“Nişan üzüyümü satdım ki, kirayə pulunu ödəyim”
Qobustan sakini Tural Xankişiyev 2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsinin iştirakçısı olub. Meydan TV-yə danışır ki, Ağdərə döyüşlərində yaralanıb. Müalicə alandan sonra da evinə yox, döyüşə qayıdıb.

Hazırda səhhətində ciddi problemlər var. Üstəlik, evsizlik, sosial qayğılar da durumunu digər tərəfdən ağırlaşdırır.

“Gözümü anamın maaşına dikmək ağır gəlir”

Tural Xankişiyev danışanda kəkələyir. Fikrini fasilələrlə, rabitəsiz ifadə edir. O, çətinliklərlə yaşadığını izah etməyə çalışır:

“Kimdənsə daha çox əziyyət çəkdiyimi demək istəmirəm. Ailəmlə pis vəziyyətdəyik də… Evimiz yoxdur, kirayədə yaşayırıq. Çətinliklərim çox olub. Hətta yaralananda da yoldaşlarımı tək qoymamaq, onların yanına qayıtmaq haqda fikirləşirdim. İndi isə ən adi qayğıların öhdəsindən gələ bilmirəm. Anamla, qardaşımla yaşayıram. Nə mən iş tapa bilirəm, nə də qardaşım”.

Müharibə iştirakçısı deyir ki, Qobustan Rayon İcra Hakimiyyəti ona torpaq sahəsi ayırıb.

Amma ev tikməyə maddi imkan yoxdur.

“Anam xadimə işləyir. Gözünü onun maaşına dikmək adama ağır gəlir. Qardaşımla iş tapmaq üçün çox yerə üz tutmuşuq. İş olanda günəmuzd işləmişik. Təsəvvür edin ki, mən bu vəziyyətdə fəhləlik eləmişəm. Müharibə iştirakçısı kimi 80 manat müavinət alıram. Necə yaşayım bu pulla?! Əslində, biz anamıza baxmalıyıq. Amma çox çarəsiz vəziyyətə düşmüşük”, – Tural Xankişiyevin sözləridir.

“Çox pis hallara qalıram”

27 yaşlı Qobustan sakini güclü ağrılardan düz-əməlli yata bilmədiyini deyir. Onun sözlərinə görə, pulsuzluqdan uzun müddətdir müalicə oluna bilmir. Maddi sıxıntılar o qədər çoxdur ki, indi buna əsas məsələ kimi də baxa bilmədiyini də xüsusi vurğulayır:

“Ayda 4-5 dəfə tutmalar olur. Özümdən gedirəm. Çox pis hallara qalıram. Çalışıram, küçədə tək gəzməyim. Heç kimin görmədiyi yerdə yıxılıb qala bilərəm. Ölsəm, anam bu yükü qaldıra bilməz. Əslində, ciddi müalicəyə ehtiyacım var. Amma indi o barədə düşünə bilmirəm. Yeganə fikrim odur ki, ev məsələsi həllini tapsın”.

“Kommunal xərcləri güclə ödəyirik”

Anası Məlahət Baxışova da söhbətə qoşulur. Övladlarının çox əziyyət çəkdiyini, çarəsiz vəziyyətdə olduqlarını bildirir.

“Uşaqların evlənmək vaxtı çatıb. Amma heç bir addım ata bilmirik. Belə şəraitda ailə genişlənə bilməz. Evsizlik çox mane olur”.

Tural Xankişiyev əlavə edir ki, evi olmadan hər qız onunla evlənməyə razı olmaz. Müharibə iştirakçısı ailənin gəlirlərilə yalnız ərzaq almağın mümkün olduğunu bildirir:

“Çox çətinliklə üzləşirik. Kommunal xərcləri güclə ödəyirik. Sözlə ifadə ediləsi deyil”.

“Hələ də kirayəyə borcum var”

Tural Xankişiyev yalnız 2023-cü ilin əvvəlindən 80 manat müavinət almağa nail olub. Dediyinə görə, bunun üçün də xeyli mübarizə aparmaq lazım gəlib. İki ildən çox gözləyib. Problemlərini çatdırmaq üçün dəfələrlə Bakıya – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedib-gəlib. Gileylənir ki, nazirlikdə də ona biganə yanaşıblar. Məsləhət görüblər ki, dərdini yerli icra orqanına desin. “Sənin problemin bizlik deyil” – ifadəsini eşidib.

Tural Xankişiyev Qobustan Rayon İcra Hakimiyyətindən şikayətlənmək istəmir. Ona torpaq sahəsi ayrıldığını unutmur:

“Mən təsəvvür eləmirəm ki, gələcəyim necə olacaq. Bu haqda düşünmək olmur. Təkcə onu fikirləşirsən ki, bu günün yükünü necə çəkim? Hər şey çox çətin görünür. Həyatı davam etdirmək üçün, heç olmasa, ev olmalıdır. Kirayə pulunu ödəyə bilmirik. Belə davam edə bilməz”.

Müharibə iştirakçısı kirayə pulunu ödəyə bilmədiklərini dilə gətirir. Ev sahibi uzun müddət dözümlü yanaşıb. Hərdən pulunu tələb etməli olur.

“Nişan üzüyümü satdım ki, kirayə pulunu ödəyim. Evin sahibi oktyabrın sonuna qədər vaxt vermişdi. Hələ də 300 manat borclu qalmışam”, – müharibə iştirakçısı əlavə edib.

İcra hakimiyyəti nə deyir?

Qobustan Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, indiyə qədər Tural Xankişiyevə mümkün qədər diqqət göstərməyə çalışıblar:

“Ona bir neçə yerdən torpaq sahəsi təklif olunub. Hətta bəyənmədiyi yer dəyişdirilib. Bundan sonra da diqqətimizdə olacaq”.
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti