Ardını oxu...
Zibillikdən yeyənlər...
Səhərdən qalıb satılmayan, çürüməyə başlayan meyvə-tərəvəzin gecə öz alıcıları olur. 8-ci km bazarında çalışan satıcılar deyir ki, axşam 7-dən sonra gələn alıcılar qiyməti ucuzdur deyə keyfiyyətsiz məhsulları seçirlər. Onlar piştaxtanın qarşısında dəqiqələrlə dayanıb xarab olan meyvə-tərəvəzi saf-çürük edirlər.

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Azərbaycanda pensiya artımlarında vahid indeksasiya metodu tətbiq ediləcək. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclasında müzakirəyə çıxarılıb.

“Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edərkən Əli Hüseynli dəyişikliyin “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliklərdən irəli gəldiyini qeyd edib.

O qeyd edib ki, dəyişiklik ölkədə aparılan sosial islahatların davamı olaraq pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsinə, pensiya artımlarında vahid indeksasiya metodunun tətbiqinə xidmət edir.
 
Ardını oxu...
Ucar rayonu Müsüslü kənd sakini Cəfərova Bənövşə Əliyusif qızı tərəfindən

ŞİKAYƏT

Mənim heç kəsim yoxdur valideyinlərim vəfat edib ağır xəstəliyə görə ailə həyatı qurmamışam.Ağır xəstəliyə görə işləyə bilmirəm əmək qabiliyyətimi itirmişəm.Buna görə mənə əlillik dərəcəsi təyin edilmişdir təqaüd alıb onunla bir təhər dolanırdım. Vətən müharibəsindən sonra verilən tapşırıq əsasında minlərlə xəstə kimi mənimdə əliliyim dayandırldı və mənə əlillik dərəcəsi təyin olunmasından qanunsuz imtina edildi.Hər dəfə gətirilən əsaslarda qeyd edilən müayinələri və müalicələri etdirib xəstəlik sənədlərim Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilsədə mənə əlillik dərəcəsi təyin edilməsindən bir neçə dəfə qanunsuz imtina edilmişdir.

Bir dəfə Səbəb kimi əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: ixtisaslaşmış müalicə davam etdirilsin, fəsadlar dəqiqləşdirilsin qeyd edildi.Bundan sonra emerte müayinəsindən keçib sənədləri təkrar göndərdik.Bu dəfə isə qeyd edildi ki, Cəfərova Bənövşə Əlyusif qızının göndərişinə 15.09.2022-ci il tarixində EEQ müayinəsi dolğun qeyd olunmadığı üçün imtina qərarı verilmişdir.
Bu açıq-aşkar özbaşınalıqdır ki, mənə qarşı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi edir.
Çünki mən 6 ay ərzində 3 dəfə emerte müayinəsindən keçmişəm.Həttda həkim mənə bildirdi ki, bu şüalı müayinədən tez-tez keçmək sənin səhhətini dahada ağırlaşdırır.Həttda hər dəfə emerte müayinəsindən keçdikdən sonra bir neçə gün başımda şiddətli ağrılar baş verirdi.

Mənim xəstəliyim hipertenziv ensefalopatiya, hipertonik ensefalopatiya, sol tərəfli hemiparez ilə. Sol tərəfli hemiparez Ağırlaşma G40.0 Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Simptomatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə Yanaşı xәstәliklәr digər cərrahi əməliyyatlar, uşaqlığın fibromioması, "Panghisteroektomiya" cərrahi əməliyyatından sonrakı vəziyyət. Oma-qalça oynağının və oma-büzdüm birləşməsinin çıxığı, Büzdüm sümüyünün sınığı və çıxığı, fəqərə cisminin hemangioması .Essensial hipertenziya, arterial hipertenziya.

Mən ağır xəstəliyə görə işləyə bilmirəm buna görə çox əziyyət çəkirəm.Ailə həyatı qurmamaışam tənhayam heç kəsim yoxdur.Acından ölmək üzrəyəm.Mənə qarşı edilən bu qanunsuzıuğa görə vəzifəli şəxslər Allah qarşısında cavab verəcəklər. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramova bir neçə dəfə ərizə ilə müraciətlər etmişəm, ancaq heç bir tədbir görməyiblər.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Sahil Babayevə və Anar Bayramova müraciət ünvanlayıb xahiş edirəm məni qəbul edin ən savadlı həkimin müasir tibb aparatlarının müayinəsindən keçirib yoxlayın və görün şahid olun ki, mən ağır xəstəliyə görə əmək qabiliyyətimi itirmişəm işləyə bilmirəm.Xahiş edirəm şikayətimi obyektiv araşdırıb mənə əlillik dərəcəsi təyin edilməsinə köməklik göstərəsiniz.

