Ardını oxu...
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında bildirib.

Azərbaycanın Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.
 
 
 
Ardını oxu...
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Baku.TV televiziyasına müsahibəsində Novruz bayramınadək (martın 22-dək-red) Azərbaycan və İran Prezidentləri İlham Əliyev və İbrahim Rəisinin tarixi Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl rayonu ərazisində, İranla sərhəddə Araz çayı üzərində iki ölkənin müştərək tikdiyi “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su bəndlərinin açılış mərasimində iştirak edəcəyini bildirib.

Martın 16-da səfir Abbas Musəvi həmçinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.
“Biz Cənubi Qafqaz regionunda baş verən son hadisələri və ikitərəfli əlaqələri nəzərdən keçirdik. İki qonşu dövlət arasında yeni dövrün açılmasının vacibliyini vurğuladıq”, səfir Musəvi X Platformasında qeyd edib.

Azərbaycan tərəfi görüşlə bağlı hələ məlumat yaymayıb.

Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin tarixçəsi keçmiş SSRİ dövrünə təsadüf edir. 1988-ci ildə SSRİ və İran arasında iqtisadi, ticarət və elmi-texniki əməkdaşlıq haqqında uzunmüddətli Saziş bağlanıb və həmin Sazişə əsasən "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə qarşılıqlı razılıq əldə edilib.

Azərbyacan əraziləri erməni silahlı qüvvələrinin nəzarətinə keçəndən, yəni 1993-cü ildən sonrakı dövr ərzində hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi üzrə işlər İran tərəfindən aparılıb. 2016-cı ilin fevralında Azərbaycan və İran Hökumətləri arasında Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik statnsiyasının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

Sazişdə Azərbaycan və İranın suverenliyi və ərazi bötüvlüyünə hörmət prinsipləri bəyan edilib, hər iki tərəfin "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanıb.

İkinci Qarabağ müharibəsi zamanı, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək döyüş əməliyytaları nəticəsində Azərbaycan Ordusu Azərbaycanın İranla beynəlxalq səviyyədə tanınan bütün sərhədlərini nəzarətə götürürüb. Beləliklə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı yeni situasiya yaranıb.

Hazırda iki ölkənin sərhədindəki Araz çayı üzərində 1,612 milyon kubmetr su tutumu olan “Xudafərin” və 56.75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqlarına aid bəndlərin tikintisi başa çatmaq üzrədir.

Rəsmi məlumatlara görə, Azərbaycan tərəfi üçün qoyuluş gücü 100 MVt olan “Xudafərin” və 40 MVt olan “Qız Qalası” su elektrik stansiyaları və hidroqovşaqlarının istismara verilməsi nəticəsində illik 358 milyon kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması təmin ediləcək.

Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla, Azərbaycan isə qarşılıqlı olaraq İranla sərhəddə hərbi təlimlər keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub, nəticədə diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb.

Azərbaycan prezidenti İlham Əliyev silahlı basqını terror aktı kimi qiymətləndirib.

Bununla yanaşı son aylarda iki ölkənin xarici işlər nazirləri problemlərin həlli istiqamətində çoxsaylı telefon danışıqları aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti, Azərbaycan xarici işlər naziri isə İran Prezidenti tərəfindən qəbul edilib. İki ölkənin rəsmiləri qarşılıqlı səfərlər edib.

Ötən ildən başlayaraq Azərbaycan və İran sərhəd-keçid məntəqlərinin, körpülərin, İran ərazisi vasitəsi ilə Azərbaycanla onun Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəmir və avtomobil yollarının tikintisi barədə razılıqlar əldə edib.
Ardını oxu...
NATO Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri başlayıb.

Bu barədə NATO-nun "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, NATO Baş katibi Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfər edəcək.

Stoltenberq səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək, Azərbaycanla Şimali Atlantika Alyansı arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.
 
 
 
Ardını oxu...
Bu gün Milliyətçi Hərəkat Partiyasının 14-cü qurultayı keçirilir.

APA-nın xəbərinə görə, Dövlət Baxçalı qurultayda yenidən partiyanın sədri seçilib.

Qeyd edək ki, Dövlət Baxçalı sədr postuna yeganə namizəd olub.
 
Ardını oxu...
Rusiyada keçirilən prezident seçkilərinin ilk nəticələrinin martın 17-də, Moskva vaxtı ilə saat 21:00-dan sonra açıqlanması gözlənilir.

Bunu TASS-a Rusiya Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev bildirib.

"İlk nəticələr 21:00-dan sonradır (17 mart). Bu, qanunla belədir", – Bulayev deyib.

O izah edib ki, Rusiyada bütün seçki məntəqələri fəaliyyətini dayandırdıqdan sonra nəticələri açıqlamaq mümkün olacaq.
 
Ardını oxu...
Facebook Twitter LinkedIn Tumblr Pinterest Reddit VKontakte Odnoklassniki Pocket

NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycana səfər edəcək.

Qayanrinfo xəbər verir ki, o, səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək, Azərbaycanla Şimali Atlantika Alyansı arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, daha əvvəl Y.Stoltenberq tezliklə Gürcüstana səfər etməyi planlaşdırdığını açıqlamışdı.
 
 
 
Ardını oxu...
Rusiyanın ən şərq vilayətlərində - Kamçatka və Çukotkada ölkə prezidenti seçkisi üçün səsvermə başlayb.

Prezident seçkisi üçün regionda 319 seçki məntəqəsi yaradılıb.

Əsas seçki məntəqələrində səsverməni 600-dən çox müşahidəçi izləyəcək.

Qeyd edək ki, Rusiyada prezident seçkisi martın 15-dən 17-dək keçiriləcək. İlk dəfədir ki, seçki üç gün ərzində davam edəcək və ölkə regionlarının təxminən üçdə birində məsafədən elektron səsvermədən istifadə olunacaq.

Dövlət başçısı postu uğrunda dörd namizəd mübarizə aparır: Vladimir Putin, Vladislav Davankov, Leonid Slutski və Nikolay Xaritonov.

Mənbə: TASS
 
Ardını oxu...
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Nazir Fidanın Bakıya yerli vaxtla saat 23:55-də (Türkiyə vaxtı ilə 22:55) çatdığı bildirilib.

Xarici işlər naziri Fidan sabah (cümə günü səhər) Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.

Həmkarları ilə ikitərəfli görüşlər keçirəcək Fidanın 11-ci Qlobal Bakı Forumunda da iştirakı gözlənilir.
 
 
 
Ardını oxu...
Azərbaycan COP çərçivəsində Çin ilə yaxından əməkdaşlıq etməyə hazırdır.

"Cebhe.info" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən deyib.

Dövlət başçısı Çinin bərpaolunan enerji sahəsində mükəmməl texnoloji nailiyyətlərə imza atdığını, bu sahədə Azərbaycanın Çinlə əməkdaşlığa hazır olduğunu deyib.

Prezident İlham Əliyev yaşıl keçidin Azərbaycanın prioritetlərindən biri olduğunu qeyd edərək, bu sahədə birgə istehsal müəssisələrinin yaradılmasında da ölkəmizin maraqlı olduğunu bildirib.
Ardını oxu...
Türkiyə Xarici İşlər Nazirliyi İraq tərəfi ilə Prezident Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə gözlənilən səfərini müzakirə edir.

Bu barədə jurnalistlərə Bağdadda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Ahmed Yıldız məlumat verib.

“İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlər keçirəcək, ikitərəfli əlaqələri müzakirə edəcəyik. Xarici işlər nazirlərinin yaxın gələcəkdə baş tutacaq görüşünə, eləcə də prezidentimizin İraqa səfərinə hazırlıq görəcəyik”, - TRT telekanalı Yıldızdan sitat gətirib. Diplomat aydınlaşdırıb ki, söhbət Ərdoğanın “aprel ayının sonuna qədər” İraqa səfərindən gedir.

Beləliklə, bu, Türkiyə liderinin son 12 ildə İraqa ilk rəsmi səfəri olacaq.
 

Dünyapress TV

Xəbər lenti