Baş diplomatın turnesi: ABŞ üçün “qırmızı sınaq”
ABŞ Dövlət katibi Antoni Blinken İsrail-HƏMAS münaqişəsi və onun regional təsirlərini diplomatik səylərlə minimallaşdırmaq məqsədilə Yaxın Şərq turnesinə çıxıb.

Bu tur əsasən, Qəzzadakı münaqişənin Livana, Qırmızı dənizdəki ticari marşrutlara, Aralıq dənizindəki təhlükəsizlik zolaqlarına qədər genişlənmənin qarşısını almağa yönəlib.

Öncəliklə Blinkenin səfərin başlanğıcında Türkiyəyə getməsi, ardınca isə Yunanıstana səfəri diqqəti cəlb edir.

Bu, ABŞ-nin:

– Mümkün münaqişələrin Türkiyə ilə Yunanıstan arasındakı ziddiyyət və gərginliklərinə sıçramaması üçün səylərini vurğulayır,

– Ankara ilə Afina arasında etibarlı vasitəçi statusunu qazanıb proseslərdə önə çıxmağını hədəfləyir.

Blinkenin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla müzakirələrdə ABŞ-nin Yaxın Şərqdə aktivliyini artırması fonunda Cənubi Qafqaz regionu ilə əlaqəli hissələrin də qabardılması istisna deyil.

Çünki ABŞ Cənubi Qafqazdakı diplomatik-siyasi aktivlik tonunu yavaşlama əlamətləri gözə çarpmadan irəlilətməyə can atır və bəzi nöqtələrdə Azərbaycanla gərginlik də yaşanır.

Düzdür, ABŞ-nin Yaxın Şərq prioritetləri ilə Cənubi Qafqazdakı meyarları arasında fərqlər mövcuddur, lakin dünya nizamının format edilməsinə cəhdlər fonunda maraqların olduğu regionlara vahid geosiyasi məntiqdən yanaşılır.

Türkiyə üçün ABŞ-nin Azərbaycanla gərginlik yaşaması xoş bir hal deyil, buna görə də, Ankara Vaşinqton qarşısında tələb irəli sürə bilər ki, Yaxın Şərqdəki dilemmalara Cənubi Qafqaz səhnəsini qarışdırmasın.

Amma ABŞ-Türkiyə müzakirələrində bir nömrəli prioritet Yaxın Şərqdəki münaqişələrin təsir dairəsini ölçməkdir, mümkündür ki, Vaşinqton Ankaranın regionda artan nüfuzunu özünün təhlükəsizlik təşəbbüslərinin içərisində tutmağa çalışır.

Yəni Türkiyənin strateji maraqlarını təmin edərkən onun Rusiya, ABŞ və Çin ilə dil tapa bilmək potensialını saxlaması, bu qabiliyyəti kəşfiyyatla diplomatiyanı birləşdirmək bacarığı olan Hakan Fidan sayəsində daha da böyütməsi Vaşinqton üçün cazibəlidir.

Amma ABŞ ilə Türkiyə NATO üzvləri olsalar da, onların regional problemlərə vahid yanaşma tərzində mübahisələr çoxdur, bu mənada Vaşinqtonun Ankaranı öz tərəfinə çəkə bilməsində ciddi maneələr mövcuddur.

Çünki Türkiyənin ABŞ-yə etibarı azdır və zamanla Ağ Evdən basılan düymələr Ankaraya qarşı hərəkətliliyi təmin edib.

Buna görə də, Türkiyə ABŞ ilə birgə siyasətdənsə, ayrıca şəkildə yüksək diplomatik-siyasi dalğalanmasını təmin etməkdə çox maraqlıdır.

Deməli, ABŞ Yaxın Şərqdəki vəziyyəti yoluna qoymaqdan ötrü Türkiyə ilə yaxınlaşmanı maksimal həddə qədər formalaşdırmaqda çətinliklər çəkəcək və İsrail-Fələstin münaqişəsinin həllində təkbaşına öhdəliklərlə üzləşəcək.

ABŞ-ni çətinə salan hadisələrin kəskin ardıcıllığıdır, Vaşinqtonun başı İsrail-HƏMAS müharibəsinə qarışdığı zaman, İranın dəstəklədiyi husilərin Qırmızı dənizdəki hücumları Ağ Evə əlavə bir yük oldu.

İranın məqsədi ABŞ-ni Qırmızı dənizdən qovmaqdır, lakin Ağ Ev bilir ki, onun Qırmızı dənizdən qaçması qlobal nəqliyyat marşrutunu tərk etmək olar.

Bildirək ki, ABŞ xarici siyasətinin uzun müddətdir məqsədlərindən biri naviqasiya azadlığını təmin etməkdir.

Birləşmiş Ştatlar Qırmızı dənizdə və qonşu Ədən körfəzində kommersiya gəmilərini qorumaq üçün iyirmi ölkədən ibarət hərbi dəniz işçi qrupuna rəhbərlik edib və bölgəyə təyyarədaşıyan gəmilər yerləşdirib.

Koalisiya yanaşması 2019-cu ildəki hücumları zamanı da tətbiq edilib (2019-cu ildə İran Hörmüz boğazında bir neçə neft tankerinə hücum etmişdi).

Bununla belə, ABŞ-nin 2023-cü ilin dekabrında Qırmızı dənizdə səyahət edən ticarət gəmilərini qorumaq üçün elan etdiyi dəniz koalisiyasına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi regional güclər qoşulmaq istəmirlər.

İndi husilərin zərbələrinin gəmiçiliklə əlaqəli təbiəti ABŞ-nin qlobal iqtisadiyyatdakı həlledici rollarını pozur ki, Ağ Ev bununla mübarizə aparmaq məcburiyyətindədir.

Blinkenin İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə edəcəyi səfərlərdə onu çətin proqram gözləyir.

İsrailin isə ABŞ-nin sözünə qulaq asaraq hərəkət trayektoriyasını təyin edəcəyini gözləmək əbəsdir, çünki Təl-Əvivlə Vaşinqton müttəfiq olsalar belə, onların da aydınlaşdıra bilmədiyi mövzular çoxdur…
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 ABŞ-dan sonra ikinci müttəfiq: İsraili Bakı ilə nə birləşdirir? - “Regnum”
21 Aprel 2025 Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi
21 Aprel 2025 Londonda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyəti də iştirak edəcək
20 Aprel 2025 Qafqazın kralı: Azərbaycan regional gücə çevrilir - İsrail mediasında sensasion yazı
20 Aprel 2025 Trampdan sərt sözlər: “Biz Rusiyaya və Ukraynaya deyəcəyik...”
19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...
13 Aprel 2025 Türkiyə və Ermənistan XİN başçıları görüşüblər

Dünyapress TV

Xəbər lenti