Ardını oxu...
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də ölkəmizə dövlət səfərinə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şimali Kipr Türk Respublikasına səfər edəcək.

"DogruXeber.az" “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla görüşəcək. Türkiyənin Kipr problemi və Şərqi Aralıq dənizindəki yol xəritəsi ilə bağlı çıxış edəcəyi gözlənilir.

Həmçinin Ərdoğan sabah Azərbaycana səfər edəcək.

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Ölkə liderləri Ankara ilə Bakı arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələsini, həmçinin Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişi də müzakirə edəcəklər.

Qafqaz regionunda daimi sülh və sabitliyin təmin olunması üçün mesajlar veriləcək.
Ardını oxu...
Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrliyinə namizədliyi müzakirə olunur.
Teref.az “Habertürk”ə istinadən xəbər verir ki, bələdiyyə rəhbəri bununla bağlı jurnalistlərin sualına cavab verib. Əkrəm İmamoğlu bildirib ki, o, dəyişikliklərin olmasında qərarlıdır:

“Mən dəyişikliyə dair fikrimdə qəti qərarlıyam. Bu, bizim partiyada da olmalıdır ki, ölkədə fərdlərdən asılı nizam deyil, daimi demokratiya nizamı mövcud olsun. İstanbuldakı dəyişiklik çox yaxşı nəticə verdiyi kimi, siyasətdə, xüsusən də müxalifətdə baş verən bu dəyişikliyin və öz partiyamdan başlayan bu qığılcımın Türkiyə üçün çox yaxşı nəticə verəcəyinə əminəm.
Televiziya ekranları və ya mikrofonlar vasitəsi ilə ardıcıl mövqeyimlə yanaşı, ekranlar vasitəsi ilə siyasi partiyamın sədrinə və ya üzvlərinə mesaj göndərməyi də yanlış hesab edirəm.
Mənim namizəd olduğum tək bir şey var: Ölkəmizdə eynilə İstanbulda olduğu kimi böyük bir dəyişiklik istəyirəm”.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni dövrünün xaricə səfərlərinə simvolik start verir.

“Yeni şafak”xəbər verir ki, Ərdoğan ənənəsinə sadiq qalaraq iyunun 12-də Şimali Kiprə, 13-də isə Azərbaycana səfər edəcək.

Ərdoğan Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşəcək. İki prezident bu səfər zamanı Qafqazda sülh və sabitlik mesajları verəcəklər.
 yeniavaz
Ardını oxu...
Böyük Britaniyanın baş naziri Rişi Sunak bu həftə ABŞ-a səfəri zamanı prezidentliyə namizəd Donald Trampla görüşməyəcək.

Baş nazir belə bir görüşün olub-olmayacağı ilə bağlı suala belə cavab verib: "Mənim olduqca sıx qrafikim var. Mən əsasən Konqres liderləri və hazırkı prezidentlə görüşəcəm. Bunlar mənim əsas vəzifəmdir".

Sələfi Boris Conson Trampla yaxın münasibətdə olsa da, Böyük Britaniya və ABŞ həlledilməsi vacb problemlərlə üzləşdiyindən Rişi Sunak Bayden administrasiyası ilə əlaqəyə daha çox diqqət yetirir.

Trampın 18 aydan sonra Ağ Evə qayıtması perspektivi ilə bağlı suala cavab olaraq Sunak deyib ki, o, danışacağı liderlərlə “ümumbəşəri azadlıq, demokratiya və qanunun aliliyi kimi dəyərləri” müzakirə edəcək. \\Redaktor.Az
 
Ardını oxu...
Britaniya Belarusa qarşı yeni sanksiya tətbiq edib.
Bakupost.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik Belarusu Rusiyanın Ukraynaya təcavüzünü aktiv şəkildə asanlaşdırmaqda ittiham edib.
Açıqlamada bildirilib ki, sözügedən yeni sanksiyalar paketi Belarusdan qızıl, sement, ağac və rezin idxalına qoyulan qadağaları əhatə edir.
Ardını oxu...
İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu prezident seçkilərinin ikinci turunun ardından səsləndirdiyi “dəyişiklik” tələbini yenidən dilə gətirib.

Publika.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlama verib.

“Hamımız bilirik ki, dəyişiklik yalnız idarə heyəti və ya nümayəndə heyəti dəyişikliyi ilə olmayacaq”, - o deyib.

İmamoğlu müxalifətin son seçkilərdə məğlubiyyətindən söz açıb: "Təəssüf ki, 9 ildə 3 dəfə dalbadal seçkini uduzduq, prezident seçkisini uduzduq. Bu seçkidən sonra eyni şeyi edib səhvlərə yol verə bilmərik".

O vurğulayıb ki, dəyişiklik məsələsi vacibdir.

"Mən keçən həftə bəyanatımda güclü dəyişiklik tələbindən çox aydın şəkildə danışdım. Mən ümumi anlayış dəyişikliyini, köklü və təfərrüatlı dəyişikliyi ehtiva edən fikirlər ifadə etdim. Yenə də eyni mövqedəyəm", - İmamoğlu bildirib.

İstanbul meri dəyişiklik tələbinin cəmiyyətdən gəldiyini diqqətə çatdırıb:

"Mən dəyişikliyə ehtiyacı müəyyən etmirəm. Bu ehtiyacı cəmiyyət müəyyən edir, insanlar bunu istəyir, onu eşitmədən yol getmək mümkün deyil. Cəmiyyətin bütün təbəqələrini dinləmək və anlamaq vacibdir".

Qeyd edək ki, prezident seçkilərinin ikinci turundan bir neçə gün sonra Ekrem İmamoğlu sosial media hesabından dəyişikliyin labüd olduğunu vurğulayan bəyanat yayıb. Bir çox ekspert onun üzvü olduğu CHP-dən dəyişiklik tələb etdiyini düşünür. İmamoğlunun bəyanatından sonra CHP lideri Kemal Kılıçdaroğlu partiyanın idarə heyətini tam tərkibdə yeniləyib.
 
Ardını oxu...
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Derek Hoqanla telefon danışığı zamanı Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər.

Danışıqlar zamanı həmçinin bir neçə gün sonra Vaşinqtonda planlaşdırılan müzakirələr ərəfəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin əsas məsələləri, o cümlədən sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyinin təmin edilməsi, hüquq və müdafiə məsələləri müzakirə edilib.
Ardını oxu...
Türkiyədə keçirilən prezident seçkilərində qələbə qazana bilməməsindən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunun istefa verib-verməyəcəyi məsələsi hələ də müzakirə olunur.

Tribunainfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məsələyə CHP-nin sözçüsü Faik Öztrak jurnalistlərə açıqlaması zamanı münasibət bildirib.

“CHP bir çadır partiyası deyil, yüzillik bir partiyadır. Heç kim təkbaşına qərar verə bilməz. Bütün qərarlar partiyanın səlahiyyətli komitələrində müzakirə yolu ilə qəbul edilir”, – deyə o qeyd edib.
Ardını oxu...
Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsi (Coreper) iyunun 7-də keçiriləcək iclasın gündəliyinə yenidən Rusiyaya qarşı 11-ci məhdudlaşdırıcı tədbirlər paketinin razılaşdırılması məsələsini daxil edib. “Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Brüsseldə dərc olunmuş sənəddə deyilir.

Orada bildirilir ki, Avropa səfirləri təsdiqlənməyə hazırlıq olaraq, növbəti dəfə Aİ Şurasının reqlamenti, icra tənzimləməsi və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə xələl gətirən və ya təhlükə yaradan hərəkətlərlə bağlı məhdudlaşdırıcı tədbirlər haqqında reqlamentinin layihələrini bir daha nəzərdən keçirəcəklər.

11-ci sanksiyalar paketi çərçivəsində Aİ-nin Rusiyaya münasibətdə planlaşdırdığı bir sıra məhdudiyyətlər Aİ ölkələri ilə razılaşdırılma prosesində yumşaldılıb.

“Aİ-yə üzv ölkələr 11-ci sanksiyalar paketi üzrə razılaşmaya doğru yavaş-yavaş irəliləyirlər, eyni zamanda Avropa Komissiyası tərəfindən daha əvvəldən irəli sürülən bir sıra təkliflərin daha az qəti olmasına qərar verilib”, - agentlik qeyd edib.

Eyni zamanda, məhdudlaşdırıcı tədbirlərin tətbiqi bütün Aİ ölkələrinin yekdilliklə təsdiqini tələb edir.

“Müzakirə olunan sənədlərin son variantları ilə tanış olan insanların sözlərinə görə, sanksiya tətbiq edilmiş yükləri daşıyan gəmilərin Aİ limanlarına daxil olmasına qadağa qoyulması təklifi, çox güman ki, qismən ləğv ediləcək. Malların gəmidən gəmiyə daşınmasına və ya transponderlərini söndürən gəmilərə qoyulan məhdudiyyətlər tədbirlərin qüvvəyə minməsi ərəfəsində 30 günlük təxirəsalma ilə tətbiq ediləcək.

Bundan əvvəl Aİ-də Rusiyaya sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkələrə qarşı istifadə oluna biləcək mexanizmin işləndiyi məlum olmuşdu. Lakin Aİ ölkələrinin nümayəndələri arasında aparılan müzakirələrdən sonra bu mexanizmin tətbiqi meyarları da yumşaldılıb.

Eyni zamanda, bəzi ölkələr Aİ tərəfindən Rusiyaya idxalı qadağan olunmuş malların Rusiya tərəfdən satışı ilə əlaqədar təsdiqlənmək üçün hazırlanan sanksiya siyahılarına Çin şirkətlərinin də daxil edilməsindən narahatdırlar. Bundan əlavə, Macarıstan və Yunanıstan şirkətlərinin Ukraynanın Rusiya ilə iş aparan təşkilatlardan yaratdığı “qara siyahı”dan çıxarılmasını tələb etməkdə davam edir. Mənbələrin bildirdiyinə görə, bu mövzuda müzakirələr davam edir.

Bununla belə, mənbələrdən biri qeyd edib ki, Aİ bu həftə 11-ci sanksiyalar paketini yekunlaşdırmağa ümid edir.

Dünyapress TV

Xəbər lenti