Ardını oxu...
Əksər banklar əlilliyi olan şəxslərə kredit verməkdə maraqlı deyil.

Teref.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu cür problemlə üzləşənlərdən biri də görmə qabiliyyətini itirmiş Səftər Əliyevdir. Onun dediyinə görə, dəfələrlə istehlak krediti üçün müxtəlif banklara müraciət etsə də, bütün cəhdləri cavabsız qalıb.

Hüquqşünas Anar Ramazanov bildirir ki, əlilliyi olan şəxslər də bütün vətəndaşlar kimi kredit almaq hüququna malikdirlər. Ancaq Bankların özünəməxsus kredit siyasəti var. Buna görə də, kredit verilərkən risk ehtimalları nəzərə alınır.Anar Ramazanovun fikrincə bu cür hallarda banklar risk ehtimalını minimuma endirə bilərlər.

Hüquqşünas həmçinin deyir ki, əgər bank heç bir əsas göstərmədən əlilliyi olan şəxsə kredit verməkdən imtina edərsə, bu zaman vətəndaş həm Mərkəzi Banka, həm də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər.

 
Ardını oxu...
Müəllim adını şərəfli edən ən əsas meyar - qarşılıq güdmədən öyrətmək!

Dünyada müəllimlik peşəsinə sahib milyonlarla insan var. Daha dəqiq rəqəmlərlə desək dünya əhalisinin təxminən 85 milyonu müəllimdir. Digər sahələr ilə müqayisədə bu həqiqətən də böyük bir göstəricidir. Ta qədim zamanlarda tanınmış filosofların belə özləri kimi müəllimləri olub və tələbəsi müəllimindən çox tanınan, dünya tarixinə iz buraxmış saysız nümunələr gətirə bilərik. Bəlkə də müəllim adını şərəfli edən ən əsas meyar da helə budur - qarşılıq güdmədən öyrətmək!

Kəmiyyət çoxaldıqca keyfiyyətin aşağı düşməsi hər kəsə məlumdur. Böyük təəsüf hissi ilə bildirmək istərdik ki, bu yanaşma özünü müəllimlik sahəsində də göstərir. Müəllim sayı çox, amma peşəkar, işini sevən, həqiqətən öyrətməyi bacaran, yəni fitri pedaqoji bacarığı olan isə azdır. Amma belə bir paradoks cəmiyyətin həm xeyrinə, həm də zərərinə ola bilər. Ya yalnış insan sizin övladınızın təlim, tərbiyə və təhsili ilə məşğul olacaq, bu da mənfi nəticələr ilə sonlana bilər. Ya da ki, düzgün seçim parlaq qələbə ilə sonlanacaq və əsl müəllim həmişə dəyərli, müəllimlik peşəsi də şərəfli olacaq.

Bəs əsl müəllim necə olmalıdır?

Təəsüf doğuran bir şablon yanaşma var: "Müəllimin yaşı və pedaqoji fəaliyyətinin çoxluğu onun peşəkar təcrübəsini göstərir". Bir düşünün ki, hər hansı fənni tədris edən müəllimdir, 50 yaşı var, 30 ildir ki, orta məktələrdə, kolleclərdə, universitetlərdə dərs keçir və təcrübəli kadr adını daşıyır. Digər müəllim isə 28 yaşındadır, 5 ildir ki orta məktəbdə dərs keçir. İlk baxışda hamıya görə 50 yaşındakı şəxs əsl müəllim, 28 yaşındakı isə el dili ilə desək hələ "uşaqdır". Amma gəlin məsələyə başqa rakursdan yanaşaq. O, 50 yaşındakı müəllim əgər 28 yaşındakı müəllim kimi təhsildə innovasiyaları, XXI əsrin tələbatlarına uyğun dərs metodunu araşdırmırsa, ixtisasında 30 ildəki dəyişiklikləri nəzərə almırsa, yeni nəslin dünyasına daxil ola bilmirsə, hər gün dərsdən öncə öz üzərində işləmirsə biz ona necə əsl müəllim deyə bilərik?! Əminəm ki, çoxları bu fikri təkzib edib, öz arqumentlərini üst səviyyəyə qaldırmağa çalışacaq. Amma qəbul etmək lazımdır ki, tonlarla kitab bilgisi və hər gün tədris prosesində qazanılmış təcrübə cəmiyyətə şəxsiyyət bəxş etdirmək üçün kifayət deyil. Bu, o zaman yetərli ola bilər ki, qazanılan bilgilərin ən vacibi və düzgün formada istifadə edilsin.

Deməli əsl peşəkar müəllim hər zaman yeni nələrsə öyrənməlidir. Bəlkə də dünyada yeganə peşədir ki, burada stabillik yalnız süqutdur. Çünki, dövr dəyişirsə dünya da dəyişir, dünya dəyişirsə cəmiyyət də dəyişir, cəmiyyət dəyişirsə onun fərdlərinin baxışı da dəyişir. Əsl müəllim olmaq əslində böyük bir mübarizədir, daim yeniliklər ilə silahlanıb, keçmiş biliklərini inkişaf etdirməkdir.
Müəllimin qarşısındakı şagirdi, tələbəni öyrətməyi üçün sevməyi və bu sevgini ötürməyi də əsas şərtlərdən biridir. İnsan nəyisə sevməsə onu ürəksiz etdiyi kimi, öyrənən də həm öyrəndiyini, həm də onu öyrədəni sevməlidir. Ona görə də öyrədən və öyrənən arasında simpatiya vacib amildir.
Çox şükür ki, müəllim ordusu arasında bizlərə daim yol göstərən, bilikləri ilə bizim savadımızı artıran, müasir dövr ilə uzlaşan əsl müəllimlərimiz də var. Gənc müəllimlər hər zaman özlərinin peşəkar müəllimlərindən nümunələr götürürlər.

"Müəllimlik sənəti şərəfli bir sənətdir." - Heydər Əliyev

Müəllimlik peşəsinin dəyərini göstərən bundan gözəl bir cümlə ola bilməz. Çünki, hansı sahədə olmağından, milliyyətindən, cinsindən, irqindən asılı olmayaraq hər kəsin müəllimə ehtiyacı var. Düşünürəm ki, çətin peşə olmasına baxmayaraq milyonlarla insanın məhz müəllim olmasının səbəbi digər fərdlərin həyatına işıq salıb günəş şəfəqləri ilə işıqlandırmaq istəyidir. Müəllim gələcək nəslin, yəni özünün davamçılarının həm təlim, tərbiyə, həm də qazanacağı savadına görə məsuliyyət daşıyır.

Ümidvaram ki, hər bir müəllim qarşısındakı fərdi cəmiyyət üçün şəxsiyyət kimi yetişdirib, Azərbaycan Respublikasına layiqli vətəndaş qazandıracaq. Bütün müəllim kollektivinə fəaliyyətində uğurlar arzulayıb, belə şərəfli adı daşıdıqları üçün təbrik edirəm.



Elnurə Cəfərzadə,
Lənkəran rayon A.Əsədullayev adına Şağlaser kənd ümumi orta məktəbinin ingilis dili müəllimi
Ardını oxu...
“Qlobal ərzaq böhranı ilə mübarizə aparmaq üçün 20-yə qədər ölkənin təcili yardıma ehtiyacı ola bilər”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva Səudiyyə Ərəbistanında keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ərəb dünyasında 141 milyon insan qida çatışmazlığından əziyyət çəkir: “Dünyanın 48 ölkəsi ərzaq böhranından xüsusilə təsirlənib. 48 ölkədən təxminən 20-sinin təcili yardım üçün müraciət etmə ehtimalı var. Onların çoxu Afrikadadır”.
 
 

Ardını oxu...
Ölkədə, xüsusilə də Bakı və Abşeron ərazisində fərdi yaşayış evlərinin sayı davamlı olaraq artır.

Həmin evlərin əksəriyyəti uzun illərdir ki, tikilməsinə baxmayaraq, hələ də onlara çıxarış verilməyib. Sənədsiz evlərə çıxarışların verilməsi ilə bağlı problemlərə dəfələrlə toxunulsa da, bu məsələ həllini tapmır. Bu gün elə ərazilər ki, orada yaşayan sakinlərdən bəziləri yaşadığı ünvana çıxarış alıb, digər qonşu isə hələ də sənədsiz evdə yaşamalı olur. Bəziləri həmin problemin həllinin icra hakimiyyətində, bəziləri isə bələdiyyədə olduğunu desələr də, hələ ki, heç bir nəticə yoxdur.

Mövcud problemin həlli yolu dəfələrlə səslənsə də, reallaşmayan kütləvi çıxarışların verilməsindənmi keçir? DİA.AZ-ın məlumatına görə, daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirdi ki, Abşeron ərazisində sənədsiz, çıxarışı olmayan evlərin sayı qeyri-rəsmi rəqəmlərə görə, 500 mindən çoxdur:

“Bu evlərə çıxarış ala bilinməməsinin müxtəlif səbəbləri var. Səbəblərdən biri, həmin torpaqların fərqli təyinatlı olmasıdır. Yaşayış massivi olmasına baxmayaraq, həmin torpaqlar əkin sahəsi və yaxud digər təyinatlı torpaqlardır ki, onların özəlləşməsi üçün birinci, mütləq şəkildə torpağın təyinatı dəyişib, yaşayış məntəqələrinə çevrilməlidir. Bir çox qadağan olunmuş ərazilərdə evlər tikilib. Məsələn, vulkanik dağların ətəyi, yüksək gərginlikli cərəyanların altında, dəniz zolağına yaxın məsafələr və digər yerlər var ki, burada tikilən evlərə qanunla sənədlərin verilməsi qadağandır. Ancaq fakt odur ki, həmin evlər artıq uzun illərdir tikilib. Həmin ev sahiblərinin hansısa bir formada əllərində sənədləri var. O sənəd əsasında da evləri tikiblər. Maraqlı odur ki, həmin evlərin hər birində kommunikasiya xətləri, qaz, su, işıq, sayğaclar da var. Oradakı sayğaclar sahibinin adınadır, bir çox evlərə ünvan verilib, burada qeydiyyatda olanlar var. Ancaq çıxarış məsələsi uzun illərdir ki, öz həllini tapa bilmir. Ən çox alqı-satqı prosesləri həmin sənədsiz həyət evləri olan ərazilərdə baş verir ki, digər çıxarışlı evlərə baxsaq, onların qiymətləri çox aşağıdır. Burada da itirən həm iqtisadiyyat, dövlət büdcəsi, həm də vətəndaşlardır”.

Bunun həlli yolu nədir?

Ekspert bildirib ki, həmin ərazilərdə başdan-başa fərdi həyət evləri tikilibsə, o torpaqların təyinatı kütləvi şəkildə dəyişilməlidir:"Bu halda həmin evlərə çıxarışlar verilə bilər”.

Ekspertin sözlərinə görə, qanunvericiliyə görə, vətəndaş bir ünvanda 30 ildən artıq yaşayırsa və bunu hansısa formada sübut edə bilirsə, o məhkəmə yolu ilə həmin ünvana çıxarış ala bilir:

“Bir vaxtlar tikinti ilə bağlı sərəncamı icra hakimiyyətləri verirdi. Daha sonra bələdiyyələr verdi. Bələdiyyənin 2007-ci ilə qədər torpaq satmaq səlahiyyəti olub. Ancaq bələdiyyənin satdığı torpaqlara əksər vətəndaşlar çıxarış ala bilmir. Çünki dövlət bələdiyyəyə torpaq ayırıb, ancaq xəritəsini ayırmayıb. Əslində inkişaf etmiş Avropa ölkələri, Türkiyədə idarəetmə bələdiyyələrdədir. Bizdə bələdiyyələr inkişaf etmir, bələdiyyə institutu yoxdur. Məsələn, Türkiyədə bütün işləri bələdiyyə görür, bizdə isə vətəndaş bələdiyyəni başqa cür tanıyır. Bizdə bələdiyyə, “JEK”, icra hakimiyyələri var və üç natamam qurumu birləşdirib mükəmməl iş görən bir qurum yaratmaq olar”.

Ekspert deyib ki, kütləvi şəkildə çıxarışların verilməsi ilə bağlı təkliflər dəfələrlə olub, ancaq nəticə göz qabağındadır: “Təkcə bələdiyyə torpaqları deyil, Bakının digər əraziləri var, məsələn, Yasamal, “Alatava”, “Papanin” qədim yaşayış massivləridir, onların yaşı 100 ili ötüb, ancaq ərazidə çıxarış yoxdur, həmin torpaqlar bələdiyyə torpağı, əkin sahəsi, neft əraizisi deyil. Sırf yaşayış massivləridir”.
Ardını oxu...
Ekspert Elyar İslamoğlu şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova qarşı edilmiş daha bir qanunsuzluqla bağlı məlumat paylaşıb.

TEREF.AZ AzToday.az-a istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi pandemiya vaxtı Sənan Əhmədovun 190 manat almaq üçün etdiyi müraciəti də cavabsız qoyubmuş.

Belə ki, pandemiya zamanı ofisiant işləyən Sənan Əhmədov restoranlar bağlandığı üçün işsiz qalıb. Üstəlik həmin ərəfədə övladı da doğulub. Yeni doğulan övladının və ailəsinin ehtiyaclarını qarşılamağa məcbur olan, kirayədə yaşayan Sənan 190 manat yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Sosial Xidmətlər Agentliyinə dəfələrlə müraciət etsə də, ona cavab belə verilməyib:

“Həmin o cavabsız müraciətlər bilirsiniz haçan cavablanıb?

Səbuhi şəhid olduqdan sonra, Sənan Sosial Xidmətlər Agentliyinə dəvət edilib. Ordakı əməkdaşlara pandemiya müddətində işsiz qaldığını, 190 manat üçün etdiyi müraciətlərə indiyədək sayıb cavab vermədiklərini, sübut üçün etdiyi müraciətləri göstərəndən sonra.

190 manatın ehtiyacı olmayan çoxsaylı şəxsə verildiyi ilə bağlı mətbuatda kifayət qədər sübutlar var idi. Amma Sənan kimi imkansız, uşaq evində böyüyən, kirayədə yaşayan ehtiyaclı şəxsə nəinki 190 manat, heç cavab da verilməyib”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycanda nikaha daxil olma yaşı kişilərdə 31, qadınlarda 26 yaşa qalxıb. Bu 30 ilin ən yüksək rekordudur, 2019-cu il ilə müqayisədə evlilik yaşı daha 3 il qocalıb.
Bu statistikaya görə ortalama rəqəmlərdir, 40+ yaşı keçib də ailə həyatı qurmayan yetəricə tanıdığım var. Bu kasıbçılıqdan əvvəl gənclərin evsizlik problemi ilə bağlıdır.
MİDA-nın 442 mənzil üzrə keçirdiyi güzəştli mənzil satışına 25 min ailənin müraciəti ölkədə evsizlik sayının nə qədər yüksək olduğunu göstərir.
Bütün bunlar əsasən kişilər arasında pozğunçuluğun, sapıqlığın, intiharların artımına gətirir çıxardır. Elə də qızların nikah yaşına qədər bədənlərini ər üçün qorumaları keçmişdə qalıb.
Artıq ölkəmizdə də dəbə minib, cütlüklər rəsmi evlilik deyil, öz aralarında anlaşaraq, tələbatlarını ödəmək üçün vətəndaş nikahı yaşayırlar.
 
Ardını oxu...
Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu təqdim edirik!
Ucar şəhəri Həbibi küçəsi ev 10 sakini Eminova Xatirə Faxrət qızı tərəfindən

