Yaponiya və Avstraliyaya səfəri çərçivəsində Papua Yeni Qvineyaya səfər etməyi planlaşdıran ABŞ prezidenti Co Bayden ölkəyə səfər edən ilk ABŞ prezidenti olacaq.
"Unikal" xəbər verir ki, Ağ Evdən verilən açıqlamada, Baydenin 19-21 may tarixlərində Yaponiyanın Xirosima şəhərində keçiriləcək G7 Liderlər Zirvəsi, ardınca 24 Mayda Avstraliyanın Sidney şəhərində keçiriləcək Dördtərəfli Təhlükəsizlik Dialoqu (SDF) ittifaqı, Yaponiya , ABŞ, Avstraliya və Hindistanın yaratdığı QUAD Liderlər Sammitində iştirak edəcəyi bildirilib.
Açıqlamada Baydenin Avstraliyaya keçərkən Papua Yeni Qvineyada dayanacağı, Baydenin Papua Yeni Qvineyanın baş naziri Marape və digər Sakit Okean Adaları Forumu liderləri ilə görüşəcəyi bildirilib. Liderlər iqlim dəyişikliyi ilə mübarizə, dəniz ehtiyatlarının qorunması, davamlı və inklüziv iqtisadi artımın inkişafı, region və Birləşmiş Ştatlar üçün vacib olan çağırışlar üzrə əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə edəcəklər.
ABŞ-ın Sakit okean ölkəsi olaraq Sakit Okean adaları ilə dərin tarixi və xalqlararası əlaqələri olduğuna diqqət çəkərək, qeyd olunub ki, Bayden bu səfərlə Papua Yeni Qvineyaya səfər edən ilk ABŞ prezidenti olacaq.
NATO-nun bütün üzvləri Ukraynanın Alyansa qatılmasını dəstəkləyir.
Axar.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, əsas məsələ vaxtdır, ona görə də tam üzvlüyün vaxtı məlum deyil:
“NATO-ya üzv dövlətlər Ukraynaya blokun qüvvələri ilə qarşılıqlı fəaliyyətin təmin edilməsində, müdafiə və təhlükəsizlik institutlarında islahatların aparılmasında və təkmilləşdirilməsində kömək edirlər. NATO-nun qapıları hər zaman açıqdır”.
Avropa İttifaqı Şurası Cənubi Qafqazda sülh prosesi çərçivəsində aparılan Ermənistan - Azərbaycan danışıqlarına dair bəyanat yayıb.
Sənəddə bildirilir ki, Şuranın prezidenti Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini davam etdirmək üçün Ermənistan və Azərbaycan liderləri ilə daim sıx əlaqə saxlayır.
Qeyd olunur ki, liderlər 2023-cü il mayın 14-də Brüsseldə üçtərəfli görüş formatında yenidən toplanmağa razılaşıblar.
“Müzakirələr həmçinin 1 iyun 2023-cü ildə Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts ilə görüşlərlə də davam etdiriləcək. Liderlər həmçinin Brüssel görüşlərini zəruri olduğu qədər tez-tez davam etdirməyə razılaşıblar”, - deyə bəyanatda vurğulanır.
Bundan əlavə, bəyanatda prezident Mişelin 2023-cü ilin oktyabrında Qranadada keçiriləcək növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində olduğu ifadə edilir.
Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə bazar günü – mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. DİA.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə “Financal times” məlumat yayıb. Bildirilib ki, Avropa Şurası rəsmiləir, Azərbaycan və Ermənistan liderlərinin bu həftə sonu Brüsseldə sülh danışıqlarını bərpa edəcəklərini deyiblər. Qeyd olunub ki, qərb müttəfiqləri mübahisəli sərhədlərə görə qarşıdurmaların artmasından sonra münaqişədən əziyyət çəkən qonşular arasında vasitəçilik səylərini gücləndirirlər. Avropa Şurası rəsmilərindən ikisi bildirib ki, üç liderin iyunun 1-də Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya Kansleri Olaf Şolz və Fransa Prezidenti Emmanuel Makronla daha bir görüş keçirməsi planları da var. Mişel və Əliyevin sözçüləri şərh verməkdən imtina ediblər. Paşinyanın sözçüsü şərh sorğusuna cavab verməyib. “Azərbaycan özünü Şarl Mişel missiyası ilə kifayət qədər rahat hiss edir, çünki Aİ-nin gizli gündəmi yoxdur”, - Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev bildirib. O əlavə edib ki, Aİ prosesi danışıqlar və onların strukturu üçün “əsas konsepsiyalar” hazırlayıb. “Çox güman ki, danışıqlarda Azərbaycanın Ermənistandan Qarabağa yeganə avtomobil yolu olan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi quraşdırmaq qərarına diqqət yetiriləcək. Onlar həmçinin sərhədin demarkasiyası, məhbus mübadiləsi və “anklav”ı zibilləyən minlərlə minanın çıxarılması səyləri ilə bağlı müzakirələr aparacaqlar”, - nəşrin məlumatında deyilir. “Yol açıqdır, lakin yol qanunsuz dövriyyə üçün bağlıdır”, - H. Hacıyev Laçın dəhlizində quraşdırılan nəzarət-buraxılış məntəqəsi barəsində deyib. Hacıyev Bakının Moskva, Vaşinqton və ya Brüsseldə görüşlə bağlı “çevik” olduğunu bildirib və nəticənin əldə olunması üçün prosesin daha “inklüziv” olmasının vacibliyini qeyd edib: “Rusiya regionda sülhün yaradılması prosesinə səmərəli töhfə verə bilər. Ancaq bu da bir həqiqətdir ki, Rusiya Ukraynadakı müharibə ilə çox məşğuldur”.
ABŞ Prezidenti Bayden defoltdan qaçmaq üçün konstitusiya dəyişikliyindən istifadə edərsə, ölkədə konstitusiya böhranı yaranacaq.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Janet Yellen deyib.
"Prezident borc məsələsini həll edə bilərmi, ya yox? – Biz bunu düşünəcək vəziyyətə düşməməliyik. Bu, konstitusiya böhranı olacaq", - o bildirib.
Yellenin sözlərinə görə, ABŞ hökumətinin əsas vəzifəsi Konqresin fəaliyyətini və dövlət borcunu yüksəltməməsini təmin etməkdir.
Bundan əlavə, Yellen etiraf edib ki, Xəzinədarlığın defoltdan qaçmağa kömək edə biləcək fövqəladə tədbirlər görmək qabiliyyəti zəifləyir.
Qeyd edək ki, Bayden dövlət borcu limitinin artırılması üçün Konqresin Nümayəndələr Palatasının rəhbəri Kevin Makkarti ilə 9 mayda görüşəcək. Bu görüşün dünya iqtisadi böhranının qarşısını alacaq son şans olduğu iddia edilir.
Birləşmiş Ştatlar nəhayət anladı ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesində daha fəal iştirak etməsə, Rusiya və İran nəticə əldə olunmasına daima mane olacaqlar. “The Wall Street Journal”ın məlumatına görə, bu barədə ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran bildirib. Müəllifin məqaləsində qeyd olunur ki, ABŞ-dan başqa Rusiya prezidenti Vladimir Putin də vasitəçi rolunu öz üzərinə götürüb. Problemin yekun həlli və sülhün əldə olunması Qarabağda yerləşdirilən Rusiya qüvvələrinə ehtiyacı aradan qaldıra bilər. Rusiya qüvvələri isə Putinin oradakı əsas alətlərindən biridir. M.Doran yazır ki, Ermənistan xüsusilə hərbi sahədə Rusiyadan ciddi şəkildə asılıdır. “Rusiya hərbçilərinin Ermənistanda ən azı üç mühüm mövqeyi var: orada hərbi baza yerləşdirilib, rus əsgərləri Ermənistanın sərhədlərinin əsas hissələrinə nəzarət edirlər, ölkənin hava məkanı isə onların tam şəkildə əlindədir”, – məqalədə deyilir. Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev Moskvanın nəzarətindən qurtula bilib. Azərbaycan ölkənin neft və qaz tədarük etdiyi Avropa ilə güclü iqtisadi əlaqələri qurmaqla yanaşı, eyni zamanda Türkiyə və İsraillə də güclü hərbi əlaqələr inkişaf etdirib. Azərbaycanın Türkiyə və İsraillə üçtərəfli əməkdaşlığı Tehranı xüsusilə qorxudur. Bu qorxu həm də ölkə əhalisinin ən azı beşdə birini (bu, müəllifin qiymətləndirməsidir, real rəqəm isə 40 faiz və daha çoxdur – red.) təşkil edən İran azərbaycanlılarının Bakıya verdiyi dəstəkdən irəli gəlir. Son nəticədə, Tehran Türkiyə-İsrail-Azərbaycan birliyinə qarşı durmaq və sülh danışıqlarını pozmaq üçün Moskva və İrəvanla işləyir. Buna dolayısı ilə Cənubi Qafqazda diplomatiyaya böyük enerji sərf edən və Ermənistanın tərəfini tutan Fransa prezidenti Emmanuel Makron da kömək edib. Böyük erməni icmasının məskunlaşdığı Fransa Avropa Şurasının sədri Şarl Mişele təzyiq edərək, Aİ-nin vasitəçiliyi ilə aparılan sülh danışıqlarına müdaxilə etdi. Bu, Bakının gözündə Avropanın vasitəçiliyinin qeyrilegitim olmasına gətirib çıxardı. Beləliklə, Blinken indi etiraf edir ki, Ermənistanı sülhə cəlb etmək və bununla da Rusiya-İran alyansı ilə əməkdaşlıq formalarını məhdudlaşdırmaq üçün Amerikanın danışıqlarda iştirakı yeganə düzgün yoldur. “Əgər İrəvanın ağlı başına gəlsə, ABŞ və müttəfiqləri Qarabağ ermənilərinin rifahını təmin etmək üçün Rusiya qoşunlarına arxalanmadan İrəvan və Bakı ilə birgə işləyə biləcəklər. Təəssüf ki, ABŞ-dakı erməni icmasının bir çox nüfuzlu dostları, məsələn senator C. Bob Menendez və konqresmen Adam Şiff İrəvanı bu istiqamətə sövq etməkdən imtina edirlər”, – M.Doran qeyd edir və sual qoyur: “Ermənistanın Demokrat Partiyası daxilindəki dostları onu düz yoldan sapdırmayacaqlarmı?” Və suala özü də cavab verir: “Gələcək göstərəcək”. Ortaya sual çıxır: Rusiya-İran tandemi sülh prosesinə nə dərəcədə güclü müqavimət göstərə bilər? Bunun üçün Moskva və Tehranın bu gün hansı real təzyiq alətləri var? Bəs partiya yoldaşları arasında erməni lobbisinin nümayəndələrinin olduğunu nəzərə alsaq, Blinken sona qədər prinsipial möhkəmlilik göstərə biləcəkmi? Press Klubun suallarını beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah cavablandırıb. Onun sözlərinə görə, Rusiyanın Qafqazda sülhün qarşısını almaq üçün Ermənistanda hərbi baza, hərbi elita və iqtisadi sahə kimi alətləri var. Azərbaycanda isə bu, İlham Əliyevlə avtoritar müttəfiqlik rıçaqdır. “İranın bu istiqamətdə imkanları məhdud olsa da, rəsmi Tehran Ermənistana siyasi təzyiq imkanlarını özündə saxlayır. İran Ermənistanın açıq sərhədi olan iki qonşusundan biridir. İrəvanla Kreml arasında münasibətlər soyuyub, Ermənistanın Türkiyə üzərindən qərbə, Azərbaycandan keçməklə şərqə çıxışı bağlıdır, Moskva və Bakının ikitərəfli təzyiqi altında olan Gürcüstandan çıxış yolu o qədər də etibarlı deyil. Bu asılılıq İrana Ermənistana təzyiq etmək üçün yaxşı imkanlar verir. Bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mane ola bilməsə də, prosesi ləngidə bilər. Qafqazda sülhün bərqərar olması bir sıra səbəblərə görə hər iki ölkənin – həm Rusiyanın, həm də İranın strateji maraqlarına cavab vermir. Məsələn, Rusiyanın Qafqazdakı maraqları burada daimi münaqişə ocaqlarının olmasını diktə edir. Rəsmi Moskva “yaxın xaricdəki” Şərqi Avropa ölkələrini və postsovet coğrafiyasını özünün “arxa bağçası” hesab edir. Lakin Qərbdən və Çindən fərqli olaraq, Rusiyanın yumşaq güc alətləri yoxdur. Kreml nə iqtisadi, nə də demokratik baxımdan heç bir ölkə üçün cəlbedici deyil. Bu baxımdan, Moskva öz coğrafi maraqlarını yalnız yerli münaqişə mərkəzləri üzərindəki hərbi təzyiq yolları ilə qoruya bilər. Əgər münaqişə ocağı olan Qafqazda davamlı sülh bərqərar olarsa, Rusiya bu coğrafiyanı itirməli olacaq. İran üçün dinc Qafqaz regionda yeni güc mərkəzinin yaranması deməkdir. Bu da hazırda Qafqaza təsir etmək imkanına malik olan İranın Qafqazın təsir dairəsinə düşməsinə gətirib çıxarardı. Blinkenin əsas məqsədi Qafqazda bu və ya digər formada sülhə nail olmaqla Moskvanı bu coğrafiyadan sıxışdırıb çıxarmaqdır. Təəssüf ki, erməni lobbisinin ABŞ siyasi elitasına təsiri xeyli güclüdür. Erməni lobbisi hələ də “Böyük Ermənistan” xülyasında, Türkiyə və Azərbaycana torpaq iddiasında, Türkiyəni 1915-ci il hadisələrinə görə qınamaqda israrlıdır. Erməni maraqlarına gəlincə, lobbi ABŞ siyasi elitasının gücündən məharətlə istifadə edərək üç məqsədə çatır – Torpaq, Təzminat, Tanınma. Blinken özü tanınmış erməni lobbiçisi – senator Bob Menendezin yaxın dostudur. Bu səbəbdən də Blinkenin Azərbaycanla Ermənistan arasında ədalətli sülhə nail olmaq üçün güclü iradə nümayiş etdirə bilib-bilməyəcəyi sualına dəqiq cavab vermək çətindir. Əslində, ABŞ-ın Rusiyanı Qafqazdan sıxışdırıb çıxara bilməsi bu sualın cavabından asılıdır. Prosesin gedişində bizə daha aydın olacaq: Ağ Evin Qafqaz gündəmində pr Birləşmiş Ştatlar nəhayət anladı ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesində daha fəal iştirak etməsə, Rusiya və İran nəticə əldə olunmasına daima mane olacaqlar. “The Wall Street Journal”ın məlumatına görə, bu barədə ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran bildirib. Müəllifin məqaləsində qeyd olunur ki, ABŞ-dan başqa Rusiya prezidenti Vladimir Putin də vasitəçi rolunu öz üzərinə götürüb. Problemin yekun həlli və sülhün əldə olunması Qarabağda yerləşdirilən Rusiya qüvvələrinə ehtiyacı aradan qaldıra bilər. Rusiya qüvvələri isə Putinin oradakı əsas alətlərindən biridir. M.Doran yazır ki, Ermənistan xüsusilə hərbi sahədə Rusiyadan ciddi şəkildə asılıdır. “Rusiya hərbçilərinin Ermənistanda ən azı üç mühüm mövqeyi var: orada hərbi baza yerləşdirilib, rus əsgərləri Ermənistanın sərhədlərinin əsas hissələrinə nəzarət edirlər, ölkənin hava məkanı isə onların tam şəkildə əlindədir”, – məqalədə deyilir. Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev Moskvanın nəzarətindən qurtula bilib. Azərbaycan ölkənin neft və qaz tədarük etdiyi Avropa ilə güclü iqtisadi əlaqələri qurmaqla yanaşı, eyni zamanda Türkiyə və İsraillə də güclü hərbi əlaqələr inkişaf etdirib. Azərbaycanın Türkiyə və İsraillə üçtərəfli əməkdaşlığı Tehranı xüsusilə qorxudur. Bu qorxu həm də ölkə əhalisinin ən azı beşdə birini (bu, müəllifin qiymətləndirməsidir, real rəqəm isə 40 faiz və daha çoxdur – red.) təşkil edən İran azərbaycanlılarının Bakıya verdiyi dəstəkdən irəli gəlir. Son nəticədə, Tehran Türkiyə-İsrail-Azərbaycan birliyinə qarşı durmaq və sülh danışıqlarını pozmaq üçün Moskva və İrəvanla işləyir. Buna dolayısı ilə Cənubi Qafqazda diplomatiyaya böyük enerji sərf edən və Ermənistanın tərəfini tutan Fransa prezidenti Emmanuel Makron da kömək edib. Böyük erməni icmasının məskunlaşdığı Fransa Avropa Şurasının sədri Şarl Mişele təzyiq edərək, Aİ-nin vasitəçiliyi ilə aparılan sülh danışıqlarına müdaxilə etdi. Bu, Bakının gözündə Avropanın vasitəçiliyinin qeyrilegitim olmasına gətirib çıxardı. Beləliklə, Blinken indi etiraf edir ki, Ermənistanı sülhə cəlb etmək və bununla da Rusiya-İran alyansı ilə əməkdaşlıq formalarını məhdudlaşdırmaq üçün Amerikanın danışıqlarda iştirakı yeganə düzgün yoldur. “Əgər İrəvanın ağlı başına gəlsə, ABŞ və müttəfiqləri Qarabağ ermənilərinin rifahını təmin etmək üçün Rusiya qoşunlarına arxalanmadan İrəvan və Bakı ilə birgə işləyə biləcəklər. Təəssüf ki, ABŞ-dakı erməni icmasının bir çox nüfuzlu dostları, məsələn senator C. Bob Menendez və konqresmen Adam Şiff İrəvanı bu istiqamətə sövq etməkdən imtina edirlər”, – M.Doran qeyd edir və sual qoyur: “Ermənistanın Demokrat Partiyası daxilindəki dostları onu düz yoldan sapdırmayacaqlarmı?” Və suala özü də cavab verir: “Gələcək göstərəcək”. Ortaya sual çıxır: Rusiya-İran tandemi sülh prosesinə nə dərəcədə güclü müqavimət göstərə bilər? Bunun üçün Moskva və Tehranın bu gün hansı real təzyiq alətləri var? Bəs partiya yoldaşları arasında erməni lobbisinin nümayəndələrinin olduğunu nəzərə alsaq, Blinken sona qədər prinsipial möhkəmlilik göstərə biləcəkmi? Press Klubun suallarını beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah cavablandırıb. Onun sözlərinə görə, Rusiyanın Qafqazda sülhün qarşısını almaq üçün Ermənistanda hərbi baza, hərbi elita və iqtisadi sahə kimi alətləri var. Azərbaycanda isə bu, İlham Əliyevlə avtoritar müttəfiqlik rıçaqdır. “İranın bu istiqamətdə imkanları məhdud olsa da, rəsmi Tehran Ermənistana siyasi təzyiq imkanlarını özündə saxlayır. İran Ermənistanın açıq sərhədi olan iki qonşusundan biridir. İrəvanla Kreml arasında münasibətlər soyuyub, Ermənistanın Türkiyə üzərindən qərbə, Azərbaycandan keçməklə şərqə çıxışı bağlıdır, Moskva və Bakının ikitərəfli təzyiqi altında olan Gürcüstandan çıxış yolu o qədər də etibarlı deyil. Bu asılılıq İrana Ermənistana təzyiq etmək üçün yaxşı imkanlar verir. Bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mane ola bilməsə də, prosesi ləngidə bilər. Qafqazda sülhün bərqərar olması bir sıra səbəblərə görə hər iki ölkənin – həm Rusiyanın, həm də İranın strateji maraqlarına cavab vermir. Məsələn, Rusiyanın Qafqazdakı maraqları burada daimi münaqişə ocaqlarının olmasını diktə edir. Rəsmi Moskva “yaxın xaricdəki” Şərqi Avropa ölkələrini və postsovet coğrafiyasını özünün “arxa bağçası” hesab edir. Lakin Qərbdən və Çindən fərqli olaraq, Rusiyanın yumşaq güc alətləri yoxdur. Kreml nə iqtisadi, nə də demokratik baxımdan heç bir ölkə üçün cəlbedici deyil. Bu baxımdan, Moskva öz coğrafi maraqlarını yalnız yerli münaqişə mərkəzləri üzərindəki hərbi təzyiq yolları ilə qoruya bilər. Əgər münaqişə ocağı olan Qafqazda davamlı sülh bərqərar olarsa, Rusiya bu coğrafiyanı itirməli olacaq. İran üçün dinc Qafqaz regionda yeni güc mərkəzinin yaranması deməkdir. Bu da hazırda Qafqaza təsir etmək imkanına malik olan İranın Qafqazın təsir dairəsinə düşməsinə gətirib çıxarardı. Blinkenin əsas məqsədi Qafqazda bu və ya digər formada sülhə nail olmaqla Moskvanı bu coğrafiyadan sıxışdırıb çıxarmaqdır. Təəssüf ki, erməni lobbisinin ABŞ siyasi elitasına təsiri xeyli güclüdür. Erməni lobbisi hələ də “Böyük Ermənistan” xülyasında, Türkiyə və Azərbaycana torpaq iddiasında, Türkiyəni 1915-ci il hadisələrinə görə qınamaqda israrlıdır. Erməni maraqlarına gəlincə, lobbi ABŞ siyasi elitasının gücündən məharətlə istifadə edərək üç məqsədə çatır – Torpaq, Təzminat, Tanınma. Blinken özü tanınmış erməni lobbiçisi – senator Bob Menendezin yaxın dostudur. Bu səbəbdən də Blinkenin Azərbaycanla Ermənistan arasında ədalətli sülhə nail olmaq üçün güclü iradə nümayiş etdirə bilib-bilməyəcəyi sualına dəqiq cavab vermək çətindir. Əslində, ABŞ-ın Rusiyanı Qafqazdan sıxışdırıb çıxara bilməsi bu sualın cavabından asılıdır. Prosesin gedişində bizə daha aydın olacaq: Ağ Evin Qafqaz gündəmində prioritet nədir – erməni lobbisinin təsiri, yoxsa ABŞ-Rusiya münaqişəsi”, – deyə E.Fəttah yekunlaşdırıb. Rauf Orucov pressklubioritet nədir – erməni lobbisinin təsiri, yoxsa ABŞ-Rusiya münaqişəsi”, – deyə E.Fəttah yekunlaşdırıb. Rauf Orucov pressklub
“Mayın 14-də bəzilərini təqaüdə yollayacağıq. Onların kim olduğunu bilərsiniz”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə bildirib.
“İstanbul “Hə” deyərsə, bu iş bitər. İstanbul “Bəzilərini təqaüdə yollayacağıq” desə, bu iş bitər”, - dövlət başçısı bildirib.
Mitinq boyu seçkilərdəki əsas rəqibi Kamal Kılıçdaroğlunu tənqid edən Rəcəb Tayyib Ərdoğan onu terror təşkilatları ilə əlbir olmaqda suçlayıb: “Bu terror təşkilatları ilə bərabər gəzən, dolaşan Kılıçdaroğluna vətəni böldürməyəcəyik”.
“Ermənistan siyasətində və danışıqlarda çox tutarsız mövqe sərgiləyir”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
O, Ermənistanın Azərbaycana qarşı təxribatçı əməllərini də tənqid edib.
“Bəzən gözlənilməz bir bəyanat, bəzən də tam əks addım görürsən. Azərbaycan səmimiyyətlə sülh istəyir və bunu təklif edir. Siz bir tərəfdən “Qarabağ Azərbaycandır!” deyirsiniz, amma digər tərəfdən də Qarabağa qanunsuz olaraq silahlı şəxslər göndərirsiniz. Əgər sülh istəyirsinizə, niyə göndərirsiniz?”, - deyə Çavuşoğlu Ermənistan rəhbərliyinə sual ünvanlayıb
XİN rəhbəri bildirib ki, Qarabağdakı vəziyyətlə bağlı həqiqəti hər kəs görür.
“Hətta ABŞ də həqiqəti görür. Qərb silahlı şəxsləri də təsbit edib. Təəssüf ki, bizim istədiyimiz səmimiyyəti görmürük. Onların bu səmimiyyətə daha çox ehtiyacı var. Bizim qonşularımızla barışmaq, təbii ki, marağımızdadır. Azərbaycan, Ermənistan, Türkiyə - müəyyən məsələlərdə əməkdaşlıq etmək hamımızın marağındadır, amma ən çox Ermənistanın xeyrinədir. Onlar gəldilər, zəlzələdə kömək etdilər, xarici işlər naziri gəldi, təşəkkür etdik. Amma indi diplomatlarımı şəhid edən terrorçulara abidə ucaltsanız, bunu qəbul edə bilərəmmi?”, - Çavuşoğlu İrəvanda açılmış “Nemezis” abidəsini nəzərdə tutaraq qeyd edib.
ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli danışıqların növbəti raundu başa çatıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ-nin dövlət katibi Entoni Blinken nazirlərlə görüşüb və yekun iclasa ev sahibliyi edib.