Ardını oxu...
İranla Pakistan arasında yaşanan gərginlik səngidi. İki ölkənin bir-birinin ərazisinə raket zərbələri endirməsinin ardından diplomatik kriz meydana gəlmişdi. Lakin bu, uzunmüddətli gərginliyə çevrilmədi. Artıq tərəflər səfirlərini də geri göndərmək barədə qərar qəbul ediblər. Həmçinin, İranın xarici işlər nazirinin yanvarın 29-da Pakistana səfər edəcəyi açıqlanıb.

Maraqlıdır, İranla Pakistan arasındakı gərginliyin qısa çəkməsinə səbəb nədir?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Elçin Abdullayev bildirib ki, İranla Pakistan arasındakı münasibətlər zaman-zaman gərgin hal alır:

"Düşünürəm ki, nüvə dövləti olan Pakistanla nüvə dövləti olmaq iddiasında olan və o istiqamətdə addımlar atan İran arasında müharibə olma ehtimalı yoxdur. Çünki bu müharibənin başlaması bütün regionu fəlakətə sürükləyə bilər. Müəyyən diplomatlar arasında gərginlik olsa da, iki ölkə arasında hərbi toqquşma olmayacaq".

Ekspert hesab edir ki, Pakistanın İrana cavabı müharibə mesajı deyildi:

"Burada 2 məqama diqqət çəkmək lazımdır. Birincisi, Pakistanda seçkilərin keçiriləcəyini nəzərə almaq lazımdır. Seçkilər ərəfəsində rəsmi İslamabadın bu cür etiraz bildirməsinə səbəb əhalinin indiki hökumətə yenidən etimad göstərməsi məqsədi daşıyırdı. Yəni buna görə də Pakistan mütləq şəkildə İrana sərt cavab verməli idi.

Pakistanın sərt ritorikasının ikinci səbəbi isə İranın daha çox üzərinə gəlməsinin qarşısını almaq idi. Amma indiki vəziyyətdə tərəflərin heç biri müharibənin başlamasında maraqlı deyil. Təbii ki, bəzi böyük güclər bu dövlətləri müharibəyə sürükləməyə çalışırlar. Lakin hər iki dövlətin siyasətçilərinin yaranmış gərginliyin tez bir zamanda aradan qaldırmağa çalışacaqlarını düşünürəm".

 

Ardını oxu...
 

"Növbədənkənar Prezident seçkilərində bu gün İlham Əliyevə alternativ yoxdur".

Bunu Modern.az-a açıqlamasında tanınmış siyasətçi, ləğv edilmiş Azərbaycan Liberal Partiyasının keçmiş lideri Lalə Şövkət bildirib.

"Mən həmişə qaraya qara, ağa ağ demişəm. Qarabağın azad olunması İlham Əliyevin böyük tarixi nailiyyətidir. Bunu heç kim dana bilməz. Ələlxüsus, Şuşanın azad olunması hər bir azərbaycanlının əlçatmaz və ən böyük arzusu idi. Şuşanın hər birimiz üçün mistik əhəmiyyəti var. Azərbaycan Qarabağsız, Şuşasız tam canlı ola bilməzdi. Bu çox çətin işi İlham Əliyev milləti səfərbər edərək həll etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Onların ruhu daim bizimlə olacaq. Bu məsələnin həllinin hərbi, xüsusən də geosiyasi razılıq baxımından nə qədər müşkül olduğunu mən bir siyasətçi kimi yaxşı bilirəm. Bu labirintdən Azərbaycan məharətlə çıxdı. Bu da sözsüz ki, İlham Əliyevin böyük diplomatik uğurudur", - deyə Lalə Şövkət vurğulayıb.

O, hazırda ölkəni təhlükədən qorumağın olduqca böyük məsuliyyət tələb etdiyini bildirib:

"Amma bununla bərabər Azərbaycanın daxili siyasətində problemlər çoxdur. Onların arasında təxirəsalınmaz məsələlər də var. İstərdim ki, bunlar da tezliklə həll olunsun. İndiki ədalətsiz, qəddar, alovlanan dünyada ölkəni hər təhlükədən qorumaq böyük məsuliyyət və məharət tələb edir. Ona görə də, biz millət olaraq hər şeyə hazır olmalıyıq. Sayıq və ehtiyatlı davranmalıyıq. Bu bizim hər birimizdən asılıdır”.

