Ardını oxu...
ABŞ dövlət katibi Entoni Blinkendən sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen də Prezident İlham Əliyevə zəng etdi. Hər iki telefon söhbəti Brüsseldə keçirilən Ermənistan-Avropa Birliyi-ABŞ formatındakı görüşlə bağlı idi. Tərəflər Azərbaycanı əmin etməyə çalışdı ki, bu görüş “iqtisadi xarakter” daşıyır və Bakıya qarşı yönəlməyib.

“İzahat”, yaxud “hesabat” xarakteri daşıyan bu telefon zənglərində diqqətçəkən məqamlar var. Azərbaycanın beynəlxalq səviyyədə nüfuzudur. Ermənistanı dəstəkləməyə hazırlaşan ABŞ və AB bunun Azərbaycanla münasibətlərə xələl gətirməsindən çəkinir. Çünki Vaşinqton və Brüsseldə anlayırlar ki, Bakıya qarşı addımın mənfi nəticələri olacaq. Blinken və Leyenin Prezident İlham Əliyevlə məsləhətləşmək zərurəti ilə üzləşməsi Ermənistanın “marionetka”, Azərbaycanın regionun həlledici gücü olduğunun əyani nümunəsidir. Azərbaycanın razı olmayacağı hansısa planın Cənubi Qafqazda effektivliyi sual altındadır. Bakını qarşılarına alaraq, hərəkət etmək ABŞ və AB üçün bu bölgədə Fransanın taleyi ilə üzləşmək deməkdir. Bununla həmin güclər regiondakı proseslərdən kənarlaşdırıla bilərlər. Cənubi Qafqazda Azərbaycana qarşı istənilən xoşagəlməz addım Avropanın enerji təhlükəsizliyinə risklər yarada bilər. Telefon zəngləri Azərbaycan liderinin Brüsseldə “erməni formatı” olaraq hazırlanan və Ermənistanın böyük ümidlər bəslədiyi planlara müdaxilə etməyə, Bakının mövqeyini ortaya qoymağa nail olduğunu da göstərir. Görüş iddia edildiyi kimi “iqtisadi xarakter” daşısa da, bunun Qərb qüvvələrinin Ermənistanda geniş tərkibdə yerləşməsi və bölgənin geosiyasi mübarizə poliqonuna çevrilməsinin əsasını qoyacağı aydın görünür. Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi də Brüsseldəki üçtərəfli görüşə dair bəyanat yayıb. Qardaş ölkənin XİN-i birmənalı şəkildə bildirib ki, həmin görüşün keçirilməsi regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq. Bəyanatda bildirilib ki, Azərbaycanın işti­rakını nəzərdə tutumayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməyəcək, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq. Azərbaycanın işğal olunmuş tor­paqlarını azad etməsi və ötən il Qarabağda keçirilən antiterror tədbirləri ilə suverenliyini bərpa etməsi nəticəsində regionda davamlı sülh və sabitlik üçün tarixi fürsət yaranıb. AçıqlamadaTürkiyə XİN təkrar üçüncü ölkələri regionun parametrlərini nəzərə alma­ğa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırıb: “Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və sabit­lik əsasında çiçəklənəcək və regional rifaha nail olacaq. Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azər­baycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək”. Xatırladaq ki, Rusiya Federasiyası da üçtərəfli görüşlə bağlı bir neçə dəfə narahatlığını dilə gətirmişdi.

Millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, Brüsseldə üçtərəfli görüşün keçirilməsi başqa niyyətləri ortaya qoyur. Deputatın sözlərinə görə, həm ABŞ-nin ən yüksək səviyyəli nümayəndəsinin, həm də Avropa Komissiyasının rəhbərinin Ermənistan baş naziri ilə görüşməsi göstərir ki, qurulan təmaslar kollektiv Qərbin geosiyasi mübarizəsi ilə əlaqədardır:

"Yəni Ermənistan bir alət rolunda Rusiyaya qarşı mübarizədə istifadə olunacaq. Sözsüz ki, belə bir formatda görüş həm də Ermənistanın zəifliyinin göstəricisidir. Ermənistan aşkar bir alət rolunda çıxış etməkdədir. Görüşün subyektləri və obyektləri var. Subyektləri ABŞ və Avropa İttifaqıdır. Obyekt isə Ermənistandır. Ermənistan üzərindən kollektiv Qərb öz niyyətlərini həyata keçirmək istəyir. Görüşün tarixi bəlli olduğu zaman açıq mətnlə özləri etiraf etdilər ki, görüş çərçivəsində Ermənistana təhlükəsizlik təminatları veriləcək. Ermənistana niyə, kimin qarşısında təhlükəsizlik təminatı verilir? Qərb Ermənistan üzərindən Rusiyaya qarşı ikinci cəbhəsini açmaq istəyir. Sonradan Azərbaycanın sərt etirazları fonunda fərqli cavablar verməyə başladılar, fikri yayındırmağa çalışdılar. Blinkenin və Fon Der Leyenin Azərbaycan Prezidenti ilə telefon əlaqəsi də onların özlərinə bəraət qazandırması kimi dəyərləndirilməlidir. İddia edirdilər ki, guya Brüssel görüşü Ermənistana iqtisadi dəstəklə bağlıdır və s. Əgər söhbət Ermənistanın iqtisadiyyatına dəstəkdən gedirsə, niyə belə bir format seçilir? Başqa formatlarda iqtisadi mahiyyətli təmaslar qurula bilərdi. Deməli, məqsəd Cənubi Qafqaz regionu üçün çox ciddi təhlükələr yaratmaqdan ibarətdir. Çünki Cənubi Qafqazda Rusiyaya qarşı bir plasdarm formalaşdırmaq istəyirlər".

Parlament üzvü vurğulayıb ki, məsələnin Azərbaycanla bağlı tərəfi odur ki, Qərb Ermənistana vədlər verir. İrəvan isə Qərbin qarşısında istəklər ortaya qoyur:

"Vəd və istəklər onunla bağlıdır ki, Ermənistana dəstək məhz Azərbaycana qarşı həyata keçiriləcək. Bizim üçün narahatedici məqam budur. Təbii ki, biz narahat olmuruq ki, Ermənistan hansısa mövqeyini geri qaytara bilər. Bu, mümkün olmayan məsələdir. Azərbaycan o dərəcədə güclü mövqelərə sahibdir ki, heç bir halda bu mövqelərdən geri çəkilməyəcək. Ermənistanın Azərbaycana qarşı çıxacaq gücü yoxdur. Sadəcə olaraq regiona gərginlik elementləri yarana bilər. Ermənistan tamamilə Qərbdən idarə olunur. Sadəcə olaraq Nikol Paşinyan və onun komandası Ermənistanı idarə edən menecerlərdir. Menecerliyi də Qərbdən gələn təlimatlar əsasında həyata keçirməkdədirlər. Fransa açıq şəkildə Ermənistanı silahlandırır. Hindistanda hazırlanan silahlar Ermənistana ötürülür. BMT-nin keçmiş baş katibi Rasmussen Aİ-Ermənistan əlaqələrinə dair açıqladığı hesabatdan görünür ki, Ermənistan tam geosiyasi mübarizə cəbhəsinə cəlb olunacaq. Amma reallıq odur ki, Qərb müəyyən vədlərlə Ermənistanı çox təhlükəli oyunlara çəkəcək. Qərbin geosiyasi eksprimentlərinin tətbiq edildiyi bölgələrə necə baha başa gəldiyini görmüşük. Ukraynada vəziyyət göz önündədir. Ermənistanda da belə bir vəziyyət yaratmaq istəyirlər".
 
 
 

Ardını oxu...
ABŞ Dövlət katibi Entoni Blinkendən bir gün sonra Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen də Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Beləliklə, Ermənistanın Baş naziri Nikol Paşinyanla Brüsseldə görüşəcək və Ermənistana dəstək planını açıqlayacaq hər iki rəsmi şəxs - Blinken və Leyen dövlət başçısı İlham Əliyevi məlumatlandırmağı lazım bildi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Blinkenlə Leyenin İlham Əliyevlə telefon danışığında fərq diqqəti çəkib:

“Blinken telefon danışığının başlanğıcında Brüssel görüşündən danışaraq Azərbaycanın narahatlığı üçün əsas olmadığını söyləmiş və bundan sonra da Vaşinqtonla Bakı arasında sıx əməkdaşlığın davamına toxunmuşdu. Leyen isə əksinə, əvvəlcə Avropa Birliyi ilə Azərbaycan arasında müxtəlif sahələrdə artan əməkdaşlıqdan danışaraq sonda Brüssel görüşü barədə fikirlərini səsləndirib. İlham Əliyev Azərbaycanın həm ABŞ, həm də AB ilə əməkdaşlığa sadiq qaldığını söyləməklə yanaşı, Brüssel görüşü barədə tənqidi fikirlərini də sözlərinə əlavə edərək, bunun gərginliyə səbəb olacağını xatırladıb.

Eyni səpkili açılamanı Türkiyə Xarici İşlər Nazirliyi yayımlayıb.

Vaşinqton və Brüssel Bakının narahatlığı barədə məlumatlıdır. Əgər Brüsseldə söhbət Ermənistana iqtisadi dəstəkdən gedəcəksə, bunun Azərbaycana dəxli olmayacaq, yox əgər Ermənistana təhlükəsizlik təminatı və hərbi yardım vədləri veriləcəksə, bu, bölgədəki vəziyyətə mənfi təsir edəcək. Seçim Vaşinqtonla Brüsselindir. Fransanın səhvi təkrarlanmamalıdır”.
Ardını oxu...
İsveç Niderlandın baş naziri Mark Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyini dəstəkləyir.

HİT.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İsveç hökumətinin başçısı Ulf Kristersson deyib.

"Mark Rutte böyük təcrübəyə malik müdrik liderdir", deyə baş nazir bildirib.

Aprelin 3-də Niderland Yayım Korporasiyası (NOS) mənbələrə istinadən xəbər verib ki, baş nazir Mark Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyi Alyansa üzv olan 32 ölkədən 28-i tərəfindən dəstəklənib. Bəzi NATO rəsmilərinin fikrincə, Rumıniya prezidenti Klaus İohannis Şərqi Avropa ölkələrindən yeganə namizəd olduğu üçün namizədliyini geri götürsə, Macarıstan və Slovakiyanın Rutteni dəstəkləməsi daha asan olacaq.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi postuna namizəd olan Niderlandın baş naziri Mark Rutteyə Ankaradan bir sıra şərtlər irəli sürüb.
 
Ardını oxu...
İranın Rusiyadakı səfiri Kazem Cəlali “NEWS.ru” nəşrinə bildirib ki, 3+3 məşvərət platformasının növbəti iclası bu il yenidən baş tuta bilər. Diplomat Gürcüstanın iştirakçıya çevriləcəyinə ümid etdiyini deyib.

O, həmçinin bu formatı Cənubi Qafqazdakı problemlərin həlli üçün “ən faydalı” adlandırıb: “Regiondakı problemlərin həlli üçün ən faydalı format 3+3 formatıdır. Ümid edirəm ki, bu il yenidən yeni iclas keçiriləcək”.

Səfir xatırladıb ki, bu formatda əvvəlki görüş ötən il Tehranda keçirilib. Cəlali bunu uğurlu adlandırıb: “Digər dövlətlərin, fövqəlgüclərin müdaxiləsi nəinki vəziyyəti gərginləşdirir, həm də Cənubi Qafqazda eskalasiyanı gücləndirir. Başqa ölkələrin mövcudluğu Cənubi Qafqazda nizamlanmaya mane olur. Bu regionun altı ölkəsi - Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan bu regionun ən yaxşı ekspertləridir, nəinki bəzi başqa ölkələr”.

Ümumiyyətlə, aydındır ki, 3+3 ideyası hələ də çox şərti və illüziya xarakteri daşıyır, nəzərdə tutulan tərkibində bəzən bir-biri ilə demək olar ki, müharibənin astanasında olan çox müxtəlif ölkələrə malikdir. Yəni bu format əslində ölü doğulmuşdu və belə də qalır.

Bunun ən sadə təsdiqi rəsmi Tbilisinin mövqeyidir ki, bu ideya ortaya çıxandan bəri çox aydın və açıq şəkildə bir neçə dəfə təkrarlayıb: qədər ki, orada Gürcüstanın iki rayonunu işğalda saxlayan Rusiya var, bu sevda baş tutan deyil.

Bundan əlavə, bunun regional əməkdaşlıq formatı olacağı güman edilir, lakin heç kimə sirr deyil ki, son vaxtlar Ermənistan Rusiya ilə çox gərgin münasibətlərdədir, onun nəzarəti altında olan birliklərin müxtəlif tədbirlərində iştirak etməkdən açıq şəkildə imtina edir və getdikcə daha çox Qərbə doğru yönəlir.

Azərbaycan və Türkiyə ilə Ermənistan hələ də tam əməkdaşlıqdan uzaqdır – İrəvan hələ də İkinci Qarabağ müharibəsinin nəticələrini həzm edə bilmir, Türkiyə ilə diplomatik münasibətlər bərpa olunmadığı kimi, bu günə qədər Azərbaycanla sülh müqaviləsi imzalanmayıb.

Bundan əlavə, bir tərəfdən İran, digər tərəfdən Türkiyə və Azərbaycanla arasında münasibətlərdə həll olunmamış çətinliklərin kütləsini xatırlatmaq yerinə düşər.

Bəs niyə 3+3 formatının mövzusu hələ də canlıdır? Tehran və Moskva yaxın gələcəkdə həyata keçirilməsi mümkün olmayan bu təşəbbüsü hər fürsətdə gündəmə gətirməkdə davam edir. Bu qəribə hava silkələmələri hansı məqsədə xidmət edir? Onsuz da bu, kimə lazımdır və niyə? Doğrudanmı, region ölkələri arasında olduğu kimi kifayət qədər təmas növləri yoxdur?

AYNA mövzunu tanınmış ekspertlərlə müzakirə edib.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze:

“Burada bir neçə məqama diqqət yetirmək lazımdır. 3+3 formatı məsləhət xarakteri daşıyır. Amma hətta bu məsləhətləşmə formatı çərçivəsində onun mövcud olduğu bütün dövr ərzində xüsusi maraqlı təkliflər olmayıb.

Bu formatın özü İranı regional problemlərin müzakirəsinə cəlb etmək məqsədi daşıyır - Suriya üzrə Astana formatının bir növ analoqudur. Amma Suriyada İran prosedədir, bizdə isə tamam başqa bir vəziyyət var ki, Allaha şükür, biz bundan çox uzağıq.

Deməli, bu format sırf PR xarakterlidir və Moskva ilə Tehranın xeyrinə olan piardır. Bu iki.

Nəticə etibarı ilə bunun zərərinin az olduğunu, xeyrinin isə sıfır olduğunu görürük. Deməli, hər şey Ankaranın, Bakının, indi isə İrəvanın Moskva və Tehranı incitməmək istəyindən və ya istəməməsindən asılıdır”.

Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov:

“Bu il hələ çox vaxt var - nəyin, harada, hansı formada baş tutacağını, Gürcüstan və ya başqasının orada iştirak edib-etməyəcəyini demək çətindir. Amma belə şeylərin Tehran tərəfindən və Moskvada səsləndirilməsi başa düşülə bilər - İran və Rusiya ciddi diplomatik təcrid vəziyyətindədir və bu təcridin yoxluğunu nümayiş etdirmək mümkün olan istənilən platforma, həm də əksinə, bu ölkələrin hər ikisinin iştirak etdikləri regional əhəmiyyəti özləri üçün faydalı hesab edirlər.

Amma mən sizin diqqətinizə çatdırmaq istəyirəm ki, nə Tbilisidən, nə Bakıdan, nə də İrəvandan belə bir görüşün olacağı, onun gündəliyinin nə olacağı və bunun nə dərəcədə zəruri olduğu barədə hansısa təsdiq gəlib.

Əgər format 3+3 adlanırsa, əvvəlcə Cənubi Qafqaz dövlətlərinin üçlüyü yaradılmalıdır. Və bu istiqamətdə müəyyən işlər görülür. Hər halda Tbilisidə Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi barədə məlumat var idi. Bu üçlük tam işləməyə başlayanda, daha bir +3 üçün planı həyata keçirmək barədə düşünmək mümkün olacaq.

Amma bunun üçün Azərbaycan - Ermənistan münasibətlərinin tənzimlənməsində irəli gedilməli, bir-birini tanımalı və sülh müqaviləsi imzalamalıdır. Əgər tamhüquqlu Cənubi Qafqaz üçlüyü fəaliyyətə başlasa, zərurət yaranarsa, 3+1, yaxud 3+2, sonra isə, bəlkə də, 3+3 platforması formalaşdırmaq mümkün olacaq.

Lazım gələrsə, 3+Avropa İttifaqı, 3+ABŞ, 3+Mərkəzi Asiyanın beş dövləti, 3+Çin də ola bilər. Yəni nə baş verə biləcəyini heç vaxt bilmirsən. Amma ilk üçlük vacibdir - Cənubi Qafqaz ölkələri və bir üstəgəl ilə, məncə, münasibətlər normallaşdıqdan sonra kimin onlara daha uyğun olduğunu ölkələrimiz özləri qərar verəcək”.
 
 
 
Ardını oxu...
Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.

Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

Söhbət əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarına dair müzakirə aparılıb. Prezident İlham Əliyev xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzrə Berlində apardıqları danışıqların prosesin irəlilədilməsi baxımdan faydalı olduğunu və danışıqların sürətləndirilməsinə ehtiyac olduğunu deyib.

Həmçinin dövlətimizin başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb.

Prezident İlham Əliyev aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib.

Dövlətimizin başçısı Azərbaycanın 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiq olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin qənaətinə görə aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq.

Söhbət zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub. Antoni Blinken bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev ilə apardığı müzakirələri qeyd edərək, ölkəsinin müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb. O, həmçinin COP29 çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin təmaslarını qeyd edib.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşdə müzakirə olunan istiqamətlər üzrə Azərbaycanın da ABŞ ilə ikitərəfli əlaqələrinin inkişafında maraqlı olduğunu, COP29-un iqlim dəyişikliyi məsələləri və yaşıl texnologiyalar sahəsində ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını bildirib. \\Musavat.com
 
Ardını oxu...
İran Azərbaycan və müxtəlif ölkələrdə İsrail səfirliklərinə və diplomatlarına qarşı terror aktları törədə bilər.

Qeyd edək ki, İsrailin Suriyanın paytaxtı Dəməşqdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) binasına raket zərbəsi endirdikdən sonra İran parlamentində Azərbaycana qarşı təhdid xarakterli bəyanatlar səsləndirilməyə başlanılıb.

İran parlamentinin radikal üzvü Cəlal Rəşidi Kuçi Tehranı İsrailin Azərbaycandakı səfirliyini hədəf almağa çağırıb:

““Sionistlərin” İran ərazisinə hərbi hücumuna istənilən başlıq altında qətiyyətli və oxşar cavab verməkdə süründürməçilik, səbir və gecikmə İranın böyük adının nüfuz və şərəfinə ağır zərbə vurmağa bərabərdir. Mənim təklifim odur ki, "sionistlərin" region ölkələrinin diplomatik mərkəzlərindən biri, daha yaxşısı Azərbaycandakı diplomatik nümayəndəliyi açıq və birbaşa hədəfə alınsın”.

Məhz iranlı millət vəkilinin bu sözləri elə rejimin Azərbaycana münasibətini əks etdirir. İstənilən halda İran hakimiyyəti İsraildən qisas almaq adı altında Azərbaycanda və digər ölkələrdə terror aktlarına əl ata bilər.

Bununla bağlı təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "Cebhe.info"-ya bildirib ki, İrandan hər zaman Azərbaycana qarşı təhlükə olub:

"İsrailin Azərbaycanda səfirliyi açılandan sonra səfirliyin əməkdaşları, habelə yahudi əsilli Azərbaycan vətəndaşları İranın xüsusi xidmət orqanlarının hədəfində olub.

Təbii ki, onlar öz tapşırıqlarının icrasını təsir altına düşən və pul müqabilində casusluğa cəlb olunan Azərbaycan vətəndaşlarına həvalə olunurdu. Hazırda da bu təhlükə qalmaqdadır. İran bu hədəfindən əl çəkmək niyyətində deyil. İstənilən an Azərbaycanda İsrail səfirliyinin əməkdaşları və yahudi əsilli vətəndaşlarımız təhlükə ilə üzləşə bilərlər.

Ona görə də bu istiqamətda əməliyyat şəraitinə nəzarət olmalı və daim diqqət mərkəzində saxlanılmalıdır. Hesab edirəm ki, bu istiqamətdə zəruri və lazımi addımlar atılacaq. Ölkəmizin xüsusi xidmət orqanları hər hansı təhlükənin qarşısının alınmasında qətiyyətlidirlər".
 
Ardını oxu...
NATO Baş katibi Yens Stoltenberq Ukraynada döyüş meydanında vəziyyətin ciddi olduğunu deyib.
Bu barədə NATO Baş katibi Alyansın XİN rəhbərlərinin iclasından əvvəl mediaya açıqlamasında bildirib.
O deyib ki, Ukraynaya uzunmüddətli yardımla bağlı müzakirələrdə yekun qərarın XİN rəhbərlərinin bu gün və sabah keçiriləcək iclasında veriləcəyi gözlənilmir.
"Ümid edirəm ki, biz bu məsələ ilə bağlı konsensus istiqamətində irəliləyiş əldə edə biləcək və Vaşinqton sammitinə qədər razılaşmaya nail ola biləcəyik. Bunun səbəbi isə Ukraynada döyüş meydanındakı vəziyyətdir. Vəziyyət ciddidir, biz Rusiyanın necə təzyiq göstərdiyini görürük. Biz görürük ki, onlar bu müharibədə bizim kənara çəkilməyimizi gözləyərək, necə qazanmağa çalışır. Ona görə də biz praktiki yardımı və maliyyə yardımını davam etdirərək siqnal göndərməliyik ki, bu müharibəni sonlandırmaq üçün biz uzun müddət burada olacağıq.

Biz görürük ki, Rusiya iqtisadiyyatını necə müharibə şərtlərinə uyğunlaşdırır. Rusiyanın insan sayı və texnika baxımından necə ağır bədəl ödəməyə hazır olduğunu görürük, insan həyatına hörmət olunmadığını görürük və bütün bunlar döyüş meydanında niyə vəziyyətin çətin olduğunu izah edir", - Yens Stoltenberq deyib.

Stoltenberqin fikirlərinə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, bu gün Qərbin Ukrayaya etdiyi yardımlar çox zəif və aşağı səviyyədədir:

“Qərb, artıq Ukraynaya verdiyi vədlərin böyük hissəsini yerinə yetirmək istəmir. Avropanın Rusiyadan enerji məhsullarından asıllığı Avropa Birliyinin və siyasi güc mərkəzlərinin Ukraynaya yardım məsələsində iki qat düşünməsinə səbəb olur. Stoltenberq də hərbi təşkilatın rəhbəri olduğuna görə daha çox Ukraynaya kömək məsələsində iki tirəliyə düşən siyasi təşkilatlara çağırışlar etmək istəyir. Amma Avropa İttifaqının Ukraynaya yardım mövzusunda zəif davranması ilə yanaşı Amerika Birləşmiş Ştatları da Ukrayna cəbhəsində Rusiya ilə qarşıdurmaya getmək istəmir. Çünki Qərb düşünür ki, Ukraynaya nə qədər yardım edilsə də, Rusiya qarşısında müqaviməti zəifdir. İndiyə qədər edilən yardımlar fonunda Ukrayna işğal altında ola heç bir ərazisini azad etməyib. Stoltenberqin çağırışları son dövrlər Qərb siyasi çevrələrindəki Ukraynaya qarşı biganəliyin göstəricisidir”.
 
Ardını oxu...
ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulacağını iddia edir. Söhbət yalnız bu məqsədə doğru aydın yol xəritəsinin hazırlanmasından gedir.

“NATO müttəfiqlərinin 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən zirvə toplantısında bəyan etdiyi kimi, Ukrayna NATO-ya üzv olacaq. Bizim üçün əsas məsələ bu nəticəyə nail olmaq məqsədilə yaxşı və aydın yol xəritəsi hazırlamaqdır”, - Blinken Fransanın xarici işlər naziri Stefan Sejurne ilə Parisdəki görüşündən sonra birgə mətbuat konfransında danışıb.

ABŞ xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, bu yay NATO-nun qarşıdan gələn sammitinin iştirakçıları Ukraynanın alyansa qəbul perspektivlərinin müzakirəsinə böyük diqqət yetirəcək və yuxarıda qeyd olunan yol xəritəsinin necə hazırlana biləcəyini “çox konkret” müzakirə edəcəklər. Blinken bunu “Ukraynanın NATO üzvü olması üçün zəruri olan körpü” adlandırıb.

Mənbə: TASS
Ardını oxu...
ABŞ-nin İran üzrə xüsusi elçisi Abram Peyli Azərbaycanda səfərdə olub.

“Report” xəbər verir ki, səfər çərçivəsində diplomat Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, habelə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və onun israilli həmkarı Corc Diklə görüşüb.

“Bakıda Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və bank sektorunun nümayəndələri ilə İran, sanksiyaların tətbiqi və regionla bağlı səmərəli müzakirələr aparılıb”, - deyə İran üzrə xüsusi elçi bildirib.

Abram Paley həmçinin İsrail səfiri Corc Diklə İran rejiminin regionda sabitliyi pozan davranışlarını müzakirə edib.

“İsrailin Azərbaycanla tarixi və mədəni əlaqələri haqqında eşitmək çox gözəldir”, - deyə diplomat əlavə edib.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Amerika və İsrail hakimiyyətinin nümayəndələri bazar ertəsi Qəzza zolağının cənubunda Fələstinin Rəfah şəhərində hərbi əməliyyatla bağlı videokonfrans vasitəsilə danışıqlar aparırlar”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Ondan AFP-nin ABŞ və İsrail rəsmilərinin Fələstinin Rəfah şəhərində gözlənilən hərbi əməliyyatı videokonfrans vasitəsilə müzakirə etdiyi barədə xəbərini təsdiqləməsi istənilib.
“Mən təsdiq edə bilərəm ki, bu gün ABŞ və İsrail rəsmiləri ilə Rəfahdakı vəziyyəti, eləcə də İsrail hökumətinin atmaq istədiyi növbəti addımları müzakirə etmək üçün onlayn görüş keçirilir”, - Jan-Pyer bildirib.
Onun sözlərinə görə, ABŞ-dan məsləhətləşmələrdə Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan iştirak edir.
 
 
 

Dünyapress TV

Xəbər lenti