Ardını oxu...
Günümüzdə faktiki olaraq 3-cü Dünya müharibəsinin ehtimallarını və risklərini müşahidə edirik. Hadisələr Azərbaycanın şimal va cənub qonşularının iştirakı ilə baş verir. Dünyanın bölünməsi və ayrıcı xətlırin cızılması prosesi davam edir. Azərbaycan regionda həyata keçrilməsinə cəhd olunan planlara qarşı qəti mövqe bildirərək buna qarşı çıxır. Bir sözlə, Azərbaycan regionda sabitləşdirici faktor kimi çıxış edir. Bəs gedən prosseslərə qarşı hansı mövqe sərgiləsək, daha məqsədəuyğun olar?

Məsələ ilə bağlı danışan politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, hazırda Azərbaycana yaxın olan 2 regionda müharibə başlayıb:
"Ukrayna-Rusiya savaşı davam edir, İsrail-İran arasında gərginlik hökm sürür. Cənubi Qafqaz ətrafında münaqişələrin günü-gündən artması öz növbəsində ölkəmizə sıçraması ehtimallarını da artırır. Ancaq xoşbəxtlikdən Azərbaycan priotritet istiqaməti olan Qarabağ münaqişəsini bitirib. Bu səbəbdən Azərbaycanı regionun ən sabit ölkəsi kimi göstərə bilərik. Ölkəmiz dünyada gedən geosiyasi mübarizədə maksimum dərəcədə neytral qalmağa çalışır. Ümumiyyətlə Azərbaycan hər zaman münaqişələrin beynəlxalq hüquq normalar çərçivəsində həllinin tərafdarı olub. Günümüzdə Ermənistan ilə danışıqlarda israrlı olmağımız, münaqişəli mövzuları sülhlə həll etməyə cəhd etməyimiz bundan irəli gəlir. Təəssüflər olsun ki, Ermənistanın timsalında Cənubi Qafqazı da ''qan çanağ''-na çevirməyə, Azərbaycanı qlobal müstəvidə gedən müharibələr sistemini qoşmağa çalışan qüvvələr mövcuddur.Bu istiqamətdə Ermənistanı təhrik edirlər. Amma Azərbaycan təmkinlidir. Təbii ki, səbrimiz sonsuzadək deyil.Maraqlarımıza zidd olacaq addımlar atılarsa, buna layiqincə cavab verəcəyik ".

Analitik vurğulayıb ki, ən önəmli amil rəsmi Bakının maksimum hərbi variantdan uzaq durması və diplomatik yollarla problemlərin həllində israrlı olmasıdır:
"Buna görə Azərbaycan ''təhlükəsizlik evi'' rolunu oynayır. Əslində Ermənistanla münaqişə çərçivəsində region ölkələrini dəfələrlə sülhə töhvə verməyə səslədik. Bura İranı Rusiyanı misal kimi çəkə bilərik. Bizə zamanında dəstək verməyən bu ölkələr özləri müharibə ilə üz-üzədirlər. Bu bir daha bu tip siyasətin təhlükəli olduğunu göstərir. Münaqişələr üzərindən siyasət aparmaq olmaz və bu sonda həmin ölkələrə real təhdid yarada bilər. Biz bunu hazırda Rusiya və İranın timsalında bir daha sübut edirik".
 
Ardını oxu...
İsrailə hücumdan əvvəl İran və ABŞ arasında Türkiyə vasitəsi ilə dialoqun aparıldığı üzə çıxıb.
APA-nın xəbərinə görə, bu, Türkiyə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda əksini tapıb.

Qeyd edilib ki, yaşanan hadisədən öncə İran və ABŞ rəsmiləri ilə müzakirə aparılaraq tərəflər təmkinli olmağa çağırılıb: “Ölkəmiz vasitəsilə tərəflərin qarşılıqlı gözləntiləri, mesajları çatdırılıb, reaksiyaların mütənasib olması üçün lazımi təşəbbüslər həyata keçirilib. Bu gün biz İran rəsmilərinə və İsrailə təsiri olan Qərb ölkələrinə mesajlarımızı açıq şəkildə çatdırırıq, gərginliyə son qoymağa çağırırıq. Biz regionumuzun sabitliyinə daimi ziyan vuracaq və qlobal səviyyədə daha böyük münaqişələrə səbəb olacaq prosesin qarşısını almaq üçün səylərimizi davam etdirəcəyik. Türkiyə təhlükəsizliyinə təsir edə biləcək bu hadisəni yaxından izləyir və ölkə başçısı mütəmadi olaraq məlumatlandırılır”.

Bəyanatda Türkiyənin İsrailin Qəzzada apardığı müharibənin genişlənmə və genişlənmə riski daşıdığına dair xəbərdarlıqlarını da xatırladıb.

Xatırladaq ki, "Reuters" də İsrailə hücumdan əvvəl İranın Türkiyə vasitəsi ilə bu barədə ABŞ-ı məlumatlandırdığı və əməliyyatın Dəməşqdəki konsulluğuna hücuma cavab olacağı, mülki əhalinin və iqtisadi zonaların hədəf alınmayacağı barədə mesajını çatdırdığı barədə xəbər yayıb.

Qeyd edək ki, bu gün İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian qonşu ölkələrin 72 saat əvvəl İsrailə hücum barədə məlumatlandırıldığını da açıqlayıb.
 
Ardını oxu...
İsrailin Kiyevin Rusiya ərazisinə endirdiyi zərbələri pislədiyini xatırlamır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsrailin Rusiyadakı səfiri Simona Qalperinin İranın hücumunu pisləmək çağırışına cavab olaraq deyib.

"Simona, xatırladın ki, İsrail nə vaxt Kiyev rejiminin Rusiya bölgələrinə ən azı bir zərbə endirməsini pisləmişdi? Yadınızda deyil? Mənim də. Ancaq İsrail rəsmilərinin Zelenskinin hərəkətlərini dəstəkləyən mütəmadi bəyanatlarını xatırlayıram",- o bildirib.
 
Ardını oxu...
Ermənistanın Baş naziri Nikol Paşinyan “Egemen Qazaxıstan” və “Qazaxıstan həqiqəti” qəzetlərinə müsahibəsində Avrasiya İqtisadi Birliyinin (AİB) iqtisadi mahiyyətini vurğulayaraq, İttifaqı siyasiləşdirmək cəhdlərindən çəkinməyə çağırıb. Müsahibə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin aprelin 15-də Ermənistana səfərinə həsr olunub.

Paşinyan vurğulayıb ki, Aİİ siyasi və ya geosiyasi gündəm olmadan fəaliyyət göstərir və bu fikri həm Ermənistan, həm də Qazaxıstan bölüşür. Ticarətin məhdudlaşdırılmasına və siyasi cəhətdən inteqrasiyaya qarşı xəbərdarlıq edərək, birliyin təməl prinsiplərinə riayət etməyin vacibliyini vurğuladı.

Həm Ermənistan, həm də Qazaxıstan beynəlxalq hüquq normalarına riayət olunmasına, o cümlədən dövlət suverenliyinin və ərazi bütövlüyünün tanınmasına, həmçinin milli sərhədlərə hörmət edilməsinə prioritet əhəmiyyət verirlər. İqtisadiyyatın şaxələndirilməsinə və tranzit potensialına ümumi bağlılığı əsas beynəlxalq məsələlərdə tutarlılığını gücləndirir.

İki ölkə arasındakı iqtisadi əməkdaşlıq, Qida Sənayesi, zərgərlik və əczaçılıq kimi ənənəvi sektorlardan kənara çıxır, yenilikçi texnologiyalara və müştərək startaplar və alət layihələri kimi ortaq müəssisələrə diqqət yetirir.

Paşinyan bu yaxınlarda Yerevanda nəqliyyat marşrutlarının şaxələndirilməsi və yeni ixrac-idxal və tranzit əməliyyatlarının öyrənilməsi məsələlərini müzakirə edən Ermənistan-Qazaxıstan Biznes Forumunu yüksək qiymətləndirdi. O, bu səylərdən maddi nəticələr gözləyərək, milli suverenliyə və bərabərliyə hörmətlə regionun logistik imkanlarının genişləndirilməsinə yönəlmiş Ermənistanın “dünyanın kəsişməsi” layihəsinin potensialını vurğulayıb.(Turan)
 
Ardını oxu...
Ermənistan KTMT ölkələri arasında hərbi əməkdaşlığın inkişafı üzrə Hərbi Komitənin iclasında iştirak etməyib.
TEREF oxu.az-a istinadən xəbər verir ki, görüş aprelin 12-də Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərliyi ilə videokonfrans formatında baş tutub.

İclasda Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın nümayəndələri iştirak ediblər. İştirakçılar arasında Ermənistan nümayəndəsi olmayıb.

"Görüş zamanı KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidlər müzakirə edilib”, - məlumatda deyilir.
 
Ardını oxu...
Çin Rusiya və Ukraynaya danışıqlar üçün lazımi şərait yaratmağa hazırdır.

Bu sözləri Çinin BMT-dəki səfirinin müavini Qen Şuan bildirib.
"Çin ədalətli əsasda bütün sülh variantlarını müzakirə etmək üçün Rusiya və Ukraynanı beynəlxalq konfransa vaxtında çağırılmasının tərəfdarıdır. Biz hər iki tərəf üçün danışıqlara lazımi şərait yaratmağa hazırıq", - deyə o qeyd edib.

Qen vurğulayıb ki, döyüş meydanına əlavə silah tədarükü yalnız böhranın pisləşməsi riskini artırır və heç bir halda gərginliyin azaldılmasına kömək etmir.
 
Ardını oxu...
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Fələstinin təşkilatın tamhüquqlu üzvlüyünə qəbulu ilə bağlı razılığa gələ bilməyib.

Üzvlərin 2/3 hissəsi qərarın lehinə, 5 dövlət isə əleyhinə səs verib. Təşkilatın qaydalarına əsasən, şuraya üzvlüklə bağlı qərarlar 15 ölkədən azı doqquzunun razılığı ilə qəbul edilməlidir.

İclasdan sonra Əlcəzair qərar layihəsini yenidən müzakirəyə çıxaracaqlarını bəyan edib. Müşahidəçilərin fikrincə, ABŞ bu dəfə də təklifi veto edəcək. Buna səbəb isə adıçəkilən ölkə ilə İsrail arasındakı sıx müttəfiqlik münasibətləridir.
 
Ardını oxu...
Rusiya və Belarus liderləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında danışıqlar başlayıb.

Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Liderlər arasında danışıqlar artıq başlayıb. Amma mətbuat hələ ki, dəvət olunmayıb”, - deyə məlumatda deyilir.

Qeyd edək ki, Aleksandr Lukaşenko Moskvada işgüzar səfərdədir.
 
Ardını oxu...
Böyük Britaniyanın baş naziri Rişi Sunak İranın İsrailə qarşı cavab təhdidlərini qəbuledilməz adlandırıb.

TEREF report-a istinadən xəbər verir ki, bu barədə "Evening Standard" qəzeti məlumat yayıb.

"İrandan gələn təhdidlər qəbuledilməzdir və biz də amerikalılar kimi İsrailin onlara qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyirik", - Sunak deyib.

Britaniyanın baş naziri həmçinin qeyd edib ki, London İranı regional təhlükəsizliyə əhəmiyyətli təhdid kimi tanıyır və krallıq İran kəşfiyyat xidmətlərinin fəaliyyəti ilə mübarizə aparır.
 
Ardını oxu...
ABŞ Prezidenti Cozef Bayden sabiq keçmiş lider Donald Trampı ölkədəki azadlıq və demokratiya üçün ən böyük təhlükə adlandırıb.

TEREF report-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Donald Tramp çıxışında "Konstitusiyanı məhv edəcəyik" kimi ifadələr işlədir. O, ilk gündən diktator olacaq. Trampın Konstitusiyaya qeyri-sağlam yanaşması var", - C.Bayden vurğulayıb.

D.Tramp konstitusiyanın bəzi maddələrini yersiz hesab edəcəyi təqdirdə onlara əməl etməyəcəyini açıq şəkildə bildirib.
 

Dünyapress TV

Xəbər lenti