Ardını oxu...
BMT-nin baş katibi Rusiya ilə Ukrayna arasında sonuncunun taxılının ixracına dair razılaşmanı “bütün dünya üçün razılaşma” adlandırıb.İyulun 22-də İstanbulda çıxış edən Antonio Guterres Qara Dəniz Taxıl Təşəbbüsünün “aclıq astanasında olan ən həssas insanlara” kömək edəcəyini söyləmişdi.

İyul ayında Rusiya və Ukrayna ilə aparılan danışıqlara əsasən, müharibə başlayandan bəri ilk dəfə olaraq çox ehtiyac duyulan Ukrayna ərzaqlarını daşıyan gəmilərin ölkənin Qara dəniz limanlarını tərk etməsinə icazə verilib.

Bir ay sonra 50-dən çox gəmi Ukrayna limanlarını tərk edərək, 1,2 milyon tondan çox taxıl və digər ərzaq məhsullarının ixracına başladı.

Yaxınlıqda davam edən müharibə hələlik ixrac əməliyyatlarına təsir etməyib və getdikcə ixrac əməliyyatlarında daha çox gəmi iştirak etməyə başlayıb.

Bəs, bu ərzaq hara gedir?

BMT bu razılaşmanın milyonlarla insanın aclıqdan ölməsinin qarşısını almaq üçün lazım olduğunu müdafiə etmişdi. Lakin indiyədək onun humanitar aspekti çox zəif olaraq qalır.

Ümumdünya Ərzaq Proqramının (WFP) ilk ərzaq yardım gəmisi təyinat yerinə yenicə çatıb.

“Brave Commander” adlı yükdaşıyıcısı Efiopiyanın cənubundakı yoxsul icmalar üçün nəzərdə tutulmuş 23 min ton buğda daşıyır. Gəmi avqustun 16-da Ukraynanın Yujnı limanını tərk edib və Cibutiyə təzəcə yanaşıb.

WFP-nın dəstəyi ilə ikinci gəmi ehtiyac içində olan Yəmənə 37 min ton buğda çatdırmaq üçün yüklənib və hazırdır.Agentlik rəsmiləri ümid edir ki, bu fəaliyyət bundan sonra da davam edəcək.

Ancaq bu, çox azdır. 2021-ci ildə WFP bütün dünyaya 4,4 milyon ton ərzaq yardımı paylayıb. Onların üçdə ikisi Ukraynadan gəlib.

BMT rəsmiləri başlanğıc üçün bunun zəif olduğunu etiraf edirlər, lakin vəziyyətə daha geniş baxış təklif edirlər.

BMT-nin Ümumdünya Ərzaq Proqramının yüksək rütbəli rəsmisi Greg Barrow deyir ki, “Bizim bu etdiyimizlə limanların ümumi açılışı və bazarı qeyri-adi miqdarda taxılla doldurmaqla qarışdırmayın”.

Ukrayna taxılının beynəlxalq bazara qaytarılması təbii ki, dünyaya xeyli rahatlıq gətirdi.İrlandiyanın heyvan yemi üçün taxıl idxalçısı olan R&H Hall-un kommersiya direktoru John Bergin Bunu “İrlandiya kənd təsərrüfatı üçün yaxşı xəbər” adlandırır.

Bu yaxınlarda göyərtəsində 33 min ton qarğıdalı ilə İrlandiyanın qərb sahilindəki Foynes limanına gələn Navi Star burada maraqla gözlənilirdi.

Fevralın 24-də Rusiya işğalının başladığı gün gəmiyə Ukraynada yük vurulurdu. “Müharibə başlayanda səhər bu gəmidə 28 min ton yük var idi” deyə Bergin xatırlayır: “Bizim təchizatçımız gəmini heç vaxt dənizə çıxarmadı. Sonra liman minalandı və hər şey olduğu kimi qaldı”.

Ukraynadan ərzaq ixracı adətən dekabr-aprel ayları arasında pik həddə çatır. Müharibə onu demək olar ki, heçə endirdi. Koronavirus pandemiyası və digər ölkələrdə quraqlıq səbəbindən onsuz da yüksələn taxılın qiymətləri kəskin şəkildə artsa da, son vaxtlar yenidən ucuzlaşıb.

“Münaqişədən əvvəl orta ixrac qiymətləri təxminən 30-40 faiz yüksək idi, – Beynəlxalq Taxıl Şurasının baş iqtisadçısı Aleksandr Karavaytsev deyir. “İndi onlar yalnız 8 faiz yüksəkdir, ona görə də deyə bilərik ki, qiymət əhəmiyyətli dərəcədə aşağı düşüb”.

Qiymətlərin azalmasının bir hissəsi şimal yarımkürəsində məhsul yığdıqca mövsümi amillərlə bağlıdır, lakin dünyanın ən böyük taxıl istehsalçılarından birindən tədarükün açılmasına psixoloji reaksiya kiçik məsələ deyil. “Bu, bazara müəyyən sabitlik verir”, Bergin deyib.

