Ardını oxu...
“Ermənistan və Azərbaycan arasında sülh danışıqları davam edir və biz bunu görməkdən məmnunuq”.

“Report”un ABŞ bürosu xəbər verir ki, bu fikirlər ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin yayımladığı bəyanatda qeyd olunub.

Sənəddə qeyd olunub ki, Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşları ilə görüşəcək:

“ABŞ dövlət katibi Entoni Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq olar. Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcəklər. Ümid edirik ki, bu məsələlərin həlli zorakılıq yolu ilə deyil, masa arxasında məhsuldar danışıqlarla olacaq.

Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər. Konstruktiv dialoq sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar bölgədə davamlı və qalıcı sülh sazişinin bağlanması üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”.
Ardını oxu...
İsrail Prezidenti İshak Hersoq və xanımı Mixal Sislan Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Mayın 30-31-ni əhatə edəcək iki günlük səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutur. Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edir.
Prezident İlham Əliyevin İsrailli həmkarı İshak Hersoqla ilə təkbətək görüşü olub.
İki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsinin müzakirəsi aparılıb.
İsrail Prezidenti bildirib ki, Azərbaycan dünyaya və regiona böyük təsir göstərir.
İlham Əliyev Azərbaycanla İsrail arasında fəal siyasi dialoq qurulduğunu vurğulayıb.
Qeyd edək ki, iki günlük səfər çərçivəsində İsrailin yaranmasının 75-ci ildönümü ilə bağlı xüsusi tədbirin olması gözlənilir.

TEREF.AZ-ın məlumatına görə, səfərin gizlinlərini "Sherg.az"a dəyərləndirən politoloq İlqar Vəlizadə söyləyib ki, İsrail Prezidenti icraedici orqanın rəhbəri deyi:

"O daha çox ölkəni xaricdə təmsil edən bir şəxsdir. Digər tərəfdən son zamanlarda Azərbaycan İsrail münasibətləri inkişaf edən xətt üzrə irəliləyir. Həmçinin geosiyasi vəziyyət qarşılıqlı əlaqələrin hər iki ölkə üçün böyük təsiri olduğunu göstərir. İsrail Prezidentinin səfəri də bununla əlaqədardır. Ümumiyyətlə İsrail balaca bir dövlət olsa da, regionda çox böyük təsir gücünə malikdir. Ona görə də biz iki ölkə arasındakı əlaqələrdən danışanda, təkçə hərbi və təhlükəsizlik məsələlərinə diqqət yönəltməməliyik. Həmçinin iqtisadi əməkdaşlığa da nəzər salmalıyıq".

Analitik əlavə edib ki, İsrailin çox böyük elmi bazası var:

"Biz isə bundan yararlanmaq istəyirik. Məsələn İsrailin ərazisinin yarısından çoxu, səhralıqdır. Ancaq onlar buğdanın çətin şəraitdə becərilməsinə nail olublar. Həmçinin enerji, texnika, təhsil və səhiyyə sahəsində də İsrailin böyük uğurları var. Bu səfər çərçivəsində də səhiyyə ilə bağlı iki ölkə arasında sənəd imzalanacaq. Ümumiyyətlə isə İsrail Prezidentinin səfərləri konkret yox, daha ətraflı məsələlərin müzakirəsinə hesablanıb. Həmçinin rəsmi Bakı, Təl-Əviv üçün çox önəmli tərəfdaşdır. Çünki Azərbaycan regionda aparıcı ölkələrdən biridir. Digər tərəfdən İsrail bizim İranla qonşu olduğumuzu da nəzərə alır. Ona görə də Azərbaycanla əlaqələri sıx saxlayır. Səfəri yüksək qiymətləndirirəm . Bu gələcəkdə iki ölkə arasındakı əlaqələrin inkişaf xəttini daha da gücləndirəcək".
Ardını oxu...
Almaniya Kansleri Olaf Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Almaniyaya dəvət edib.

Bu barədə Almaniya Kanslerinin Ofisi məlumat yayıb.

Bildirlib ki, Olaf Şolts Türkiyə Respublikasının yenidən seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanla bu gün telefonla danışıb və onu seçkidə qalib gəlməsi münasibətilə təbrik edib.

