Ardını oxu...
Azərbaycan İspaniyanın Qranada şəhərində planlaşdırılan beştərəfli görüşdən imtina edib.

Qeyd edək ki, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın Baş naziri Olaf Şolzun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh sazişi ilə bağlı görüşün keçirilməsi nəzərdə tutulub.

Lakin Fransa rəsmilərinin ermənipərəst bəyanatları, rəsmi Parisin Ermənistanı silahlandırmağa cəhd etməsi, Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana qarşı ittihamları, o cümlədən Türkiyənin sülh formatında iştirak etməsinə imkan verilməməsi səbəbindən dövlət rəhbəri İlham Əliyev beştərəfli format çərçivəsində keçiriləcək görüşdə iştiraka lüzum görməyib. TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı politoloq Rəşad Bayramov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev çox düzgün və doğru qərar qəbul edib. Onun sözlərinə görə, bu günə qədər sülh prosesi ilə bağlı beştərəfli format çərçivəsində keçirilmiş görüşlər Azərbaycanın maraqlarına heç bir şəkildə cavab verməyib:

“Əslində beştərəfli formatın görüşlərində iştirak edən tərəflərin mövqelərinə baxanda görərik ki, bu, daha çox 4+1, yəni Ermənistan, onun havadarları və Azərbaycan formatına bənzəyir. Xüsusilə, Fransanın son dövrlərdə sərgilədəyi davranışlar və qeyri-obyektiv yanaşması, o cümlədən Ermənistanı silahlandırmağa cəhd etməsi regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına ciddi əngəl yaradır. Fransa Ermənistanı Azərbaycanla sülh sazişi imzalamağa yox, qarşıdurmaya sövq edir.

Paris bu addımlarla Azərbaycana mesajlar ötürür. Eyni zamanda, Almaniya da Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv mövqe sərgiləyir. BMT-nin Təhlükəsizlik Şurasının son iclasında Almaniya XİN rəhbərinin açıqlaması bunu sübut edir. Avropa İttifaqı Şurasının Prezident Şarl Mişelin də eyni mövqedən çıxış etməsini diqqətdən qaçırmaq olmaz. Mişel dünənki çıxışında deyib ki, Rusiya Qarabağ ermənilərinə xəyanət edib. Onun sözündən belə çıxır ki, rus hərbiçiləri Azərbaycan əsgərlərini hədəfə almalı idi.

Bütün bunlar onu deməyə əsas verir ki, hər üç tərəfin Azərbaycanla bağlı mövqeyi üst-üstə düşür. Hər üç tərəf hesab edir ki, Azərbaycanın Qarabağ bölgəsində erməni separatçıları fəaliyyətini davam etdirməli idi, həmçinin onlar ermənilərin hüquqları və təhlükəsizliyinin təminatı adı altında ərazidə beynəlxalq missiyanın yerləşdirilməsinə çalışırdılar. Dövlət başçımızın qətiyyəti nəticəsində onların planları alt-üst olub. Onu da nəzərə almaq lazımdır ki, Qranadada görüşün keçiriləcəyi gün Avropa Parlamentində Azərbaycana qarşı qətnamənin müzakirəsi gözlənilir”.

R.Bayramov vurğulayıb ki, Azərbaycan haqlı olaraq Türkiyənin sülh görüşlərində iştirak etməsini istəyir:

“Birincisi, Avropa İttifaqı sülh prosesində tərəf kimi iştirak edirsə, üzv dövlətlərin ayrı-ayrılıqda tərəf kimi prosesdə iştirakına ehtiyac yoxdur. İkincisi, əgər Ermənistan üçün Fransa önəmlirsə, Azərbaycan üçün də Türkiyə o qədər vacibdir. Ən azından sülh danışıqları Azərbaycan-Ermənistan-Fransa-Türkiyə və ya Azərbaycan-Ermənistan-Türkiyə-Fransa-Almaniya formatı çərçivəsində keçirilə bilər. Beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini və maraqlarını müdafiə edən Türkiyə mütləq sülh prosesində iştirak etməlidir.

Çünki Türkiyə Cənubi Qafqaz regionundakı siyasi prosesləri Almaniya və Fransadan daha yaxşı bilir. Avropa İttifaqı, Fransa və Almaniyanın Türkiyənin bu prosesə qoşulmasına əngəl törətməsinin səbəbi Ankaranın Cənubi Qafqazda güc mərkəzinə çevrilməsindən irəli gələn narahatlıqdır. Almaniya və Fransadan fərqli olaraq Türkiyə Cənubi Qafqazın iki ölkəsi – Gürcüstan və Azərbaycanla daha güclü münasibətlərə malikdir. Türkiyə demək olar ki, Qərbin bütün siyasi oyunlarını pozmağı bacarır”.
 
Ardını oxu...
Kreml Ermənistanın Roma Statutunu ratifikasiya etməsini ikitərəfli münasibətlər baxımından düzgün addım hesab etmir.

Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Kreml Rusiya Prezidenti Vladimir Putinin nə vaxtsa müttəfiq Ermənistana səfərindən imtina etməsini istəməzdi. Rusiya və KTMT ilə əməkdaşlıq Ermənistanın təhlükəsizliyinə tam zəmanət verir. İrəvanın hazırkı rəhbərliyi üçün əlavə suallar yaranıb, bu, yanlış qərardır”, - o bildirib.
Ardını oxu...
“2020-ci ilin noyabrında Vladimir Putin müharibənin dayandırılması ilə bağlı saziş imzalamaqla Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur edib söhbəti yalandır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində jurnalistlərə deyib.

“Ümumi bir anlayış var idi ki, Qarabağın yekun statusu ilə bağlı dialoq davam edəcək. Amma bir il və ya il yarım sonra Baş nazir Paşinyan Praqada keçirilən Avropa sammitində sənəd imzaladı ki, Ermənistan və Azərbaycan arasında Alma-Ata Bəyannaməsinə uyğun olaraq 1991-ci il sərhədlərində bir-birini tanıyır, məsələ bağlandı” - Lavrov deyib.
Ardını oxu...
Lavrov Ermənistanın KTMT-dən mümkün çıxışı ilə bağlı bəyanatlarına münasibət bildirib
Ermənistanın KTMT-dən mümkün çıxışı ilə bağlı bəyanatları suveren seçimdir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Moskva Rusiya-Ermənistan münasibətlərinin pozulmayacağına ümid edir.

"Lakin Moskva ümid edir ki, heç bir müvəqqəti administrasiya bu ölkələr arasında münasibətləri pozmayacaq", - Rusiya XİN başçısı qeyd edib.
 
Ardını oxu...
Bazar ertəsi, oktyabrın 2-də Kiyevdə Avropa İttifaqı Şurasının xarici işlər nazirləri səviyyəsində qeyri-rəsmi iclası keçiriləcək.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel bəyan edib.

"Sabahdan konkret qərarlar gözləməyin, sabah Aİ Şurasının qeyri-rəsmi iclası olacaq, qeyri-rəsmi görüşlər isə konkret qərarların qəbuluna deyil, siyasi müzakirələrə yönəlib", - deyə o qeyd edib.
 
Ardını oxu...
Yalan çıxışlardan qurtulmağın vaxtıdır. Səhv və əsassız iddialar yaymaqla Fransa ictimai rəyə qeyri-sağlam ideyalar aşılamaqdan əl çəkməlidir.

Bu fikirləri Fransadakı səfirimiz Leyla Abdullayeva BFM televiziya kanalında çıxışında deyib.

Ermənilərin Qarabağ ərazisini tərk etməsi ilə bağlı BFM televiziya kanalına dəvət edilmiş səfir Leyla Abdullayeva bildirib ki, ermənilər öz istəkləri ilə gedirlər.

“Bu, etnik təmizləmə deyil, Azərbaycanı əsaslandırılmamış fikirlərlə ittiham edə bilməzsiniz. Yalan çıxışlardan qurtulmağın vaxtıdır”, – deyə L.Abdullayeva eyni platformada yalan iddialar irəli sürən erməniyə cavab verib. Bildirib ki, Qarabağdakı ermənilər özləri qalmaq istəmirlər və onları heç kim məcbur etmir.

“Separatçı respublikanın ləğvi elan edildikdən bir gün sonra əhali Qarabağ bölgəsini tərk etmək qərarına gəldi”, – deyə Leyla Abdullayeva bu ərazinin Bakının suveren torpağı olduğunu bir daha xatırladıb. Qeyd edib ki, beynəlxalq ictimaiyyət, eləcə də Ermənistan da Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu təsdiqləyir.

“Reallıq ondan ibarətdir ki, Azərbaycan hökuməti Qarabağın erməni sakinlərinə yaşayış yerlərini tərk etməməyi deyib”, – deyə Azərbaycan səfiri diqqətə çatdırıb.

Səfir Leyla Abdullayeva 30 il ərzində azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətindən danışaraq, vəziyyəti bir gecədə dəyişməyin mümkün olmadığın deyib. Vurğulayıb ki, Bakı Qarabağ ermənilərinə dialoq aparmağı təklif edib və artıq Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyət orqanı arasında daha yaxşı ünsiyyət qurmaq və problemləri həll etmək üçün görüşlər keçirilib və keçirilməkdə davam edir.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 12-də Qırğızıstana səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan Baş naziri Alıkbek Japarov deyib.

“12 oktyabrda Rusiya Prezidenti Vladimir Putinin səfəri gözlənilir, 13 oktyabrda MDB ölkələrinin liderlərinin sammiti, 25 oktyabrda isə MDB və ŞƏT ölkələrinin baş nazirlərinin sammiti baş tutacaq”, - deyə o bildirib.
 
Ardını oxu...
Hindistanın Xarici İşlər Nazirliyi Əfqanıstan səfirliyinin şənbə gününə qədər Hindistanın paytaxtındakı fəaliyyətini dayandırmaq planlarından bəhs edən məktubu araşdırır.

“Report” xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi məlumat verib.

Xatırladaq ki, Hindistan 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hökumətini tanımır. ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ərəfəsində Hindistan öz əməkdaşlarını Kabildən təxliyə edib və artıq orada diplomatik missiyası yoxdur.
 
Ardını oxu...
Birləşmiş Ştatlar və İran bu ayın əvvəlində İranın milyardlarla dollarlıq vəsaitinin donunun açılması da olmaqla, məhbus mübadiləsi razılaşmasından sonra tərəflərin gizli danışıqlar apardığına dair xəbərləri təkzib edib.

ABŞ rəsmisinin çərşənbə günü Amerikanın Səsinə bildirdiyinə görə, Ağ Evin Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqreqin də iştirakı ilə olmaqla, birbaşa və ya dolayı danışıqlar planlaşdırılmayıb. Rəsmi milli təhlükəsizlik məsələlərini müzakirə etdiyi üçün adının açıqlanmasını istəməyib.

İranın Xarici İşlər Nazirliyi çərşənbə axşamı Britaniyada yerləşən bir media orqanının Tehran rəsmilərinin İranın uranın zənginləşdirmə proqramını azaltması müqabilində sanksiyaları yumşaltmaq üçün Vaşinqtonla birbaşa danışıqlara getməyə icazə verdiyi barədə xəbərini təkzib edib.

İran dövlət mediasının yazdığına görə, nazirlik “Siyasi atmosfer yaratmaq üçün sensasiyalar və media oyunlarından istifadə edilən bu kimi xəbərlər etibarlı deyil” deyib.

Bununla belə, Vaşinqton qapılarını danışıqlara açıq qoyur.

Amerikanın Səsinin ABŞ-ın İranla birbaşa danışıqlara hazır olub-olmadığı ilə bağlı sualına cavabında Dövlət Departamentinin sözçüsü Metyu Miller "Biz həmişə demişik ki, biz İranla diplomatiyaya açığıq. Mən bu cür danışıqların necə olub-olmayacağına toxunmaq istəmirəm, lakin biz diplomatiyanın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ən yaxşı yol olduğuna inanırıq" deyib.

Miller əlavə edib ki, ABŞ danışıqlardan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq da daxil olmaqla, İranın gərginliyi azaldacaq bir sıra addımlar atmasını istəyir.

Bu ayın əvvəlində ABŞ və İran rəsmiləri ABŞ sanksiyalarını pozmaqda ittiham olunan beş iranlının müqabilində İranda həbsdə olan beş amerikalının azadlığa buraxılması və İranın neft gəlirlərinin 6 milyard dollarının donunun açılması ilə bağlı saziş imzalamaqla, böyük diplomatik addım atıb.
Ardını oxu...
Birləşmiş Ştatlar Azərbaycan hökumətinin Dağlıq Qarabağda beynəlxalq müşahidə missiyasına açıq olacağı ilə bağlı mövqeyini “alqışlayır”. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller sentyabrın 27-də keçirdiyi btifinqdə Turanın Vaşinqton müxbirinə bildirib.

“Bu, Katib Blinkenin birbaşa Prezident Əliyevi sövq etməyə çalışdığı bir şeydir və biz onun bununla razılaşdığını görməkdən məmnunuq”, – Miller deyib.

“Biz bu missiyanın necə görünəcəyini dəqiq müəyyən etmək üçün yaxın günlərdə müttəfiqlərimiz və tərəfdaşlarımızla işləyəcəyik”.

Miller onu da qeyd edib ki, USAİD-in administratoru Samanta Pauer və dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kim hazırda Azərbaycandadırlar və orada dövlət katibinin dünən prezident Əliyevlə söhbətində qaldırdığı məsələləri müzakirə edirlər.

“Biz humanitar ehtiyacların qarşılanması üçün atəşkəsin qalmasını istəyirik. Bu, Laçın dəhlizinin açıq saxlanması və humanitar yüklərin gəlməsi mümkünlüyü deməkdir. Və bu, humanitar ehtiyacların ödənilməsini təmin edəcək beynəlxalq müşahidəçi missiyası deməkdir”, – Miller davam etdi.

Nəhayət, Millerin sözlərinə görə, Birləşmiş Ştatlar “ləyaqətli və davamlı sülhün əldə oluna biləcəyi danışıqlar masasına qayıtmaq istəyir”.

TURANın sülh danışıqlarının vəziyyəti ilə bağlı sualına sözçü deyib ki, bu aralarında ciddi fikir ayrılıqları olan iki tərəfdən asılıdır. Onlar özləri razılığa gəlməlidirlər.

“Onları irələliləməyə təkan vermək üçün yə üçün əlimizdən gələni edə bilərik”.

TURAN-ın hazırkı vəziyyətdə Rusiyanın rolu ilə bağlı sualına Miller deyib ki, “Rusiya ötən həftə məhsuldar rol oynamayıb”.

Dünyapress TV

Xəbər lenti