Taxıl anbarları boş olduğu üçün əvvəllər limanda tutulan gəmilər dənizə çıxır, beləliklə də sənaye mənbələri ümid edir ki, vəziyyət yaxşılaşmağa davam edəcək.

“Kənd təsərrüfatı mallarının axınının davam edəcəyinə dair optimizm artır”, – Ukraynada taxıl və yağlı bitkilər ixracatında əhəmiyyətli payı olan olan “Viterra”nın sözçüsü deyir: “Gəmi sahibləri keçidlər hələ də təhlükəsiz olarsa, Ukrayna limanlarına girməyə hazırdırlar”.

Bəs, yoxsa?

İstanbulda iyul ayında əldə edilmiş razılaşmaya baxmayaraq, gəmilərin icarə haqqı hələ də müharibədən əvvəlki qiymətdən təxminən iki dəfə bahadır – gəmi sahibləri gəmilərin döyüş bölgəsinə göndərilməsi ilə bağlı potensial təhlükələrdən narahatdırlar.

Bu narahatlıq güman ki, Ukraynanın dağılmış iqtisadiyyatını bərpasına yardım etməsi üçün lazım olan məbləğdə ixrac gəlirləri əldə etməsinə mane olacaq.

“Ukraynalılar ayda 5 milyon ton ixrac etmək istəyirlər”, – Lloyd’s List-in məlumat təhlilçisi Brigitte Diakun deyir: “Bu, olduqca iddialı bir ssenaridir”.

Hələlik çoxu türk olan kiçik gəmiçilik şirkətləri riskə getməyə hazır görünür. Lakin bir çox böyük qlobal oyunçular hələ də gözləməyi seçib.

Lloyd’s List-in baş bazar müxbiri Nidaa Bakhsh deyir: “Onlar gəmi təhlükəsizliyini və ekipajın təhlükəsizliyini əsas prioritet etmək istəyirlər.Üstəlik onlar gəmilərin və ekipajların təhlükəsiz olacağına zəmanət verə bilməzlər”.

Vaxt gedir. BMT və Türkiyənin vasitəçiliyi ilə imzalanan saziş cəmi 120 gün müddətinə qüvvədədir. Prinsipcə, noyabrın ortalarında bu müddət uzadıla bilər – ancaq Ukrayna və Rusiyanın qarşılıqlı razılığı ilə.

Birləşmiş Millətlər Təşkilatı razılaşmanın müvəffəqiyyətinə bu qədər əhəmiyyət verərkən, onun cəmi dörd ay ərzində ləğvi fəlakətli olar.

“Bu bazar yenidən bağlanarsa, dünya çətin anlar yaşayacaq”, – WFP-dən Greg Barrow deyir.

Taxıl əməliyyatları üzrə anlaşmalar adətən 18 aydan – iki ilə qədər əvvəldən bağlanır. 2023-24-cü illərdə Ukrayna iqtisadiyyatının vəziyyətini heç kim proqnozlaşdıra bilmədiyi üçün bu inam səviyyəsinin geri qayıtması üçün vaxt lazımdır.

Yeri gəlmişkən, avqustun əvvəlində Ukraynadan kameralar və alqışlar altında çıxan ilk gəmi “Razoni”yə nə oldu?

BMT-nin yoxlama siyahısında gəminin təyinatı hələ də “TBD”dir (müəyyən olunacaq). Başqa sözlə, gəmidəki 26 min ton qarğıdalı heç vaxt gəminin istiqamət götürmüş olduğu Tripoliyə çatmayıb.

Alıcı, görünür, keyfiyyət problemlərini əsas gətirərək, sövdələşməkdən imtina etdikdə, Razoni transponderi söndürməklə hərəkəti Aralıq dənizinin şərqində davam etdirdi – yəni marşrutunun izlənilməsini açıq şəkildə istəmədi.

Nəticədə o, yükün böyük hissəsini Suriyanın Tartus limanında boşaldıb.

Suriyaya ərzaq çatdırılmasında qeyri-qanuni heç nə yoxdur və gəminin marşrutunun dəyişdirilməsində qeyri-adi heç nə yoxdur.

Lakin Razoninin gizli səyahəti açıq şəkildə göstərir ki, taxıl ticarəti dünyasında müəyyən bir göndərişin hara bitəcəyinə heç də həmişə əmin olmaq mümkün deyil.
pressklub
 
 
 
Ardını oxu...
Özünü yandıraraq intihar edən I Qarabağ müharibəsi veteranı Həsənov Nazir Məmmədhəsən oğlu ötən gün vəfat edib. Faktla bağlı artıq Baş prokurorluq araşdırmalara başlayıb. Ailəsi Nazir Həsənovun əlillik pensiyası kəsildiyi üçün onun addımı atdığını söyləyir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) isə iddiaların əsassız olduğunu bildirilib.
TEREF.AZ xəbər verir ki, Toplum TV-yə açıqlama verən nazirlik rəsmisi Tural Qurbanov əlillik təyinatını onlara göndərilən tibbi arayışlara əsasən təyin etdiklərini bildirib:
“2021-ci ilin may ayında vətəndaşa 5 illik müddətinə ümumi səbəbdən əlillik təyinatı aparılıb. O əlilliyə görə də aylıq müavinət alırdı. Vətəndaş əyani müayinədə iştirak edib. Biz tibb müəssisəsinin göndərdiyi göndəriş əsasında qiymətləndirmə aparmışıq. Həmin göndərişdə vətəndaşın dediyi diaqnozların heç biri qeyd olunmayıb. Tibb müəsisəsinin göndərdiyi göndərişdə (Forma 88) baş-beyin xəstəliyi nəticəsində yaranan şəxsiyyət-davranış pozğunluqları qeyd olunub və bunun hərbi xidmətlə əlaqəsinin olmadığı müəyyən edilib”.
T.Qurbanov bundan öncə qaziyə veteran təqaüdünün verilməsini isə belə açıqlayıb:
“Əlillik təyinatları müddətli və müddətsiz olur. Müddətli əlilliklərdə müddət bitdikdə vətəndaş tibb müəssisəsinə müayinə üçün yenidən müraciət edir. Vətəndaşın sonuncu sağlamlıq müayinəsini aparılarkən tibb müəssisəsi hansı diaqnozu qeyd edibsə, ona uyğun olaraq da əlillik təyinatı aparılır. Vaxtilə vətəndaşa qəlpə yaralarından aldığı travmalara görə tibbi göndəriş verilmişdi. Amma 5 il əlillik müddəti bitdikdən sonra vətəndaşın ağırlaşmaları daha da artıb, amma bu dəfə bunlar hərbi səbəblərdən deyil, sonradan yaranan səbəblərdən baş verib. Ona görə də ümumi səbəbdən əlillik təyinatı aparılıb”.
Qurbanov nazirliyin araşdırma apardığını və yekun qərar verdiyini bildirib.
Vəfat edən qazinin oğlu Mübariz Həsənov isə nazirliyin izahatını qəbul etmir. O sual edir ki, əgər atası anadangələmə xəstə idisə, bu vaxta qədər necə veteran təqaüdü alıb:
“Atamın pensiyası bir ildən artıqdır ki, kəsilmişdi. 9 il idi pensiya alırdı. 10-cu ilinə keçəndə son dəfə komissiyadan keçəcəkdi və bununla da ona ömürlük əlillik təyin olunacaqdı. O zaman sənədləri Əlillərin Bərpa Mərkəzinə göndərildi. Orada yoxlanıldı sənədlər, amma imtina cavabı gəldi. Təkrar müayinə istədilər. İkinci dəfə təkrar müayinə aparıldı. Əlillərin Bərpa Mərkəzindən bu dəfə bildirdilər ki, xəstəlik anadangəlmədir. Anadangəlmədirsə, bu insan 9 il pensiyanı necə alıb? Saxta sənədlə alıb?
M.Həsənov iddia edir ki, kim rüşvət verməsə, onun təqaüdünü kəsirlər.
“Baxmırlar. Kim 3-5 min verir, deyirlər ki, gəl sənin işini düzəldim. Amma kim vermir, onun işinə baxmırlar. İnsan həyatından bezər də. İş qabiliyyətin itirib. Başında 28 qəlpə yarası var idi. Dərmanlarını da kəsdilər, ağrılara dözə bilmədi. Başındakı qəlpələrə görə ozünü idarə edə bilmirdi. Onu artıq kim qaytara bilər?”
M.Həsənovun indi tələbi işin düzgün araşdırılmasıdır: “Arayışı səhv yazan Elşən Cavadovun da , digərlərinin də işinin araşdırılmasını tələb edirəm.Əgər baxmasalar, hara lazımdır, gedəcəm. Qoymayacam ki, atamın işi belə qalsın”.
Ardını oxu...
Bakıda kilosu 80 qəpik-1 manat arasında olan kələmin rayonlarda topdansatış qiyməti məlum olub.

TEREF.AZ xəbər verir ki, bu barədə Qaynarinfo-ya Masallı rayonunun Qızılağac kənd sakini əkinçi Anar Abbasov məlumat verib. O bildirib ki, min bir zəhmət bahasına yetişdirilən kələmi 25 qəpiyə satılır:

"Məcbur olub 25 qəpiyə satırıq. Bakıdan alverçilər gəlib bizdən məhsulu 25 qəpyə alır, orada 3 qat baha qiymətə satırlar. Görün nə vəziyyətlə üz-üzə qalmışıq? Hələ başqalarına nisbətən mən məhsulu bir az baha qiymətə satıram. Elələri var ki, topdansatış kilosunu 15 qəpiyə satır. Mən sosial şəbəkədəyəm, bu səbəbdən hər şeydən xəbərdaram. Amma başqa əkinçilərin interneti olmadığından sosial şəbəkəyə çıxışları yoxdur, hətta bəzilərinin nəqliyyatı da yoxdur. Cəlladlar gəlib məhsulu dəyər-dəyməzə alırlar”.

Anar Abbasov əkinçilik sektorunun çox acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb:

"Bu gün söz sahibi alvercilərdir, ölkədə onlar hegomonluq edir. Məhsulu əkinçidən istədiyi qiymətə alırlar. Əkinçinin ümidləri ölüb. Heç kəs sahəyə toxumu arxayın səpmirlər. Ümidsiz əkilən toxum bəhrə verməz. Bu üzdən məhsuldarlıq azdır”.
 
Ardını oxu...
Neft daşlarında çalışan neftçilər şikayətçidir. DİA.AZ-ın məlumatın agörə, neftçilərdən biri deyib ki, dənizdə növbə dəyişilərkən daşınma problemləri qalır, “Xəzəriaşə”nin xidmətindən illərdir narazılıq etsələr də, vəziyyət dəyişmir.

Neftçilər danışır: “Ağır əmək və iş şəraitli neftçi ayda 1000-1400 manat əməkhaqqı alır. Ancaq kabinetindən bayıra çıxmayan rəhbər işçilərin əməkhaqqısı siravi işçilərdən 10-12 dəfə artıqdır”.

Narazı neftçilər deyirlər ki, əməkhaqlarının yüksək olmasının əleyhinə deyillər: "Amma maaşlar artırsa, bu hamıya şamil olunmalıdır".
 
Ardını oxu...
Bu günlərdə Azərbaycanda məktəb direktorlarının və müəllimlərin maaşlarına artımlar edilir. Direktorların maaşları məktəbin şagird sayından, müəllimlərin isə sertifikasiya imtahanının nəticəsindən asılı olaraq artırılır.

Bu barədə Nazirlər Kabinetindən bildirilib ki, sertifikasiya imtahanı zamanı 60 sualdan 30-na düzgün cavab verən müəllimlərin vəzifə maaşları 10 faiz artacaq: “Keçid balı 30-dur. 30-40 suala düzgün cavab verən müəllimlərin maaşlarına 10 faiz, 60 sualın 50-nə düzgün cavab verən müəllimlərin isə vəzifə maaşlarına 35 faiz əlavə ödəmələr olacaq. Bu, həmin müəllimlərin həyat səviyyəsini daha da yaxşılaşdıracaq”.

Ancaq maaş artımının bütün müəllimlərə şamil olunmayacağı bildirilir. Ümumtəhsil məktəblərində 2026-cı ilə qədər davam edəcək sertifikasiya imtahanında 137 min müəllimin iştirak edəcəyi və nəticəsi yaxşı olan 68 min müəllimə diferensial əməkhaqqı tətbiq ediləcəyi qeyd olunur.

Məlumat üçün qeyd edək ki, bu yaxınlarda millət vəkillərinin də vəzifə maaşları artırıldı. Belə ki,“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna edilən dəyişikliyə əsasən, iyulun 1-dən Azərbaycanda millət vəkillərinin vəzifə maaşları təxminən 40 faiz artıb. Dəyişikliyə əsasən, sıravi bir deputat hər ay 2485 manat maaş və 4970 manat vəzifə maaşına əlavə alır. Hazırda bir deputatın aylıq gəliri 7455 manatdır.

Müəllimlərin aylıq qazancı nə qədərdir?

Təəssüf ki, hazırda orta məktəbdə və ya ali təhsil müəssisəsində çalışmasından asılı olmayaraq, müəllimlərin maaşı olduqca aşağıdır. Bakı Şəhəri Təhsil İdarəsindən verilən məlumata görə, 2021-2022-ci tədris ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 778 manat təşkil edib. Ancaq bu statistikanın nə dərəcədə reallığı əks etdirdiyi şübhə doğurur.

Çünki məcburi dövlət tutulmalarından sonra orta məktəblərdə çalışan müəllimlərin əksəriyyətinin orta aylıq gəlirləri 300-400 manat arası dəyişir. Ali təhsil müəssələrində çalışan müəlimlərin də orta əmək haqqı heç 1000 manatı keçmir.

Xatırladaq ki, hazırda ölkəmizdə müəllimlərin maaşı onların təhsil səviyyəsi, iş stajları və dərs saatlarına görə dəyişir. Yəni, bu gün orta məktəbdə həftədə 6 saat dərs deyən müəllimlərin orta aylıq maaşları 150 manat, 6 saatdan 12 saata qədər dərs yükü olan müəllimlərin maaşı 310 manat, 18-24 saat aralığında dərs yükü olanların əməkhaqqı isə 755 manatdır.

Qeyd edək ki, orta məktəblərdə dərs deyən 137 min müəllimin cəmi 20 faizi dərs yükünün ağırlığına görə, digər həmkarlarından bir qədər artıq maaş alır.

İqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, Azərbaycanda müəllimlərin maaşı aşağıdır: “Bu gün Azərbaycanda təhsil istənilən səviyyədə deyil. Hesab edirəm ki, bu sahədə ciddi islahatların keçirilməsinə böyük ehtiyac var. Hazırda müəllimlərin maaşı azdır. Bu səbəbdən də onlar keyfiyyətli təhsil verə bilmirlər. Məktəblərdə istənilən səviyyədə dərs keçməyən müəllimlər, şagirdləri ödənişli şəkildə repetitor təhsilinə cəlb etməyə çalışırlar. Sanki Azərbaycanda repetitor hazırlığının məcburetmə sistemi formalaşdırılıb”.

“Hökumət müəllimlərə aşağı maaş verir. Özəl məktəblərdə müəllimlərin maaşları yüksək olsa da, istənilən səviyyədə deyil. Bu gün repetitorluqla məşğul olan müəllimlər real gəlirlərini vergidən gizlədirlər. Hesab edirəm ki, repetitorluq fəaliyyətinin vergiyə cəlb olunaraq nəzarət altına alınmasına, təhsil sektrounda müəllimlərin maaşlarının artırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə böyük ehtiyac var”, - deyə ekspert bildirib.

Susaraq pul qazanan deputatlar...

Hazırda Milli Məclisdə elə deputatlar var ki, bir çoxları nə onların adını bilir, nə də simalarından xəbardardır. Ancaq bu deputatlar hər ay dövlətin onlara təyin etdiyi maaşı, necə deyərlər, susaraq qazanmağı çox yaxşı bacarırlar. Məsələn, Vasif Talıbov, Mixail Zabelin, Oqtay Əsədov, Madər Musayev, Sabir Hacıyev, Anatoliy Rafailov, Ağalar Vəliyev, Əliabbas Salahzadə və başqaları, ümumiyyətlə, 2020-2021-ci illər ərzində bir dəfə olsun belə Milli Məclisdə çıxış etmədikləri, təklif, fikir irəli sürmədikləri halda yüksək maaşlarını alıblar...


Onu da qeyd edək ki, Milli Məclisdə 5-10 deputatı çıxmaq şərti ilə digər millət vəkillərinin fəaliyyəti yuxarıda adıçəkilənlərdən heç də fərqlənmir. Onlar da heç vaxt danışmayan həmkarları kimi, 2-3 jurnalistin sualını cavablandıraraq həmin ili başa vurublar. Parlamentin iclaslarında mürgüləyənlər də az deyil...
Ətraflı

Danışanların da çoxunun ağıllı nəsə deməsinə, millətin xeyrinə hansısa təklif verməsinə rast gəlinmir... Bununla belə nə onlar sertifikasiya prosesinə cəlb edilir, nə də diferensial əmək haqqı sistemi tətbiq edilən müəllimlər, alimlər kimi gecə-gündüz işləməyə məcbur edilirlər..

Digər ölkələrdə vəziyyət necədir?

Qeyd edək ki, bütün dünya ölkələrində millət vəkilləri müəllimlərdən daha çox qazanır. Ancaq məsələ burasındadır ki, bu ölkələrdə müəllim və millət vəkilinin gəlirləri arasında Azərbaycanda olduğu kimi “uçurum” fərqlər yoxdur.

Fərqi daha aydın anlamaq üçün bəzi ölkələrdə çalışan orta məktəb müəllimlərinin və millət vəkillərinin aylıq gəlirlərini oxuculara təqdim edirik:

Müəllimin maaşı Millət vəkilinin maaşı

Yaponiya 8806 m x4 38921 m
İrlandiya 9232 m x1,6 15341 m
Kanada 9232 m x1,3 12287 m
Niderland 9375 m x1,6 15273 m
Avstriya 9375 m x,1,8 17046 m
ABŞ 9516 m x2,5 24717 m
Almaniya 10653 m x1,5 16971 m
Türkiyə 800-1081 m x2,8-3,5 2801 m
Gürcüstan 935 m x2,7 2585 m
Ermənistan 250-285 m x8,3-9,5 2391 m
Rusiya 1290 m x18,1 23475 m
Azərbaycan 400 m x18,6 7455 m

Statistikadan da məlum olduğu kimi, İnkişaf Etmiş Ölkələrin əksəriyyətində və qonşu dövlətlərin bir çoxunda müəllimin və millət vəkilinin maaşı arasında fərq 1,5-2 dəfədən çox deyil. Azərbaycanda isə millət vəkilinin qazancı müəllimin maaşını 18,6 dəfə üstələyir. Xatırladaq ki, 2018-ci ildə bu fərq 10 dəfə idi.

Millət vəkili Fazil Mustafa “AzPolitika.info”-ya şərhində bildirib ki, bu cür fərqin olması normal deyil: “Əslində burada kiminsə maaşını endirməkdən daha çox müəllimin maaşını artırmaq lazımdır. Ölkəmizdə kifayət qədər resurslar var. Bu resurslardan istifadə etsək, mənasız sahələrə xərclənən vəsaitləri azaltsaq, bir sıra şişirdilmiş iş yerlərini ixtisara salsaq, müxtəlif lahiyələrdən gələn vəsaiti əmək haqqı fonduna yönəltsək, təhsilin keyfiyyətini və müəllimin maaşını artırmış olarıq”.

Deputat qeyd edib ki, müəllimlərin maaşı 3-4 dəfə artırılmalıdır: “Normal orta məktəbdə çalışan bir müəllim minumum 1500 manat maaş almalıdır. Deputatın, məmurun maaşını azaltdıqca bu, müəyyən dərəcədə iş keyfiyyətinə mənfi təsir edir. Belə götürsək, hakimin də maaşı yüksəkdir. İngiltərədə hakimə maaş verilmir. Kart verirlər və deyirlər ki, “istədiyin qədər pul xərcləyə bilərsən”. Ancaq bir şərtlə ki, rüşvət almaq olmaz. Maaşlar azalanda rüşvətə, qeyri-qanuni yollarla qazanılan vəsaitlərə şərait yaranır. Biz elə etməliyik ki, bütövlükdə sistemli bir balans yaransın. Bu baxımdan başqasının maaşını azaltmaqla, yalnız rüşvəti, korrupsiyanı artırmış olacayıq”.

“Əslində deputatların maaşında ciddi bir artım baş vermədi. Əvvəl dağınıq formada müavinət, ezamiyyət və maaş var idi. Artıq müavinət və ezamiyyət yoxdur, əvəzində bütöv maaş var. Həmin vəsait bir ad altında getdiyi üçün bu, çox görünə bilər. Nəzərə almalıyıq ki, deputatın maaşı azalsa, gərək o, rayonla olan əlaqəsini tam kəssin. Bildiyimiz kimi, deputatlar hər həftə rayonlara gedirlər və seçicilərlə görüşürlər. Bunun üçün yol, qonaqlama, seçicilərin problemləri və müxtəlif məsələlərə vəsait lazım olur. Bütün bu xərclər deputatın maaşı hesabına ödənilir. Hesab edirəm ki, problemə doğru iqtisadi anlayışla yanaşsaq, bu məsələni həll etmək çox asandır”, - deyə, deputat bildirib.

Millət vəkili Ceyhun Məmmədov isə “AzPolitika.info”-ya bildirib ki, deputatların maaşının nə qədər artırıldığı hələ məlum deyil: “Bu barədə mətbuatda müxtəlif informasiyalar səsləndirilsə də, dəqiq məlumat yoxdur. Açığı maaşların nə qədər olacağını bilmirəm. Ona görə də sizin sualınıza hazırda cavab verə bilməyəcəm. İyulun birindən qanun qüvvəyə minib. Ancaq biz məzuniyyətdə oluğumuz üçün hələ bu pulu almamışıq. Artımın nə qədər olduğu sentyabrda ödəniləcək maaşdan sonra bilinəcək. Bu məbləğ dəqiqləşəndən sonra sözügedən mövzunu müzakirə edə bilərik”.

Qeyd etmək lazımdır ki, istənilən cəmiyyətin inkişafı təhsildən, ilk növbədə isə onun bünövrəsi olan orta təhsildən və, əlbəttə ki, müəllimlərindən asılıdır. Bu gün il ərzində bir dəfə də olsun Milli Məclisdə danışmayan, ağzına su alıb oturan deputata 7-8 min manat, auditoiyalarda hər həftə 16-17 saat dərs deyən müəllimə isə 300-400 manat maaş verilirsə, deməli, ölkədə müəllimə yetəri qədər diqqət və qayğı göstərilmir. Ümid edirik ki, müvafiq qrumlar gələcəkdə bu cür qeyri-müəyyən maaş bölgüləri ilə bağlı tədbir görəcəklər.

Sonda isə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məşhur ifadəsi ilə məqaləni yekunlaşdırmaq istəyirik.

1930-cu ildə Türkiyədə maaşlar müəyyənləşdirilərkən, məmurlardan biri Atatürkə belə bir sual verir: “Paşam, millət vəkillərinin maaşını müəyyən edirik, nə qədər olsun?”. Atatürkün isə həmin məmura cavabı bu cür olur: “Müəllimlərin maaşını keçməsin”.

Hər halda böyük Atatürkün bu cavabı ətrafında düşünməyə dəyər...
 
Ardını oxu...
Teref.az yazır ki, əlacsız qalan ana başına gətirilən haqsızlıqla bağlı Vitse Prezident Mehriban xanım Əliyevaya müraciət etdi. Teref.az olaraq müraciəti təqdim edirik:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevaya

Göyçay rayon Çərəkə kənd sakini Abdullayeva Xatirə Soltan qızı
tərəfindən

Çox hörmətli Mehriban , bu mənim Sizə ikinci müraciətimdir ki, edirəm. Belə ki, ünvanlı sosial yardım almaq üçün beş dəfə rəsmi qaydada etdiyim elektron müraciətlərə əsassız və qanunsuz olaraq imtinalara verilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən əngəllər yaradılır. Beş dəfə müraciət etmişəm. Beşinədə əsasız imtina verilib.Əvvəlki üç müraciətimdə imtinanın səbəb, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun informasiya sistemində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi qeydiyyatda olamdığımız göstərilirdi. Mənim Sizə mətbuat vasitəsi ilə etdiyim müraciətimdən sonra nazirliyin əməkdaşları tərəfindən mənimlə əlaqə saxladılar və dedilər ki, belə əsassız imtina verilməyəcək

Lakin bundan sonra etdiyim iki müraciətlər sistemdə uyğunsuzluq olmasada bu dəfə nazirliyin əməkdaşları tərəfindən ailəmin maddi-məişət şəraitinin müayinəsini aparan zaman yenədə «qulp qoyularaq» əsasız imtinalar verilir. Belə ki, hər iki imtinada səbəb kimi göstərilib ki, ailənin torpağı mülkiyyəti barədə məlumat düzgün göstərilməyib.Halbu ki, mənim 0,25 hektar pay torpağım var. Eyni zamanda 0,09 hektarda fərdi yaşayış üçün həyətyanı torpağım var. Hər iki torpaq sahəsini qeyd etmişəm. Həmin həyətyanı torpaq sahəsində evim tikilib. Dördüncü dəfə mənə imtina veriləndə ( torpaq sahəsinin düzgün göstərilməməsi ilə bağlı birinci imtinada) evimdə ailəmin maddi-məişət şəraitinin müayinəsini aparan Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı mənə bildirdi ki, həyətyanı torpaq sahəsini düzgün qeyd etməmişik. Onun bunu deməsinə səbəb mənim torpaq sahəmlə qonşu olan digər torpaq sahəsinin arasında əlqapısının olmasıdır. Mənə dedi ki, təkrar elektron qaydada ünvanlı sosial yardım üçün müraciət edəndə həyətyanı torpaq sahəsini 0,25 hektar qeyd edək. Mən belədə etdim. Beşinci müraciətimizdə fondun əməkdaşının dediyi kimi torpaq sahəsini 0,25 hektar qeyd etdik. Bu müraciətimizdən sonra qapımıza gələn fondun digər əməkdaşı bizə dedi ki, iki dənə həyətyanı torpaq sahəsi qeyd olunmalıdır. Biri 0,09 hektar digəri isə 0,25 hektar. Mən ona etiraz edərək dedim ki, qonşunun həyətyanı torpaq sahəsini öz adıma niyə qeyd etməliyəm ki?

Həyat yoldaşım dünyasını dəyişib. ailə başçısını itirməyə görə hər uşağa 100 manat olmaqla cəmi 200 manat sosial müavinət alıram. 0,25 hektar pay torpaq sahəmiz var. Gəlir yerimiz ancaq bunlardır.Başqa gəlirimiz yoxdur. Sentyabrın 15-də məktəblər başlayacaq.Mənim bu iki övladıma paltar və dərs ləvazimatları alıb məktəbə göndərməyə imkanım yoxdur. Həyat yoldaşım dünyasını dəyişəndən ünvanlı sosial yardım almışıq. Artıq 3 aydır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsassız və qanunsuz imtinalarına görə bu yardımımız kəsilib. Nəyə görə qonşunun həyətyanı torpaq sahəsini səbəb kimi göstərib mənə imtina verilməlidir? Belə imtinalar nə vaxta kimi veriləcək?. Nəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müxtəlif əsassız bəhanələrlə bizim ünvanlı sosial yardım almağımıza əngəllər yaradırlar?

Çox hörmətli Mehriban xanım, yuxarıda qeyd etdiyim suallara cavab tapmaq üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə elektron və onlayn qaydada müraciətlər etmişəm ki, şəxsən məni qəbul etsin.Lakin mənim bu müraciətlərimə cavab verilməyib.. Ona görədə Sizdən xahiş edirəm məni Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevlə birlikdə şəxsən özünüz qəbul edəsiniz.

Hörmətlə Abdullayeva Xatirə Soltan qızı
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Əfqanıstan əhalisinin 59 faizinin həyatı humanitar yardımdan asılıdır.

Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, kəmiyyət baxımından bu, 24,4 milyon nəfər insan deməkdir.

Təkcə bir ərzaq, çadırlar, su, gigiyena və tibbi xidmət də daxil olmaqla 1,3 milyon əfqana humanitar yardımın çatdırılması həyata keçirilib.

Bundan əlavə evsiz qalanların yarısının sığınacaq ehtiyacları ödənilib. 13 əyalətə 411 min nəfərə tibbi yardım göstərilib.

Mənbə: “Sputnik” Əfqanıstan
 
 
 
Ardını oxu...
Bu gün ölkədə müəllimlərin sertifikasiya imtahanı başa çatıb.

İmtahan verən şəxslərin topladıqları ballara görə maaşlarına 10, 35 faiz əlavələr ediləcək.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr edilməsini şərh etmişdi. O, imtahanda müəllimlərin 50 bal toplamasının yüksək nəticə hesab olunduğunu və maaşlarına 35 faiz əlavələr ediləcəyini bildirmişdi.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov isə bildirib ki, müəllim 50 bal yığıbsa, maaşına 35 faiz əlavə ona şamil edilmir:

“Müəllimlər 51 və daha yüksək bal toplayarlarsa, bu qərar onlara şamil olunur”.

Nazirlə Təhsil İnstitutunun direktorunun fərqli açıqlamaları müəllimlər arasında çaşqınlıq yaradıb və müzakirəyə səbəb olub.

Təhsil eksperti Nadir İsrafilov Oxu.Az-a açıqlamasında bildirib ki, dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı dövlətimizin sosialyönümlü siyasətinin reallaşdırılmasının növbəti mərhələsi, təhsil işçilərinə diqqət və qayğının təzahürü kimi dəyərləndirilə bilər:

“Sertifikasiyadan uğurla keçən təhsilverənlərin maaşlarına 35 faiz əlavənin ancaq 50 baldan yuxarı nəticə üçün verilməsi ilə bağlı son rəsmi açıqlama bir qrup müəllim dairələrində müəyyən narazılıq və narahatlıq yaratdı. Halbuki, Nazirlər Kabinetinin müvafiq qərarında “50 baldan yuxarı” əvəzinə “50 və daha artıq bal toplamış”lar da nəzərə alına bilərdi. İbtidai sinif müəllimlərinin imtahanında yaşanan sevinc və kədərli anlar bunu əyani şəkildə büruzə vermiş oldu. Hələ 11 minlik bir müəllim ordusunun sertifikasiyadan keçəcəyi dörd illik bir dövr irəlidədir.

Bu, maksimal 700, yaxud da 699 bal toplayan abituriyentlər arasında heç bir pedaqoqun fərq görməyəcəyi kimi, 51, yaxud da 50 bal toplayan müəllimlər arasında da heç bir şagird fərq görməyəcək. Bundan dövlətin büdcəsi də ciddi itki görməyəcək. Ancaq müəllimlər arasında motivasiya artacaq, sertifikasiyaya yanaşma müsbətə doğru başqalaşacaq.

“Qarşıda hələ 2026-cı ilədək xeyli müddət var. Həmin müddət hər şeyə aydınlıq gətirəcək, sertifikasiya ilə bağlı əlavələrdə hansısa bir dəyişikliyin edilməsinə də zərurət yarana biləcək”, – deyə o əlavə edib.
 
Ardını oxu...
“20 ildir ki, bu bazardayam. Ən pis il, bu ildir. Bu il heç nə yemədik” – ticarətçi deyir. Əslində, hökumət də illərin ticarətçisi Əntiqə xanım kimi düşünür. Devalvasiyadan sonra ilk dəfədir ki, ikirəqəmli inflyasiya göstəricisi açıqlanıb. Statistika Komitəsi 2022- ci ildə təkcə qida məhsullarının 21%, ölkə üzrə ümumi bahalaşmanın isə 13% olduğunu deyir.

Statistika Komitəsinin məlumatına görə Azərbaycanda əhali gəlirlərinin yarıdan çoxunu – 55%ni qida üçün xərcləyir.

Alıcılar danışır ki, alış-verişlərini böyük marketlərin təklif etdiyi endirimli günlərə, kampaniyalara salmalı olurlar.

2022-ci il yanvarın 1-dən minimum əməkhaqqı 50 manat artırılaraq, ölkə üzrə 300 manat müəyyən edilib.

İqtisadçı Fərid Mehralızadə deyir ki, beynəlxalq iqtisadi təşkilatlar çözümü qiymətləri endirməkdə yox, insanların gəlirlərini artırmaqda görür.

Tək-tük müştərilərə ev sahibliyi edən bazarda boş qalan satıcı nə edə bilər? Kimisi piştaxtasını səliqəyə salmaqla, kimisi özünə həmsöhbət tapmaqla, kimisi də mürgüləməklə gününü keçirir.

Hökumət rəsmiləri deyir ki, ölkədə antiinflyasiya siyasəti üzrə xüsusi tədbirlər planı təsdiqlənib və icrası həyata keçirilir.

İqtisadçı Fərid Mehralızadə hesab edir ki, hökumət qisamüddətli nəticə üçün yox, bahalaşmanın dayanıqlı həlli üçün addımlar atmalıdır.

Əntiqə Qurbanova satılmayan məhsullarını dəyərləndirməyin yolunu tapıb. Sıra hökumətdədir, inflyasiya dalğasının qarşısını almaq üçün nələr ediləcək?
 
 
 

Dünyapress TV

Xəbər lenti