Ardını oxu...
Son dövrlərdə Cənubi Qafqazda cərəyan edən proseslər ətrafında qızğın müzakirələr gedir. Azərbaycan bu proseslərin mühüm tərəflərindən biri kimi bölgəmizə dair fikir mübadiləsində fəal iştirak edir. Ötən ilin son günlərində biz mövcud regional konfiqurasiyalar barədə öz fikirlərimizi bölüşmüşdük. Lakin bölgə gündəmində baş verən müəyyən yeniliklər bizi bu mövzuya bir daha qayıtmağa vadar edir.

Hazırda Cənubi Qafqazda cərəyan edən proseslərə nəzər saldıqda, ilk baxışdan Ermənistan ətrafında baş verənlər daha çox diqqəti cəlb edir. Xüsusilə də, Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə yaranan boşluqları digər dövlətlər doldurmağa çalışır. Bu kontekstdə Fransa, İran, Hindistan, Yunanıstan, Kipr, qismən də ABŞ və Misir İrəvanın dəstəklənməsi istiqamətində aktivliyini artırıb.

Fransa və Hindistan Ermənistanla hərbi əməkdaşlığı genişləndirərək İrəvan üçün yeni silahlar yollayır. İran öz iddialarını artıq açıq şəkildə bəyan edir. Yunanıstan Ermənistanla çoxtərəfli hərbi əməkdaşlıq formatına qoşulmağa çalışır. Kipr İrəvanda diplomatik nümayəndəlik açmağa hazırlaşır. Misir Ermənistanla ərəb dünyası arasında vasitəçilik edir, hətta ehtimal ki, tərəflər arasında hərbi əməkdaşlığın mümkünlüyü nəzərdən keçirilir. ABŞ isə Ermənistan media məkanındakı anti-Rusiya və anti-İran təbliğatı ilə proseslərə xüsusi informasiya dəstəyini təmin edir.

Bu baxımdan, nəzərə almaq lazımdır ki, Ermənistanın dəstəkçiləri arasında regionda maraqları toqquşan tərəflər də var.

Qeyd edək ki, oxşar proseslər 2019-2020-ci illərdə də müşahidə olunurdu. O zaman Fransa Türkiyəyə qarşı əsasən Aralıq dənizi ölkələrindən ibarət koalisiya formalaşdırmağa çalışırdı. Həmin koalisiyanın aqibətinin necə olduğunu, yəqin ki, hamı xatırlayır.

Ermənistanla bağlı baş verən proseslər bu ölkənin ənənəvi müttəfiqi Rusiya tərəfindən hələ ki, passiv etirazlarla qarşılanır. Digər ölkələrin Ermənistana dəstəyi Moskva ilə hərbi-siyasi müttəfiqliyə zərər verməyənədək Kreml üçün məqbuldur və onun kəskin cavab addımlarına səbəb olmayacaq. Qərb isə İrəvandan məhz Rusiya ilə münasibətləri məhdudlaşdırmağı tələb edir.

Beləliklə də, Ermənistan ətrafında formalaşan konfiqurasiya özündə iki ziddiyyəti daşıyır:

– İlk ziddiyyət Rusiya və Qərb arasında müşahidə olunan maraqların toqquşmasıdır. Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin son açıqlamaları bu ziddiyyətləri aydın şəkildə əks etdirir: “Birləşmiş Krallıq Ermənistanın KTMT-yə üzvlüyünü dondurmaq qərarını bu ölkənin suveren hüququ kimi qəbul edir və Rusiyanın cavab tədbirləri təhlükəsi qarşısında İrəvana dəstək vermək üçün öz Avropa-Atlantik müttəfiqlərilə birlikdə çalışacaq”.

– İkinci ziddiyyət isə hələ özünü açıq şəkildə büruzə verməyən, lakin artıq işartıları görünən İran – Qərb toqquşmasıdır. İranın müdafiə naziri Məhəmməd Rza Aştianinin bugünlərdə verdiyi bəyanat məhz bu ziddiyyəti üzə çıxarır: “Bölgədən kənarda təhlükəsizlik axtarışları əks nəticə verəcək. Təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda bölgə fövqəldövlətlər arasında münaqişə meydanına çevriləcək. Regionun əcnəbilərin rəqabət meydanına çevrilməsinə isə icazə verilə bilməz, çünki bu, bölgə ölkələrinin hamısının maraqlarına ziddir”.

Azərbaycan bölgədəki hərəkətliliyi səbrlə müşahidə edir və öz ənənəvi əməkdaşlıq formatlarını (Azərbaycan-Türkiyə, Azərbaycan-Cürcüstan-Türkiyə, Azərbaycan-İsrail, Azərbaycan-Pakistan) gücləndirir. Lakin tərəfdaşlarla münasibətlər baxımından Azərbaycanla Ermənistan arasında iki mühüm fərq var:

– Ermənistandan fərqli olaraq, rəsmi Bakı öz tərəfdaşları və müttəfiqləri arasındakı mövcud zidiyyətləri müvəffəqiyyətlə tənzimləyir və bu ziddiyyətlərin Azərbaycan ərazisinə keçməsinə, ölkəmiz daxilində bu və ya digər şəkildə qarşıdurmalara səbəb olmasına imkan vermir.

– Ermənistandan fərqli olaraq, Azərbaycan ikitərəfli münasibətlərini üçüncü tərəflərin maraqlarının girovuna çevirmir. Ölkəmiz öz tərəfdaşları və müttəfiqlərilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr qurur.
 
Ardını oxu...
Təl-Əvivin Qəzza zolağında quru əməliyyatını anklavın cənubundakı Rəfah şəhərinə qədər genişləndirəcəyi təqdirdə, ABŞ Prezidenti Co Bayden İsrailə hərbi yardımı məhdudlaşdırmağı düşünə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Bayden hələ gələcək silah transferlərinin məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul etməyib, lakin İsrail yeni əməliyyata başlayarsa, o, bunu edə bilər.

Bununla belə, qəzetin İsrail hökumətindəki mənbələri Rəfahın işğalının qaçılmaz olmadığını bildiriblər.

Nəşrin qeyd etdiyi kimi, Baydenin belə bir addım atmağa hazır olması onun İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərindəki həddindən artıq gərginliyi əks etdirir. Vaşinqton administrasiyası İsrailə təsir etmək üçün müxtəlif diplomatik taktikalardan istifadə edib. Hərbi yardımın məhdudlaşdırılmasına dair addım İsraili Rəfah əməliyyatı ilə bağlı fikrini dəyişməyə məcbur etməyin başqa bir yolu ola bilər.
 
Ardını oxu...
“Qərb Ermənistanı Rusiyaya qarşı alətə çevirmək istəyir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin sözləri bunu təsdiq edir:

“Londonun postsovet məkanında, o cümlədən Cənubi Qafqazda atdığı bütün addımların anti-Rusiya mahiyyətini gizlətməkdən əl çəkməsi bizi artıq təəccübləndirmir. Lakin Hippinin etirafı Qərbin Ermənistanı Moskvaya qarşı yönəlmiş xəttin alətinə çevirmək istəyinin birbaşa təsdiqidir”.
Xatırladaq ki, C.Hippi bildirib ki, London “Rusiyadan gələn təhlükələr” qarşısında Ermənistanı dəstəkləməyə hazırdır və bütün məsələ Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurmaq istəyindədir. O, İrəvanın bu qərarını “Ermənistanın suveren hüququ” kimi qiymətləndirib.

Mənbə: TASS
 
Ardını oxu...
Ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.

Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsinin də ətraflı müzakirə olunduğunu vurğulayanda dövlətimizin başçısı qeyd edib: “Mən həmkarıma danışıqlar prosesinin hazırkı mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verdim. Azərbaycan bu məsələdə maraqlıdır və əslində, məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub”.
 
Ardını oxu...
Ötən gün ABŞ-nin dövlət katibi Entoni Blinkenlə türkiyəli həmkarı Hakan Fidan arasında görüş olub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Mettyu Millerin bəyanatında bildirilib.

Bildirilib ki, tərəflər Suriya, Cənubi Qafqaz və Yaxın Şərqdə davamlı sülhün əldə edilməsi ilə bağlı ABŞ-Türkiyə əməkdaşlığını müzakirə ediblər:

“Katib və xarici işlər naziri Birləşmiş Ştatlar və Türkiyə arasında ticarət və sərmayəni genişləndirmək barədə razılığa gəliblər və Rusiyanın Ukraynaya qanunsuz tammiqyaslı hərbi müdaxiləsinə baxmayaraq, Qara dəniz bölgəsinin etibarlı və təhlükəsiz qalmalı olduğunu bir daha təsdiqləyiblər. Onlar həmçinin ABŞ-Türkiyə Fulbrayt proqramının 75-ci ildönümünü qeyd ediblər və İsveçin NATO-nun 32-ci müttəfiqi kimi qəbul olunmasını alqışlayıblar”.

Xatırladaq ki, martın 7-də Hakan Fidan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
 
Ardını oxu...
ABŞ Prezidenti Co Bayden Macarıstanın Baş naziri Viktor Orbanı diktaturaya can atmaqda ittiham edib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ağ Ev rəhbəri ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşünü şərh edərkən macar siyasətçi haqqında danışıb:

“Bu gün onun Mar-a-Laqoda kiminlə görüşdüyünü bilirsinizmi? Demokratiyanın işlədiyinə inanmadığını birbaşa deyən, NATO-nun yeganə üzvü kimi diktaturaya nail olmağa can atan macarıstanlı Orbanla”, - deyə Bayden bildirib.

Orban və Tramp arasında görüş Amerikanın keçmiş lideri Mar-a-Laqonun Floridadakı malikanəsində baş tutub.

Qeyd edək ki, Viktor Orban bir müddət əvvəl Ukraynadakı münaqişəni dayandırmağa qadir olan şəxsin Donald Tramp olduğu fikrini bildirmişdi.
 
Ardını oxu...
Belarus Prezidenti Aleksandr Lukaşenko Şahbaz Şərifi Pakistanın baş naziri seçilməsi, ölkə hökumətinin formalaşması münasibətilə təbrik edib və 2024-cü ildə Pakistana səfər etməyə hazır olduğunu təsdiqləyib.

Bu barədə Belarus Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

“Bu il Pakistana səfər etməyə hazır olduğumu təsdiqləyirəm. Əminəm ki, görüşümüz sənaye, əczaçılıq, kənd təsərrüfatı, neft-kimya, elektrik nəqliyyatı, təhsil, elm və texnologiya sahələrində əməkdaşlığın dərinləşməsinə töhfə verəcək”, - Lukaşenko vurğulayıb. \\Axar.Az
 
 
 
Ardını oxu...
ABŞ prezidentliyinə namizəd və konqresmen Din Fillips də seçki yarışından geri çəkilib.

Bu barədə xarici KİV məlumat yayıb.

Siyasətçi kampaniyanı dayandırarkən Ağ evin hazırkı rəhbəri Cozef Baydeni dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, daha öncə ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli seçki yarışından geri çəkilib.
qafqazinfo.az
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin təhlükəsizliyini təhdid altına salır.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında yazılıb.

Qeyd olunub ki, N.Paşinyan zəif siyasətçidir.

Hesabatda yazılıb ki, Kremlə bağlı mənbələr də bu barədə tənqidi fikirlərini davam etdirirlər.

Qeyd edək ki, ABŞ institutu daha əvvəl yazmışdı ki, Rusiyadan uzaqlaşmaq N.Paşinyana baha başa gələ bilər.

Xatırladaq ki, Ermənistanla Rusiya arasında münasibətlər sürətlə pisləşir. Rəsmi İrəvan daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində fəaliyyətini dayandırdığını bildirib və bunun hüquqi cəhətdən də baş verəcəyini istisna etməyib. Rəsmi Moskva bu mövqeyinə görə İrəvandan izahat tələb edir.
pressklub
 
Ardını oxu...
Nikki Heyli Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədən imtina etdiyini açıqlayıb.

O, tərəfdarlarını ABŞ prezident seçkisində Trampı dəstəkləməyə çağırmayıb.

Qeyd edək ki, Heylinin ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizədən geri çəkilməsi Trampı Respublikaçılar Partiyası üçün öncül namizəd edir. ( TASS)
 

Dünyapress TV

Xəbər lenti