Ardını oxu...
Xocalıda baş verənləri Azərbaycan tarixinin faciəvi epizodu kimi qəbul edirik.

Gununsesi.info xəbər verir ki, bu barədə Britaniya Parlamentinin Lordlar Palatasında Lord Flaytın Xocalı faciəsinə dair hökumətə ünvanladığı şifahi sual ətrafında qısa debatında qeyd olunub.

Debatda suallar hökumət adından xarici işlər nazirinin müavini Lord Ahmad tərəfindən cavablandırılıb.

Lord Flayt Britaniya hökumətinin Xocalı faciəsinə münasibətdə mövqeyini sorğu edib, başsağlığı mesajının verilməsindən əlavə addımlar atmağa çağırıb. Lord Ahmad 1992-ci ildə Xocalıda baş verənləri Azərbaycan tarixinin faciəvi epizodu kimi qəbul etdiklərini və həmin dövrdəki Britaniya hökuməti tərəfindən baş verənlərin haqlı olaraq qınandığını vurğulayıb. O, Britaniyanın Bakıdakı səfiri tərəfindən Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinə əklil qoyulmasını Britaniya hökumətinin başsağlığı mesajı olduğunu vurğulayıb.
 
Ardını oxu...
Rusiyanın hərbi-siyasi elitasında “qalıb gələ bilmirsənsə, heç olmasa, məğlub olma” modelini ciddi şəkildə müzakirə olunur, Kremlin düşdüyü indiki situasiyada bu, məntiqli görünür… Əgər, baş tutmasa, Rusiya “dərin dövlət”inin hərəkətə gələrək, ölkənin gələcək taleyinə müdaxilə etməsi ilk növbədə Kremldəki yüksək ranqlı məmurlar üçün ciddi təhlükədir, onların bir çoxu “günah keçisi” kimi hədəfə alınaraq, cəzalandırıla bilər…
KONKRET.az xəbər verir ki, Ukrayna savaşının nə vaxt bitəcəyi indi dünyada hər kəsi ciddi şəkildə düşündürür. Bu savaşın ucbatından milli maraqları zərbə altında qalan dövlətlər və iflas təhlükəsi ilə üzləşən nəhəng şirkətlər kifayət qədərdir. Ona görə də, Ukrayna savaşının mümkün qədər tez bir zamanda sona çatmasını və dünyanın normala dönməsini istəyirlər.

Ancaq Ukrayna savaşından faydalanan ölkələr, eləcə də müharibə fəlakətləri sayəsində çoxlu gəlir əldə edən şirkətlər, daha da varlanan biznes dairələri də olmamış deyil. Hətta beynəlxalq sanksiyalara məruz qalan Rusiyada da belə, Ukrayna savaşı başlandıqdan sonra milyarderlərin sayı azalmaq əvəzinə, daha da artıb. Bu sıraya daxil olan dövlətlər və biznes dairələri Ukrayna savaşının davam etməsində maraqlıdırlar.

Ancaq bəzi rus milyarderlər savaşı gəlir mənbəyinə çevirməyi bacarmalarından məmnun olsalar da, Rusiyanın hərbi-siyasi elitasında müharibənin dayandırılmasının vacibliyinə inananların sayı durmadan artır. Hətta Ukrayna savaşının yükünü Rusiya ordusuna paralel olaraq, çəkən özəl hərbi şirkət – “Vaqner”in rəhbəri Yevgeni Priqojin də müharibənin dayandırılmasının sıralarına qatılıb. Ancaq Putinin keçmiş aşpazı öz mövqeyini Rusiyanın Ukraynaya qarşı savaşda öz əsas hədəflərinə artıq nail olması ilə arqumentləşdirməyə çalışıb.

Halbuki, “Vaqner”in rəhbərinin savaşın dayandırılması ilə bağlı təklifinin əsl səbəbləri onun sonrakı iddialarında gizlənib. Onun fikirincə, uzunmüddətli müharibə Rusiyanın tamamilə dağılması üçün ilkin şərt ola bilər. Çünki Rusiyanın hərbi-siyasi elitası uzunmüddətli müharibəni daha dəstəkləmir.

Y.Priqojin əmindir ki, başlanğıcda savaşı dəstəkləyənlərin mütləq əksəriyyəti indi şübhə altındadır və ya qəti şəkildə baş verənlərin əleyhinədir. Onun fikrincə, “dərin dövlət”in nümayəndələri təcili olaraq, öz normal həyatlarına, köhnə vərdişlərinə və rahatlıqlarına qayıtmaq istəyirlər. Ona görə də, Rusiya hərbi-siyasi elitası daxilindəki savaş əleyhdarları müharibənin uğurla davam etdirilməsi üçün verilən qərarlara qarşı sabotaj törədirlər.

“Vaqner”in rəhbəri Ukrayna ordusunun gözlənilən əkshücumu nəticəsində cəbhə xəttinin yarıla biləcəyi barədə də xəbərdarlıq etməyi unutmayıb. Onun fikrincə, Rusiyanın hücumu isə yalnız ordunun Polşa sərhədlərinə çıxmağa nail olacağı təqdirdə, uğurlu sayıla bilər ki, bu, o qədər də inandırıcı deyil: “Belə olan halda, həmişə özünü dünyanın ən güclülərindən biri hesab edən Rusiya ordusunda tənəzzül başlaya bilər”.

Təbii ki, Y.Priqojinin bu xəbərdarlığı Rusiyanın gələcək taleyi baxımından, böyük önəm daşıyır. Onun dediklərindən belə anlaşılır ki, Rusiyanın hərbi-siyasi elitası Ukrayna savaşında qələbə ehtimalına o qədər də inanmır. Əksinə, hərbi zəfərə inanmayan Rusiya cəmiyyətində ilkin əlamətləri artıq müşahidə olunmağa başlayan günahkar axtarışı isə sonradan ölkədə ali siyasi elitaya qarşı sosial partlayışla da nəticələnə bilər.

Ümumiyyətlə, bütün bunlardan bəzi önəmli nəticələr çıxarmaq mümkündür. Birincisi aydın olur ki, Rusiyanın hərbi-siyasi elitasında olduqca ciddi ziddiyyətlər mövcuddur və bu, hər ötən gün daha da dərinləşir. Hətta bu ziddiyyətlər Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” arasında qarşıdurmanın timsalında açıq müstəviyə də keçib. Və belə vəziyyətdə Kremlin Ukrayna savaşında hərbi qələbəyə ümid bəsləməsi reallıq hissinin itirilməsi təsiri bağışlayır.

İkinci önəmli məqam ondan ibarətdir ki, “Vaqner”in rəhbəri hərbi-siyasi elitada sabotajçıların mövcudluğunu vurğulamaqla, xəyanətə eyham vurur. Eyni zamanda, “dərin dövlət”in Ukrayna savaşına qarşı olduğunu qabartdır. Yəni, bu, o deməkdir ki, hərbi-siyasi elitada sabotaj və xəyanət mövcuddursa, deməli, Ukrayna savaşında qələbə ehtimalı da yoxdur. “Dərin dövlət” isə Rusiyanın müharibədə biabırçı məğlubiyyətə uğrayaraq, dağılma mərhələsinə keçməsinə müşahidəçi qalmaz. Və Rusiyanın hərbi-siyasi elitasının hakimiyyətdən uzaqlaşdırılmasına yönəlik kütləvi etiraz dalğasına stimul verə bilər.

Təbii ki, Rusiya “dərin dövlət”inin hərəkətə gəlməsi və ölkənin gələcək taleyinə müdaxilə etmək qərarı verməsi ilk növbədə Kremldəki yüksək ranqlı məmurlar üçün ciddi təhlükədir. Ən azından ona görə ki, onların bir çoxunu “dərin dövlət”in “günah keçisi”nə çevirəcəyi hədəf kimi cəzalandırılma ehtimalı gözləyir. Bu mövzunun belə qabarıq şəkildə gündəmə gətirilməsi isə yaxınlaşmaqda olan təhlükənin çox dəhşətli nəticələrə yol aça biləcəyini sezdirir.

Ancaq bundan hələlik yayınmaq da mümkündür. Bu baxımdan, “Vaqner”in rəhbəri Rusiyanın hərbi-siyasi elitasına “qalıb gələ bilmirsənsə, heç olmasa, məğlub olma” modelini təklif edir. Yəni, Kremlə Ukrayna savaşının dayandırılması variantı üzərində daha ciddi düşünmək tövsiyyə olunur. Hər halda, bu təklif Rusiyanın maraqları baxımından, müəyyən mənada, məntiqli görünür.

Məsələ ondadır ki, Ukrayna əks-hücuma hələ başlamayıb. Rusiya isə Donbasın timsalında Ukraynanın bir hissəsini ələ keçirib, ilhaq etdiyi Krım yarımadasına quru yolunu təmin edib. Kreml belə vəziyyətdə və indiki şərtlər altında Ukrayna savaşından çıxmağa nail olarsa, bu, Rusiya üçün planlaşdırılmış tam hərbi zəfər olmasa da, hər halda, uduşlu situasiyadır. Və Avropa Birliyi daxilində Ukrayna savaşına münasibətdə müşahidə olunan çatlarsa, Rusiyanın bu variantı reallaşdırmasına əlavə dəstək rolunu oynaya bilər.

Ancaq Rusiyanın Ukrayna savaşında ələ keçirdiyi “hərbi qənimətləri” də götürüb, kənara çəkilməsinə əngəl törədə biləcək önəmli faktorlar da mövcuddur. Belə ki, Ukrayna savaşının sona çatacağı vaxt Rusiya və Avropa Birliyində müəyyən edilmir. Bunun baş verməsi üçün ilk növbədə ABŞ və Böyük Britaniya savaşın dayandırılmasına razılıq verməlidir. ABŞ və Böyük Britaniyanın isə indiki həlledici məqamda Kremlə Rusiyanı xilas etmək şansı tanıyacağı qətiyyən inandırıcı görünmür. Və bu, o deməkdir ki, Rusiya “dərin dövləti” istənilən halda, Kremldəkilərin gələcək taleyini müəyyən etmək məcburiyyətində qalacaq.//YeniMusavat
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bildirib və bunu Madrid prinsipləri ilə əsaslandırıb. Yəni haqqın yolunu tapıb.

Məsələnin əmması ondan ibarətdir ki, hər zaman ikili oynayan Ermənistan hökuməti bu dəfə də ənənəsinə sadiq qalır. Bir tərəfdən özlərini sülh tərəfdarı kimi göstərir, digər tərəfdən isə rəsmi Bakının sərt reaksiyasına səbəb ola biləcək təxribatçı addımlarından da əl çəkmir.

Maraqlıdır, N.Paşinyanın budəfəki oyunu nəyə hesablanıb?

 
Ardını oxu...
Avropa İttifaqının bir gün əvvəlki bəyanatına istinad edən Baş nazirin delimitasiya üçün 1991-ci il sərhəd xəttinin əsas götürülməsi ideyasını təkrarlaması bir sıra qərəzli məqamları ehtiva edir.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş naziri Paşinyanın 13 aprel tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində deyilir.

“Belə ki, Ermənistan Baş nazirinə xatırlatmaq istərdik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan işğal siyasəti nəticəsində, 1990-cı ildə Kərki və Bağanis Ayrım kəndləri Ermənistan tərəfindən işğal edilib. Bununla yanaşı, Ermənistanın Üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazilərindən hələ də erməni silahlı qüvvələrinin çıxırmaması, 8 Azərbaycan kəndini işğal altında saxlaması məlumdur. Bu xüsusda, Baş nazir ilk öncə 1991-ci il sərhədləri dedikdə nə nəzərdə tutulduğu məsələsinə aydınlıq gətirməlidir”, - Ayxan Hacızadə qeyd edib.
 
 
 
Ardını oxu...
Fransa prezidenti Emmanuel Makron Tayvan mövzusunda mübahisəli müsahibəsinin ardınca ABŞ-ın müttəfiqi olmağın "vassal" olmaq anlamına gəlmədiyini söyləyib.
Teref.az APA-ya istinadən xəbər verir ki, bu barədə o, Hollandiyaya dövlət səfərinin sonunda Amsterdamda keçirilən mətbuat konfransında deyib.
"Müttəfiq olmaq vassal olmaq demək deyil... bu, bizim özümüz haqqında düşünməl haqqımızın olmadığı anlamına gəlmir", - Makron bildirib.
Makron həmçinin deyib ki, “Fransa Tayvanda mövcud status-kvonun tərəfdarıdır” və “vəziyyətin sülh yolu ilə həllinə” çalışır.
 
Ardını oxu...
Yaxın Şərqdə baş verən son siyasi hadisələr diqqəti xüsusi ilə cəlb edir.

Belə ki, Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə illərdir düşmən olduğu İran və Suriya ilə tarixi diplomatik sazişlər imzalayıb.

Nəticədə Səudiyyə Ərəbistanının Yəmən və Suriya uğrunda apardığı müharibə bir müddətlik dayandırılıb.

Bu isə illərdir regionda siyasi proseslərin mərkəzində olan ABŞ-nin oyundan kənar vəziyyətdə qalmasına səbəb olub.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
Ardını oxu...
ABŞ dövlət katibi Entoni Blinken Böyük Britaniya və Yaponiyaya səfər edəcək.

Bu barədə Blinken "Twitter"də bildirib.

"ABŞ Prezidenti Co Bayden ilə Böyük Britaniyaya və İrlandiyaya səfər etməyi səbirsizliklə gözləyirəm.

Daha sonra isə vyetnamlı tərəfdaşlarımızla görüşmək üçün Vyetnama və G7 həmkarlarımızla əsas regional və qlobal məsələləri müzakirə etmək üçün Yaponiyaya gedəcəyəm", - Blinken qeyd edib.
 
Ardını oxu...
Onu da qeyd etmək istərdim ki, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq, bütün məsələlərə dair bir-birimizi həmişə dəstəkləyirik və dəstəkləyəcəyik.

Cebhe.info xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında söyləyib.

"Biz həm də, xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir" - dövlətimizin başçısı vurğulayıb.
 
Ardını oxu...
Rusiya Federasiyası və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko bu həftə Rusiya liderinin Kremldəki rəsmi mənzilində “ən qapalı mövzuları” müzakirə ediblər.

Pressklub.az xəbər verir ki, bu barədə bazar günü Belarus liderinin mətbuat xidmətinə yaxın “Pul Perveqo” Telegram kanalı məlumat yayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Belarus lideri Aleksandr Lukaşenkonu Kremldəki mənzilinə dəvət etməsi barədə bir qədər əvvəl prezidentin mətbuat katibi Dmitri Peskova istinadən jurnalist Pavel Zarubinin Telegram kanalında məlumat vermişdi.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatlığa namizədlərinin göstərildiyi proporsional siyahı Ali Seçki Komissiyasına təqdim olunub.

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq tam siyahı dərc olunub.

AKP-nin deputatlığa namizədləri ilə buradan tanış olmaq mümkündür.
https://www.diken.com.tr/wp-content/uploads/2023/04/AK-PARTI-ADAY-LISTESI-.pdf
Qeyd edək ki, həmçinin Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiya, o cümlədən Milliyyətçi Hərəkat Partiyası namizədlərin siyahısını Ali Seçki Komissiyasına təqdim edib. Bu gün siyahıların təqdim edilməsi üçün son gündür.
 

Dünyapress TV

Xəbər lenti