"Kansler Almaniya ilə Türkiyə arasında sıx əlaqələri, NATO-da ortaq müttəfiqliyi vurğulayıb. Tərəflər hökumətlər arasında əməkdaşlığa gücləndirmək və ümumi prioritetlər barədə razılığa gəliblər. Digər məsələlərlə yanaşı, onlar Şərqi Aralıq dənizində vəziyyətin müsbət istiqamətində dəyişməsini, NATO-da qəbul edilən qərarlar və Türkiyənin Avropa İttifaqı ilə münasibətləri üzərində birgə işləmək istədiklərini bəyan ediblər. Bu məqsədlə federal kansler yenidən seçilən prezidenti Berlinə səfərə dəvət edib", - deyə Almaniya Kanslerinin Ofisindən bildirilib.
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Liderlər yeni dövrdə Türkiyə-Rusiya münasibətləri və regional məsələlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər.
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev qardaşım mənə zəng edərək, Türkiyəyə səfər etməyə hazır olduğunu bildirib.

APA-nın verdiyi xəbərə görə, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycan, Özbəkistan, Liviya və digər ölkə başçıları qələbəni Türkiyə lideri ilə birlikdə qeyd etməyə hazır olduqlarını vurğulayıblar.
 
Ardını oxu...
“Demokratiya uğrunda mübarizəmizi davam etdirəcəyik”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu prezident seçkilərinə namizəd olan, CHP lideri Kamal Kılıçdaroğlu mətbuat konfransı zamanı bildirib.

“Nəticələrə görə, mayın 28-də keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,10 faiz səslə qalib gəlib. Demokratiya uğrunda mübarizəmizi davam etdirəcəyik. Mən qardaşam, dostam, oğulam, dayıyam, ilk növbədə bu torpağın adamıyam. Qanun uğrunda hər zaman mübarizə aparmışam ki, heç kim bir-birindən inciməsin.

Sizdən bir xahişim var. Özünüz, övladlarınız, təqaüdçüləriniz, analarınız, atalarınız, əkinçiləriniz, biznesmenləriniz üçün demokratiya uğrunda mübarizəyə dəstək olun. Bütün vətəndaşlarıma ürəkdən təşəkkürümü bildirirəm. Hamınıza hörmətim var. Burdayam, yoluma davam edirəm və mübarizədən imtina etməyəcəm”, - deyə Kılıçdaroğlu bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunun hazırda olan nəticələrinə əsasən Rəcəb Tayyib Ərdoğan qalibdir.
 
Ardını oxu...
İyunun 1-də Kişinyovda keçiriləcək sammitdə Azərbaycanla sülh müqaviləsinin imzalanması nəzərdə tutulmayıb.

Bu barədə Sputnik Ermənistan-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Xatırladaq ki, “Reuters” Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadən yazıb ki, Nikol Paşinyan və İlham Əliyev iyunun 1-də Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək sammitində sülh sazişi imzalaya bilərlər.

"Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, xüsusən də "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" saziş ətrafında müzakirələr davam edir. Dəfələrlə qeyd etdiyimiz kimi, Ermənistan tərəfi həll yollarının tapıldığı anda sazişi imzalamağa hazır olacaq”,- deyə Badalyan bildirib.

İrəvan ümid edir ki, bu problemlər ətrafında müzakirələr iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində və ondan sonra planlaşdırılan görüşdə davam etdiriləcək.

"Kişinyovda keçiriləcək görüşün gündəliyində qeyd olunan sazişin imzalanması nəzərdə tutulmayıb", - XİN nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, Moldova paytaxtında Ermənistan, Azərbaycan, Fransa, Almaniya liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin iştirakı ilə danışıqların aparılması planlaşdırılır. \\Redaktor.Az
Ardını oxu...
“Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır”.

Bu fikirləri Prezident İlham Əliyevin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Ermənistanın Baş naziri Nikol Paşinyanın absurd ittihamlarına cavab verərkən deyib. Bununla da, Prezident İlham Əliyev bir daha rəsmi İrəvanı reallıqla üz-üzə qoyub. Prezident İlham Əliyev sözün əsl mənasında Paşinyana siyasət dərsi keçib. Ermənistanın Baş naziri Azərbaycan liderinin haqlı sözləri qarşısında deməyə söz tapmayıb.

TEREF.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Elman Nəsirov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti təkzibedilməz arqumentləri ilə Ermənistanın Baş nazirini tərksilah etdi:

“Məlum olduğu kimi, Rusiyanın paytaxtında Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirildi. Bu görüş çərçivəsində postmüharibə dövrünün fundamental məsələləri ilə bağlı fikirlər səsləndirildi və mövqelər açıqlandı. Azərbaycanın prinspial və qətiyyətli mövqeyi də bəllidir. Həmin mövqeyin müəllifi də Azərbaycan Prezidenti cənab İlham Əliyevdir.

Yeri gəlmişkən, görüş bir polemika ilə də yadda qaldı. Həmin polemikada Azərbaycan Prezidenti təkzibedilməz arqumentləri ilə Ermənistanın Baş nazirini tərk-silah etdi. Nikol Paşinyan isə yenə də beynəlxalq ictimai fikrin gözünə kül üfürərək qeyd etdi ki, guya Azərbaycan Ermənistanın ərazi bütövlüyünü pozub və ona qarşı ərazi iddialarından çıxış edir.

Yəni o, əsassız iddialar ortaya qoydu. Azərbaycan Prezideti İlham Əliyev isə haqlı olaraq dedi ki, Ermənistanın Baş naziri fantaziyalardan danışır və Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur. Ermənistanın Baş naziri Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadrat kilometr olaraq tanıyıb. Ancaq rəsmi İrəvan bir sıra məsələlərdə yenə də siyasi cığallıq yolunu seçib”.

Millət vəkili vurğulayıb ki, rəsmi İrəvan xüsusilə də dəhliz məsələlərindən manipulyasiya kimi istifadə etməyə çalışır:

“Paşinyan həmçinin, Azərbaycanı ittiham edirdi ki, guya biz qeyri-qanuni olaraq Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurmuşuq. Ölkə başçısı da ona cavab olaraq bir daha vurğuladı ki, Azərbaycanın heç kimin torpağında gözü yoxdur və bizim atdığımız addımlar beynəlxalq hüquqa söykənir, onun norma və prinsiplərinə əsaslanır.

İlham Əliyev vurğuladı ki, biz Ermənistanla sərhəddə, daha dəqiq desək, Rusiya sülhməramlılarının yerləşdiyi məntəqənin 20 metrliyində öz nəzarət-buraxılış məntəqəmizi qurmuşuq və o, tam qanun çərçivəsində fəaliyyət göstərir. Orada mülki şəxslərin heç bir çətinlik çəkmədən keçidi təmin olunur. Ona görə də Ermənistan tərəfinin bu məsələdəki yanaşması da tamamilə təhrif edilmiş yanaşmadır.

Hesab edirəm ki, Moskva görüşündə Azərbaycanın əsaslı mövqeyi səsləndi. Bu mövqeyin kifayət qədər güclü olduğu və konkret olaraq beynəlxalq hüququn norma və prinsiplərinə söykəndiyi ortalığa qoyuldu. Ermənistan isə yenə də öz köhnə apluasında idi. Ermənistanın Baş naziri yenə də təhrif edilmiş məlumatlar əsasında ictimai fikri çaşdırmağa çalışırdı. Amma bu da alınmadı”.
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanınmasını və sülhə davamlı sadiqliyi ilə bağlı son şərhlərini yüksək qiymətləndiririk.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bidlriib.

"Yekun razılaşma əldə edilməkdədir və biz dostlarımıza buna nail olmaqda kömək etməkdə qərarlıyıq", - deyə o bildirib.
Ardını oxu...
İran və Misir arasında səfir mübadiləsi gözlənilir.

Bu barədə Misir rəsmiləri bildiriblər.

Məlumata görə, Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə İran Prezidenti İbrahim Rəisinin görüşü ilə bağlı ümumi razılıq əldə olunub. Görüşün ilin sonuna kimi baş tutacağı gözlənilir.

Mənbə həmçinin Misir və İranın bu il səfir mübadiləsi edəcəyini də bildirib. Son 40 ildən artıq müddətdə ilk dəfə olaraq iki ölkə tam diplomatik nümayəndəliyə malik olacaq.

Tehranın Qahirə ilə münasibətləri 1979-cu il İslam inqilabından sonra gərginləşib.

Misirin İranın sonuncu şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq verməsindən sonra 1980-ci ildə iki ölkə arasında diplomatik əlaqələr kəsilib.

Misir İslam inqilabından bəri İranda diplomatik nümayəndəliyini qoruyub saxlayır. Lakin onun Tehrandakı missiyasını idarə edən yalnız müvəqqəti işlər vəkilidir.
 

Dünyapress TV

Xəbər lenti