2022-ci il yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, həmçinin istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin də idxal və satışı 3 il müddətinə ƏDV-dən azad edilmişdi. Bunlar ciddi güzəştlər olsa da, buraxılış ili 3 ili keçməyən elektrik və hibrid avtomobillər çox bahadır və insanlar üçün əlçatımlı deyil. Bu güzəştlər buraxılış ilindən asılı olmayaraq bütün hibrid və elektrik maşınlara aid edilməlidir.