Ardını oxu...
Ötən həftə Azərbaycanda, hətta dünya məhkəmə-hüquq sitemində nadir halda baş verən hadisələrdən biri qeydə alındı.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanda ömürlük həbs cəzası almış məhkum 9 ildən sonra bəraət aldı. 2013-cü ildə birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Aydın Qəhrəmanov Ali Məhkəmənin qərarı ilə azadlığa buraxıldı.

Məlumat üçün bildirək ki, 2013-cü ildə Bakıda Aida Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanın dərmandan zəhərlənərək ölmələri barəsində prokurorluğa məlumat daxil olub. Əvvəlcə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Aydın Qəhrəmanov təqsirləndirilən şəxs kimi tutulub. Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Uzun çəkən məhkəmə və ekspertizalardan sonra şəxsə bəraət verilib. 53 yaşında tutulan A.Qəhrəmanov 62 yaşında məhkəmə zalından azadlığa buraxılıb.

Vaxtilə Türkiyə həbsxanalarının birində məhkumlar divara belə bir şüar yazmışdı: “Dünyada sadəcə ölülər ölmüş sayılmır, azadlığı olmayanlar da ölüdür”. 9 il “ölü” kimi yaşamaq, özü də bu müddəti dörd divar arasında günahsız keçirmək dəli olmağa səbəb ola bilər. Maraqlıdır ki, dünyada nadir yaşanan bu təcrübədə məhkumun həyatından “oğurlanmış” illərin qarşılığı nə olur və ya nə olmaldır? Bununla bağlı konkret qanunverici akt olmasa da, günahsız yerə həbsdə yatmış şəxsin bunun kompensasiyasını maddi formada almaq hüququ vardır.

Məsələ ilə bağlı ilk olaraq Aydın Qəhrəmanovun vəkili Tərlan Azayevlə danışdıq. Hüquq müdafiəçisi T.Azayev bildirib ki, müvəkkili ilə bağlı tezliklə kompensasiya üçün müraciət edəcəklər: “Bunu dövlət, prokurorluq, qanunsuz hökm çıxaran hakimlər, yoxsa kim ödəməlidir bilmirəm. Amma istənilən halda məhkəmə qaydasında mülki iddia qaldıracağıq. 10 ilə yaxın bu insan günahsız yerə yatıb, çox şey itirib. Bununla bağlı son qanunvericiliyi dəqiq araşdırmalıyıq”.

Mövzu ilə əlaqədar danışan Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) kompensasiya alınması məsələləri üzrə ixtisaslaşmış vəkil Əsabəli Mustafayev “Qafqazinfo”ya deyib ki, məhkəmələr çalışmalıdırlar ki, hər bir şəxsə hesablanmış bəraətə görə eyni yanaşmanı göstərsin: “Məsələn REAL Partiyasının sədri İlqar Məmmədov bəraət alarkən, ona 234 min manat kompensasiya ödənilməsinə qərar verildi. Mən hesab edirəm ki, İlqar Məmmədova ödənilən kompensasiya məbləği azdır. Bu insanın həyatından 5 il gedir, ailəsindən, ictimai mühitdən, əmək fəaliyyətindən məhrum olur. Uzun müddət dərin psixoloji gərginlikdə yaşayırsan.

Hansı vətəndaşdan soruşsan, səni 1 ildə həbsdə saxlasalar, nə qədər kompensasiya istəyərsən? 1 milyondan aşağı məbləğ deyən olmayacaq. Çünki azadlıq həqiqətən şirin nemətdir və onun qədrini azadlıqdan məhrum edilmiş şəxslər bilir. Ona görə də Azərbaycanda olan məbləğlər çox aşağı məbləğlərdir. Həm də ki, böyük məbləğlər məhkəmələri də səhv qərarlardan çəkindirir. Hazırki məbləğlər azı üç dəfə artırılmalıdır. Amerikada, Avropada kompensasiya məbləğləri çox-çox yüksəkdir”.

Ə.Mustafayevin sözlərinə görə, əgər Aydın Qəhrəmanova məhkəmənin özü tərəfindən bəraət verərkən, kompensasiya təyin olunmayıbsa, bu zaman yerli məhkəməyə müraciət etmək lazımdır: “Bəzən məhkəmə bəraət verərkən, qərarda kompensasiya məsələsini də aydınlaşdırır. Amma məhkəmə yalnız bəraət veribsə, həmin şəxs sonradan ayrıca mülki iddia qaldırır və dəymiş maddi-mənəvi ziyanın əvəzində ödənilməsini tələb edir. Lakin burada iddianı kimə qarşı qaldırmaq lazımdır, bax bu sual doğurur. Çünki məhkəmələr heç vaxt kompensasiya ödəmir. Onların büdcəsində bunun üçün xərc də nəzərdə tutulmur. Bu halda istintaqı aparmış orqana qarşı iddia qaldırıb, maraqlı şəxs kimi Maliyyə Nazirliyini göstərmək olar. Amma istintaq orqanı da deyə bilər ki, mən hökm vermirəm, ittiham verirəm. Ona görə qanunda bu barədə qeyri-müəyyənlik var, bu, aradan qaldırılmalıdır. Bəraət aldıqdan sonra kompensasiyanı kimdən tələb etmək lazımdır? Bunu bilməliyik”.

Dünya təcrübəsində həqiqətən də faktlar bəraət almış şəxslərin komensasiya qismində ciddi məbləğlər aldığını görürük. Məsələn, 1982-ci ildə ABŞ-da baş vermiş yanğında bir nəfər ölmüş, yanğının başlamasında təqsirli bilinən Valter Forbes ömürlük həbsə məhkum edilmişdi. Lakin 38 il sonra onun günahsızlığı sübuta yetirilərək bəraət almışdı. Hadisənin yeganə şahidi ifadəsində yalan danışdığını etiraf etdikdən sonra o, azadlığa buraxılmışdı. Forbes dövlətdən 2 milyon dollar təzminat almışdı. Amma bu rəqəm ABŞ-da ştatlara görə dəyişir. Məsələn Miçiqan ştatında bir il günahsız həbsdə yatmağa görə 50 min dollar təzminat verilir.

Bundan başqa, Kaliforniyada 39 il günahsız həbsdə qalan Kreyq Koliniyə (iki nəfəri öldürməkdə təqsirli bilinirdi) 5 milyon dollar təzminat ödənilib.

Türkiyədə isə bir hərbçi 1981-ci ildəki hərbi çevrilişdə günahkar bilinərək həbs edilmiş, 6 ilə yaxın həbsdə saxlanılmışdı. 39 il sonra 2020-ci ildə o, günahsız olduğunu sübuta yetirmişdi və işə bəraətverici əsaslarla xitam verilmişdi. Həmin şəxsin aldığı kompensasiyanın məbləği faizlərlə birlikdə 2 milyon lirə (dövrün məzənnəsi ilə 285 min dollar) olmuşdu.

Qeyd edək ki, hazırda AİHM-in qərarlarında standart olaraq 1 aylıq günahsız həbsdə yatmağa görə 1000 avro mənəvi təzminat nəzərdə tutulub. Bu hesabla Aydın Qəhrəmanov təxminən 200 min manat təzminat almalıdır. Lakin bu, sadəcə mənəvi təzminat hissəsidir. Maddi zərərə görə də, əlavə olaraq məbləğ tələb etmək mümkündür. Çünki həbsdə olan zaman şəxs işini və dolayı yolla bütün gəlirlərini də itirmiş olur. Onu da əlavə edək ki, Avropa və Amerikada yerli məhkəmələrin təzminat məbləğləri bundan qat-qat üstündür.
 
Ardını oxu...
Azərbaycanda 10 ayda 81 uşaq zorakılığa məruz qalıb

Uşaqlar böyüklərdən asılı olduqlarından və özlərini qoruya bilmədiklərindən məişət tiranlarının və təcavüzkarların asan qurbanı olurlar. Küçədə, məktəbdə və hətta ailə daxilində zorakılıqla üzləşə bilərlər. Valideynlərin uşaqlarına qarşı zorakılıq halları, təəssüf ki, qeyri-adi deyil.

Bu günlərdə hamilə qadının yeddi yaşlı qızını döyülməkdən qorumağa çalışarkən, əri tərəfindən öldürülməsi Azərbaycan cəmiyyətini şoka salıb. Dəmir boru ilə döyülməsi nəticəsində qadın aldığı xəsarətdən yerindəcə keçinib, qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qətli törədən şəxs saxlanılıb və ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.8-ci (hamilə olduğu məlum olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

“Etibarlı Gələcək” İctimai Birliyinin sədri Kəmalə Haşımova AYNA-ya deyib ki, uşaq reanimasiyadan palataya köçürülüb, müalicəsi davam edir. İş müvafiq dövlət orqanlarının nəzarətindədir.

Bir qayda olaraq, məişət zorakılığı kiçik münaqişələrdən, güc tətbiq etmək cəhdlərindən başlayır və sonra heç bir şey edilmədikdə hər şey çox uzağa gedib, faciə ilə bitə bilər. Ona görə də uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün vaxtında görülən iş çox vacibdir.

UNICEF-UNESCO-WHO-nun 2020-ci il üzrə birgə hesabatına əsasən, hər il 2-17 yaş arası hər ikinci uşaq hansısa formada zorakılığa məruz qalır.

Bu ilin on ayı ərzində Azərbaycanda 81 uşaq zorakılığa məruz qalıb. Eyni zamanda, 15 hadisə cinsi zorakılıqla bağlıdır. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gəncədə keçirilən "Çətin həyat şəraitində olan uşaqların müdafiəsi və yerli mexanizmlərin təkmilləşdirilməsi" adlı regional konfransda açıqlama verib.

Təbii ki, bir çox zorakılıq halları naməlum olaraq qalır, zərərçəkənlər əziyyət çəkməkdə davam edir və cinayətkarlar törətdikləri əməllərə görə heç bir məsuliyyət daşımırlar.

Haşımova xatırladıb ki, oktyabrın 20-dən noyabrın 20-dək Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının qəbul edildiyi gün (20 noyabr) ilə əlaqədar Uşaq Hüquqları Aylığı qeyd olunur. Bu gün çərçivəsində respublika üzrə həm dövlət qurumlarında, həm də qeyri-hökumət təşkilatlarında müxtəlif tədbirlər keçirilir. Uşaqlara təhlükəsiz həyat və hərtərəfli inkişaf üçün şərait təmin etmək barədə daha ciddi düşünmək vacibdir.
Ardını oxu...
“Uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün həm paytaxtda, həm də regionlarda sosial xidmətlərin işini gücləndirmək lazımdır. Amma təbii ki, məktəblərdə uşaqlarla, icmalarda, kəndlərdə əhali ilə maarifləndirici iş lazımdır. Hələlik əhalinin məlumatlılıq səviyyəsi aşağıdır. Bununla bağlı zərərçəkənlər heç yerə getmədiyindən belə halların çoxu aşkarlanmır. Kimsə sadəcə hara müraciət edəcəyini bilmir, kimsə ona kömək olunmayacağından, günahkar cəzalandırılmayacağından qorxur. Amma son illər ölkədə qadın və uşaqların hüquqlarının müdafiəsi, uşaq və qadın “qaynar xətti” ilə bağlı maarifləndirmə işlərinin aparılması üçün çoxlu işlər görüldüyü üçün müraciət edənlərin sayı artır”, - deyə həmsöhbətimiz bildirib.

O vurğulayıb ki, əgər uşağın köməyə ehtiyacı varsa, bilməlidir ki, onu mütləq alacaq: “Biz müxtəlif dövlət qurumları - Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, hüquq-mühafizə orqanları, icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların İşləri üzrə Komissiya ilə işi gücləndiririk. Bu, qurbanlara və zorakılığın qurbanı ola biləcəklərə tez reaksiya verməyə və kömək göstərməyə imkan verir. Bütün dünyada uşaq zorakılığı problemi var və bu kimi faktlar koronavirus pandemiyasından sonra artıb. Məcburi təcrid ailələrdə mövcud olan çətinlikləri daha da artırdı, lakin qurbanlar artıq belə vəziyyətlərə dözmürlər. Pandemiyadan sonrakı dövrdə uşaq “qaynar xətt”inin işi göstərdi ki, zərərçəkənlər daha tez-tez kömək istəməyə başlayıblar. Yanvar-sentyabr aylarında bu xidmətə 424 uşaq zorakılıqla bağlı müraciət edib”.

Haşımovanın sözlərinə görə, uşaqlara qarşı zorakılıq probleminin həlli üçün kompleks yanaşma lazımdır: “Onların məruz qaldıqları zorakılıq fiziki və ruhi sağlamlıqlarına mənfi təsir göstərir. Reabilitasiya və reinteqrasiya vacibdir, bunun sayəsində qurban həyatının kədərli səhifəsini çevirə və davam edə bilər”.

Müəllif: Elya Belskaya
 
Ardını oxu...
Kənd sakinlərinin sözlərinə görə, uzun illərdir ki, problemlərini müxtəlif qurumlara çatdırsalar da, kənddə heç bir iş görülməyib

“Kəndimiz rayon mərkəzindən cəmi 12 kilometr aralıda yerləşir. Mərkəzə gedirik, tamamilə başqa həyata düşürük, kəndə qayıdırıq, ürəyimiz sıxılır”.

Şəkinin Küdürlü kəndinin sakinləri Meydan TV-yə sosial problemlərindən danışıblar. Kənd sakini Rəsmiyyə Axundova deyir, kənddəki çarəsi düyünə düşmüş problemlərin üzündən gənc nəsil duruş gətirə bilmir. Necə deyərlər, kənddən gedənin ayağı buralardan həmişəlik kəsilir.

“Biz birtəhər dözə-dözə gəlib bu yerə çıxmışıq, cavanlarda dözüm qalmayıb. Necə dözsünlər axı? Gedirlər rayon mərkəzinə, məmur balalarının yaşayışını, güzəranını görürlər, gəlib girirlər palçıqlı yola, qaz yox, su yox, o yox, bu yox… Ruh düşkünlüyünə qapılırlar. Bir də eşidirsən ki, filankəsin uşağı baş götürüb getdi Bakıya…”

Sakinlər deyir, Küdürlünün yolları o qədər bərbaddır ki, yağış yağanda kəndə gediş-gəliş kəsilir. Yol maşını, təcili yardım kəndə girmir:

“Biri yatağa düşsə, çətinliyimiz yaranır. Yağışlı, qarlı havalarda vəziyyət lap dözülməz olur. Bir də görürsən şaxtalı havada hamı elektrik qızdırıcıları qoşur, kabellərdə qısaqapanma baş verir, kənddəki evlər tez-tez işıqsız qalır. Qısaqapanma bəzən yanğına da səbəb olur, yanğınsöndürənlər özünü çatdıra bilmir”.

20 ildən çoxdur ki, kənd iki yerə bölünüb. Daha doğrusu, ortadakı körpü dağılıb və kənd necə deyərlər, o taylı – bu taylı olub. O tərəf bu tərəfə, bu tərəf o tərəfə keçmək üçün başqa yollardan keçməli, əlavə yol qət etməli və vaxt itirməli olurlar. Sakinlərin deməsinə görə, müxtəlif qurumlara müraciət etsələr də, körpü düzəldilməyib.

Kənddə mavi yanacaq da yoxdur. Kəndlilər evlərini isitmək üçün odun almağa məcburdur.

Rəsmiyyə Axundova sözünə davam edir:

“Biz hesab edirik ki, kəndlərin yanacaqsız qalmasının əsas səbəbi kiminsə odun biznesinə görədir. Qaz verilsə, oduna ehtiyac qalmayacaq. Kiminsə odunu satılmayacaq, pul qazanmayacaq. Yəni kimsə pul qazansın deyə, əhalinin “belini qırırlar”. 21-ci əsrdir, mən niyə evimdə odun işlətməliyəm, hökumətimiz el-aləmə qaz satır, bağışlayır, mənim balamın əl-ayağı niyə soyuqdan donmalıdır?”

Əslində qaz kəməri kəndə qədər gətirilib, ancaq hələ də qaz verilməyib və xətlər ünvanlara çəkilməyib. Sakinlər deyir, 9 ildir ki, gözləmədə qalıblar.

Ardını oxu...

Küdürlüdə su qıtlığı da var. Kəndə su rezin şlanqla hardansa çəkilib gətirilib. Hər gün bu rezin şlanqın ətrafında suya görə növbə olur. Ya da su dalınca qonşu kəndlərə getmək lazım gəlir. Kimisi köhnə maşınıyla, kimisi də at-eşşəklə qonşu kənddən su daşıyır:

“Pul ayrıldı, quyu qazıldı, ancaq quyunu elə nöqtədə qazdılar ki, su çıxmadı. Sakinlər dedi ki, daha bir neçə nöqtəni qazın, qazmadılar”.

Küdürlüdəki məktəb 9 illikdir. 9-cu sinifi bitirənlər 10-11-ci siniflərdə davam etmək üçün başqa kəndlərə, ya da rayon mərkəzinə getməlidilər. Ancaq yolsuzluq, şəraitsizlik, ictimai nəqliyyatın olmaması üzündən çoxunda təhsilini davam etdirməyə həvəs qalmır.

Sakinlər kənddəki problemlərin həlli üçün uzun illərdir ki, aidiyyəti qurumlara müraciət etdiklərini, ancaq əvəzində vəziyyətin ilbəil daha da ağırlaşdığını bildirirlər.

Şəki Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, kəndlərdəki sosial və kommunikasiya problemlərinin mərhələli şəkildə həlli üçün aidiyyəti üzrə qurumlara müraciətlər edilir. Kürdülü kəndindəki problemlərin də aradan qaldırılması istiqamətində işlər görülür. Kənddəki körpü məsələsinə gəlincə, qurumdan bildirilib ki, dağılandan sonra elə həmin ərazidə dəmir konstruksiyalı başqa körpü tikilib və əhalinin istifadəsindədir. Ancaq kənd sakinləri bildirir ki, həmin körpü çox ensizdir, tez-tez eyni vaxtda həm avtomobillər, həm məktəblilər, həm də mal-qara keçəndə tıxac yaranır.

Meydan TV
 
Ardını oxu...
Bugünkü qiymətlərlə yaşamaq üçün nə qədər pul lazımdır?

Ərzaq qiymətləri artmaqda davam edir, gəlirlər azalır, əhalinin əksəriyyətinin maaşı isə hələ də yerində sayır. Bu il qiymət artımı həddi hansı səviyyəyə çatıb? Bu məsələ ilə bağlı rəsmi məlumatlar cəmiyyətdə inflyasiya ilə bağlı təsəvvürlərdən çox fərqlidir.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu ilin yekunlarına görə Azərbaycanda orta inflyasiyanı 13,7% səviyyəsində proqnozlaşdırır. Mərkəzi Bankımızın qiymət artımı ilə bağlı gözləntiləri 12,5-12,8 səviyyəsindədir. Müstəqil iqtisadçılar isə inflyasiyanın rəsmi məlumatlardan bir neçə dəfə yüksək olduğunu düşünürlər. Dəqiq neçə olduğunu, ölkədə bu cür məlumatların alternativ mənbələrinin olmaması səbəbindən heç kim bilmir.

Bahalaşma son illərdə müzakirə olunan mövzulardan birinə çevrilib. Üstəlik, praktikada əhalinin hiss etdiyi qiymət artımının səviyyəsi statistika qurumunun hesabladığı rəqəmlərlə uzlaşmır. AYNA-nın söhbətləşdiyi paytaxt sakinlərinin sözlərinə görə, bahalaşma ərzaq dükanlarının rəflərini işğal edib və ən çox istehlak edilən məhsulların qiyməti demək olar ki, hər gün artır.

Aybəniz Quliyeva: “Şəhərin iri pərakəndə satış şəbəkələrinin birində məhsulların qiyməti digərlərindən qat-qat bahadır. Bunu etmək asan olmasa da, adətən yaxınlıqda başqa ərzaq mağazaları olmadığından, ora getməməyə çalışıram. Amma təəssüf ki, qiymətlər hər yerdə qalxır. Son iki ildə bir çox məhsullar ikiqat bahalaşıb, mənim 700 manat maaşımla dolanmaq artıq mümkün deyil”.

Əhalinin orta təbəqəsi arasında qiymət artımı çox kəskin hiss edilir. Eyni zamanda, belə demək mümkünsə, şəxsi hiss olunan qiymət artımı hər kəs üçün fərqlidir və bu, istehlakın səviyyəsi və xüsusiyyətləri, gəlir və daha çox bu kimi bir çox subyektiv amillərdən asılıdır. Burada vahid yanaşma ola bilməz, çünki insanların müxtəlif ehtiyacları var: bəziləri üçün otel tətilləri bahalaşıb, bəziləri üçün isə sadə məhsullar üçün kifayət qədər pul yoxdur. Ailənin istehlak səbəti də istehlak qiymətləri indeksinin səbətindən fərqlənir. Axı, hər kəsin öz istehlak malları və xidmətləri var.

Və əgər gənc ailə, istehlak xərclərinin əsas maddəsinə əlavə olaraq, uşaq yeməkləri, oyuncaqlar və digər uşaq xərclərini də təmin edərsə, başqa birində - yetkin uşaqlar və başqa bir xərc maddəsi var. Əgər uşaq qidalarının qiyməti qalxarsa, birinci ailənin hiss etdiyi inflyasiya ikincininkindən yüksək olacaq və əksinə, təhsil haqqı artarsa, ikinci ailə daha böyük inflyasiya hiss edəcək.

Bizim vəziyyətimizdə qiymət artımı, demək olar ki, bütün mal və xidmətlərin çeşidi üçün bahalaşdığından, şəxsi istəklərindən asılı olmayaraq əhalinin bütün kateqoriyaları tərəfindən hiss olunur. Şəxsi inflyasiyanı bir kənara qoysaq, azərbaycanlıların minimum istehlak səbəti çox güclü qiymət dalğalanmalarına məruz qalıb. Bu isə baxmayaraq ki, bizdə işləyən əhalinin yaşayış minimumu 210 manat, minimum əmək haqqı 270 manat olan vəziyyətə baş verir. Bir qayda olaraq, işəgötürənlər bu məbləğdən bir qədər çox pul ödəyirlər - ölkədə median (orta) əmək haqqı 420 manatdır.

Həmsöhbət olduğumuz vətəndaşlarlar deyirlər ki, bir çoxlarının maaşları bir neçə ildir qaldırılmır və artırsa belə, müavinətlər inflyasiya ilə müqayisədə çox cüzidir.

Ofis işçisi Afət Rəsulova: “Yeddi il əvvəl əlimə 500 manat alırdım, indi maaşım vergilər çıxmadan 800 manata yaxındır. Beləliklə, mən 300 manat çox alıram və bu 7 ildə qiymətlər, hiss etdiyimə görə, 3-4 dəfə artıb”.

İqtisadçı ekspert Rauf Qarayev hesab edir ki, qiymətlərin cilovlanmadığı indiki şəraitdə azərbaycanlıların minimum əmək haqqı real yaşayış minimumundan üç dəfə aşağıdır. Onun hesablamalarına görə, indiki qiymət səviyyəsində minimum əmək haqqı ən azı 3 dəfə yüksək olmalıdır.

“Əmək qabiliyyətli insanın yaşaması üçün ayda ən azı 900 manat lazımdır. Bizim qiymətlərimiz daim artır və hökumət bu barədə düşünməlidir”, - deyə Qarayev bildirib.

İqtisadçı Xalid Kərimli isə o fikirdədir ki, az-çox normal yaşamaq üçün bir vətəndaşa 1200 manata qədər pul lazımdır, 5 nəfərlik ailə isə ayda ən azı 3000 manat qazanmalıdır.

Maraqlı məqam: minimum əmək haqqını hesablayarkən biz adətən adambaşına düşən xərclərin “tavanından” çıxış edirik. Amma axı, insanlar öz nəslini taleyin rəhminə buraxan ekzotik növ deyillər. Azərbaycan ailələrinin böyük əksəriyyətinin uşaqları var və onların da geyindirilməsi, yedizdirilməsi, müalicə olunması, təhsil alması lazımdır. Bütün bunlar ölkəmizdə uşaqlar üçün pulsuz deyil.

Valideynlərdən birinin, adətən atanın minimum əmək haqqının 300 manatı hesabına ailəni dolandırmalı olduğu şəraitdə uşaq dünyaya gətirməklə bağlı təbii proseslərə biz artıq susuruq. Minimum əməkhaqqı ilə bağlı indiki yanaşmalarla, yəqin ki, yaşamaq ancaq ona tövsiyə olunur ki, bu məbləği özünə xərcləsin. Ailənin qalan hissəsi ilə nə edəcəyinə dair isə tarix susur.

Müəllif: Tanya Samsonova
 
Ardını oxu...
Azərbaycandakı ifrat təbəqələşmə özünü yalnız əhalinin müxtəlif zümrələrinin gündəlik dolanışığındakı fərqdə deyil, həm də sosial münasibətlərdə aydın göstərir.
SSRİ dönəmində və müstəqilliyin ilkin onilliyində hansısa varlı ailənin uşağı ilə kasıb bir ailənin övladının sinif və ya tələbə yoldaşı olduğuna dair hallara çox rast gəlirdik.
Bundan hətta bəxti gətirən kasıblar da olurdu. Son illərdə bu tendensiya tam aradan qalxıb. Çünki varlıların uşaqları bizim övladlarımızın oxuduqları adi məktəblərdə oxumur.
Onlar ili 20-30 minlik “skul” və ya kolleclərdə təhsil alırlar, sonrada gedib xaricdə ali təsilə yiyələnirlər. Yəni, yuxarıda qeyd etdiyim bağ sosial təbəqələr arasında tam olaraq qırılıb.
Bunun başqa bir ziyanlı tərəfi kasıb ailələrdəki uşaqların potensial və istedadlarının tam məhv olmasıdır. Orta məktəblərdə təhsilin səviyyəsi sıfırdı.
Uşağına normal təhsil vermək üçün, valideyn əvvəlki illərdən fərqli olaraq, aşağı siniflərdən repititora müraciət etməlidir. Bunun üçün də külli miqdarda pul lazımdır.
Gücü çatmayan valideynlər uşağının təhsilini Allahın ümidinə buraxır. Nəticədə, hətta savadı olan, genetik qabiliyyətli uşaqlar belə bu haqsız rəqabətdə məhv olub gedir.
Hiss edirəm ki, bu, səlahiyyətli şəxsləri elə də dərindən narahat etmir. Əksinə, vəziyyətin daha da pisləşməsi istiqamətində addımlar atılır. Belə getsə, bir neçə ildən sonra biz ümimiyyətlə kasıb ailərin uşaqlarının heç bir sahədə uğurlarını görməyəcəyik.
Son vaxtlar idmanın elitar növləri, fənn olimpiadalarında uğur qazanan uşaqlarla bağlı özüm üçün araşdırmalar aparmışam.
Əksəriyyətinin varlı ailələrin uşaqlarının olduğunu müəyyənləşdirmişəm. Biz bu sahədə demək olar ki, son müqavimətimizi göstəririk. Ancaq hiss edirəm ki, güclər də tükənir.
Belə getsə, özümüz cəhənnəm , övladlarımızın gələcəyi tam məhv olacaq. Mənim böyük qızımda təbii istedad var. 3 yaşından onu üzgüçülük, şahmat və gimnastikaya qoydum.
Bütün sahələrdə gözəl nəticələr göstərdi. Amma bunları davam etdirmək üçün , sadə ailənin büdcəsi kifayət etmir. Hazırda qızım yalnız orta məktəbdəki dərslərinə gedir, onu da zorla çatdırırıq. Çünku bütün məktəblər olduğu kimi, onun da təhsil aldığı təhsil ocağı dövlət yox, bazar qanunları ilə fəaliyyət göstərir.
Belə getsə, yəqin ki, bur neçə ildən sonra orta məktəbi də yarımçıq qoymalı olacayıq. Əminəm ki, anoloji vəziyyətdə olan ailələrin sayın astronomik həddədir. Rəqəmlərlə manipulyasiya edib, ölkə rəhbərini hesabtlarla aldatmaq lazım deyil.
Gələcəyimizin, övladlarımızın inkişafı üçün dövlət tərəfdən stimullaşdırıcı addımlar atılmalıdır. Dövlət öz vətəndaşını cəmiyyətdə formalaşmış vəhşi, amansız rəqabətin içərisinə əli yalın buraxmamalıdır.
Ölkənin strateji sahələri: təhsil, səhiyyə tam olaraq dövlətin nəzarətinə keçməlidir. Özəl məktəblər və xəstəxanların fəaliyyətinə, pullu ali təhsilə tam olaraq xitam verilməsə, bizi daha pis gələcək gözləyir. Çünki həmin sahələrin əksəriyyəti korrupsioner məmurlara məxsusdur və onların başlıca məqsədləri əhalini çapıb, talamaqdan başqa, nəsə deyil…
Məhəmmədəli Qəribli
Teref.az
 
 
 
Ardını oxu...
DİA.AZ: - Ölkə əhalisi hər sabahını yeni bir bahalaşma xəbəri ilə açdığı bir ərəfədə daha da çətin durumda yaşayan Neft Daşları sakinlərini sanki kimlərsə məqsədli olaraq sınağa çəkməkdədir. Bu barədə DİA.AZ-a daxil olan müraciətdə deyilir.

Müraciət müəllifləri redaksiyamıza yazırlar ki, hər gün Neft Daşlarında hansısa məhsulun qiymətini kimlərsə qaldırır: "Məcburuq ki, təklif olunan qiymətə alaq. Harasa qaçası deyilik ki..."

Dia.az-a daxil olan müraciətdə narazı neftçilər son bahalaşn məhsulları da sadalayıblar: "Neft Daşlarında satılan ərzaqlar babat bahalaşır. Çörək (çörəkdən çox bulkaya oxşayır) 50 qəpikdən 60-a qalxıb. 100 qramlıq "Champion" çayı 2,60-dan qalxıb olub 3 manat. Kilosu 30 manata yəni. Marketlərdə 2,30-dur. Yəqin ərzaqların da qiymətinə 75% dəniz əmsalı gəlirlər".

Onu da qeyd edək ki, Neft Daşlarındakı ərzaq biznesinə "Xəzəriaşə" nəzarət edir.

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
“Bej Kitab” hesabatı: İnflyasiyanın təzyiqləri azalır“Bej Kitab” hesabatı: İnflyasiyanın təzyiqləri azalır
facebook sharing buttontwitter sharing buttonwhatsapp sharing buttonsmartbee sharing button

ABŞ-də şirkətlərin inflyasiyadan qaynaqlanan təzyiqlərinin azaldığı açıqlanıb.

Teref.az “Sözçü”yə istinadən bildirir ki, bu barədə ABŞ Federal Ehtiyat Sisteminin (FED) dərc etdiyi “Bej Kitab” hesabatda məlumat verilib.

FED-in ölkəni təşkil edən 12 bölgədə oktyabrın 7-nə qədər apardığı araşdırmaları bir araya gətirən hesabatına görə, inflyasiyadan gələn təzyiqlər bir qədər azalıb və bu azalmanın davam edəcəyi gözlənilir. Bu fonda mərkəzi bankın ardıcıl dördüncü dəfə faiz dərəcələrini 75 baza bəndi artıracağına dair gözləntilərinin ciddi bir dəyişikliyə səbəb olmayacağı proqnozlaşdırılır.

Baxmayaraq ki, şirkətlər qiymət təzyiqlərinin yüksək olaraq qaldığını qeyd edirlər.

Belə ki, iqtisadi aktivliyin azaldığı bölgələrdəki şirkətlər tələbin zəif olmasının yüksək faiz dərəcələri, inflyasiya və təklifin azalması ilə bağlı olduğunu bildiriblər.

Mütəxəssislər hesab edirlər ki, mövcud bazar qiymətləri ilə hesablandıqda ailənin bir üzvünün yaxşı yaşaması üçün minimum aylıq 1000 manatı keçən gəliri olmalıdır. Amma sağlamlıq, istirahət xərclərini də nəzərə alanda vəziyyət daha da mürəkkəbləşir.

AzToday.az “Kaspi”yə istinadən xəbər verir ki, son vaxtlar dükan-bazarda tez-tez bahalaşma ilə rastlaşırıq. Qiymətlər artdıqca, təbii olaraq, aylıq xərclər də çoxalır. Bu xərclər də maaş, təqaüd hesabına ödənir. Bahalaşma əslində, öyrəşdiyimiz standartları da dəyişir. 3 il öncəki xərclərlə indikilər eyni deyil.

Maraqlıdır, bu gün Azərbaycanda bir ailənin normal yaşaması üçün aylıq nə qədər vəsait lazımdır?

Məlumat üçün bildirək ki, 2022-ci ilin dövlət büdcəsində əhali üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

210 manatla istehlak səbətini doldurmaq mümkündürmü?

İqtisadçı ekspert Rauf Qarayev deyir ki, hazırda bazarda 50 kq-lıq unun qiyməti 45-50 manatdır: “Bir adam üçün illik təxmini, 2,5 kisə un lazımdır. Qiymət baxımdan hazırda bunu 50 manatdan götürsək, 137 manat pul edir. Yəni, unun kilosu 1 manata düşür. Bazarda çörəyin qiymətinə baxsaq və uyğunluq aparsaq, 380 qramlıq çörək 50 qəpiyə satılır. Beləliklə, istehlak səbəti ilə müəyyən etmək olar ki, bir adamın tək çörəyinə gündəlik azı 50 qəpik lazımdır. Bu, əmək qabiliyyətli şəxs üçündür. Burada pensiyaçılar və uşaqlar üçün norma daha aşağıdır. Üstəlik, qoyulan minimum təkcə çörək üçün deyil, bütün un məhsullarına aid edilib. Minimum əmək haqqı 300 manatdır. 300 manatdan vergiləri çıxsaq, təxmini 270 manat edir. Bunun 50 qəpiyi tək bir nəfər üçün gündəlik çörəkdir. Hesab etsək ki, orta hesabla 1 ayda 30.4 gün var. Deməli, bir insan bir ay ərzində yalnız çörəyə 15 manat 20 qəpik pul xərcləməlidir. Yerdə 254 manat vəsait qalır. Səbətdə əmək qabiliyyətli əhali üçün kartof illik 54.80 kq nəzərdə tutulub. Bir günlük norma təxmini 150 qramdır. Bu qiymətlə aylıq 4 kq 560 qr kartofu hesablasaq, kartofun qiyməti hazırda 80 qəpikdirsə, ona çəkilən xərc aylıq 3 manat 65 qəpik edir. 254 manatdan çıxsaq, yerdə 251.15 manat vəsait qalır”.

 
Ardını oxu...
 
 
 
 
 

“Minimum əməkhaqqı bazar qiymətlərindən 3 dəfə aşağıdır”

Bu gün ən çox bahalaşma yağ məhsullarında müşahidə edilir. Marketlərdə ən ucuz günəbaxan yağının 1 litri 5 manat 10 qəpikdir. Mütəxəssis vurğulayır ki, Nazirlər Kabineti normasında əmək qabiliyyətli əhali üçün bitki yağı, marqarin və digər piylər 10.9 kq qeyd olunub. Bu səbətə görə, bir adama ayda 0.912 kq yağ lazımdır. İndiki qiymətlə, 5 manat 10 qəpikdən hesablasaq və o məbləği 251 manatdan çıxsaq, 246 manat qalır. Cədvələ əsasən, 1 ay kartof qızartması ilə çörək yesək, aya 24 manat vəsait lazımdır. Reallıq onu göstərir ki, hazırda minimum əməkhaqqı bazar qiymətlərindən azı 3 dəfə aşağıdır. Bir əməkqabiliyyətli şəxsin yaşaması üçün azı 900 manat vəsait lazımdır. Gündəlik qiymətlər qalxırsa, hökumət bununla bağlı addım atmalıdır. Çünki NK qeyd edilən cədvəli minimum əmək haqqı ilə belə uzlaşmır, nəinki bir adamın normal yaşaması”.

“Minimum əmək haqqı bir ailəyə bəs etmir”

Mütəxəssis deyir ki, yaşamaq tək yeməkdən, geyinməkdən ibarət deyil. Hər bir insanın istirahət etmək haqqı var: “Məsələn, bir ailədə 2 nəfər işləyir. Ata və ana hərəsi 300 manat (minimum əmək haqqı) alır. 2 övladları var, onlar məktəblidir. Onların əməkhaqlarından vergiləri çıxsaq, təxmini əllərinə 540 (270 + 270) manat gələcək. Bu məbləğlə bu ailə istirahət edə bilməz. Hətta hesab etsək ki, yerli həmkarlar təşkilatı ailəyə məzuniyyət zamanı 80 faiz ödəməklə göndəriş versə, yenə də istirahət etmək mümkün olmayacaq. Demək minimum əmək haqqı bazar qiymətlərini nəzərə alaraq ailəyə bəs etməyəcək. Onlar əlavə xərclər üçün kimlərdənsə borc almalıdırlar və ya istirahətdən imtina etməlidirlər”.

“1000 manat belə rahat yaşamağa kifayət deyil”

Mütəxəssis hazırda bazar qiymətlərini nəzərə alaraq, öz hesablamalarına əsasən düşünür ki, ailənin bir üzvünün orta yaxşı yaşaması üçün 1000 manat belə kifayət deyil: “İndiki tələblərə uyğun olaraq, hər bir ailə üzvü üçün gəliri 1000 manat götürsək və ümumilikdə, ata və ana vergiləri çıxmaqla 800 manat alsa belə, bu, yenə də rahat yaşamaq üçün kifayət etməyəcək. Rəsmi statistikaya inansaq və 23 faiz inflyasiyanı nəzərə alsaq, bir ailənin üzvlərinin gəliri 1000 manat həddini keçməlidir ki, ölkə daxilində normal yaşasın. İndiki halda ölkə üzrə statistik rəqəmləri götürsək, ümumi olaraq əhalinin 25-30 faizi bunu özü üçün edə bilər”.

Ev almaq və tətilə getmək istəyirsinizsə…

İqtisadçı Xalid Kərimli deyir ki, yaşayış minimumu minimum istehlak səbəti əsasında hazırlanır. Amma burada adından da göründüyü kimi minimum norma götürülüb. Orta norma çıxarılmayıb. Mütəxəssis hesab edir ki, orta yaxşı yaşamaq üçün, ailədə adambaşıma düşən məbləğ 1200 manat olmalıdır: “Bir ailənin Azərbaycan standartlarında yaşaması üçün adambaşına ən azı 600 manat pul lazımdır. Burada yığım və mənzil təminatından söhbət getmir. Cari xərclərin qarşılanması üçün ailə 2 nəfərdən ibarətdirsə 1200 manat, 5 nəfərdən ibarətdirsə 3000-dən artıq gəliri olmalıdır ki, normal yaşasın. Ev almaq və tətilə getmək istəyirsinizsə, təbii ki, gəlirləriniz artmalıdır. Daha yaxşı yaşamaq üçün isə adambaşına 1200 manat gəlirin olmalıdır”.

Ardını oxu...
"Paytaxtdakı tıxac problemini yaradan ən əsas səbəb şəhərin yüklənməsidir. Dəfələrlə bu barədə danışmışıq, parlamentdə çıxış etmişik ki, şəhər boşalmalıdır”.

Teref.Az xəbər verir ki,bu fikirləri News24.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.

O bildirib ki, müəyyən nazirliklər Bakıdan Gəncəyə köçürülməlidir: “Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin Bakıda nə işi var? Bakıda kənd təsərrüfatı var? Yaxud da Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətini və ya Ekologiya Nazirliyini nümunə üçün deyə bilərik. Bəzi qurumlar rayonlara köçürülməlidir. Beləliklə, həm rayonlar inkişaf edəcək, həm də şəhər boşalacaq.

Digər bir məsələ universitetlərdir. Ali təhsil ocaqları paytaxtdan rayonlara köçürülməlidir. Xırdalanda yerləşən Bakı Mühəndislik Universitetini qeyd edə bilərik. Şəhərdən kənarda yerləşir və öz yataqxanası var. Türkiyədə universitetlərin əksəriyyəti şəhərdən kənarda yerləşir”.

A.Abbasın fikrincə, kəndlərdə şərait olsa, camaat qaçıb, Bakıya gəlməz: “Kəndlərdə əkinçilik inkişaf etsə, sahələri sulama imkanları normal olsa, insanlar yaxşı məhsul götürə bilsə, Bakıya gəlməzlər. Problemlər çoxdur, bir deyil, iki deyil. Şəhərin də bir yükgötürmə norması var. Bakı o qədər yüklənib ki, bir azdan aşacaq”.

O, insanların davranışının da tıxacların azalmasında rol oynadığını bildirib: “Belçikanın paytaxtı Brüsseldə dar küçələrdə hərəkət edən tramvaylar var. Həmin küçələr Bakıdakılardan da dardır, amma tıxac yoxdur. Çünki onlarda piyada mədəniyyəti var. Onlarda qadağan olan yerdə heç bir sürücü maşınını saxlamır. Bu, təfəkkürün düzgün formalaşması ilə əlaqədardır. Bizdə insanlar piyada keçidlərini görməzdən gəlib, asfaltın ortası ilə hərəkət edirlər. Bəzi sürücülər də maşını elə sürür ki, gərək onlarla dalaşasan. Mən də o yaşda olmadığım üçün şəhərdə maşın sürmürəm”
 

Dünyapress TV

Xəbər lenti