Məhkəmə hakimi 1-ci qrup əlilə SAVAŞ AÇIB?
DİA.AZ: - Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini, birinci qrup hərbi əlil ictimai fəal Məhəmmədəli Azər oğlu Səmədov tərəfindən ölkə rəhbərliyinə, Məhkəmə-hüquq Şurasına və aidiyyəti orqanlara müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Yazaraq bildirmək istəyirəm ki, Göyçay Rayon Məhkəməsinin hakimi Elçin Qurbanov Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarımızı, ədalət prinsipini heçə sayaraq, heç bir mötəbər və əsaslı sübutlara dayanmadan ədalətsiz qərarlar verməkdədir. "Məhkəmələr və Hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, "Ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir" Lakin, adı çəkilən hakim mənə qarşı qeyri-qanuni hökm çıxarmaqla həddi aşmışdır. Belə ki, mən ictimai fəal olaraq Göyçay Rayon Mənzil İstismar Sahəsinin (Göyçay "Şəhər Təsərrüfatı Birliyi"nin Mənzil Sahəsi) keçmiş rəisi Ayaz Məmmədəli oğlu Səfərəliyev haqqında ölkə başçısı cənab İlham Əliyevə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə, Göyçay Rayon Prokurorluğuna və aidiyyəti orqanlara yazılı ərizələrlə müraciət etmişdim. Müraciətə əsasən, sözü gedən şəxsin həmin idarədə çalışdığı müddət ərzində olan fəaliyyətinin araşdırılmasını istəmişdim. Hətta şikayətin daha ətraflı və ciddi araşdırılması məqsədilə 10 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevin Kürdəmir rayonundakı vətəndaş qəbulunda da iştirak etmişdim. Beləliklə Göyçay Rayon Prokurorluğundan işin Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıldığına dair cavab məktubu almışdım. Ancaq, Ayaz Məmmədəli oğlu Səfərəliyev rayonumuzdakı məmur böyüklərinin razılığını (dobro) əldə edib, öz aləmində məni susdurmaq xülyalarına düşdü. Onun mənə qarşı "şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi" tələbinə dair mülki qaydada Göyçay Rayon Məhkəməsinə verdiyi iddiasında 28.03.2023-cü il tarixdə "vəkil" Mətanət Həsənova iştirak edirdi. İddiaçı 5000 (beş min) manat sabit pul məbləğində təzminat və mənim "Facebook" sosial şəbəkəsində açdığım profil və qruplarda təkzib yazmağımı tələb edirdi. Bu minvalla ikinci məhkəmə 17.04.2023-cü il tarixdə, saat 10:30-da keçirildi. Ayaz Səfərəliyev tərəfdən məhkəmə zalında iştirak edən "vəkil" Mətanət Həsənova əsaslı faktlarla gəlməmişdi. Sadəcə A4 kağızı üzərində PDF formatlı hansısa məqaləni sübut kimi təqdim etdi. Hakim Elçin Qurbanov da öz növbəsində qeyri-əsaslı şəkildə həmin sübutları qəbul edərək iddianın qismən təmin edilməsinə dair qərar verdi. Hakim "iddia qismən təmin olunsun, cavabdeh Məhəmmədəli Azər oğlu Səmədovdan 300 (üç yüz) manat sabit pul məbləğində təzminat tutularaq iddiaçı Ayaz Məmmədəli oğlu Səfərəliyevə verilsin və Məhəmmədəli Azər oğlu Səmədovun "Facebook" sosial şəbəkəsində açdığı profil və qruplarda təkzib paylaşılsın", - bildirdi.
Cənab Prezident! Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində bildirildirilən "Bərabərlik hüququ"nun bərpa edilməsi üçün Sizə müraciət edirəm. Çünki həmin Qanunun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
Sizdən çox xahiş edirik, Göyçay Rayon Məhkəməsinin hakimi Elçin Qurbanovun çıxardığı ədalətsiz qərardan veriləcəyim apellyasiya şikayəti təmin edilərək qərarın ləğv edilməsi dair qanun qəbul edilsin, sifarişli qərar qəbul edən hakim Elçin Qurbanov isə cəzalandırılsın. Ona görə ki, mən ictimai fəal olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsini (Müraciət etmək hüququ) və Sizin "Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq", - sözünüzü rəhbər tutaraq haqq mübarizəyə başlamışam. Lakin, mənim ictimai nəzarət prinsipini həyata keçirən fəaliyyətim rayonumuzda çalışan və özbaşınalıqlar edən bəzi "məmur"ları narahat edir. Əminəm ki, Siz əsla imkan verməzsiniz məmur özbaşınalığından xəbər verən ictimai fəal sifarişli şəkildə susdurulsun".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti