Ardını oxu...
Gələn həftə prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri sənədlərin MSK-ya təqdim edilməsi müddəti başa çatır
Gələn həftə prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır.

Prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb.

Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edəcək.

Bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.

Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.

MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.

Ötən ilin dekabrın 31-də isə MSK-nın iclasında namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
report
 
 
 
Ardını oxu...
Çinin Tayvanla birləşməsi qaçılmazdır.

Bu barədə Çinin Sədri Si Cinpin Yeni il təbrikində deyib.
“Vətənin birləşməsi tarixi zərurətdir. Tayvan boğazının hər iki tərəfindəki həmvətənlər milli dirçəlişin böyük şöhrətini bölüşmək üçün birləşməlidirlər”, – Si Cinpin deyib.

Müraciəti Çin Mərkəzi Televiziyası yayımlayıb.
reuters
 
Ardını oxu...
Azərbaycanda prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.
Mərkəzi Seçki Komissiyası (MSK) daha bir şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 17-yə çatıb.
Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.
MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da isə Namizəd Heydər oğlu Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Ardını oxu...
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib.

AZƏRTAC xəbər verir ki, ölkə başçısı müraciətində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqı təbrik edib.

Müraciətin tam mətnini təqdim edirik:

“Əziz həmvətənlər.

2023-cü il arxada qalır. 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Bu tarixi hadisə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm.

2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

Üç il ərzində biz bunu sülh yolu ilə həll etmək istəyirdik. Hesab edirdik ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracaq. Əfsuslar olsun ki, bu, belə olmadı. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi.

Təbii ki, biz bu vəziyyətlə barışa bilməzdik. Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz.

Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır.

2023-cü ilin aprel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir. Azərbaycan xalqı yaxşı xatırlayır ki, dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələrdə nə qədər hay-küy qaldırılmışdı, bizə qarşı əsassız ittihamlar irəli sürülmüşdü. Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Mən o vaxt da demişdim ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Bu, bizim torpağımızdır, bu torpağın sahibi bizik, nə lazım biliriksə, onu da edəcəyik, beynəlxalq hüquq çərçivəsində, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində. O da dərs olmadı işğalçılara, o da dərs olmadı onların arxasında dayanan anti-Azərbaycan qüvvələrə. Ona görə sentyabr ayında keçirilmiş antiterror əməliyyatı labüd idi və biz bunu keçirdik, bununla da fəxr edirik, qürur hissi keçiririk. Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir.

Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır - 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl, bildiyiniz kimi, Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib.

Onu da bildirməliyəm ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.

Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq. Biz - bu torpaqların sahibləri qurub-yaradanıq. Biz qurub-yaradan xalqıq. Ermənilər 30 il ərzində bizim torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi binaları, məscidlərimizi yerlə-yeksan etmiş, bizə qarşı soyqırımı, eyni zamanda, urbisid, ekosid törətmişlər. Bizim çaylarımız zəhərləndi, bizim meşələrimiz qırıldı. Bütün bunları edən Ermənistan dövləti idi. Əfsuslar olsun ki, bu cinayətlərə görə onlar bu günə qədər Qərbdə qınaq obyektinə çevrilmədi.
Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin.

Biz bu il iqtisadi sahədə öz siyasətimizi uğurla aparmışıq. Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən asılı olmayaq, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik.

Biz Ordumuzu böyük dərəcədə gücləndirmişik, həm peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər. Yeni silahlar, hərbi texnika alındı, gətirildi, bir çox yeni kontraktlar imzalandı. Onu da bildirməliyəm ki, gələn il hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Gələn il həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq.

Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər - COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir - 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır. Əlbəttə ki, COP29 - iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə bizim uğurlarımızı əyani şəkildə göstərir.

Bu il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Ulu Öndərin 100 illiyi ölkə üzrə qeyd edildi. Mən mənim üçün bu əziz günü - atamın doğum gününü Şuşada keçirdim. Şuşanın mərkəzi meydanında Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi bildirdim və dedim ki, Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir. Mən hesab edirəm ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir.

Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar.

Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.

Əziz bacılar və qardaşlar, sizə cansağlığı, uğurlar arzulayıram. Arzu edirəm ki, 2024-cü il də ölkəmiz üçün, xalqımız üçün uğurlu olsun. Bayramınız mübarək olsun!”



 
Ardını oxu...
Amerika və Britaniya məsləhətçiləri Ukrayna Silahlı Qüvvələrinin (AFU) Belqorodda törətdiyi terror aktının təşkilində birbaşa iştirak edirlər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Telegram-kanalında dərc olunmuş bəyanatında deyilir.

Kiyev rejimi bir daha qeyri-insani nasist cəsarətini nümayiş etdirdi. O, Belqorod şəhərinin yaşayış məntəqələrinə çoxsaylı reaktiv yaylım atəşi sistemləri ilə hücum edərək növbəti həyasız və qanlı cinayət törətdi. Mərkəzi hissənin əvvəlcədən planlaşdırılmış və diqqətlə hazırlanmış atəşə tutulması nəticəsində şəhərdə iki uşaq da daxil olmaqla ən azı on dörd nəfər həlak olub, yüzdən çox mülki şəxs, o cümlədən on yeddi azyaşlı yaralanıb”, - nazirlik bildirib.

"Britaniyalı və amerikalı məsləhətçilər bu terror aktının təşkilində bilavasitə iştirak edir, indiki Ukrayna hakimiyyətini müntəzəm olaraq qanlı cinayətlər törətməyə təhrik edirlər. Buna görə də məsuliyyəti inadla və məsuliyyətsiz şəkildə vurmağa davam edən Avropa İttifaqı ölkələrinin üzərinə düşür. Ukraynanın hakim qruplaşmasını silahlarla gücləndirin”, - hesabatda əlavə olunur.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Belqoroda endirdiyi zərbələrin bütün təşkilatçıları və icraçıları qaçılmaz cəzaya məruz qalacaqlar.

Xatırladaq ki, Dekabrın 30-da Rusiyanın Belqorod şəhərinin mərkəzi atəşə tutulub. ikisi uşaq olmaqla 14 nəfər həlak olub,15-i uşaq olmaqla 108 nəfər isə xəsarət alıb.
 
Ardını oxu...
Prosedur baxımından Avropa İttifaqına (Aİ) ən yaxın ölkələr Serbiya , Monteneqro , Şimali Makedoniya və Albaniyadır.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bunu müsahibəsində Avropa Komissiyasının Dəyərlər və Şəffaflıq üzrə vitse-prezidenti Vera Jourova deyib.

Jourovanın sözlərinə görə, namizəd ölkələr indi Aİ-nin bir hissəsi olmadan da ona yaxınlaşa bilərlər. Beləliklə, dövlətlər Avropa İttifaqı, nəqliyyat infrastrukturu və enerji ilə rəqəmsal qarşılıqlı əlaqə qura bilərlər.
 
Ardını oxu...
Yaponiya mübahisəli Takesima adaları yaxınlığında hərbi təlimlər keçirdiyinə görə Cənubi Koreyaya etiraz notası göndərib.

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Cənubi Koreyanın Yaponiyadakı səfirliyinin nümayəndəsinə bu cür hərəkətlərin tamamilə yolverilməz və son dərəcə təəssüf doğurduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl “Yonhap” informasiya agentliyi mənbələrinə istinadən bu bölgədə hərbi manevrlərin keçirildiyini məlumat verib.

Takesima (Tokto) ümumi sahəsi 0,188 kvadratkilometr olan kiçik adalar qrupudur. Adalar Koreya yarımadasının şərqində yerləşir. Bu yaşayış olmayan qayalıq ərazilər 1945-ci ildən beynəlxalq mübahisə obyektinə çevrilib. Hazırda adalara Cənubi Koreya Silahlı Qüvvələri nəzarət edir.
Ardını oxu...
“Ötən il Cənubi Qafqaz üçün toqquşmalar, siyasi mübahisələr və mürəkkəb geosiyasət mövzuları ili olub”.

Bu barədə “TRT World” telekanalında yayımlanan “Strait Talk” layihəsinin növbəti buraxılışında bildirilib.

Verilişin budəfəki qonaqları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza olub.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda MDB dövlət başçılarının görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi söhbəti Azərbaycan tərəfindən iki ölkə arasında sülh gündəliyinin təşviqi istiqamətində səmərəli və konstruktiv təmas kimi qiymətləndirilib.
“Biz iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün əlavə ciddi maneə görmürük. Konkret tarixlər barədə danışmaq bir az çətindir, çünki prosesi başa çatdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var”, - H.Hacıyev vurğulayıb.

Ardını oxu...
“İkinci Qarabağ müharibəsi sonrası Cənubi Qafqazda yaranmış geosiyasi rəqabətdə məğlub olan İran regional post-sovet dövrü siyasətinin yanlışlığını anlayır”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin hazırladığı analtik hesabatda deyilir.

“Tehran Ermənistan vasitəsilə Azərbaycanın məhdudlaşdırılması cəhdlərinin iflası fonunda Bakı ilə bağlı öz siyasətinin köklü şəkildə dəyişilməsi ehtiyacını yekdilliklə qəbul edir. Lakin daxildəki fərqli qüvvələr arasında bu dəyişikliyin necə və hansı istiqamətdə baş verəcəyi ilə bağlı fikir ayrılığı var”, - araşdırmada qeyd olunur.

Təhlilçilər hesab edirlər ki, radikal ideoloji yanaşma hələ də üstünlük təşkil edir: “İnqilab Keşikçiləri, radikal mühafizəkarlar, fars/İran millətçiləri və radikal dini dəstələrdən ibarət bir qrup daha sərt və aqressiv Cənubi Qafqaz siyasətinin tərəfdarıdır. Onların fikrincə, Tehran Bakını daim təhdid etməlidir, çünki İran-Azərbaycan ziddiyyətləri diplomatiya yolu ilə həll oluna bilməz. Məhz sözügedən qrup ali dini lider Xamneyinin dəstəyilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı təcavüzkar siyasətin əsasını qoydu”.

Hesabata görə, onların gözləmədiyi halda Bakının sərt cavab tədbirləri ikitərəfli münasibətlərdə ciddi böhran yaratdı və Azərbaycanı İrandan uzaqlaşdırdı. “Təcavüzkar siyasətin praktikada əks nəticə verdiyini görən İran geri addım atmağa başladı. Hərçənd, son zamanlar İran radikalları İsrail-HƏMAS münaqişəsindən Qafqaz siyasətinə təsir üçün fürsət kimi istifadə etmək istəyir, bu kontekstdə İrandakı bəzi anti-Azərbaycan qruplaşmalarını (“Hüseyniyyun”) tez-tez gündəmə gətirirlər”, - təhlildə qeyd olunur.

Praqmatik yanaşma tərəfdarlarına gəlincə, müəlliflərin fikrincə, İranla Azərbaycan arasında bir çox məsələlərdə fikir ayrılığı olsa da, təcavüz problemlərin həlli yolu deyil: “Belə ki, aqressivlik Bakını qorxutmur, əksinə Tehrandan uzaqlaşdırır və məhz belə siyasət nəticəsində Azərbaycan İrandan aralanaraq Türkiyə, İsrail kimi dövlətlərlə daha da yaxınlaşır. Radikalların iddialarının əksinə olaraq, praqmatiklərin fikrincə, rəsmi Bakı Tehranla yaxşı münasibətlər qurmaq istəyir. Buna görə də Azərbaycanı düşmən kimi qələmə vermək yanlış və reallıqdan uzaqdır. Onlar hesab edirlər ki, əgər İran administrasiyası Azərbaycana qarşı yanlış siyasətindən əl çəksə, Bakı-Tehran münasibətləri normallaşacaq. Praqmatik baxış dövlətin icra bürokratiyasını təmsil edən ekspert yanaşmasıdır. Bu mövqeyi Xarici İşlər Nazirliyindən tutmuş Nəqliyyat Nazirliyinə qədər, İran bürokratiyası müdafiə edir”.

Analitik hesabat müəllifləri bu qənaətə gəliblər ki, İran administrasiyası daxilində radikallar və praqmatiklər arasındakı münaqişə hələ bitməyib və onun bitməsini gözləmək də düzgün olmaz: “Tehranın Cənubi Qafqaz siyasəti radikal qrupların təsirindən qurtulmadıqca, onun yenidən iflası qaçılmazdır. Belə ki, Cənubi Qafqazda gedən cari proseslər - Azərbaycanın qələbəsi, Rusiyanın zəifləməsi, Ermənistanın Qərbə can atması, Gürcüstanın Aİ yolunda irəliləməsi, Qərbin regiona nüfuzu İranın əleyhinədir. Bu proseslər Tehranın Azərbaycanla bağlı siyasətinin dəyişilməsini tələb edir. Lakin daxili hakimiyyət çəkişməsi bu dəyişikliyi çətinləşdirir. Hələ ki, İran və Azərbaycan administrasiyalarının ikitərəfli əlaqələri normallaşdırmaq cəhdləri radikal qrupların fəaliyyəti nəticəsində sağlam və proqnozlaşdırıla bilən münasibətlər üçün zəmin yarada bilməyib”.


Analitikilərə görə, İranın Ermənistan mərkəzli Cənubi Qafqaz siyasətinin uğurlu olması mümkün deyil. “Çünki Ermənistanın Qərb və Rusiya ilə münasibətlərinin gələcəyi naməlumdur. Bundan əlavə, Ermənistan-Azərbaycan sülh sazişi də üfüqdədir. Regional sülh Ermənistanın İrana ehtiyacını azaldacaq, İrəvanın Türkiyə və Səudiyə Ərəbistanı kimi ölkələrlə əlaqələrini normallaşdıracaq, türk və ərəb kapitalının Ermənistana axınına şərait yaradacaq. Odur ki, İran-Ermənistan münasibətləri əvvəlki kimi davam edə bilməz”, - təhlildə qeyd olunur.

Müəlliflər bildirirlər ki, bu baxımdan, Azərbaycanla gərginlik yaşayan İranın Cənubi Qafqazda nəticə əldə etməsi mümkün deyil: “Aydındır ki, İran administrasiyası radikal ideoloji qrupların təsiri altında və İsrailin zəiflədilməsi təbliğatı ilə Azərbaycana qarşı yeni aqressivlik siyasəti apararsa, bu, ikitərəfli münasibətlər üçün fəlakətli olacaq. Regional proseslər fonunda İranın Azərbaycanla münasibətlərini normallaşdırmaqdan başqa variantı yoxdur”.

Rasim Əliyev
Ardını oxu...
"Azərbaycanın hədəfi Ermənistanla sülh sazişidir və ona çox yaxınıq".

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, hələlik sülh sazişinin imzalanacağı dəqiq tarixi demək çətindir: "Ən əsas odur ki, mənfi münasibət sıfıra endirilib. Demarkasiya, delimitasiya uzun prosesdir və bu, sənədə daxil edilməyəcək, çünki bu proses uzun çəkir. Rusiya ilə 25 il çəkib. Gürcüstanla sərhədin bir hissəsi heç müəyyən olunmayıb".

F.Şəfiyev onu da söyləyib ki, hər bir sənəd şərti xarakter daşıyır: "Yəni hansısa sənəd imzalansa belə o nə vaxtsa pozula bilər".

Bundan başqa, Fərid Şəfiyev Ermənistanla anklav məsələlərinin delimitasiya çərçivəsində həll oluna biləcəyini deyib: “Sadəcə ortada anklav məsələləri var, ola bilsin ki, onlar delimitasiya çərçivəsində həll olunacaq.”
 

Dünyapress TV

Xəbər lenti