Böyük Britaniyanın baş naziri Rişi Sunak İranın İsrailə qarşı cavab təhdidlərini qəbuledilməz adlandırıb.
TEREF report-a istinadən xəbər verir ki, bu barədə "Evening Standard" qəzeti məlumat yayıb.
"İrandan gələn təhdidlər qəbuledilməzdir və biz də amerikalılar kimi İsrailin onlara qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyirik", - Sunak deyib.
Britaniyanın baş naziri həmçinin qeyd edib ki, London İranı regional təhlükəsizliyə əhəmiyyətli təhdid kimi tanıyır və krallıq İran kəşfiyyat xidmətlərinin fəaliyyəti ilə mübarizə aparır.