Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrikada keçiriləcək BRİKS sammitinə getməyəcək.
“Qafqazinfo” Lenta.ru nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Dəftərxanası məlumat verib.
Bildirilib ki, sammitdə Putini Rusiya xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.
Həmçinin, Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak məsələ ilə bağlı tviter hesabında açıqlama verib.
“Vladimir Putinin BRİKS sammitində şəxsən iştirakdan imtina etməsi beynəlxalq hüququn qüvvədə olduğunu göstərir. Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbsinə order verilən şəxs hələ də prezident statusuna malik olmasından asılı olmayaraq, BRİKS sammiti üçün Cənubi Afrikaya getməyəcək. Beynəlxalq hüquq belə işləməlidir”, - deyə Podolyak qeyd edib.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Vladimir Putinin həbsinə order verilib.
Onun Cənubi Afrikaya BRİKS sammitinə gedəcəyi təqdirdə həbs olunması məsələsi müzakirə olunurdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi ilə ölkəmizdə siyasi sistemin müasir çağırışlara və milli maraqlara uyğun təkmilləşdirilməsi, partiyalararası dialoq prosesinin dərinləşdirilməsi və bu sahədə münasibətlərin yeni konfiqurasiya şəraitində qurulması ilə bağlı ardıcıl tədbirlər görülür.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu məqsədlə beynəlxalq təcrübə öyrənilməklə siyasi partiyaların fəaliyyətini tənzimləyən yeni qanun layihəsi hazırlanıb və geniş ictimai müzakirələr keçirilməklə qəbul edilib.
“Siyasi partiyalar haqqında” qanun ölkədə həyata keçirilən demokratik islahatların növbəti təzahürü olaraq siyasi partiyaların fəaliyyətinin səmərəli qurulmasına, daha sağlam siyasi mühitin formalaşmasına və siyasi qüvvələr arasında qarşılıqlı faydalı dialoqun genişləndirilməsinə xidmət edir. Yeni qanuna əsasən, partiyanın azı 5.000 üzvü olmalıdır və onlar üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.
Bununla əlaqədar nazirlik tərəfindən normativ hüquqi aktların yeni qanuna uyğunlaşdırılması istiqamətində və digər aidiyyəti tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, qanun qüvvəyə mindiyi tarixdən ötən müddətdə 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib. Bəyanatlarda bu qərarların verilməsi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə həyata keçirilən hərtərəfli uğurlu islahatlar, təşviq olunan siyasi dialoq, bərqərar olunmuş siyasi sabitlik və milli həmrəylik mühiti, həmçinin Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqələndirilib. Digər 27 siyasi partiya isə üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə təqdim edib.
Nazirlik tərəfindən “Siyasi partiyalar haqqında” qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində bir sıra qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və sair müəyyən olunub.
Bununla bağlı partiyalara müvafiq məlumat verilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmasının zəruriliyi diqqətə çatdırılıb.
Eyni zamanda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə tədbirlər davam etdirilir və partiyalara müraciət edilərək qüsurların aradan qaldırılması üçün lazımi yardımın göstərilməsi məqsədilə onlarla görüşlərin keçirilməsinə hazır olduğu bildirilir.
2023-cü ilin ən mühüm toplantısı olaraq şərh edilən NATO sammiti başa çatıb. Türkiyənin addımları zirvədə öz izini qoyub. Görüş çərçivəsində dünya liderləri ilə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vilnüsdə Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşü ikitərəfli münasibətlərdə yeni dövrün qapısını açıb.
Sfera.az xəbər verir ki, Yunanıstanın "Kathimerini" qəzeti iki kritik tarixə diqqət çəkib.
Yunanıstan qəzeti iki liderin görüşü ilə bağlı bu qiymətləndirməni edib:
“NATO sammiti çərçivəsində keçirilən bir saatlıq yüksək səviyyəli görüş xarici işlər nazirləri Giorgos Gerapetritis və Hakan Fidan arasında dərin siyasi danışıqlara yaşıl işıq yandırdı”.
Məqalədə ikitərəfli münasibətlərdə müsbət irəliləyiş üçün iki kritik görüşün olacağı qeyd edilib:
“Birincisi iki liderin sentyabr ayında BMT Baş Assambleyasının kənarlarında keçirməsi gözlənilən görüşdür. İkincisi Yunanıstan-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının noyabrda Salonikidə keçirilməsinə razılıq verdiyi görüşdür. Aydındır ki, bu mühüm məsələ ilə bağlı yekun qərarı baş nazir və prezidentdən başqa heç kim verməyəcək”.
Sözügedən xəbərə görə, artıq danışıqlar sistemli olacaq və gündəmi Giorgos Gerapetritis və Hakan Fidan idarə edəcək.
