Ardını oxu...
Şəki sakini Dərya Davudzadə 2010-cu ildən üçüncü qrup əlillik pensiyası alır.

O, ağır epilepsiya xəstəliyindən əziyyət çəkir. Uşaq yaşlarından müxtəlif xəstəxanalarda müalicə alsa da, nəticəsi olmayıb.

Ardını oxu...
“1999-cu ildən qıcolma tutmaları olurdu. Dəfələrlə ambulator müalicə olunub. 2009-cu ildə tutmalar tezləşdiyi üçün fevral və may aylarında Uşaq Nevroloji Xəstəxanasında ambulator müalicə götürüb”.

“Gözətçi” xəbər verir ki, bunları Dərya Davudzadənin atası Natiq Davudov bildirib. Onun sözlərinə görə, oğlunun başında 4 şiş var və əməliyyatı risklidir.

“2021-ci ilin mart ayında əlillik pensiyası dayandırıldı. Pensiyasının təkrar təyin edilməsi üçün müraciət etdik, bildirdilər ki, ambulator müalicə olmalıdır. Oğlumun işləmək qabiliyyəti yoxdur, tez –tez qıcolmalar baş verdiyi üçün bir işdə bir aydan artıq qala bilmir. Belə bir xəstənin tək, kömək olmadan xəstəxanada qalıb, müalicə alması mümkünsüzdür. Bunu bildirsəm də, yenə də “ambulator müalicə lazımdır” dedilər. Hətta Respublika Klinik Xəstəxanasında növbə gözləyərkən qıcolma tutdu. Həkimlər gözləri ilə görsələr də, xəstəliyinin ağır olduğunu qeyd etmədilər”.

Ardını oxu...

Natiq Davudov bildirir ki, oğlu Dərya Davudzadə hər il mütamadi olaraq Medera Hopitalın Epileptoloq Nevroloqu doktor Ehtiram Alişanovdan müalicə götürür.

“Gözətçi” olaraq məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib.
 
Ardını oxu...
"Twitter" şirkəti işçilərini kütləvi şəkildə ixtisar edir.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, ixtisarlar əsasən şirkətin Hindistandakı ofisində aparılıb.
Məlumata görə, Hindistandakı işçilərin 50%-dən çoxu işdən çıxarılıb.
İxtisarlarla əlaqəli olaraq şirkətin ofisləri də bağlanıb. Hazırda işçilərin daxili sistemlərə girişini kəsilib.
Qeyd edək ki, “Twitter”in yeni sahibi İlon Maskın işçilərin yarısını ixtisar edəcəyi təxmin edilirdi. Şirkətin ümumilikdə 7500 işçisi var idi.
 
Ardını oxu...
“Əvvəl Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçən müəllimlərin beş il ərzində sertifikasiyaya cəlb olunmayacaqları müəyyən edilmişdi. Daha sonra bu müddətin azaldılması təklif edildi və biz hazırda o təklif üzərində çalışırıq”.

Bunu Elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir həmin müddətin azaldılmasının gözlənildiyini bildirib:

“Amma prosesin keçirilmə qaydası olduğu kimi qalır, həmin qaydanın dəyişməsi zaman alar. Sertifikasiya həm müəllimlərin bilik bacarıqlarının qiymətləndirilməsi, həm differensial əməkhaqqına keçid, həm də müəyyən mənada müəllimlərin işə qəbulu prosesinin təkmilləşdirilməsidir. Bu mənada həmin islahatın yerinə yetirilməsi üçün 5 illik müddətin bizə lazım olduğunu düşünürük”.

Qeyd edək ki, bu il ölkədə sertifikasiya imtahanı reallaşdı və həmin prosesdən keçən müəllimlər 5 ildən sonra yenidən sertifikasiyaya cəlb olunacaqlar.

MİQ imtahanından keçən müəllimlərin sertifikasiya ilə bağlı verilən 5 il müddətinin azaldılması müəllimlərin davamlı imtahan prosesinə cəlb edilməsinə gətirib çıxarmayacaqmı?

Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, mövcud qanunvericilikdə Müəllimlərin İşə Qəbul imtahanı sertifikasiyaya bərabər tutulur:


“Əgər bərabər tutulursa, bu o deməkdir ki, avtomatik olaraq həmin artım müəllimlərə də şamil olunmalıdır. Qanunvericilikdəki müvafiq boşluğu bir müvafiq qurumlara təqdim etmişik. Onların qeyd etdiyi təklif “Kamal” Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin təklifidir. Əslində, məzmun baxımından MİQ imtahanı ilə Sertifikasiya imtahanı tamamilə fərqlidir. Birində bilik maksimum yoxlanılırsa, digərinə minimum yoxlanılır. Təbii ki, bir imtahan vermiş şəxsin bir müddətdən sonra təkrar imtahana cəlb edilməsi heç bir halda normal qəbul edilə bilməz. Bunun yeganə çıxış yolu MİQ imtahanının növbəti mərhələyə qədər Sertifikasiyaya bərabər tutulmasıdır. Sadəcə məsələ odur ki, sertifikasiyada müsahibə mərhələsində tamamilə fərqli bacarıqlar, MİQ imtahanında fərqli konfitensiyalar yoxlanılır”.

Eskpert bildirib ki, ona görə də müddətin azaldılması heç bir halda müsbət qəbul edilə bilməz:

“Mütəmadi olaraq insanların imtahanlarda iştirak etməsi onların normal həyatına, tədrisə mənfi təsir göstərəcək. Yaxşı olar ki, növbəti 5 il üçün həmin şəxslər müvafiq olaraq artımla əməkhaqlarını alsınlar, bu, daha ədalətli olardı. Yəni konkret təklif odur ki, ilk dəfə işə qəbul olunanlar 5 ildən sonra deyil, 3 ildən sonra sertifikasiyaya cəlb edilsin. Növbəti dəfə 5 ildən sonra iştirak etsin. Yalnız yeni işə qəbul edilmiş şəxslərin gözləmə müddətinin 5 ildən 3 ilə salınması fikri var. Ancaq hər növbəti sertifikasiya üçün 5 il normal ola bilər”.
 
Ardını oxu...
3 yaşına çatanadək uşaqlara qulluğa görə müavinət üçün 11 milyon manat ayrılacaq.
Teref.Az Xezerxeber-ə istinadən xəbər verir ki, Deputat Tahir Kərimli bu barədə məlumat verib.
O qeyd edib ki, bugünədək bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 28 manat olub. Gələn il 3 yaşına çatanadək uşaqlara qulluğa görə isə müavinət üçün 11 milyon manat ayrılacaq.
 
Ardını oxu...
Adətən ölkəmizdə sığorta hadisəsi baş verən zaman sığortalı şəxsləri narahat edən məsələlərdən biri həmin an necə davranmaqdır. Hökmən sığorta işçisini hadisə yerinə dəvət etmək lazımdır, yoxsa dəymiş ziyanın fotosunu göndərmək yetər? Elə sığorta şirkətləri də bir çox hallarda sadəcə foto və ya video ilə kifayətlənmir, dələduzluq hallarının baş verə biləcəyindən narahat olurlar.

Bəs qanunvericilik bu məsələyə nə deyir?

TEREF.AZ yazır ki, İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov "Report"a bildirib ki, sığorta şirkətləri istəsələr, ümumiyyətlə hadisə yerinə gəlməyə bilərlər.

“Yol-nəqliyyat hadisəsi zamanı zərərin təsbit edilməsi və zərər vuran şəxsin müəyyənləşdirilməsi tamamilə Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətindədir. Qiymətləndirmə isə hadisə ilə əlaqədar araşdırma aparıldıqdan, təmir məsələləri üçün müraciət edildikdən sonra Mərkəzi Bankın reyestrinə daxil olan müstəqil ekspertlər tərəfindən hesablanır. Yəni, bunlar sığorta hadisəsinin baş verdiyi yerdə həyata keçirilən bir proses deyil”.

Sığorta eksperti Pərviz Quliyev hesab edir ki, həyat və qeyri-həyat sığortasında yanaşma fərqlidir və bu, konkret hadisənin spesifikasiyasından asılıdır:

“Azərbaycanda ən çox hadisə avtomobillə bağlı olan hadisələrdir və əmlak sığortası olan yanğın hadisələridir. Daha çox avtomobillə bağlı olan qəzalarda, böyük həcmdə qəzalar olanda məsələn, ziyan çox olduqda sığorta şirkətinin özünün marağındadır ki, vaxtında hadisə yerinə gedib, araşdırsın, foto və video görüntülər əldə edə bilsin. Çünki qəza ağır olanda, xərclər çox olanda dələduzluq hadisələri ehtimalı olur. Onların özlərinin orada olması isə belə ehtimalların şübhələrini aradan çıxarır”.

P. Quliyevin fikrincə, KASKO sığortası daxilində əgər sığorta şirkətinin imkanı, resursu varsa, hadisə yerinə getməlidir: “Məsələn, müştəridən çox şey asılıdır. Əgər müştəri etibarlıdırsa, VİP kateqoriyasına aiddirsə onda şirkət müştəriyə deyir ki, şəkilləri özün çək, lazımi olan sənədləri də təqdim et. Eyni qayda əmlak sığortasında da keçərlidir. Burada təbii ki, Fövqalədə Hallar Nazirliyinə (FHN) müvafiq sənəd təqdim olunmalıdır”.

P.Quliyev bildirib ki, son illərdə sığorta şirkəti ilə müştərilər arasında icbari sığorta ilə bağlı qeyri-rəsmi razılaşmalar var:

“Sığorta şirkətləri zərəri təxminən 1 000 manata qədər olan hadisələrdə hətta polisin sənədini istəmirlər. Hadisə yerindən olan foto və video əsasında qiymətləndirilmə aparılır. Sığorta şirkətinin mütləq qaydada hadisə yerinə gəlməsi məcburi deyil. Amma bu onun hüququdur”.

Həyat sığortasına gəldikdə isə, məsələn ölüm hadisəsi baş verirsə, ailə üzvünə, varisinə zəng vurub çağırmaq vacib deyil, ekspert hesab edir.

“Ağır xəsarət alıb əməliyyat olunmaq da eyni qəbildən olan haldır. Burada hadisə üçün təsdiqləyici sənəd həmin tibbi arayışdır. Ölüm halıdırsa, ölüm şəhadətnaməsi lazım olur. Burada da sığortaçının hüququ var ki, şübhəli hal varsa, istənilən bir dövlət orqanına sorğu göndərsin.

Ümumiyyətlə, həyat sığortasında hadisə yerinə çıxış etmək imkanı məhduddur. Yəni, hadisə zamanı ölüm baş verirsə, heç kim sığorta şirkətinə zəng etmir. Çünki bilir ki, ölüm şəhadətnaməsini sığorta şirkətinə sonra təqdim edə biləcək”, - P.Quliyev bildirir.

Sığorta şirkətlərindən »Report»a bildirilib ki, sığorta hadisəsi hesab edilə bilən halın araşdırılması isə qanunvericiliyə əsasən, sığortaçının vəzifəsi deyil, hüququdur: “Sığorta şirkətinin daxili qayda və prosedurlarına uyğun olaraq sığorta şirkətinin əməkdaşının hadisə yerinə çıxması və hadisəni araşdırması nəzərdə tutula bilər, ancaq bu hal qanunvericiliklə sığorta şirkətinin üzərinə qoyulmuş öhdəlik deyil”.

Sığorta eksperti İlkin İbrahimov bildirib ki, sığorta şirkətinin sığorta hadisəsi ilə bağlı hadisələrə çıxmaqla qanunvericilikdə heç bir qayda müəyyən olunmayıb:
“Qəza komissarı, sığorta eksperti tərəfindən hadisə zamanı forma müəyyən olunur. 10 il əvvəl müstəqil xidmət göstərən belə şirkətlər var idi. Onlar hadisə yerinə gedib araşdırırdılar. Daha sonra sığorta şirkətləri bu işi öz əməkdaşlarına havəle etdilər. Onların vəzifələrini müəyyən etdilər”.
 
Ardını oxu...
Azərbaycan əhalisinin yaş qrupları göstəricisinə nəzər salaq.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ilin əvvəlinə ölkə əhalisinin 28,3 faizi 19 yaşadək, 32,5 faizi 39 yaşadək, 25,7 faizi 59 yaşadək, 9,1 faizi 69 yaşadək, 4,4 faizi 70 və daha yuxarı yaşlı şəxslər olub.

İqtisadçı, vətəndaş cəmiyyəti eksperti Rövşən Ağayev yazır ki, 2010-2020-ci illərdə Azərbaycanda 0-19 yaş qrupu üzrə əhali sayı 1,6 faiz azalıb, 60 yaşdan yuxarı şəxslərin sayı 65 faiz artıb: “Əhalinin sürətli demoqrafik qocalmasını aşkar göstərən mühüm faktdır. BMT-nin proqnozlarına görə, 2050-ci ilədək inkişaf etmiş bəzi ölkələrdə ahıl əhalinin xüsusi çəkisi 50 faizi ötəcək. Əhalinin sürətli qocalması yaxın yüzillikdə dünya üçün qlobal iqlim dəyişikliyindən daha ciddi problemdir”.

Dünya Bankının son hesabatına görə, 2011-2021-ci illərdə Azərbaycanda hər 1000 nəfərə düşən doğum sayı 19,4-dən 11,2-yə enib. 10 il öncə 65 yaşı aşan şəxslər ölkə əhalisinin 5,8 faizi idi, indi həmin göstərici 8 faizdir.
 

Ardını oxu...
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “qənaət” etdiyi 1 milyard manat necə formalaşıb? Pensiya islahatlarının nəticəsi haqqında məlumat açıqlanıb: 2021-ci ildə pensiya xərclərinə qənaət 2018-ci illə müqayisədə 549, 2022-ci ilin yanvar-avqust ayları üzrə pensiya xərclərinə qənaət isə 2018-ci illə müqayisədə 495 milyon manat olub. Yəni anlaşıqlı desək, bu o deməkdir ki, 2018-ci ildə və sonrakı illərdə nazirliyin apardığı araşdırmalarla müəyyən olunub ki, yarım milyardlıq pensiya qanunsuzdur, odur ki, 2021 və 2022-ci illərdə onun verilməsindən imtina edilib".

DİA.AZ-ın pravda.az-a istinadən xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

O.Gündüz qeyd edib ki, nazirlik bu addım adını “qənaət” qoyublar: "Son 3-4 il ərzində isə “qənaət” olunan məbləğ təxminən 1 milyard olub. Xatırladıram ki, nazirliyin qanunsuz pensiyalara və qanunsuz əlilliyə qarşı mübarizəsi də məhz həmin dövrləri əhatə edib. 1 milyardlıq “qənaət” üçün əsaslar yaradan keçmiş nazir Səlim Müslümova qarşı 27 milyonluq yeyinti ittihamı irəli sürülüb və bildiyim qədər hazırda ev dustaqlığındadır".
Ardını oxu...
Razi Nurullayev: “Bu, artıq həyəcan siqnalıdır, pensiya yaşının aşağı salınmasına ehtiyac yaranıb”
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda son bir il ərzində 76 min 878 nəfər vəfat edib. Rəsmi məlumata görə, vəfat edənlərin 40%-i 65 yaşından aşağı şəxslər, yəni pensiya yaşına çatmayan şəxslər olub. Pensiya yaşına çatmadan vəfat edən kişilərin sayı daha çox olub. İl ərzində vəfat edən kişilərin 47%-i və ya 21 min 339 nəfəri pensiya yaşına (65 yaş) çatmadan ölüblər.

Məlumat üçün bildirək ki, 12 il əvvəl - 2010-cu ildə Azərbaycanda 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardı.

Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılıb.

Daha sonra kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb.

Nəticədə son 12 ildə kişilərin pensiya yaşı 62-dən 65-ə, qadınların pensiya yaşı isə 57-dən 63-ə (2027-ci ildə 65 yaş olacaq) çatdırılıb. Pensiya yaşı azaldılmalıdırmı?

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu statistika pensiya sistemini tamamilə ifşa edən, biabırçı bir vəziyyəti göstərən statistikadır: “Qısaca desək, əhalinin, xüsusən də kişilərin yarıya yaxını pensiya ala bilmir. Faktiki olaraq dövlət 20-30-40 il insanlardan sosial sığorta haqqı tutur, özü üçün o pulları yığır, amma insanların yarısı o pulu ala bilmir. Bu pul batır. Bu o deməkdir ki, dövlət pensiya vermir. Qaldı ki bu pensiyaların 65-dən sonra, hətta 12 ilə bölünməsinə, əhalinin orta yaşını götürsək belə, yerdə qalan insanlar cəmi 1-2, 3-5 il pensiya ala bilir. Çox böyük əksəriyyəti, 80-90 faizinin pulu batır. Yaşı 65-ə qədər olan şəxs ölürsə, bu pul tamamilə batır. Ancaq o deməkdir ki, dövlət vətəndaşın pulunu alıb mənimsəyir. Yəni illərlə bu pulu yığır, sonra o pulu vermir, o pul ailəsinə də çatmır. Amma bəzi ölkələrdə özəl pensiya fondları var. İnsanlar o fonda pulu keçirir və özü rəhmətə getsə də, ailə üzvləri puldan alıb bəhrələnir. Çünki bunun qanuni, hüquqi puludur. Bu pulu özü üçün yığıb, dövlətin onu mənimsəməsi üçün deyil. Yəni bu pul insana çatmalıdır, ölsə də, ölməsə də, bu, insan əməyinin nəticəsidir. Özü üçün yığdığı fonddur. Onun pulu hər variantda varislərinə, ailələrinə verilməlidir. Faktiki olaraq bu gün pensiya demək olar ki, yoxdur. Birincisi, dövlət pensiya vermir, vətəndaşlar özləri üçün, öz hesablarına pul yığırlar və sonra bu pulun böyük bir hissəsi batır. Bu halda bəziləri deyir ki, dövlətə ödəməkdənsə, elə həmin pulu bankda yığar, 20-30 il ərzində faiz də üstünə gələr. İki qat pul olar. Dünyamı dəyişsəm də, bu pul ailə üzvlərimə çatar. İndiki halda isə faktiki olaraq ən azı əhalinin yarısının pulunu dövlət mənimsəyir, yəni pensiyası batır. 2010-cu ildən tətbiq olunan bu sistem tamamilə biabırçılıqdır. Bu, ləğv olunmalıdır. Normal bir sistem qurulmalıdır”.

Sosioloq əlavə edib ki, insanların maaşlarının əhəmiyyətli bir hissəsi həm də sosial sığorta haqları üçün tutulur: “Hələ bu, təkcə işçidən tutulan deyil, müəssisələrdən tutulan da bunun üzərinə gəlməlidir. Çünki müəssisə tutulan pulu işçinin maaşına əlavə edə bilərdi. Sosial fonda ödədiyinə görə onun maaşına əlavə edə bilmir. Bu o deməkdir ki, külli miqdarda, 25 faiz həcmində insanın gəliri tutulur və sonra o pulu ala bilmir. Böyük əksəriyyəti ala bilmir. Yəni belə bir sistem ola bilməz. Bu, pensiya sistemi deyil. Bilmirəm, bunun adını necə demək lazımdır. Onsuz da əhalinin orta yaş həddi getdikcə azalır. Getdikcə xəstəliklər çoxalır. Bu saxta qidalar qəbul etməkdən, zəhərli, təhlükəli qidalar, təhlükəli dərmanlar, müalicə, tibbi xidmətlərin çoxunun, xüsusilə əhalinin aztəminatlı hissəsi üçün əlçatan olmaması səbəbindən insanların yaş həddi azalır. Gözlənilən ömür müddəti azalır. Bu halda hansı pensiyadan söhbət gedə bilər? Xüsusən də 65 yaşa qaldırılanda. Təcili surətdə pensiya yaşı 60-a endirilməlidir. Elə qadınlar üçün də, kişilər üçün də 60-a endirilməlidir. Yalnız bu halda pensiyadan danışmaq olar. Ətrafımızda müşahidələrlə görürük, verilən statistika həqiqətəuyğun deyil. Misal üçün, orta ömür 74 yaş göstərilib. Ətrafımda 74 yaşlı bir nəfər belə tanımıram. İnsanların böyük əksəriyyəti 60-70 yaş arasında dünyasını dəyişir. Bu halda pensiya yaşını 65 qoymaq konkret o deməkdir ki, pensiya verilməyəcək. Xidmət müqaviləsi ilə işləyənlər var, tutaq ki, 200 manata müqavilə əsasında xidmət göstərir, təsəvvür edin, bunun aldığı pulun 200 manatının yarısı sosial sığorta və vergiyə tutulur, təqribən 50 faizi. Bu, dəhşətli bir rəqəmdir. Adam ay ərzində 200 manatlıq xidmət göstərəcək və dövlət bunun yarısını əlindən alacaq. Harada görülüb belə bir şey?! Vergi sistemi də, sosial sığorta sistemi də dəyişilməlidir. Yəni dövlət bir tərəfdən işçidən alır. 22 faiz də müəssisədən alır. Maaşın böyük bir hissəsini 20-25 faizini təkcə sosial sığortaya ayırır. İcbari tibbi sığorta var, işsizlikdən sığorta, vergi var, filan var. Bu pullar da tutulanda vətəndaşın işlədiyindən əlinə az pul qalır. Bu vəziyyətə son qoyulmalıdır”.

Millət vəkili Razi Nurullayev də mövzu ilə bağlı “Yeni Müsavata” fikrini deyib. O qeyd edib ki, pensiya yaşının aşağı salınması ilə bağlı parlamentdə ən azı üç dəfə çıxış edib: “Əlavə olaraq mən bunu hər zaman əsaslandırmağa çalışmışam və faktları demişəm. Qəbiristanlıqlarda apardığım monitorinqin nəticəsi onu deməyə əsas verir ki, insanların daha çox hissəsi, 60-70 faizi 65 yaşına çatmadan, yəni pensiya almadan dünyasını dəyişir. Ona görə də pensiya yaşının aşağı salınmasına ehtiyac var. Buna kontur-arqument kimi bir çox mütəxəssislər, ekspertlər, hətta hökumət nümayəndələri də qeyd etdi. Dünyanın bir çox ölkələrində pensiya yaşı ən azı 65, bəzi ölkələrdə 68-70-dir. Amma həmin ölkələrdə insanların həyat səviyyəsi daha yüksəkdir. Onların tibbi xidmətlərə əlçatanlığı daha yaxşıdır. Sosial rifahı gözəldir. Ona görə də onların orta ömürlülük səviyyəsi Azərbaycandan daha yüksəkdir. Məntiqlə bu, doğru ola bilər. Azərbaycanda da insanların sosial rifahını, yaşayışını bu həddə qaldırsaq, tibbi əlçatanlığı qaldıra bilsək, insan ömrünü 3-4 il uzada bilsək, o zaman bunu əsaslandıra, qəbul edə bilərik. Amma indiki halda Azərbaycanda dediyimiz şərtlər olmadığına görə biz dünya ilə yarışa girib insanların pensiya yaşı həddini yuxarı qaldırmaqla düzgün addım atmamışıq. İndi düzgün addım atmamışıq. Ola bilsin ki, bunu əsaslandıranlar doğru hesablamalar aparmayıblar. Statistikanı düzgün hesablaya bilməyiblər. Onlar Azərbaycan əhalisinin orta yaş həddini düzgün qiymətləndirə bilməyiblər ki, insanlar nə qədər uzun ömürlüdür. Statistik məlumatlar da mənim dediyimi təsdiqlədiyinə görə belə çıxır ki, bu, artıq həyəcan siqnalıdır. Pensiya yaşının aşağı salınmasına ehtiyac yaranıb”.

Afaq MİRAYİQ,

“Yeni Müsavat”
 
Ardını oxu...
 
 

 
Azərbaycanda orta aylıq pensiya artırılır.

 

"Report"un xəbərinə görə, bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.

Qeyd edilib ki, “Əmək pensiyaları haqqında “1-pensiya №li forma” statistik hesabata əsasən, cari ilin 1 yanvar tarixinə ölkə üzrə orta aylıq pensiya məbləği 331,8 manat olduğu halda ilin I yarısında 36,2 manat və ya 10,9% artaraq 368,0 manat təşkil etmiş, artım pensiyanın hər 3 növü üzrə baş verib.

Cari ilin I yarısında yaşa görə pensiyalar 37,7 manat (10,4%), əlilliyə görə pensiyalar 31,8 manat (10,9%), ailə başçısını itirməyə görə pensiyalar isə 29,8 manat (10,3%) artmışdır ki, bu da minimum pensiya məbləğinin artırılması, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi və cari ilin 1 yanvar tarixinədək əmək pensiyası təyin edilmiş şəxslərə maddi yardımın ödənilməsi hesabına baş verib. Minimum pensiya məbləğinin daha yuxarı həddə çatdırılması və pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi ilin I yarısında həyata keçirildiyindən pensiya məbləğlərindəki nəzərəçarpacaq dəyişiklik bu dövrdə müşahidə edilib. İlin II yarısında isə pensiya məbləğlərində kəskin dəyişiklik yarada biləcək halların gözlənilməməsi səbəbindən növbəti ilin əvvəlinə orta aylıq pensiya məbləğləri aşağı artımla proqnozlaşdırılıb.

Belə ki, növbəti ilin əvvəlində yaşa görə orta aylıq pensiyanın 0,1 manat azalması, əlilliyə görə orta aylıq pensiyanın 0,4 manat artması fonunda, ümumi orta aylıq pensiyanın 1,4 manat artaraq 369,4 manat həddində olması gözlənilir ki, bu da ailə başçısını itirməyə görə pensiya növündə gözlənilən artım ilə əlaqədardır.

Növbəti ilin sonunda isə orta aylıq pensiya məbləğinin ilin əvvəli ilə müqayisədə 52,6 manat və ya 14,2% artaraq 422 manat olacağı proqnozlaşdırılır.

 

XalqXeber.Az

Ardını oxu...
DİA.AZ: - Ucar rayon Pirkənd kəndində yaşayan Həşimov Elmin Yaşar oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyiklir:

"Hörmətli cənab nazir, mən mətbuat vasitəsi ilə Sizə bildirirəm ki, aztəminatlı ailə olsaqda ünvanlı sosial yardım ala bilmirik. Belə ki, dəfələrlə müraciətlər etmişik. Amma əsassız imtinalar verilir. Qeyd edim ki, özüm üçüncü qrup gözdən əliləm. Bir gözüm tamamı ilə görmür, kordur. Həyat yoldaşımda işləmir. İki övladım var. Oğlum sağlamlığı məhdud uşaqdır. Bu övladıma 200 manat sosial müavinət, həyat yoldaşım ona baxdığına görə 80 manat baxım pulu alır. Mən özüm isə üçüncü qrup əlil kimi 120 manat sosial müavinət alıram. Birdə həyat yoldaşımın və mənim pay torpağımız var. Kartofumuzu, soğanımızı və digər tərəvəz məhsullarını həmin torpaq sahəsində əkib becəririk.Əvvəllər atam köməklik edirdi. Artıq bir neçə aydır ki, oda maddi köməklik etmir. Deyir «Yaşlı adamam artıq özümü güclə dolandırıram. Nə vaxta kimi mən sənə maddi köməklik etməliyəm»

Yeddi-səkkiz il bundan əvvəl atam mənə hal-hazırda yaşdığımız evi tikib. Həmin vaxtdan bizdə köçüb burda yaşayırıq. Hansı bir şəraitdə yaşayırıq mən Sizə deyim və bu dediklərimin subutu kimi yaşadığımız evin otaqlarının şəkillərini bu müraciətimə əlavə edirəm.Həmin şəkillərdən görəcəksiniz ki, ailəm necə ağır vəziyyətdə yaşayır. Belə ki, bizim yaşadığımız bu evin otaqlarının iç suvağı yoxdur. Ev hörgü daşı ilə hörülüb, üstü örtülüb, polu və pataloku köhnə, yararsız taxtalarla yığılıb. Biz belə şəraiti olan evdə yaşayaırıq.

6 sentyabr.2022-ci il tarixində etdiyim müraciətə imtinanın səbəbi kimi «Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması» göstərilib.Bu imtinadan sonra ünvanlı sosial yardım almaq üçün 15 oktyabr 2022-ci il tarixində elektron vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraraciət etdim. Bu müraciətim nazirliyin elektron xidməti olan VEMTAS tərəfindən rəsmi qeydiyyata alındı. Dörd gündən sonra yəni 19.10.2022-ci il tarixində, Göyçay şəhərində DSMF-nin sədri Himalay Məmişovun qəbulunda oldum. Problemi olduğu kimi fondun sədrinə bildirdim və eyni zamanda yazılı ərizədə təqdim etdim. Lakin cəmi iki gün sonra ünvanlı sosial yardım almaq üçün etdiyim bu müraciətədə yenidən imtina gəldi. Bu imtinanın səbəb kimi «Ailə üzvü Həşimova Gülzar Namət qızının Azərbaycan Respublikasının Əmək və Əhalijnin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemindən əldə edilən məlumata əsasən A 904013018955-806401 torpağının olması barədə torpağın qeyd edilməməsi» göstərilib. Bu əsassız verilmiş bir imtinadır. Ona görə ki, həyat yoldaşımın bir pay torpağı var Həmin A 904013018955-771162 pay torpaq sahəsi ilə bağlı məlumatı 15.10.2022-ci il tarixində etdiyim müraciətdə qeyd etmişik. Mən verilmiş bu imtinanı, Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətindən aldığım arayışı və A 904013018955-771162 torpağı ilə bağlı məlumat verilməsini subut edən sənədləridə ərizəmə əlavə edirəm. Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətindən həyat yoldaşım Həşimova Gülzar Namət qızın adına verilmiş arayışdan subut olunur ki, onun adına A 904013018955-806401 torpaq sahəsi yoxdur".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti