Ardını oxu...
Teref.az yazır ki, "AZNEFT" İB-nin Apşeronneft NQÇİ: Tibbi Sosial Ekspert və Reabilitasiya Agentliyinin Rəyini (əlavə olunur) düzgün anlamayaraq (yaxud qərəzli yanaşaraq), yaxud düzgün tədbiq etməyərək işçi Misir İbrahimovu dəniz obyektindən quru obyektinə keçirtmiş və əmək qanunvericiliyinin aşağıdakı tələblərini pozmuşdur:
1.Dəniz obyektindən quru obyektinə keçirilməsi nəticəsində işçinin əmək haqqının məbləği azalıb.
2. "AZNEFT" İB-nə etdiyi şikayətə formal və qanunsuz cavab verilib.
3. Rəydə işçinin öz vəzifəsində, yəni, təmirçi- çilingər peşəsinı işləyə bilməsi barədə qərar var.
4. Rəydə: İşçinin dəniz obyektlərində işləyə bilməməsi göstərilməmiş və qadağan edilməmişdir. Lakin, işəgötürən işçini dəniz obyektindən quru obyektinə keçirmişdir.
4. İşçi uzun illərdir dəniz obyektlərində işləyir, 3-cü qrup əlil olması ilə əlaqədar hər hansı bir problem yaranmamışdır.
5. Əmək münasibətləri dövründə işçilər üçün Əmək Məcəlləsində nəzərdə tutulan hüquq və təminatlar azaldıla bilməz. Əmək Məcəlləsi 43.3-cü maddəsi.
6. Əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Əmək Məcəlləsi 44.4-cü maddəsi.
7. İşçi dəniz obyektlərində də, quru obyektlərində də 11 saatlıq iş rejimi ilə işləyir. Bu halda işçi hansı əsaslarla əlavə iş saatları əsas götürülməklə quru obyektlərinə keçirilməlidir.
8. İşçinin cəmlənmiş iş rejimində işləməsi, onun əlavə iş saatlarında işləməsi demək deyil. İşçi bu rejimdə aylıq normanı yığdıqda istirahətə göndərilməlidir
9. Əmək Məcəlləsi nəinki əlillərə, hətta adi işçilərə də, müstəsna hallar istisna olmaqla, əlavə iş saatlarında işə cəlb edilməsinə qadağa qoyur
10. Rəydə olsada, olmasada, Əmək Məcəlləsinin 92 və 98-ci maddələri əlillərin əlavə və gecə iş saatlarında işə cəlb edilməsini qadağan edir.
11. Əlillərin əlavə iş saatlarında və gecə vaxtlarında işə cəlb olunmasının, işçinin dənizdən quruya keçirilməsinə nə aidiyyatı var. Bu halda işəgötürən, işçini dənizdən quruya deyil, bu hallarda işə cəlb etməməli idi.
12. İşçinin bildirdiyinə görə o əlilliyi istehsalatda alıb. Bu halda da işəgötürən işçini qanunsuz olaraq dənizdən quruya keçirirsə və bunun nəticəsində əmək haqqı azalırsa, dəyən ziyan da işçiyə ödənilməlidir. Əmək Məcəlləsinin 239-cu maddəsinin tələblərinə uyğun.
13. İşçini bildirdiyinə görə o şəhid ailəsidir.
14. Hər bir halda işəgötürən, işçini hansı əsas və ya normativ hüquqi aktlara əsasən, uzun illər işlədiyi dəniz obyektlərindən quru obyektinə keçirilməsini əsaslandırmalıdır idi.
15. Dəniz obyektindən quru obyektinə keçirilmə barədə: Əmək Məcəlləsində nəzərdə tutulan hüquqi əsaslar yoxdur, Agentliyin qərarı yoxdur, işçi ilə işəgötürən arasında hər hansı bir razılaşma da olmamışdır.
16. Əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlər üçün Əmək Məcəlləsinin 310-cu maddəsində: maddi, intizam, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
17. Çox təəssüf ki, yuxarı təşkilat olan "AZNEFT" İB-yi də edilmiş şikayəti müvafiq qaydada araşdırmamış,, işçinin hüquqlarını bərpa etməmiş, işçinin hüquqlarını pozan Apşeronneft idarəsinin vəzifəli şəxsləri haqqında tədbir görməmişdir.
Mirvari Qəhrəmanlı
Teref.az
Ardını oxu...
 
Ardını oxu...
Tənqidlə əhatə olunan uşaq - günahlandırmağı öyrənir
İstehza ilə əhatə olunmuş uşaq - etibarsız olmağı öyrənir
Düşmənçiliklə əhatə olunmuş uşaq - döyüşməyi öyrənir
Qəzəbin əhatəsində olan uşaq - incitməyi öyrənir
Anlaşılmazlıqla əhatə olunmuş uşaq - başqalarını eşitməməyi öyrənir
Hiylə ilə əhatə olunmuş uşaq - yalan danışmağı öyrənir
Utancla əhatə olunmuş uşaq - özünü günahkar hiss etməyi öyrənir
...və bu dairəni ancaq güclü ruhlar qıra bilər...
Dəstəklə əhatə olunmuş uşaq - qorumağı öyrənir
Gözlənti ilə əhatə olunmuş uşaq - səbirli olmağı öyrənir
Təriflə əhatə olunmuş uşaq - özünə inamlı olmağı öyrənir
Dürüstlüklə əhatə olunmuş uşaq - ədalətli olmağı öyrənir
Təhlükəsizliyin əhatəsində olan uşaq - Güvənməyi öyrənir
Sevgi ilə əhatə olunmuş uşaq - sevməyi və sevgi verməyi öyrənir
Seçim azadlığı ilə əhatə olunmuş uşaq - qərarlarına görə məsuliyyət daşımağı öyrənir
... və belə bir tərbiyəni pozmaq çətindir ...
Teref.az
 
Ardını oxu...
Ucqar bölgələrdə çalışan müəllimlərə xüsusi güzəştlər, imtiyazlar verilməlidir
Azərbaycan məktəblərində təxminən 3 mindən çox müəllim yeri vakantdır. Həm də bu il üçün müəllimlərin işə qəbulu üzrə imtahanlarda təqdim olunan vakant yerlərdən bəziləri boş qalıb. Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, tutulmayan vakant yerlər dərs saatları daha az olan və ucqar yerdəki məktəblərdədir. N.İsmayılbəyli əlavə edib ki, bu il həm müddətli, həm də müddətsiz müqavilə ilə işə qəbul edilənlərin sayı təqribi 6 min nəfərdir. “İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul aparılacaq", - deyə o, əlavə edib. Müəllimlərin işə qəbulu üzrə ən çox vakant yer isə musiqi fənni üzrə olub. Bu say 1 857-dir. N.İsmayılbəyli vurğulayıb ki, rayonlar üzrə vakant yer bölgüsünə gəlincə, 1 679 yer Lənkəran-Astara Regional Təhsil İdarəsində, ikinci yer Bakı şəhəri üzrə Təhsil İdarəsində 1 117 vakant yer, ən az yerlər isə nazirliyə tabe olan müəssisələrdən 63 və internatda 62 olaraq müəyyən edilib.


Məlumatdan belə görünür ki, müəllimliyə xeyli vakant yerlər var. Amma tədris ili başlayar-başlamaz müəllim
çatışmazlığından gileylər artacaq. İllərdir bu problem həllini tapmır. Müəllimlik ixtisasını bitirənlər ucqar bölgələrə, kənd məktəblərinə işləməyə getmirlər.

Əksəriyyət çalışır ki, paytaxtda, mərkəzi məktəblərdə işləsin. Nə qədər deyilirsə də ki, ucqar bölgələrdə müəllim işləyənlərə güzəştlər edilir, ev, torpaq sahəsi verilir, yenə də gedən yoxdur. Ya, güzəştlər, həvəsləndirici təkliflərin əsası yoxdur, ya da müasir müəllimlər, nə olursa-olsun, kəndin toz-torpağına batmaq istəmir.

TEREF.AZ-ın məlumatına görə, problemin səbəbləri barədə “Şərq”ə danışan təhsil eksperti Elçin Əfəndi qeyd etdi ki, burada bir neçə səbəb var:

- Müəllimlərin İşə Qəbul imtahanında iştirak edib uğurlu nəticə əldə edənlərə, çox zaman müddətli müqavilə ilə iş təklif edilir. Namizədlərə isə bu sərf etmir. Onlar müddətsiz müqavilə ilə işə qəbulu üstün tuturlar, ona görə də təklifdən imtina edirlər. Digər tərəfdən aparıcı fənlərə vakant yerlər bəzən gizlədilir. Açıqlanan dərs saatı az olan fənlərdir. Bunlar rəsm, əmək və texnologiya, musiqi fənləridir. Bu fənlərə 2-3 dərs saatı ayrılır. Namizədlər 2-3 saata görə məktəbdə çalışmağı uyğun görmürlər. Çünki əmək haqqı az olacaq. Müəllimin ən azı 250 manat əmək haqqı alması üçün azı 18 dərs saatı olmalıdır. Dərs saatları az olan fənlərə vakant yerlər belə yaranır. Orta məktəblərdə rəsm, musiqi, əmək və texnologiya fənləri üzrə sırf bu ixtisasları bitirmiş müəllimlər işləmir, bu dərsləri də digər fənn müəllimlərinə verirlər ki, heç olmasa, onların əmək haqqı bir qədər artsın. Dərs saatı az olan fənləri tədris edəcək müəllimlərin ya əmək haqqı artırılmalıdır, ya da onlara əlavə həvəsləndirici paketlər təqdim edilməlidir. Belə olarsa, bu ixtisası bitirmiş şəxslər məktəbdə dərs verməyə razılaşar.

E.Əfəndi ucqar bölgələrdə vakant yerlərin çoxluğuna gəlincə, bunu da müəllim ixtisasını bitirmiş şəxslərin bölgələrə marağının az olması ilə izah etdi:

- Ucqar bölgələrdə çalışan müəllimlərə xüsusi güzəştlər, imtiyazlar verilməlidir. Bu barədə həmişə danışılır, amma ortada bir nəticə yoxdur. Müəllimlik ixtisasına yiyələnmiş şəxslər güzəşt və imtiyazların olacağına inanmır, ya da bunun əməli təsirini görmür. Ona görə də paytaxtda, mərkəzi məktəblərdə müəllimlik etməyə üstünlük verirlər. İmtahanlardan sonra vakant yerlər açıqlanır, lakin hətta yüksək nəticə göstərənlər də işlə təmin edilmir. Müəllimliyə qəbulda başqa vasitələr rol oynayır.
 
Ardını oxu...
Şəhid Ruslan Seyidovun həyat yoldaşı Minarə Seyidova Moderator.az -ın elektron poçt ünvanına şikayət məktubu göndərib.

Moderator.az həmin məktubu təqdim edir:

"Şəhid Ruslan Seyidov 1993-cü ildə erməni işğalçılarının torpaqlarımıza təcavüzü zamanı vətənin dar günündə dözə bilməyib , könüllü olaraq vətənimizin müdafiəsinə qalxib, torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərdə fəal iştirak edib.

Tank komandiri olan Ruslan düşmənlə qəhrəmancasına vuruşub, ekipajı ilə birlikdə ermənilərin tutduğu mövqeləri darmadığın edib, düşmənə sarsıdıcı zərbələr endirib.

Torpaqlarımızın erməni işğalçılarından azad olunmasında göstərdiyi şəxsi igidliyə, şücaətinə və yüksək keyfiyyətlərə görə komandanlığı tərəfindən fəxri fərmanla təltif olunub, Ruslan Seyidova dəfələrlə təşəkkür elan olunub.

Ailənin tək övladı olan, Azərbaycan Neft və Kimya İnstitutunun məzunu olan Ruslan Seyidov 32 yaşında, 1993-cü il, 13 dekabrda Beyləqan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Ruslan Seyidov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Hörmətli redaksiya, mən Sumqayıt sakini, Minarə Seyidova şəhid Seyidov Ruslan Yusif oğlunun həyat yoldaşıyam.

Mətbuata müraciət etməyimin səbəbi 29 ildir ki, şəhid ailəsi olaraq bizə laqeyd və etinasız münasibətdir.

Həyat yoldaşım şəhid olandan sonra ailənin bütün qayğı və ehtiyacları mənim üzərimə düşüb. İki övladımı tibb bacıcı işləyərək min bir əziyyətlə boya -başa çatdırmışam.

29 il ərzində mən birdəfəlik 11 000 manat sığorta ödənişindən və şəhid ailəsinə verilən təqaüddən savayı qanunla şəhid ailələri üçün nəzərdə tutulmuş heç bir imtiyazdan və güzəştdən istifadə etməmişəm.

Baxmayaraq ki, himayəmdə 2 uşaq olub, yaşayış şəraitim, maddi vəziyyətimin pis olduğuna görə məsul, vəzifəli şəxslərə, yerli bələdiyyəyə, Ombusmana, deputat Qənirə Paşayevaya, Sumqayıtın 4 icra başçına - Təvəkkül Məmmədova, Vaqif Əliyevə, Eldar Əliyevə, indiki icra başçısı Zakir Fərəcova rəsmən müraciət etmişəm, prezidentə, vitse-prezidentə, aidiyyatı qurumlara yüzlərlə teleqaram vurmuşam, şikayət ərizələri ilə müraciət etmişəm indiyəcən heç bir müsbət nəticə olmayıb, mənə köməklik edilməyib.

1993-cü ildən indiyəcən bir-iki halı- 1-2 tədbirə dəvəti, bayramları, əlamətdar günləri istisna etməklə demək olar ki, heç bir rəsmi mənim qurumdan qapımı döyməyiblər, ailə şəraitimlə, sosial durumla maraqlanmayıblar.Halbuki dediyim kimi mən sosial durumumun yaxşılaşması üçün çoxlu sayda rəsmi qurumlara müraciətlər etmişəm,şikayət etmişəm.

Sanki heç belə bir şəhid ailəsi yoxdur. Bu cür laqeydlik mənə və övladlarıma ilk növbədə mənəvi olaraq pis təsir edir. Çünki mənim həyat yoldaşım torpaqlarımızın düşməndən azad olunması uğrunda canını qurban verib.

İndi isə çoxlu sayda müraciət etsəm də bizə fərdi yaşıyış yeri tikmək üçün nə torpaq sahəsi verilib, nə mən, mənə düşsə də Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi haqda qüvvədə olan qanunvericiliyə müvafiq olaraq mənzillə təmin olunmuşam, nə də övladlarım ixtisasına uyğun işlə təmin olunub.

Qızım ali təhsilli, 3 diplomu ola-ola işsizdir, oğlum isə ailəsini dolandırmaq üçün Azərbaycandan kənarda, qonşu ölkədə işləmək məcburiyyətindədir, ölkəyə gəlib –gedir, yollardadır.

Halbuki mən qızımın və oğlumun dövlət müəsissələrində ixtisalarına uyğun işlə təmin olunması üçün rəsmi qurumlara yüzlərlə müraciət etmişəm.

Bu müraciətlərə cavab olaraq Sumqayıt icra hakimiyyətindən uzağı ofisant və satıcı kimi iş yerləri təklif olunub.

Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirninin müavinin qəbulunda olandan sonra mənə yerli idarədən işə CV yazmağı məsləhət görüblər.

Halbuki bunları biz nazirliksiz, icra hakimiyyətsiz də özümüz də edə bilərik.

Şəhid ailəsi olaraq nəinki evlə təmin olmamışıq, bizi indiyəcən mənzil almaq üçün heç uçota da salmayıblar, növbəyə belə götürməyiblər.

Hələ üstəlik mənə deyilb ki, “sənə mənzil düşmür, hələ sizin mənzil sahəniz artıqdır 7 kv m2. Halbuki cəmi 28 m2 sahəli evdə 4 nəfər qeydiyyatdadır və mənzil şəraitimizin yaxşılaşdırmasına ehtiyacımız var. Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdindəki Mənzil təssərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədovaya dəfələrlə şəhid ailəsi olaraq evlə təmin olunmağımızla müraciət etmişəm, amma müsbət olmayıb indiyəcən məndən əlavə sənədlər istənilir.

Şəhid ailəsi olsaq da həmişə rəsmi qurumların diqqətindən kənarda qalmışıq.

2001 –ci ildə ailəmə köməklik edilməsini xahiş edərək Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Təvəkkül Məmmədovun qəbulunda olarkən mənə nəinki köməklik edildi, əksinə onun tərəfindən təhqir edildim.

O mənə dedi ki, “ərini qoruya bilməmisən, məndən nə istəyirsən” .

Bundan başqa, sonrakı icra başçısı Vaqif Əliyevin də qəbulunda olarkən o mənə dedi ki, "bizim əlimizdə heç bir imkanımız yoxdur, imkanımız olan kimi nəzərə alacağıq”. O da icra başçısı vəzifəsindən gedənə kimi heç bir köməklik etmədi.

2011 –ci ildə icra başçısı Eldar Əzizovun qəbuluna dəfələrlə yazılsam da onun qəbuluna düşə bilməmişəm.

Hal-hazırda icra başçısı olan Zakir Fərəvov ümumiyyətlə özü qəbul etmir, dedilər, yalnız müavini ya kimsə başqa məmur qəbul edə bilər. Amma icra hakimiyyətində şikayətimiz dinləsələr də heç bir tədbir görülməyib, nəticə olmayıb.

Yəni, şəhid ailəsinə bu cür etinasızlıq 30 ilə yaxındır davam edir.

Şəhid ailəsi olaraq bizim problemi mətbu orqanınızda işqılandırmağınızı xahiş edirəm.

Əlaqə telefonu :055 538 41 22
minareseyidova074@gmail.com
Ardını oxu...
 
Ardını oxu...
DİA.AZ: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatli ailəyə yenidən sosial yardım təyin etməkdən imtina edir. DİA.AZ bildirir ki, rəsmi qurumlardan imtina cavabı alan 4 uşaq anası yaşadığı acınacaqlı durumdan danışır.

Metal toplayaraq uşaqlara çörək aldığını deyən ana bildirir ki, deputat Razi Nurullayev də vəd vermişdi, amma kömək etmədi: "Nə zaman zəng elədik... Yalandan boş vəd verdilər..."

"İcra hakimiyətinin işçiləri gəlib şəkil çəkdirib getdilər" deyən ana qeyd edir ki, ƏƏSMN-nin işçiləri də problemdən halidir: "İnanmadılar... dedilər ki, mən burda yaşamıram..."

Daha ətraflı aşağıdakı videoda:


Ardını oxu...
DİA.AZ: - Göyçay rayon Müskürlü kənd sakini Əliyeva Qənimət Valeh qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bu şikayət ərizəmdə yazıb Sizə bildiriəm ki, həyat yoldaşım Əliyev Firdovsi Valik oğlu 2020-ci ilin aprel ayı tarixdən özünüməşğulluq proqramına qoşulub. Özüm isə işsiz kimi 2019-cu il tarixdən Məşğulluq Mərkəzində qeydiyyatda olsamda indiyə qədər işlə təmin olunmamışam.

Xırdabuynuzlu heyvan verilməsi üçün həyat yoldaşım Əliyev Firdovsi Valik oğlunu 18 aprel 2020-ci il tarixdə özünüməşğulluq proqramına qeydiyata alıblar.Həyətimizə tövləmizə və torpaq sahəmizə baxış keçirilib.Ancaq 2 il 6 aydan çoxdur ki, aktivlə təmin olunmayıb.Hansı ki, həyat yoldaşımdan sonra özünüməşğulluq proqramına qoşulan adamlar tanıyıram ki, onlara xırda buynuzlu heyvanlar verilib.Çünki onlar rüşvət veriblər.Bizim ailənin rüşvət verməyə maddi imkanı olmadığı üçün süründürməçiliyə məruz qalmışıq.

Bu bizim qarşı edilən açıq-aşkar qanunsuzluqdur.ailəmizdə heç kəs işləmir himayəmdə azyaşlı uşağım var.Həyətimizdə xırda və iri buynuzlu heyvanlar saxlanılması üçün rahat tövləmiz var. Otlaq üçün münbit torpaq sahəmiz var.Özümüz isə xırda və iri buynuzlu heyvana əvvəllər baxmışıq.
Ancaq çox təssüf olsun ki, heç bir qanunu əsas olmadan 2 il 6 aydan çoxdur ki, bizi süründürməçiliyə məruz qoyublar.Göyçayda iş yeri və özünüməşğulluq proqramının aktivləri pulla satılır.Rüşvətxor vəzifəli şəxslərin cinayət əməllərinə görə ailəmiz aclıq içində yaşayır.

Qeyd edək ki, heç bir yerdə işləmirik həyətyanı sahəmizdə standarta uyğun səliqəli tövləmiz, münbit torpaq sahəmiz var, iri və xırda buynuzlu heyvanımız yoxdur.
Ailəmizdə heç kəs işləmir buna görə çox əziyyət çəkirik. Bu səbəbdən ailəmiz yoxsulluq içində acınacaqlı şəraitdə yaşayır.
Məqsədimiz veriləcək xırda buynuzlu heyvanlara baxıb bəsləyib gəlir əldə edib ailəmizi dolandırmaqdır.Ancaq arzumuzu istəyimizi məşğulluq mərkəzi gözümüzdə qoyub.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən , Mehriban xanım Əliyevadan , Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevdən və Dövlət Məşğulluq Xidməti İdarə Heyətinin sədri cənab Mustafa Abbasbəyliyə xahiş edirəm həyat yoldaşım Əliyev Firdovsi Valik oğğlunun özünüməşğulluq proqramı əsasında aktivlərlə təmin olunmasına köməklik göstərəsiniz bizii süründürməçiliyə məruz qoymuş vəzifəli şəxsləri cəzalandırasınız..."

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Avropa İttifaqı (Aİ) liderləri bu qış əhaliyə işə əlavə isti köynək geyinməyi tapşıracaqmı? Ukraynada davam edən müharibə elektrikin qiymətini rekord həddə yüksəldib. Yandırıcı yay bitincə Avropa liderləri və rəsmilər qış qabağı tədbirlər üzərində baş sındırırlar. Soyuq aylarda elektrikin kəsilməsi, sosial və siyasi iğtişaşlar riski var.

AzadAvropa/AzadlıqRadiosunun müxbiri Rikard Jozviak yazır ki, artıq hökumətlər vətəndaşlara enerji və kommunal xidmət qəbzlərinin kəlləçarxa qalxacağıyla bağlı xəbərdarlıq edib. Bəzi təhlilçilər ev təsərrüfatı xərclərinin iki, üçqat artacağını proqnozlaşdırır.

Qiymət həddi?
Rusiyanın “Qazprom” enerji nəhəngi ötən həftə “Şimal axını- 1” kəməriylə Almaniyaya qaz nəqlini qeyri-müəyyən müddətə dayandırdı, buna texniki səbəbləri göstərdi. Bu həftə gözlər Brüsselə dikilib. Sentyabrın 9-da Aİ-nin enerji nazirlərinin görüşündə Avropa Komissiyasının müxtəlif təkliflər irəli sürəcəyi gözlənir.

Aİ Rusiya qazı üçün maksimum hədd qoya bilərmi? Komissiya Prezidenti Ursula fon der Leyen belə bir addımın vaxtının çatdığını deyib. Fransa və Rusiya qazından çox asılı olmayan ölkələr bu addımı dəstəkləyir. Ancaq Almaniya ekspert komissiyası yaradaraq qazın üçün maksimum qiymət təyin etmək variantlarını araşdırmaq istədiyini deyib. Bu isə o deməkdir ki, Aİ səviyyəsində belə bir addım bu tezliklə gözlənilmir.

Maksimum hədlə bağlı suallar
Aİ üzvləri qaz anbarlarını 80 faizəcən doldura biliblər, yayda razılaşdırılmış hədəf bu idi. Amma qışda soyuqlar uzanarsa, ehtiyat da tükənə bilər.

Qiymətdə maksimum hədlə bağlı suallar da az deyil. Birincisi bunun mənasız addım olmasıyla bağlıdır. Yəni, Rusiya hələ indidən Avropaya qaz ixracını sıfıra endirməkdədir. Fevralın 24-də Rusiya Ukraynaya hücuma başlayanda Rusiyanın kəmərlə nəql etdiyi qaz Aİ-nin qaz idxalının 40 faizini təşkil edirdi. İndi bu rəqəm 9 faizə düşüb. Qiymət həddi qoyularsa, Moskva qaz tədarükünü tamamilə dayandıracaq.

Digər məsələ maksimum həddin neçə olmasıdır. Bir meqavat-saatın qiymətini 50 avro müəyyən etmək fikri səslənir ki, bu da hazırda spot bazar qiymətinin 20 faizi deməkdir. Başqa variant Moskva ilə qiymət danışmağa vahid alıcı təyin etməkdir. “Qazprom” bu bəndlərin hansısa birinə çətin razılaşa, Aİ-nin müxtəlif enerji şirkətləri ilə kontrakların “fors major” müddəalarına istinad edəcək. İstədiyini ala bilməsə, Qazprom ya Avropanın enerji şirkərlərini məhkəməyə verə bilər, ya da tədarükü kəsər.

Başqa variantlar varmı?
Ayrı-ayrı ölkələr daxili problemlərin həllindən ötrü tədbirlər görə bilərlər. Yəni, bu həftə konkret təkliflər gözləməyə dəyməz.

Avropa rəsmiləri və siyasətçilərinin iki ideyası daha çox diqqət çəkir.

Qəbul olunma ehtimalı yüksək bir təklif qeyri-qaz, məsələn, bərpaolunan, nüvə, hətta kömür istehsalçılarından qaynaqlanan elektrik üçün qiymət həddi qoymaqdır. Məsələn, bu, həmin istehsalçıların əlavə gəlirinə vergi qoymaqla gerçəkləşə bilər, sonra həmin vəsait maliyyə stressi altında olan təsərrüfatlara və sənayelərə xərclənər.

İkinci variant isə əsasən Portuqaliya və İspaniyada işlək “İberiya modeli”dir. Bu ölkələrin Avropanın qalan hissəsi ilə enerji bağlantısı nisbətən zəifdir, bir növ “enerji adası”dırlar.

Model qazın qiymətinə subsidiyalı hədd qoymaqdan, yəni, qazla elektrikin qiymətini ayırmaqdan ibarətdir. Ancaq İberiya modeli çətin ki Aİ-də topdansatış üçün qəbul edilsin. Bu halda subsidiya nəhəng xərclərə aparıb çıxarar.

Nüvə, kömür və… qənaət
Nüvə və kömür enerjisindən istifadənin də artacağı gözlənir. Almaniya artıq nüvə zavodlarının dayandırılmasını ertələyib, kömürlə işləyən stansiyaların bəzilərini yenidən işə salıb. Fransa nüvə zavodlarının tezliklə işə başlayacağına ümid edir. 56 reaktorun yarıdan çoxu hazırda təmirə dayanıb.

Bir çox rəsmilər və ekspertlər inanırlar ki, problemin real həlli bu qış enerjiyə tələbatı azaltmaqdan keçir. Avropa Komissiyası Aİ-nin 27 üzvündə pik saatlarda elektrikdən istifadəni azaltmaq üçün məcburi limit qoyacaq. Gecələr böyük şəhərlər tarixi binaların işıqlarını söndürə bilərlər. Şirkətlər işçilərinə tapşıra bilərlər ki, işə əlavə yun köynək geyinsinlər.

Aİ rəsmiləri gələcəyə daha hazırlıqlı olacaqlarını deyirlər. Blok ABŞ, Azərbaycan, Əlcəzair və Norveçdən mayeləşdirilmiş təbii qaz (LNG) və kəmərlə daşınan qazın həcminin artacağını gözləyir. Digər tərəfdən, gələn qış Avropada ölkələrin qaz şəbəkələrini birləşdirən xətlər, daha çox LNG terminalları, ola bilsin, əlavə kəmərlər qurulacaq.
 
Ardını oxu...
AzadlıqRadiosu ötən ilin taxıl balansı ilə bağlı Dövlət Statistika Komitəsinin (DSK) göstəricilərini diqqətinizə yetirib. Bu dəfə DSK-nın ərzaq balansında əsas ərzaq məhsullarının adambaşına düşən istehlakı diqqət hədəfində olacaq.

DSK-nın açıqladığı rəqəmlər ölkədə heyvandarlıqla bağlı mövcud durumu da qiymətləndirməyə imkan verir. Bu zaman ən diqqətçəkən məqamlardan biri ölkədə adambaşına düşən mal əti istehlakının ard-arda üç ildir ki, azalmasıdır. 2018-2020-ci illərdə Azərbaycanda adambaşına düşən mal əti istehlakı 16 kiloqramdan çox olurdu. Ötən il bu rəqəm 16 kiloqramdan aşağı düşərək 15.9 kiloqram olub və əvəzində toyuq əti daha çox yeyilib. 2018-2020-ci illərdə Azərbaycanda orta illik quş əti istehlakı adambaşına 14.7 kiloqram idi. 2021-ci ildə həmin rəqəm 15.4 kiloqrama yüksəlib. Bu baxımdan, rəqəmlərdən aydın olur ki, əhalinin daha bahalı mal ətinə tələbatını nisbətən daha ucuz toyuq əti əvəzləyib. Son bir ildə Azərbaycanda ərzaq məhsulları, rəsmi rəqəmlərə görə, 21 faiz bahalaşıb. Bu artım ət məhsullarından da yan ötməyib. Son bir ildə toyuq əti 19 faiz, mal əti təxminən 10 faiz bahalaşıb.

Toyuq əti ilə yanaşı, son illər yumurta istehlakında da artım gözə dəyir. Doğrudur, ötən il adambaşına düşən yumurta istehlakı (170 ədəd) 2020-ci illə müqayisədə (175 ədəd) aşağıdır. Ancaq nəzərə almaq lazımdır ki, 2020-ci ildən əvvəlki dövrdə bu göstərici ortalama 160-a yaxın idi. Əhalinin qoyun və balıq əti istehlakı isə, demək olar, dəyişməz qalır. Adambaşına düşən qoyun və keçi əti istehlakı ötən il 8.9 kiloqramdan 9 kiloqrama, balıq əti istehlakı isə 7.3 kiloqramdan 7.4 kiloqrama yüksəlib. Adambaşına donuz əti istehlakı da dəyişməz qalır – 1 kiloqram. Daha bir diqqətçəkən məqam pandemiya dövründə ölkədə süd və süd məhsulları istehlakının artmasıdır. 2019-cu ildə Azərbaycanda adambaşına 246 kiloqram süd və süd məhsulu istehlak edilmişdisə, 2020-ci ildə bu rəqəm 257 kiloqram, 2021-ci ildə 253 kiloqram olub.

Ət məhsulları ilə təminat nə yerdədir?
Ərzaq balansında əks olunan göstəricilər yerli istehsalın ət məhsullarına olan tələbi nə dərəcədə qarşılamasını da göstərir. Ötən il Azərbaycanda 145 min ton mal əti istehsal edilib. Bu, bir il öncəki göstəricidən 1.4 faiz və ya 2 min ton artım deməkdir.

Əvəzində, 2021-ci ildə idxal edilən mal ətinin həcmində ciddi azalma qeydə alınıb. Əvvəlki dörd ildə Azərbaycanda hər il 20 min tondan çox mal əti idxal edilib. Ötən il bu göstərici cəmi 12 min ton olub. Bu baxımdan, 2021-ci ildə Azərbaycanın özünü mal əti ilə təminat göstəricisi son illər ərzində maksimuma – 92 faizə çatıb. Ancaq bu artıma tələbin azalmasının təsirini də gözardı etmək olmaz.

Qoyun və keçi əti istehsalında ciddi dəyişiklik baş verməyib. Ötən il, bir öncəki il kimi, 87 min ton ət istehsal edilib. Azərbaycanın özünü qoyun və keçi əti ilə təminetmə səviyyəsi 98 faizdir. Donuz ətinə gəlincə, ötən il ölkədə cəmi 500 ton donuz əti istehsal edilib. Daha 10 min ton donuz əti də xaricdən gətirilib. Başqa sözlə, ölkədəki donuz əti istehsalı tələbin cəmi 5 faizini qarşılaya bilir.

Ötən il ərzində ölkədəki quş əti istehsalında ciddi artım qeydə alınıb. Əgər 2020-ci ildə 115 min ton quş əti istehsal edilmişdisə, 2021-ci ildə bu göstərici 9 min ton artıb və 124 min tonu ötüb. 2020-ci ildən əvvəl bu göstərici daha aşağı – ortalama 105 min ton civarında idi.

Balıq əti istehsalında isə, əksinə, 2 min tona yaxın azalma gözə çarpıb. Ötən il Azərbaycanda 59 min ton balıq əti istehsal edilib. Bu, son beş ildə ən aşağı göstəricidir. Ölkənin özünü balıq əti ilə təminetmə səviyyəsi də 82 faizdən 78 faizə enib.

Ölkədə heyvanların sayı necə dəyişib?
DSK ölkədəki heyvanların da sayını açıqlayıb. Həmin rəqəmlərdən ötən il Azərbaycanda inək sayının çoxaldığı görünür. Bu ilin əvvəlində ölkədə 1 milyon 227 min inək olub. Deməli, bir il əvvəllə müqayisədə 16 min inək artıb. Əvvəlki dövrlərdə bir il ərzində belə artım qeydə alınmamışdı. İribuynuzlu mal-qara arasında inək sayı artsa da, camış sayında kəskin azalma davam edib. Son bir ildə camışların sayı 8 mindən çox azalıb və 60 minə enib. Cəmi dörd il öncə ölkədə 100 mindən çox camış vardı.

Camışlarla yanaşı, ölkədəki qoyun və keçilərin də sayı azalmağa davam edib. Ötən il onların sayı artıq 8 milyondan da aşağı enərək 7 milyon 900 min civarına düşüb. Bu, bir ildə 200 minə yaxın azalma deməkdir.
 
Ardını oxu...
Birləşmiş Millətlər Təşkilatı bəyan edib ki, «aclıq artıq qapını kəsib». Dünyada ölkə var ki, bu il qidasız qalacaq. BMT-də həm də bəyan ediblər ki, aclıq Ukraynadakı müharibə nəticəsində dərinləşir.

«Daily Mail»in xəbər verdiyi kimi, bu barədə BMT-nin humanitar məsələlər üzrə başçısı Martin Qriffits bəyan edib.

O, təsdiqləyir, Somalidə artıq onun konkret təzahürləri müşahidə olunur ki, körfəzin cənub hissəsində aclıq bu ilin sonunda başlanacaq. Qriffits jurnalistlərə bəyan edib ki, o, Somaliyə səfərindən sonra, qəlbinin dərinliklərinə qədər təsirlənib. Orada Qriffits aclıq çəkən görpələrin, həddindən artıq zəiflərin şahidi olub.

Aclığın rəsmi elan edilməsi nadir hadisədir, o, bunun xəbərdarlığıdır ki, çox az kömək çox gec gəlib.

Bu arada BMT-də qeyd ediblər ki, Somalidə humanitar köməyin kəskin çatışmazlığını Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı təcavüzü yaradıb. Qriffitsin fikrincə, Ukraynadakı situasiya Somali üçün fəlakət olub, belə ki, beynəlxalq donorlar öz diqqətini Avropaya cəmləşdirib. Bundan başqa, Somalinin əvvəllər aldığı buğdanın 90 faizi Ukrayna və Rusiya məhsulu olub. Ona görə də orada insanlar defisitdən və ərzaq qiymətlərinin kəskin qalxmasından əziyyət çəkirlər.
 
Ardını oxu...
BMT-nin məlumatına görə, bütün dünyada ailələr artan qiymətlər və bahalaşan həyat böhranı ilə mübarizə aparır və inkişaf etməkdə olan ölkələrdə 71 milyon insan qiymətlərin artması nəticəsində yoxsulluğa düçar olur.

Ərzaq qiymətləri və ərzaq qıtlığı ailələri yeməkdən imtina etməyə, daha ucuz qidalara keçməyə məcbur edir. Bütün bunlar onların fiziki və əqli sağlamlığına mənfi təsir edir.

ABŞ, Nigeriya və Perunun misalında insanların bahalaşan həyatla necə mübarizə aparmasını izləyin.

 
 
 

Dünyapress TV

Xəbər lenti