Əlaqə telefonu; (050) 731-13-58

İmza;Cəfərova Bənövşə Əliyusif qızı
Teref.az
 
 

Ardını oxu...
DİA.AZ: - Dünən daha bir deputatımız GÜL VURDU... Yox, daha dəqiqi rəsmən GÜL AÇDI... Özünü hədəf kimi meydana tulladı ki, üzərinə nəzərlər tuşlansın...

DİA.AZ bildirir ki, bizim bəzi deputatlarımız özlərini sanki şou-biznes adamı kimi aparırlar... Elə zənn edirlər ki, gündəmdə qalmaq, hansı yolla olursa-olsun gündəmi məşğul etmək onların işlərinə yarayır. Sanki toy tuturmuşlar kimi...

Gələk əsas məsələyə...

“Sosial yardım insanları xarab edib”. Dünən bəlli oldu ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.

Parlamentin komitə sədri bildirib ki, insanlar işləmək istəmirlər: “Müraciət edir ki, mənə yardım düzəldin. Mən onlara iş deyirəm, amma insanlar balaca da olsa, o yardımı almağa üstünlük verir. Belə olmaz”.

Hicran Hüseynova qeyd edib ki, işsiz olduğunu deyən insanlar Dövlət Məşğulluq Agentliyinin müvafiq strukturlarına müraciət etmirlər: “Amma biz insanları nazirliklərin gördüyü işlərlə bağlı da məlumatlandırmalı, əlaqələndirməliyik”.

DİA.AZ qeyd edir ki, deputatın öz fikrini biabırçı formada ifadə etməsi cəmiyyət tərəfindən də birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə aktiv müzakirə olunub. Yox, buna aktiv müzakirə yox, aktiv QINAMA deyirlər...

Ardını oxu...

Hətta iş o həddə çatıb ki, camaatı sosial yardımın XARAB etdiyini qeyd edərək ortaya bir XARAB MƏNTİQ qoyan deputatımızın xaricdəki səltənətini də daryışma mövzusuna çeviriblər.

DİA.AZ diqqətə çatıdırır ki, bu barədə məlumat yazan araşdırmaçı jurnalist Cavanşir Həsənli qeyd edir:

"Sosial yardım bunları necə xarab edibsə Fransada, Aralıq dənizi sahillərində (Nitsa yaxınlığındakı kurort rayonunda) 2 milyonluq villa alıblar...."

Hə, bu qədər... Yəqin ki Hicran xanım bundan sonra daha tədbirli olar ifadələrini seçərkən...

Məsələ ilə əlaqədar dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Teref.az yazır ki, Ucar rayon Alpout kənd sakini Məmmədov Samir Ağahüseyn oğlu saytımız vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət edərək yalançı bəhanələrlə qanunsuz olaraq sosial yardımdan imtina edildiyindən şikayət edib. Şikayəti təqdim edirik:

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab
Sahil Babayevə

Ucar rayon Alpout kənd sakini Məmmədov Samir Ağahüseyn oğlu
tərəfindən

MÜRACİƏT

Hörmətli cənab nazir, bir neçə ildir ki, ünvanlı sosial yardım alıram. Aldığm sonuncu ünvanlı sosial yardımın bir ili bu ilin yanvar ayında tamam olub. Yenidən sənədləri elektron qaydada dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərsəmdə imtina gəlir. Sonuncu imtinada «Başqa şəxsə aid olan telefon nömrəsinin qeyd edilməsi» göstərilib. Bu imtinanı müraciətimə əlavə edirəm
Ardını oxu...
Mən VEMTAS-a göndərdiyim müraciətdə iki telefon nömrəsi qeyd etmişəm. Nömrənin biri 055 635 05 80 digəri isə 051 337 61 51-dir. Bu nömrələrin sistemdə ailəmin adına qeyd olunması ilə bağlı VEMTAS-ın pəncərəsini bu müraciətimə əlavə edirəm.
Ardını oxu...
Göründüyü kimi adıma iki nömrə qeyd olunub. Bu nömrələrdən 051 337 61 51-in ailəmin adına olmasının VEMTAS özü təsdiq edir. VEMTAS-ın həmin pəncərəsinidə müraciətimə əlavə edirəm.

Ünvanlı sosial yardım üçün etdiyim eletron müraciətdə qeyd edilmiş ikinci 055 635 05 80 nömrəsininin adıma olması ilə bağlı Bakselin verdiyi elektron arayışıda bu müraciətimə əlavə edirəm. Həmin arayışdan görünür ki, bu nömrə mənim yəni Samir Məmmədovun adınadır.
Ardını oxu...
Hörmətli cənab nazir, təqdim etdiyim subutlardan görünür ki, ailəmin maddi-məişət şəraitinin yoxlanılması zamanı nazirliyin əməkdaşının verdiyi əsassız məlumatlar nəticəsində mənə verilmiş bu imtina qanunsuzdur.Mən mətbuat vasitəsi ilə Sizə müraciət edirəm ünvanlı sosial yardım üçün etdiyim müraciətlərə verilmiş imtinaların əsassız və qanunsuz olmaları ilə bağlı subutları Sizə təqdim etmək istəyirəm. Ona görədə Sizdən xahiş edirəm ya şəxsən özünüz yada müavinlərinizdən biri məni qəbul edəsiniz.

Hörmətlə;Məmmədov Samir Ağahüseyn oğlu

Əlaqə tel:(051) 443 48 47

21.09.2022-ci il
 
Ardını oxu...
Azərbaycanda taksi sürücüləri 12 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər.
Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi parlamentin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Dəyişiklik layihəsi Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli qanuna uyğun hazırlanıb.
Dəyişiklik layihəsində Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən ödənilməsi nəzərdə tutulub.
Sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının (300 manat) 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.
 
Ardını oxu...
Azərbaycanda toy aparıcıları, çalğıçılar, rəqqaslar, dərzilər və bərbərlər icbari tibbi sığorta ilə əhatə olunacaq.
Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi parlamentin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Dəyişiklik layihəsi Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli qanuna uyğun hazırlanıb.
Layihədə əsasən iki kateqoriya üzrə - Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin (toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi, bərbər fəaliyyəti ilə məşğul olan şəxslər və sair) və Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslərin (mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər) icbari tibbi sığorta ilə əhatə olunması nəzərdə tutulub.
Sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.
 
Ardını oxu...
Azərbaycanda deputatların vəzifə maaşları iyulun 1-dən artıb.

Belə ki, deputatların maaşı əvvəl 1732 manat 50 qəpik idisə, iyulun 1-dən bu rəqəm 2485 manatdır.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili öz facebook səhifəsində bildirib ki, ümumi artım 33 faiz təşkil edir. Lakin banklar üzrə ekspert Əkrəm Həsənov deputation açıqlamasına cavab olaraq, verdiyi hesabatda ümumi artımın 40 faiz olduğunu göstərib.

Bəs komitə sədrinin gözündən qaçan 7 faiz nə idi?

Edilən son dəyişiklik Milli Məclis üzvlərinin maaşına son on beş ildə edilən ən böyük artımdır. Əvvəlki artımlar 15 faizi keçmədiyi halda bu dəfə deputatların məvacibi düz 40 faiz artırılıb. 2007-ci ildən indiyədək bəri Milli Məclis üzvlərinin əmək haqqı 1120 manat artırılıb.

 
Ardını oxu...
Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 28-ci ildönümü tamam olur.

“Report” xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur.

Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.

Neftçilər günündə sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.

Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda AÇG-nin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə altı ölkədən olan 11 xarici neft şirkəti arasında müqavilənin imzalanması ilə bağlıdır. İlkin olaraq 30 il müddətinə imzanlanmış AÇG sazişi 12 dekabr 1994-cü il tarixində Milli Məclis tərəfindən qəbul olunub və 14 dekabr 1994-cü il tarixində qüvvəyə minib. Bu saziş keçmiş Sovet İttifaqının hər hansı bir ölkəsinə Qərb transmilli şirkətləri tərəfindən qoyulmuş ilk böyük investisiya olub və “Əsrin müqaviləsi” kimi tanınır.

Saziş ratifikasiya olunduqdan sonra SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlıq edən xarici səhmdarlar adından həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. İlkin olaraq ABƏŞ altı ölkəni, yəni Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri xarici neft şirkətindən (BP, “Amoco”, “Unocal”, “LUKoil”, “Statoil”, “Exxon”, TPAO, “Pennzoil”, “McDermott”, “Ramco” “Delta Nimir”) təşkil olunmuşdu.

1999-cu ilin iyun ayından etibarən, BP ABƏŞ üzrə operatorluq fuksiyasını üzərinə götürüb.

Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir: BP (30,37 %), SOCAR (25 %), MOL (16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib (9,57 %), “Inpex” (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), “Itochu” (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %).

AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km şərqdə dənizdə yerləşir. AÇG meqastrukturu Xəzər dənizinin altında 2 000 - 3 500 m dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir.

Yatağın işlənməsi bir neçə mərhələdə həyata keçirilib: “Çıraq” yatağından hasilat İlkin Neft Layihəsi (İNL) çərçivəsində 1997-ci ildən başlanıb. Bunun ardınca “Azəri” layihəsi “Mərhələ 1” – “Mərkəzi Azəri”dən hasilat 2005-ci ilin əvvəlində başlanıb. Sonrakı 2-ci faza “Qərbi Azəri” və “Şərqi Azəri” platformalarını əhatə edib. Orada hasilat müvafiq olaraq 2005-ci ilin dekabrında və 2006-ci ilin axırlarında başlanıb. AÇG yatağının işlənməsinin növbəti 3-cü fazası çərçivəsində “Dərinsulu Günəşli” platformasından hasilat 2008-ci ilin aprelində başlanıb. Həmin fazalardan sonra “Qərbi Çıraq” platformasını əhatə edən Çıraq Neft Layihəsi davam edib. Həmin platformadan ilk neft 28 yanvar 2014-cü il tarixində əldə olunub. AÇG yatağının işlənməsi ilə əlaqədar ən sonuncu layihə “Mərkəzi-Şərqi Azəri” layihəsidir. Bu layihəyə 2019-cu ildə sanksiya verilib və o, bir hasilat platformasının tikintisindən ibarətdir. Bu layihə hazırda icra mərhələsindədir və orada ilk neft hasilatı 2023-cü ildə gözlənilir.

AÇG yatağının işlənməsinin uğurunu nəzərə alaraq, Azərbaycan Hökuməti və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən təsdiq edilmiş sazişi 14 sentyabr 2017-ci il tarixində imzalayaraq AÇG sazişinin müddətini əsrin ortalarına qədər uzadıblar.

Yeni saziş hökumətə və investorlara AÇG-nin Azərbaycan və şirkətlər üçün iqtisadi səmərəliliyini növbəti 30 il ərzində maksimum dərəcədə artırmağa və bu dünya səviyyəli yatağa 40 milyard ABŞ dollardan çox kapital qoymağa imkan verir.

İndiyədək AÇG-yə 43 milyard ABŞ dollardan çox sərmayə qoyulub. Bundan sonra da bir o qədər investisiyanın xərclənməsi nəzərdə tutulur.

AÇG sayəsində Azərbaycan strateji enerji təchizatçısı kimi daha mühüm rol oynamağa başlayıb. Energetika Nazirliyinin məlumatlarına görə, “Azəri-Çıraq-Günəşli” yataqları istismara veriləndən bu ilin 1 sentyabr tarixinədək 560,2 milyon tondan çox neft çıxarılıb və 199 milyard kubmetrdən çox qaz hasil edilib.

2001-ci ildən etibarən bu ilin sentyabrın 1-nə kimi AÇG yatağından mənfəət neftinin satışından əldə edilən gəlirlərin həcmi 159,6 milyard ABŞ dolları olub. 2,4 milyard ABŞ dolları bonus ödənişləri nəzərə alınmaqla isə ümumi gəlirlər 162 milyard ABŞ dolları təşkil edir. Bu ilin əvvəlindən sentyabrın 1-nə kimi AÇG yatağından 6 milyard 629 milyon ABŞ dolları gəlir əldə edilib.
 
Ardını oxu...
Dünyada təxminən 771 milyon insan oxumağı və yazmağı bilmir.

Bu barədə YUNESKO-nun Statistika İnstitutunun apardığı araşdırmada qeyd olunur.

Dünya üzrə savadsız yetkin insanların ümumi sayının üçdə ikisini qadınlar təşkil edir.

Eyni zamanda, son 50 ildə dünyada gənclər arasında savadlılıq səviyyəsində artım müşahidə olunur. 15 yaşdan yuxarı yaş qrupunda savadlılıq səviyyəsi 1990-cı ildə 74%-ə, 2000-ci ildə 81%-ə, 2010-cu ildə 84%-ə, 2020-ci ildə isə 87%-ə çatıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti