Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-də ölkədə yerli özünüidarə orqanlarına keçirilmiş seçkinin yekunları ilə bağlı çıxış edib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu seçkinin qalibi öncə ölkə demokratiyası və milli iradədir: “31 mart bizim üçün dönüş nöqtəsidir”.

“Seçkiqabağı proses zamanı 52 müxtəlif şəhərə səfər etdik. Nəticə belə oldu. Seçki imtahanından ümid etdiyimiz nəticəni əldə edə bilmədik. Hər olanda bir xeyir var. Millət son sözünü söylədi, qərarını verdi. Partiyamızın orqanlarında seçkinin nəticələrini dəyərləndirəcəyik. Seçkidəki geriləməyimizin səbəblərini araşdıracağıq. Millətin verdiyi mesajları nəzərə alaraq lazımi addımları atacağıq. Qarşıdakı dörd ildə səhvlərimizi düzəldəcəyik”, - deyə Türkiyə prezidenti qeyd edib.

Qeyd edək ki, seçki marafonunda səslərin 90 faizindən çoxunun sayılmasından sonra Cümhuriyyət Xalq Partiyası birinci, hakim Ədalət və İnkişaf Partiyası isə ikinci sıradadır. Yekun nəticə aprelin 1-də açıqlanacaq.

 
Ardını oxu...
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu seçkinin nəticələri ilə bağlı açıqlama verib.

Bu barədə o, açıqlamasını CHP-nin İstanbul üzrə baş ofisində edib.

"Bizi sevindirən odur ki, rayonlarda hədəflərimizə nail olduq. 14 bələdiyyəmizin hamısı vəzifəsinə davam edəcək. Bundan başqa, 11 bələdiyyədə əldə etdiyimiz məlumatlara əsasən, orada yekunlaşma mərhələsinə qədəm qoyan və nəticələrin aydın olduğunu deyə biləcəyimiz sahələrdir. Xüsusilə Qaziosmanpaşa, Pendik kimi rayonlarda.Onu da bildirmək istəyirəm ki, bir çox rayonlarda rəqabət baş-başa davam edir.

Yoldaşlarımıza çatdırmaq istərdik ki, proseslər hələ bitməyib, məclis üzvlüyü və rayon bələdiyyə sədrləri yekunlaşmayıb. Proses imzalı protokollar qərargahımıza çatdırılana qədər mümkün qədər yaxından izlənilməlidir.

Mənim gözəl həmvətənlərim, biz seçkidə qalib gəldik", - deyə CHP-nin qalib namizədi qeyd edib.
 
Ardını oxu...
“Seçjidə iştirak edən, qalib də olsa da, məğlub da mübarizə aparan bütün namizədlərimizə təşəkkür edirəm”.

Bunu CHP sədri Özgür Özəl bələdiyyə seçkisi ilə bağlı açıqlamasında deyib.

"Namizəd olmaq və təbliğat aparmaq çox vacibdir", -deyən Özəl bu təşkilatın görünməyən qəhrəmanlarına təşəkkürünü ifadə edib.

Çıxış zamanı səsi titrəyən CHP sədri sevinc gözyaşlarına hakim ola bilməyib:

“Bu gün seçicilərimiz çox mühüm qərar qəbul etdilər. Onlar yeni siyasət qurmaq, Türkiyənin 22 illik mənzərəsini dəyişmək və ölkəmizdə yeni siyasi ab-havanın qapısını açmaq qərarına gəliblər”.

 
 
 
Ardını oxu...
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə razılaşmanın şərtlərini dəyişib.

Musavat.com-un xəbərinə görə, ABŞ-ın CBS telekanalına müsahibəsində Ukrayna lideri ilk dəfə bəyan edib ki, Moskva və Kiyev arasında danışıqlar Ukrayna 1991-ci il sərhədlərinə çatana qədər başlaya bilər.

O bəyan edib ki, 2022-ci ilin fevralından sonra Ukraynanın itirdiyi ərazilərə nəzarəti bərpa edəcəyi təqdirdə Kiyevi dəstəkləməyə şübhə ilə yanaşan ölkələrin Rusiyaya dəstəyi dayandıra biləcəyinə inanır və bu, Moskvanı danışıqlar masasına oturtacaq.

Zelenski bundan əvvəl Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımı geri almaq və 1991-ci il sərhədlərinə qayıtmaq məqsədində israr edirdi. Hesab edilir ki, Zelenskinin əsas məqsədi Rusiyanın 2022-ci ilin payızında qondarma referendum keçirməklə ilhaq etdiyini elan etdiyi Ukraynanın Donetsk, Luqanks, Zaporojye və Xersonu geri qaytarmaqdır.

Digər tərəfdən, Washington Post-a danışan Zelenski cəbhə xəttindən geri çəkilməmək üçün yollar axtardıqlarını söyləyib.

Kremlin sözçüsü Dmitri Peskov isə Sputnik-ə açıqlamasında deyib: “Xüsusi əməliyyat başlayandan bəri geosiyasi reallıq dəyişib, Rusiya və Ukraynanın sərhədləri dəyişib və hər kəs Rusiyanın 4 yeni regionunun olduğunu nəzərə almalı olacaq."
 
Ardını oxu...
İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında Qəzzada atəşkəsin tətbiqi üçün dolayı danışıqlar martın 31-də Qahirədə bərpa olunacaq.

Bu barədə Misirin təhlükəsizlik güclərindəki mənbəyə istinadən “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

İsrail və HƏMAS arasında vasitəçi kimi çıxış edən Misir və Qətərin danışıqlar prosesində irəliləyişə nail olmaq üçün səy göstərdiyi iddia edilib.

Bununla belə, Misir hakimiyyəti hələlik məsləhətləşmələrin bərpası ilə bağlı yayılan xəbərlərə rəsmi münasibət bildirməyib.
 
Ardını oxu...
Misir prezidenti Əbdülfəttah əs-Sisinin andiçmə mərasimi aprelin ikisində ölkənin yeni inzibati paytaxtı Yeni Qahirədə keçiriləcək.

Məlumata görə, çərşənbə axşamı səhər Misir Nümayəndələr Palatası (parlament) əs-Sisinin parlamentarilər qarşısında konstitusiya andı içəcəyi yeni iclas zalında toplaşacaq.

Mərasimdən sonra əsas abidələrin önünə əklillər qoyulması və dövlət bayrağının qaldırılması nəzərdə tutulur.

Rəsmi olaraq Misir hakimiyyəti hələlik bu məlumatı şərh etməyib.

Qeyd edək ki, dekabrın 18-də Misirin seçki komissiyası əs-Sisinin prezident seçkisində demək olar ki, 90 faiz səslə qalib gəldiyini açıqlayıb. Misir prezidentinin səlahiyyət müddəti altı ildir. Seçkidə əs-Sisi üçüncü, ölkənin hazırkı konstitusiyasına görə isə sonuncu dəfə namizədliyini irəli sürüb.

Xatırladaq ki, Yeni Qahirənin əsası 2000-ci ildə qoyulub.

Mənbə: TASS
 
Ardını oxu...
“İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası ötən il başa çatıb”.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən “Report”a cavab olaraq bildirilib.

“Cənab səfirin missiyası ötən il yayın sonunda başa çatmışdı. Ancaq ondan tələb olunub ki, münasibətlər normallaşana qədər və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin.

Ona görə qeyd etmək lazımdır ki, cənab səfir Azərbaycan Respublikasının səfirliyi fəaliyyətini bərpa olanadək öz fəaliyyətini davam etdirəcək”, - məlumatda qeyd edilib.

 
Ardını oxu...
PKK terror təşkilatı Ankaranın düşmənlərinin bu günlərdə Rusiyada törədilmiş bənzər qanlı hadisələri Türkiyədə təşkil etmək üçün müraciət edəcəkləri ilk ünvandır.

TEREF modern.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Diyarbəkir vilayətindəki mitinqdə deyib.

Türkiyə lideri “Crocus City Hall”dakı hadisələri qəddarlıqla törədilmiş terror aktı adlandırıb.

“Biz hamımız bu günlərdə Rusiyada törədilmiş qəddar terror aktının şahidi olduq. Hər gün Türkiyədə belə hadisələr təşkil etməyə çalışanlar, ilk növbədə, əlbəttə ki, PKK terrorçularına müraciət edəcəklər”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, güc strukturlarının uğurlu əməliyyatları PKK yaraqlılarının Türkiyənin sərhədləri daxilində aktiv fəaliyyət göstərmək imkanlarını minimuma endirib.

Türkiyə Prezidenti digər terror təşkilatı olan İŞİD-i isə “imperialistlərin əlində oyuncaq” adlandırıb. O əlavə edib ki, bu gün Türkiyənin yerləşdiyi bölgədə böhran və ya silahlı münaqişələrlə üzləşən bir çox dövlətlər var.

“Yaranmış vəziyyətdə Türkiyədə sabitliyin pozulmasının qarşısını almaq, ölkənin təhlükəsizliyini və inkişafını təmin etmək son dərəcə zəruridir”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
 
Ardını oxu...
Novruz bayramı ərəfəsində İran və Azərbaycan prezidentlərinin görüşü ilə bağlı İranın Azərbaycandakı səfiri Abbas Seyid Musəvinin məlumatı təsdiqlənməyib.

Bundan öncə səfir Azərbaycan KİV-ə müsahibəsində bildirib ki, iki ölkənin prezidentləri İran-Azərbaycan sərhədində Xudafərin körpüsü ərazisində görüşəcəklər. Orada Xudafərin və Qız Qalası su-elektrik stansiyaları hidroqovşaqlarının açılış mərasimi olacaq.

Bakı və Tehran səfərin ləğvinin səbəbini açıqlamayıblar. İrandakı bəzi mənbələrə görə, Rəisinin Azərbaycana səfərinin ləğv edilməsinin səbəbi eyni vaxtda NATO baş katibi Stoltenberqin Azərbaycana səfəri ola bilər ki, bu da Tehranın “xoşuna gəlməyə bilər”.(Turan)
 
Ardını oxu...
NATO qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı bəyanatlar üçüncü dünya müharibəsini yaxınlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, indiki geosiyasi vəziyyətdə təkcə görülən hərəkətlər deyil, həm də sözlər önəmlidir.

"NATO üzvü olan bəzi ölkələr adından Ukraynaya qoşun yeritmək imkanından söhbət gedəndə, bu, həqiqətən də təhlükəlidir", - XİN başçısı deyib.

O bildirib ki, bu cür bəyanatlar üçüncü dünya müharibəsi riskini yaxınlaşdırır, ona görə də Macarıstan həmkarlarını və müttəfiqlərini belə təhlükəli bəyanatlardan çəkinməyə çağıracaq.
 

Dünyapress TV

Xəbər lenti