbiq edilir ki, bu da əməkhaqqı sistemlərini sistemləşdirir. Əmək haqlarına tətbiq edilən yeni əlavələr güzəştli şərtlərlə pensiyaların artmasına səbəb olmur və bu kateqoriyadan olan pensiyaçıların haqlı narazılıqlarına səbəb olur. Pensiya artımlarında vahid indeksasiya metoduna keçilməsi dünyada qəbul edilmiş mexanizmdir və əmək haqlarındakı artımdan asılı olmayaraq hər il pensiyaların artımına səbəb olacaq.

Qanuna əsasən, 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın 1 aya düşən hissəsi məbləğində hesablanacaq.

Qeyd edək ki, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları dedikdə aşağıdakılar nəzərdə tutulur:

- əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla);

- Azərbaycan Respublikası Milli Məclisinin deputatı və sabiq deputatı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sabiq deputatı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri;

- Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; [

- hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri;

- qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla);

- prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman);

- Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili (ombudsman) vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);

- dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla);

- əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Milli Televiziya və Radio Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri;

- əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Milli Televiziya və Radio Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri və ya həmin şəxslər sırasından bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçıları vəfat etdikdə, onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular;

- Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;

- xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla);

- xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan ədliyyə işçisi, yaxud ədliyyə işçisi kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri.

- Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikası Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Hesablama Palatasının sabiq üzvləri;

- Hesablama Palatasının üzvü və sabiq üzvü vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri.

- xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş miqrasiya orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya orqanları işçiləri istisna olmaqla);

- xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan miqrasiya orqanının işçisi, yaxud miqrasiya orqanının işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla);

- xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan fövqəladə hallar orqanının işçisi, yaxud fövqəladə hallar orqanının işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri.

Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Ardını oxu...
Azərbaycanda əmək pensiyalarının indeksləşdirilməsi qaydası dəyişib.

Bu, Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalaması ilə mümkün olub.

Dəyişikliklə əmək pensiyasının sığorta hissəsi, qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə məbləği ildə bir dəfə ölkə üzrə orta müəyyən edilmiş aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Digər bir dəyişikliklə isə qanunun 29-cu maddəsinin 2-ci bəndi çıxarılır. Həmin bənd hazırda belədir: "Qanun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır".

Qanuna dəyişikliyin arayış hissəsində qeyd edilib ki, qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ olan şəxslərin əmək pensiyalarının ümumi məbləğinin (əlavələrlə birlikdə) yenidən hesablanmasına münasibətdə əməkhaqqı, dövlət məvacibindəki sonrakı artımların təyin edilmiş ümumi pensiya məbləğinin indeksləşdirilməsi ilə əvəz edilməsi ilə əlaqədar qanun bu maddəsinə dəyişiklik edilməsi zərurəti yaranıb. 29-cu maddəyə edilən dəyişikliklə, artıq hər il həmin şəxslərin əmək pensiyasının əlavələrlə birlikdə ümumi məbləği də qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdiriləcək.
 
 
 
Ardını oxu...
Amsterdam Şəhər Şurası 2023-cü ilin aprelindən aztəminatlı insanlar üçün ictimai nəqliyyatda pulsuz gediş-gəlişin tətbiqi barədə qərar qəbul edib.

"DogruXeber.az" xarici mətbuata istinadən xəbər verir ki, qərar Niderlandın paytaxtında ictimai nəqliyyatda tariflərin sürətlə artması fonunda qəbul edilib. Tədbir aylıq gəliri minimum səviyyənin 130%-dən çox olmayan insanlara təsir edəcək. Şəhər Şurası bu təşəbbüsün ən azı 95.000 ailəni əhatə edəcəyini təxmin edir.

Sosial biletlər Amsterdamda avtobus, tramvay və metroda gediş-gəlişi təmin edəcək. Gündə maksimum səkkiz belə keçid sifariş oluna bilər. Amsterdam Nəqliyyat Departamentindən verilən məlumata görə, bu say 4 nəfərlik ailənin pulsuz gediş-gəlişini təmin etmək üçün kifayət edəcək.

Dünyapress TV

Xəbər lenti