Yunanıstanın yeni xarici işlər naziri Yorgos Gerapetritis Kathimeriniyə müsahibəsində diqqətəlayiq mesajlar verib. O, Türkiyə ilə yeni dövrü dəyərləndirib:
“Yunanıstanın baş nazirinin Türkiyə prezidenti ilə Vilnüsdə görüşü qarşılıqlı anlaşma şəraitində keçdi. Biz xoş niyyətlə dialoqa başlayırıq və istəyirik ki, bu yeni səy dürüstlük və inamla yadda qalsın. İlk addım atıldı. Hazırda Egeydə hökm sürən sakitlik bu yeni başlanğıcın məhsuldar olması üçün zəruri şərtdir. Lakin dostluq, sülh və əməkdaşlıq real imkanlarına nail olmaq üçün vaxt və ardıcıllıq lazımdır. Yunan Hökuməti əməkdaşlıq və dialoq mühiti arzulayır. Mən şəxsən birbaşa ünsiyyət kanalına doğru ilk addımları atdığım türk həmkarımla etibarlı və sabit münasibət qurmağı səbirsizliklə gözləyirəm”.
Gerapetritis Türkiyənin Qərb, xüsusilə də Avropa İttifaqı ilə əlaqələri ilə bağlı Yunanıstanın mövqeyinin aydın olduğunu vurğulayıb: “Avropa-Türkiyə əlaqələrində irəliləyiş son dərəcə kövrək bir bölgədə sabitliyə töhfə verəcək. Gərginlikdən uzaq durmaq hər iki tərəfin mənafeyinə uyğundur”. (Musavat.com)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 17-də körfəz ölkələrinə 50 milyard dollardan çox investisiya sazişinin imzalanması ilə nəticələnəcək üç günlük səfərə yola düşür. Modern.az “TRT Haber”ə istinadla bildirir ki, səfərdə Türkiyə Prezidentini 200-ə yaxın iş adamı müşayiət edəcək. Ərdoğan Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə danışıqlardan əlavə, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası tərəfindən bu dövlətlərdə təşkil olunacaq biznes forumlarda iştirak edəcək. Görüşlərin nəticələrinə əsasən tikinti-podrat sektorunda, səhiyyə, energetika, nəqliyyat, maliyyə, turizm və kənd təsərrüfatı sahələrində müqavilələrin bağlanması planlaşdırılır. Danışıqlarda, həmçinin müdafiə sənayesində əməkdaşlıq məsələləri də müzakirə olunacaq. “A Haber” telekanalında iyulun 16-da çıxış edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz konkret razılaşmalara ümid etdiyini bildirib. "Söhbət həm iki ölkədə, həm də üçüncü ölkədə uzunmüddətli layihələrdən gedir.
Birbaşa sərmayələrin bir hissəsi dərhal, bəziləri isə gələcəkdə yatırılacaq. Biz təsirli rəqəmlər gözləyirik”, - deyə o əlavə edib.
Rusiya ilə Türkiyə arasında müzakirələr gedir, artıq razılaşma var.
“AzPolitika.info” xəbər verir ki, bunu “news.am”-a müsahibəsində Rusiya Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski deyib.
“Ərdoğan öz rolunu yüksəldir. İndi ona Qərbin pulu lazımdır. O, artıq bizdən bütün lazımi dəstəyi alıb. İndi Qərbdən dəstək almağa çalışır”, - ekspert bildirib.
Onun sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərində ciddi böhranın başlaya biləcəyi ehtimalı istisna edilir.
“Yəqin ki, bu, ilk növbədə Ermənistan üçün maraqlıdır, lakin belə bir imkan yoxdur” - deyə, Satanovski qeyd edib.
"Türkiyə İsveçin NATO üzvlüyünə "hə” deməyib, NATO üzvlüyünün önünü açmağa "hə” deyib”.
"Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik "Habertürk"də aparıcı Mehmet Akif Ersoyun suallarını cavablandırarkən deyib.
"Türkiyə İsveçin NATO üzvlüyünə "hə” deməyib, NATO üzvlüyünə yol açmaq üçün "hə” deyib. Türkiyəyə tətbiq olunan müdafiə sənayesi sanksiyaları tamamilə ləğv ediləcək”, - o vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisi İsveçin Türkiyənin Avropa İttifaqına qoşulması prosesi, həmçinin terrorla mübarizədə öz üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirdiyini qiymətləndirəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində mətbuata açıqlamalar verib.
Dövlət başçısı Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları barədə sualı da cavablandırıb. Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyevin bölgədəki vəziyyəti diqqətlə izlədiyini deyib.
“Burada razılaşma ondan ibarətdir ki, 2025-ci ilə qədər Rusiya sülhməramlıları təyin olunmuş yerlərdə qalacaq. 2025-ci ildə Rusiya ərazini tərk edəcək. Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram. Qardaşım İlham Əliyev də məsələni diqqətlə izləyir”, - deyə Ərdoğan bəyan edib.
Almaniya hökumətini 2008-ci ildə Ukraynanın NATO-ya inteqrasiyasına qarşı açıq şəkildə çıxış edən kansler Merkelin buraxdığı səhvləri təkrarlamamağa çağırıram.
Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib.
"Bunun nəticəsi Rusiyanın daha aqressiv davranışı oldu - baxın Gürcüstan, Qərbə düşmənçilik və indi Ukraynaya təcavüz”, - Kuleba qeyd edib.\\Axar.Az