Xatırladaq ki, Lalə Şövkət 1993-cü il də iyulun 7-də Azərbaycanın dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib və ilk dəfə Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yaradıb. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib və Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilib. Lakin bundan imtina edib.

3 iyun 1995-ci ildə Lalə Şövkətin rəhbərliyi ilə Azərbaycan Liberal Partiyasının təsis konfransı keçirlib. Təsis konfransında Lalə Şövkət ALP-nin sədri seçilib. 7 iyun 2003-də partiya sədrliyindən istefa verib.

Azərbaycan Liberal Partiyası 24 iyun 2023-cü ildə özünü buraxdığını elan edib.

Ardını oxu...
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç ilə Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə edib.

Bu barədə Rusiya XİN-dən məlumat verilib.

Bildirilir ki, görüşdə Mərkəzi Asiya və Ukraynadakı mövcud vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb, həmçinin ilk növbədə Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün atılacaq addımların bundan sonra da koordinasiyası barədə razılıq təsdiq edilib.

“Tərəflər regional və beynəlxalq məsələlər üzrə ikitərəfli əməkdaşlığın səmərəliliyini qeyd ediblər”, - deyə bəyanatda vurğulanıb.
Rusiya diplomatik xidmətinin məlumatına görə, Türkiyə səfiri ilə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko da görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli və regional gündəliyə dair fikir mübadiləsi aparılıb.

Mənbə: TASS
 
 
 
Ardını oxu...
“Rusiya Kiyevin hazırkı rəhbərlərini hakimiyyətdə saxlamaqla bağlı deyil, Ukrayna ilə bağlı danışıqlara hazırdır”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında bildirib.

Rusiya XİN başçısı deyib ki, Zelenskinin “sülh formulu” heç yerə aparmır və ABŞ-la Avropa İttifaqı bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır.

“BMT Katibliyinin tamamilə sürreal qondarma Kopenhagen formatında iştirak etməklə öz reputasiyasını riskə atması üzücüdür. Bütün bu formullar heç bir yerə aparan yoldur və Vaşinqton, London, Paris, Brüssel bunu nə qədər tez başa düşsələr, həm Ukrayna, həm də Qərb üçün bir o qədər yaxşı olacaq”, – deyə Lavrov vurğulayıb.
 
Ardını oxu...
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan qış sessiyasının ilk iclasında ingilis deputat Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edən həmkarlarının qərarını pisləyib.

"Report"un yerli bürosu xəbər verir ki, Böyük Britaniyanın AŞPA-da nümayəndə heyətinin üzvü İan Liddel-Granger qurumda çıxışı zamanı həmkarlarını bu mövzuda ehtiyatlı olmağa çağırıb.
Ətraflı

"Bu, səhv bir qərardır. Heç bir müsbət vəziyyətə aparmayacaq. Belə qərarlar vermək üçün çox ehtiyatlı olmalıyıq", - o, bildirib.

Qeyd edək ki, bu gün keçirilən iclaslarda Azərbaycan nümayəndə heyəti iştirak edib, lakin onların səsvermə hüququ məhdudlaşdırılıb. Bu təklif almaniyalı deputat Frank Şvabenin olub.

Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Monitorinq Komitəsi 24 saat ərzində qərar verməlidir.
 
Ardını oxu...
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin səsvermə hüququ məhdudlaşdırıla bilər
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat AŞPA-nın rəsmi saytında yayımlanıb.
Məlumatda bildirilir ki, Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Şvabe Azərbaycanda siyasi məhbusların olduğunu, insanların Dağlıq Qarabağdan zorakılıqla köçürüldüyünü, Assambleyanın məruzəçilərinin 2023-cü il ərzində ən azı üç dəfə Azərbaycana gedə bilməmələrini, həmçinin fevralın 7-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Assambleyaya dəvət göndərilmədiyini əsas gətirərək Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsini təklif edib.
Frank Şvabenin təklifi Assambleyanın ən azı otuz üzvü tərəfindən dəstəklənib və müraciət Assambleyanın Monitorinq Komitəsinə, həmçinin rəy üçün Qaydalar Komitəsinə göndərilib.
Bildirilir ki, yanvar ayının 24-də Frank Şvabenin təklifi Assambleyada müzakirə olunacaq.
Qaydalara əsasən, Azərbaycan nümayəndə heyətinin üzvləri Assambleya qərar qəbul edənə qədər Assambleyanın digər üzvləri ilə eyni hüquqlara malik olaraq müvəqqəti otura bilərlər, lakin onlar səsvermədə iştirak edə bilməzlər.
Qeyd edək ki, Azərbaycan Parlament Assambleyasında 6 həqiqi və 6 əvəzedici üzvdən ibarət nümayəndə heyəti ilə təmsil olunur.
Səməd Seyidov (Nümayəndə heyətinin rəhbəri) , Nigar Arpadarai, Sabir Hacıyev, Rafael Hüseynov, Kamal Cəfərov, Könül Nurullayeva həqiqi üzvlər, Sevinc Fətullayeva, Tural Gəncəliyev, Pərvin Kərimzadə, Erkin Qədirli, Asim Mollazadə və Fazil Mustafa isə əvəzedici üzvlərdir.
Ardını oxu...
Donald Trampın ABŞ prezident seçkilərində mümkün qələbəsi Avropa üçün ciddi problem olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Donald Trampın keçmiş müşaviri Entoni Skaramuççi deyib.

“Tramp NATO-ya nifrət edir və hər şeydən çox onu ləğv etmək istəyir. Rusiya Prezidenti Vladimir Putini isə sevir. Ancaq güman edirəm ki, Putini dayandıracaq. Trampın qələbəsinə inanmıram, çünki onu faşizmə və ağ irqin üstünlüyünə inanan kiçik bir qrup insan sevir, ABŞ əhalisinin qalan hissəsi isə ona nifrət edir. Tramp diktator olmaq istəyir, ona görə də daha hakimiyyətsevər bir proqramı təşviq edəcək", - Skaramuççi bildirib.
 
Ardını oxu...
"Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər tarixi hələlik dəqiqləşməyib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.

Onun sözlərinə görə, Putinin Türkiyəyə səfərinin dəqiq tarixi hələ müəyyən edilməyib və diplomatik kanallarla razılaşdırılır.
Ardını oxu...
Avropa Birliyi (AB) Yaxın Şərqdəki münaqişənin hərtərəfli həlli üçün plan hazırlayıb.

Bu, təşkilatın Xarici Siyasət Xidmətinin hazırladığı sənəd layihəsində əksini tapıb.

“Mövcud vəziyyəti nəzərə alaraq və aşkar çətinliklərə, qeyri-müəyyənliklərə baxmayaraq, hərtərəfli sülhə hazırlaşmağın vaxtı çatıb”, - sənəddə qeyd edilib.

10 bənddən ibarət planda Qəzza zolağında sülhün bərqərar olması, müstəqil Fələstin dövlətinin yaradılması və regionda uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün atılacaq addımlar əksini tapıb.

Qeyd edək ki, AB ölkələrinin xarici işlər nazirlərinin yanvarın 22-də Brüsseldə keçiriləcək görüşündə Yaxın Şərqdəki münaqişənin əsas mövzulardan biri olacağı gözlənilir. Bu görüş zamanı AB-nin 27 ölkəsinin xarici işlər nazirləri İsrail və Fələstindən olan həmkarları ilə danışıqlar aparacaqlar.
 
Ardını oxu...
Pakistanın Milli Təhlükəsizlik Komitəsi İranla diplomatik münasibətləri tam bərpa etmək qərarına gəlib.

Bu barədə “Reuters” məlumat yayıb.

Buildirilib ki, bu qərar kontekstində əvvəllər geri çağırılan səfirlər İslamabad və Tehrana qayıdacaqlar.
 

Dünyapress TV

Xəbər lenti