ŞİKAYƏT

Mən ağır xətəliyə görə yataq xəstəsiyəm hərəkət edə bilmirəm.Buna görə mənə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir.Əlilliyin müddəti bitdi deyə əlillik təyin edilməsi üçün müayinə və müalicə sənədlərimi Tibbi Sosial Ekspert Komissiyasına göndərilib.Ancaq heç bir qanunu əsas olmadan mənə əlillik təyin edilməsindən imtina olunub.Əsas kimi əlavə müalicəyə ehtiyac olması və ixtisaslaşmış əlavə müayinə və müalicəyə ehtiyac var.
Mən ağır formalı hipertoniya, şəkərli diabet və iflic xəstəliyindən əziyyət çəkirəm.Buna görə tez-tez burnumdan qam gəlir, yeriyə bilmirəm.Qan təzyiqim 140/250 olur.Sağ tərəfim işləmir iflic olub.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mənə əlillik dərəcəi təyin olunmasından iki dəfə imtina edib.
Bu səbəbdən acınacaqlı duruma düşmüşəm dərmanlarımı ala bilmirəm deyə xəstəliyim dahada ağırlaşıb.
Son 6 ayda dəfələrlə müayinələr olunmuşam, müalicə almışam.Ancaq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qanunsuz əməllərindən əl çəkmək istəmir.Sanki mənim qəsdimə dayanıblar kimi davranırlar.
Mənim rüşvət verməyə pulum və yüksək vəzifədə işləyən dayım olmasada vətəndaşı olduğum ölkənin Mehriban Əliyeva kimi birinci xanımı var.
Mənim vəziyyətimi gəlib gözləri ilə görən olsa dəhşətə gələr.

Mən mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevaya, Sahil Babayevə və Anar Bayramova müraciət ünvanlayıb xahiş edirəm mənim vəziyyətimi gəlin yoxlayın və mənə əlillik dərəcəsi təyin edilməsinə köməklik göstərin.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Azərbaycanın regionlarında iş yerləri yaradılmasa, vəziyyət gərgin olacaq. Buna görə də, regionlarda sahibkarlıq inkişaf etdirilməlidir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

O bildirib ki, təmsil etdiyi Quba rayonunda sahibkarlar əkib-becərdiyi tərəvəz məhsullarını çaya atırlar.

“Çünki emal müəssisəsi yoxdur, sahibkarlar çətinliklərə üzləşirlər”, – deyə o əlavə edib.
 
 
 
Ardını oxu...
Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu təqdim edirik!
Salam mən Cəfərli Oğuz Rüstəm oğlu II Qarabağ müharibəsinin ilk günündən son gününədək müharibədə iştirak etsəm də düz Şuşayadək gedib çıxsam da mənə cənab Prezident tərəfindən Kəlbəcərin azad olunmasına görə müdalı verilsə də hələ də müharibə iştirakşısı adı və vəsiqəsi verilmir ki 80 manat müavinətimi alım. Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2021-ci il tarixli 3088 nömrəli sərəncamına əsasən 2020-ci il sentyabrın 27 dən noyabrın 10 dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxsalərə "Müharibə veteranı" adının və "Azərbaycan Respublikasının müharibə veteranı" vəsiqəsinin verilməsi, habelə "Müharibə Veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin edilməsi və ödənilməsi şamil edilir.

Prezidentin sərəncamı yerlərdə icra olunmur.Hərbi biletimin 14 cü bəndində də açıq qeyd olunub ki, döyüşlərdə iştirak edib və hərbi hissənin möhürü ilə təsdiq olunub.Belə şıxır ki, Kəlbəcərin azad olunması uğrunda gedən döyüşmüşəm amma müharibə iştirakçıxı deyiləm!

Azərbaycan Republikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Silahlı Qüvvələrin hərbi Qulluqşularının "Kəlbəcərin azad olunmasına görə" müdalı ilə təltif olunması haqqında sərəncamında Kəlbəcər rayonunun azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların siyahisında mənim adım da var və mən müvafiq medalla təltif olunmuşam. Amma veteranlıq məsələsi gələndə deyirlər yox döyüşlərdə iştirak etməmisən.

Nə qədər gözləyim axı mən? Gərək mən də sosial şəbəkələrə çıxıb hay-küy salım, yoxsa özümə od vurub yandırım ondan sonra məni eşidən olsun.

Əmək Nazirliyinə, Müdafiə Nazirliyinə, yaşadığım Sumqayıt şəhər İcra Hakimiyyətinə yazılı müraciət etsəm də heç birindən mənimlə əlaqə saxlayan olmamışdır.Xahiş edirəm mənə köməklik edin.

Ünvan : Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivi.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti