“Azərbaycandakı median pensiya hesablansa, MDB-də hansı yer tutduğumuz məlum olacaq…”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aprelin 4-də orta aylıq pensiyanın beynəlxalq dollar ifadəsində MDB, Gürcüstan və Ukrayna üzrə müqayisəli sıralamasında Azərbaycanın 2-ci yerdən 1-ə yüksəldiyini açıqlayıb. Bu, “sosial islahatlar nəticəsində pensiyalarda artım dinamikasının nəticəsi” kimi qiymətləndirib: “Eyni zamanda, ölkəmiz minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti (AQP) əsasında hesablanmış dollar ifadəsində həmin sıralamada ilk yeri tutmaqda davam edir”.


Nazirliyin təqdim etdiyi cədvələ əsasən, Azərbaycanda minimum pensiya 165, orta pensiya isə 249 dollardır. Alıcılıq qabiliyyətinə görə isə bu məbləğ, müvafiq olaraq, 424 və 663 dollar təşkil edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Turan”a məsələni şərh edərkən bildirib ki, nazirlik həmin göstəricini yayıbsa, deməli, rəsmi statistikaya müraciət edir: “Həm də MDB məkanında digər ölkələrlə müqayisədə bizdə alıcılıq qabiliyyəti yüksəkdir”.

Deputat əlavə edib ki, Azərbaycan dövləti sosialyönümlü siyasət həyata keçirir: “Büdcəmiz artdıqca təqaüdlər, maaşlar artır. Hesab edirəm ki, bu ilin özündə də yeni bir sosial paketinin şahidi olacağıq. Büdcəmiz artdıqca biz xüsusilə pensiya və təqaüdlərin, sosial müavinətlərin, əmək haqlarının artırılması ilə bağlı cənab prezidentin sərəncamlarının şahidi oluruq”.

İqtisadçı Qubad İbadoğlu isə AzadlıqRadiosuna bildirib ki, alıcılıq qabiliyyəti deyəndə pensiyaçının aldığı təqaüdün nə qədər mal və xidmətlər əldə etməyə imkan yaratması nəzərdə tutulur: “Azərbaycanda hazırda minimum pensiya 165 dollardır və bu pensiya ilə o, Avropada yaşaya bilməz. Amma Azərbaycanda bu 165 dollara minimum səviyyədə olsa da, müəyyən məhsulları əldə edə bilər. O baxımından Azərbaycandakı pensiyanın alıcılıq qabiliyyətini həmin məbləğlə Avropadakı alıcılıq qabiliyyəti ilə müqayisə edəndə Azərbaycanda bu göstərici yüksək olur. Çünki Azərbaycandakı məhsul və xidmətlərin qiymətləri Avropadakı ilə müqayisədə aşağıdır”.

O hesab edir ki, bu yanaşma qüsurludur, çünki AQP əsasında Dünya Bankı Ümumi Daxili Məhsulu (ÜDM) hesablayır: “Bu, ÜDM-nin real həcmini müqayisə etməyə imkan yaradır. ÜDM bütün növ əmtəə xidmətlərdən, həm istehlakdan, həm istehsaldan formalaşır. Amma pensiyaçının istehsalla nə əlaqəsi var? Bizim pensiyaçının xərcləri arasında yalnız istehlak təyinatlı məhsullardır. Bu, əsas ərzaq məhsullarıdır, kommunal xidmətlərdir”.

İbadoğlunun sözlərinə görə, pensiyaçılar üçün ən doğru olan minimum və orta pensiya ilə yanaşı, median pensiya məbləğinin hesablanmasıdır: “Çünki Azərbaycanda kiçik bir qrup pensiyaçıların pensiyası çox yüksəkdir. Əksəriyyətinin pensiyası isə minimum pensiyaya yaxın bir məbləğdədir. Ona görə də Azərbaycanda orta pensiya yüksək alınır. Median pensiya o deməkdir ki, pensiyaçıların yarısı bu məbləğdən aşağı, yarısı isə yuxarı pensiya alır. Həmin məbləği isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hesablamalıdır. Onda biz daha doğru rəqəmləri görə bilərik”.

İqtisadçının fikrincə, Azərbaycandakı median pensiya məbləği hesablansa və dollara çevrilsə, məlum olacaq ki, Azərbaycan MDB-də ən aşağı yerlərə düşür: “Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təklif edirəm ki, pensiyaların minimum dəyərini də gerçək qiymətlər əsasında hesablasın. Ümumiyyətlə, pensiyaçılar üçün ayrıca bir inflyasiya səbəti yaradılmalıdır”.
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti