Bildiyiniz kimi, Azərbaycan Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlayıb.
İnzibati binalara baxış keçirilən zaman bunların qanunsuz hərbi birləşmələr tərəfindən üzə çıxıb. Ümumiyyətlə, 2020-ci ildə 44 günlük müharibədən sonra mina partlayışı nəticəsində 314-dən çox ölüm faktı qeydə alınıb.
Maraqlıdır, zərərçəkənlərin yaxınları bununla bağlı Avropa Məhkəməsinə müraciət edərək təzminat tələb edə bilərmi?
TEREF[b][/b].AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib ki, Azərbaycan bununla bağlı Avropa məhkəməsinə müraciət etməlidir:
“Sübut etməlidir ki, belə bir fakt olub, zərərçəkmişlər var. Bundan sonra təzminat tələb etmək olar. Yaxşı olardı ki, zərərçəkmişlərin özləri və yaxınları bu cür müraciət etsinlər.
Həmin adamlara hökumət tərəfindən kömək edilərdi, vəkil ayrılardı, hüquqi yardım göstəriləydi ki, fərdi qaydada bu şəxslər müraciət etsinlər. Əgər belə bir imkan yoxdursa, hökumət özü etməlidir. Amma təcrübədə bu səmərəsizdir. Daha yaxşı olardı ki, fərdi şikayətlər olsun. Sadəcə hökumət bu faktlardan istifadə edərək mina xəritələrinin verilməməsi və ya təhrif olunmuş xəritələrin verilməsi ilə bağlı iddia qaldıra bilər, təzminat tələb edə bilər. Heç olmasa, Avropa Məhkəməsində buna nail ola bilər”.
O bildirib ki, xeyli sayda ermənilər Qarabağdan könüllü olaraq çıxır:
“Ehtimal var ki, Azərbaycana qarşı Avropa Məhkəməsinə minlərlə şikayət göndəriləcək. Həmin şikayətlərin qarşısını almaq üçün bizim şikayətçilər də iddiaları indidən qaldırmalıdırlar".