Ardını oxu...
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyasının nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrov ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı, 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq məsələləri və bu istiqamətdə beynəlxalq öhdəliklər müzakirə olunub.

E.Məmmədovun qarşıdan gələn seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlar, eləcə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı, xaricdə yaşayan və ya müvəqqəti olaraq xarici ölkədə olan Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi ilə bağlı tədbirlər barədə qarşı tərəfə ətraflı məlumat verib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
 
Ardını oxu...
İtaliyanın sədrlik etdiyi “Böyük Yeddilik” (G7) Yaxın Şərqdəki münaqişənin nizamlanması istiqamətində fəaliyyətini davam etdirəcək.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken videomüraciətində deyib.

“Biz İtaliyanın G7-yə sədrliyi ilə konkret öhdəlikləri özündə əks etdirən bir gündəm üzərində işləyəcəyik. Biz Yaxın Şərqdəki münaqişənin həlli üçün işləməyə davam edəcəyik”, – Blinken bildirib.

O, həmçinin bildirib ki, G7 Ukraynanın hərbi, iqtisadi və demokratik cəhətdən ayağa qalxması üçün Kiyevi dəstəkləməyə davam edəcək.
 
 

 


Ardını oxu...
Dekabrın 18-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin və Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputat Razi Nurullayevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

Bu barədə hər iki partiyanın bugünkü iclaslarında qərar qəbul edilib.

Qüdrət Həsənquliyev 1965-ci il yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Prezident Əbülfəz Elçibəyin hökumətində Dövlət katibinin köməkçisi işləyib. 2000-2003-cü illərdə Azərbaycan Mərkəzi Seçki Komissiyasının katibi olub.

Qüdrət Həsənquliyevin rəhbərliyi ilə 2004-cü il aprelin 3-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası təsis edilib.

Həsənquliyev ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavinidir.

O, 2003, 2008, 2013 və 2018-ci illərdə prezident seçkilərində prezidentliyə namizəd olub.

Razi Nurullayev 1 aprel 1971-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olub. Azərbaycan Dövlət Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsini və Cənubi Rusiya Humanitar İnstitutunun Hüquq fakültəsini bitirib.

2009-cu ilin sentyabrından 2015-ci ilin fevralınadək Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub.

Nurullayev 2020-ci ildə Milli Cəbhə Partiyasını təsis edib.

Razi Nurullayev 2018-ci ildə Prezident seçkilərində prezidentliyə namizəd olub.

Bununla Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı 6-ya çatıb.

İndiyədək hazırki prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət Komitəsinin rəhbəri Fazil Mustafanın, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun və Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin namizədliyi irəli sürülüb.

Müxalifət partiyaları - Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyaasi seçkiləri boykot etmək barədə qərar qəbul edib.

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf edir.

Bununla yanaşı, növbədənkənar prezident seçkilərinin elan edilməsinin səbəbləri hələ rəsmi qaydada bəyan edilməyib. Növbədənkənar seçkilər ölkədə hər hansı siyasi partiya tərəfindən təşəbbüs irəli sürülmədən elan edilib.
 
Ardını oxu...
"Türkiyə Ukraynada yarımçıq qalmış İstanbul nizamlanma prosesini canlandırmağa hazırdır".

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştə rəsmi səfəri zamanı Macarıstanın Baş naziri Viktor Orbanla danışıqların yekunlarına dair açıqlamasında bildirib.

"Ukraynada nizamlanma ilə bağlı İstanbulda başlamış və sonralar dayanmış danışıqlar prosesini canlandırmağa hazırıq", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, İstanbul danışıqları 2022-ci ilin martında baş tutub.
 
Ardını oxu...
Serbiya Prezidenti Aleksandar Vuçiç dekabrın 17-də baş tutan növbədənkənar parlament seçkisində qalib gəldiklərini açıqlayıb.

Seçki bülletenlərinin təxminən 50%-nin emalından sonra hakim Serbiya Proqressiv Partiyasının 46,2, müxalif “Serbiya zorakılığa qarşı” partiyasının isə 23,2% səs topladığı açıqlanıb.

“Bu, qəti qələbədir və məni çox sevindirir”, - ilkin proqnozlardan sonra Aleksandar Vuçiç deyib.
Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin partiyası isə hələlik 6,7% səslə üçüncü yerdə qərarlaşıb.

Mənbə: Reuters
 
 
 
Ardını oxu...
İsrailin "Mossad" kəşfiyyat xidmətinin rəhbəri David Barnea Qəzzadakı israilli girovların azad edilməsi məsələsini müzakirə etmək üçün Avropa ölkələrinin birində Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Amerikanın Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Bu, Qəzzada döyüşlərin bərpasından sonra yüksək vəzifəli İsrail və Qətər rəsmiləri arasında ilk görüş olub.

Portalın mənbələrindən biri danışıqların “yalnız başlanğıc” olduğunu bildirib və prosesin “uzun, çətin və qarışıq olacağını” vurğulayıb.

Mənbələrin bildirdiyinə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Berns və Misir kəşfiyyatının rəhbəri Abbas Kamel görüş barədə məlumatlandırılıb və onlar girovlarla bağlı razılaşmanın təmin edilməsi üçün səyləri yeniləməyə kömək edirlər.
 
 

 


Ardını oxu...
Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyan Brüsseldə ölkəsinin Avropaya can atdığını bəyan etdikdən sonra cavab reaksiyası özünü çox gözlətmədi.

KONKRET.az xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.

Videomaterialda qeyd olunur ki, Paşinyan komandasının Qərb düşərgəsinə keçmə planları öncədən də məlum idi və Ermənistan hakimiyyətinin özü də onları ciddi şəkildə gizlətmirdi. Bununla yanaşı, iqtidar mətbuatı və ona bağlı olan media uzun müddətdir ki, anti-Rusiya təbliğatı aparır və Moskvanı eyni dərəcədə vassallıqla Qərblə əvəz etməyin vacibliyini vurğulayırdı.

İrəvanın öz niyyətini açıqlamasından iki gün sonra Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova cavab bəyanatı ilə çıxış edib və burada indiyədək yalnız rəsmi bəyan etdiyi bir sıra nüanslar yer alıb.

Daha ətraflı “Caliber”in süjetində:

 
Ardını oxu...
Əməkdaşlıq hər iki tərəfə qeyd-şərtsiz fayda gətirir

Polşada Donald Tuskun rəhbərlik etdiyi yeni hökumətə ümidlər təkcə Ukrayna-Polşa xəttində deyil, həm də Varşava-Brüssel xəttində son aylardakı gərginliyin azaldılmasına bağlıdır. Bununla belə, vəziyyəti gərginləşdirmək, birbaşa eyforiyaya keçmək əvəzinə, xatırlamağa dəyər: Ukrayna Polşa ilə rasional, qarşılıqlı faydalı əlaqələr qurmalıdır ki, bu da rəqabətin (aqrar sənaye və nəqliyyat) olacağı yerdə sivil şəkildə rəqabət aparmağa imkan verəcək. Və əməkdaşlıq hər iki tərəfə qeyd-şərtsiz fayda gətirir. Söhbət müdafiə, təhlükəsizlik, hərbi-sənaye kompleksi kimi məsələlərdən gedir.

Donald Tusk əsas nitqində Ukrayna üçün bir sıra müsbət cəhətləri qeyd etdi:

Rusiya-Ukrayna müharibəsindən yorğunluğun yolverilməzliyi və bunun üçün Qərbin ümumi səfərbərliyinin zəruriliyi haqqında;

Avropa İttifaqının kollektiv iştirakçı kimi gücləndirmək Polşanın maraqlarına uyğundur. Polşa Aİ-də lider mövqe tutmağa çalışmalıdır;

NATO-nun daha çox effektivliyi üçün ABŞ ilə güclü ittifaq olmalıdır;

Düzdür, çıxışın 15 faizi xarici siyasətə həsr olunub. Qalan hər şey: daxili problemlər haqqında, əsasən son illərdə demokratiyanın geri çəkilməsindən şikayətlər və s. idi.

Ancaq onu da vurğuladı ki, xüsusən də Ukrayna üçün həlledici əhəmiyyət kəsb etməsinə baxmayaraq, Varşavanın Kiyevə yardımı Polşanın maraqlarına xələl gətirməməlidir: “Söhbət Polşanın, xüsusən də polşalı fermerlərin maraqlarından gedirsə, biz israrlı olmalıyıq”.

Bu, təəccüblü deyil: hətta Polşadakı seçki ritorikasında da Vətəndaş Platforması məharətlə manevr edir, seçicilərin diqqətini yayındırmamağa çalışırdı.

Nə gözləmək olar?

Strateji məsələlərdə (Aİ, NATO-ya daxil olmaq üzrə danışıqların başlanması, Ukraynaya silahlı dəstək) Varşava və Brüssel arasında daha sakit və sıx təmas Ukraynanın ehtiyaclarına müsbət təsir göstərəcək.

Amma ümumilikdə götürsək, hər hansı münaqişə məsələsinin daha taktiki səviyyədə avtomatik həll olunacağı illüziyasından qurtulmaq lazımdır. Ən yaxşı ssenari, Ukrayna və Polşa hökumətləri arasında qarşılıqlı əlaqə tərzinin ictimai məkanda deyil, ofislərdə rasional işə qayıtması olardı.

Tusk hökuməti, xüsusən indi - qütbləşmənin yüksək səviyyəyə çatdığı bir vaxtda, manevr etmək və Polşanın maraqlarına uyğun hərəkət etmək məcburiyyətində qalacaq. Bununla bağlı Tusk çıxışında ayrıca qeyd etdi: Polşa-Polşa müharibəsinə girməmək, cəmiyyəti konsolidasiya etmək lazımdır.

Ukrayna üçün təkcə yeni hökumətlə işgüzar əlaqələr qurmaq deyil, həm də Polşada hakimiyyətdən kənar şəxslər tərəfindən anti-Ukrayna məsələlərinin istismarının qarşısını almaq və ya minimuma endirmək vacibdir.

Həm də dövlətlərarası münasibətlərin yükü üçün: məhz əvvəlki hökumət 2022-ci il fevralın 24-dən sonra uzun müddət Ukraynanın həm Aİ, həm də NATO-dakı maraqları üçün siyasi zərbə rolunu oynadı. Son ayların yüksək gərginliyinə baxmayaraq, Ukrayna və Polşa 2022-ci ildə aktiv qarşılıqlı fəaliyyətə qayıtdılar. Ona görə də indi münasibətlərə sıfırdan başlanılmır.

Problemlərin sistemli həllinin vaxtı çatıb. Və məsuliyyətli siyasətin də...

Müəllif: Maria Zolkina - London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin tədqiqatçısı.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
 
Ardını oxu...
“Rusiya “3+3” formatında fəal işi davam etdirmək əzmindədir”. “Report” xəbər verir ki, bunu “Sputnik”ə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O, regional formatları bölgənin problemlərinin həlli üçün ən yaxşı üsul hesab edir.

Gürcüstanın hələ bu formatda iştirak etmədiyini söyləyən diplomat rəsmi Tbilisinin birgə işləməyə hazır olduğu təqdirdə qapının hər zaman onlara açıq olduğunu vurğulayıb.

Qeyd edək ki, “3+3” formatı Rusiya, İran, Azərbaycan, Ermənistan, Türkiyə və Gürcüstanın iştirakını nəzərdə tutur.

Qrupun ilk iclası 2021-ci ilin dekabrında Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. Beş ölkənin nazirlərinin iştirakı ilə keçirilən digər görüş isə 2023-cü ilin oktyabrında İranda baş tutub. Növbəti görüş 2024-cü ildə Türkiyədə olacaq.
 
Ardını oxu...
“Rusiya Xarici İşlər Nazirliyinin dünən axşam yaydığı məlumat həm forma, həm də məzmun baxımından maraqlıdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Rusiya XİN-dən verilən açıqlamaları şəırh edərkən deyib.

Xatırladaq ki, M.Zaxarova uzun müddətdən sonra ilk dəfə həqiqətləri dilə gətirib. O, bildirib ki məhz rəsmi İrəvanın hərəkətləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının bir sıra bəndlərinin həyata keçirilməsinin mümkünsüzlüyünə gətirib çıxarıb.

Zaxarova vurğulayıb ki, İrəvanın üçtərəfli razılaşmaları tam yerinə yetirməyə imkan verməyən bir sıra hərəkətlərini qeyd etməyə bilməzlər: “Ermənistan tərəfinin üçtərəfli razılaşmaları pozaraq, Laçın dəhlizindən Qarabağa silah tədarükü üçün istifadə etməsi və rəsmi İrəvanın erməni silahlı birləşmələrinin bölgədən tam çıxarılmasını təmin etmək istəməməsi duruma mənfi təsir göstərdi və bu, 2023-cü ilin sentyabrında silahlı toqquşmalara səbəb oldu”.

Fərhad Məmmədov deyir ki, Mariya Zaxarova həftədə bir-iki dəfə müxtəlif mövzularda çıxış etmək imkanına malikdir və o, indi səsləndirdiyi fikirləri mətbuat konfransları zamanı da deyə bilərdi: “Yəqin ki, Rusiya XİN-in rəsmi nümayəndəsinin xüsusi bəyanat verməsinin ayrıca bir səbəbi var. Bu, Ermənistana indiki şəraitdə üçtərəfli formatdan çıxmasının onun üçün fəsadlarla dolu olduğu və Qərbin kömək etməyəcəyi ilə bağlı xəbərdarlıqdır. Bu, ilk dəfə daha açıq şəkildə ifadə edildi”.

Bəs niyə Rusiya Xarici İşlər Nazirliyinin bu açıqlamanı məhz dünən verdi?

Politoloq xatırladır ki, Rusiya Prezidenti dünən MDB, Aİİ və KTMT-dən çıxmasının Ermənistanın maraqlarına uyğun olmadığını dedi: “Hesab edirəm ki, bu, Kremlin əsas mesajıdır və Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı da məhz bununla bağlıdır. Rusiya Paşinyanın Aİİ və MDB sammitlərinə gözlənilən səfərinə və Putin-Paşinyan görüşünə belə hazırlaşır. Digər tərəfdən, Moskva Bakı ilə İrəvan arasında ikitərəfli razılaşmalardan, o cümlədən, yenə də sülh müqaviləsi və sərhədə dair danışıqların ikitərəfli formatından çox da mənun deyil. Burada Rusiyanın mövqeyi Qərbin - ABŞ və Aİ-ni mövqeyinə paraleldir. Qərb də ikitərəfli formatı həzm etməkdə çətinlik çəkir. Mişelin Qarabağdan köçən ermənilər və Azərbaycanın birtərəfli öhdəlikləri ilə bağlı bəyanatı da məhz bununla bağlıdır. Belə bir hiss yaranır ki, vasitəçilər Azərbaycan və Ermənistanın onların iştirakı olmadan nəsə razılaşa biləcəyini qəbul etmək istəmirlər”.

F. Məmmədov deyir ki, bundan sonra prosesləri müşahidə etmək lazımdır.

“Görək, Azərbaycan və Ermənistan vasitəçilərin bütün ədəb qaydalarını aşan təzyiqlərini neytrallaşdıra biləcəkmi. Ermənistanın indi Rusiya ilə münasibətlərdə üzləşdiyi təzyiqləri Azərbaycan mahiyyətcə ay yarım əvvəl ABŞ və AB ilə münasibətlərdə yaşayıb”, - ekspert qeyd edib.

Dünyapress TV

Xəbər lenti