Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) vasitəçiliyi əsasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlandığını açıqlayıb.

Bu barədə o, Litvanın Baş naziri İnqrida Şimonite ilə birgə brifinq zamanı bildirib.

“Vurğulamaq istərdim ki, mənimlə Azərbaycan Prezidenti arasında Brüsseldə keçirilən görüşlər zamanı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlanıb. Bu, Qranadada imzalanan dördtərəfli bəyanatda da öz əksini tapıb”, - o deyib.

Ermənistan hökumətinin başçısı hesab edir ki, tərəflərin bu yol xəritəsinə sadiqliyi sülh prosesini sürətləndirəcək.
 
Ardını oxu...
Prezident Salome Zurabişvilinin həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilini əfv etməsi öz seçicilərinə daha bir xəyanəti olacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Partiya sədri Prezidentin “qırmızı xətt”i keçməyəcəyinə ümid etdiyini deyib.

Kobaxidze qeyd edib ki, Salome Zurabişvili dövlət institutlarına və Konstitusiyaya müharibə elan edib və bu gün baş tutan uğursuz impiçment səsverməsi ilə dövlət “10:0 uduzub”.
 
Ardını oxu...
“17 oktyabr 2023-cü il tarixində Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa Parlamentinin sessiyası zamanı səsləndirdiyi bəyanat, növbəti dəfə bu ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın Avropa Parlamentində çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkmədiyi bir vaxtda özünü sülhsevər, demokratik, beynəlxalq hüquqa hörmət edən ölkə kimi təqdim edən Ermənistandan bu cür iddiaları eşitmək təhqiramizdir.

30 ilə yaxın müddət ərzində bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar törətmiş bir ölkə olan Ermənistanın Azərbaycanı könüllü olaraq Ermənistana getmiş yerli ermənilərin “etnik təmizləməsi”ndə ittiham etməsi əsassız olmaqla yanaşı, regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil edir. Bu, həmçinin 21 sentyabr tarixində Ermənistan ictimaiyyətinə müraciətində Qarabağ bölgəsindəki erməni sakinlərin təhdidlərlə üzləşmədiyini bildirən Ermənistan Baş nazirinin bəyanatlarının bir-biri ilə nə qədər uyğunsuz olduğunu nümayiş etdirir. Eyni zamanda, Ermənistanın tarixin və faktların açıq şəkildə saxtalaşdırılmasında nə qədər məşhur olduğu diqqətə alındıqda, sözügedən ölkənin baş nazirinin bu cür ziddiyyətli açıqlamalarını eşitmək təəccüb doğurmur.

Qranada görüşünün yekun sənədindəki müstəqillik, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, güc tətbiq edilməməsi və güc təhdidindən imtina prinsiplərinə istinad edən Baş nazir Nikol Paşinyan, Ermənistanın bu prinsipləri baş nazirin hakimiyyətdə olduğu 5 il də daxil olmaqla 30 ildən artıq müddətdə pozmasına baxmayaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycanın Ermənistana 5 baza prinsipi təqdim etdiyini unudur.

Laçın yolunun guya “eksterritoriallığ”ı ilə bağlı baş nazirin iddialarına gəldikdə isə, Ermənistanın məkrli addımlarının qarşısını almaq üçün sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməklə hərəkətin təhlükəsizliyini təmin etmək öhdəliyini yerinə yetirən Azərbaycandan fərqli olaraq, Ermənistanın hər vəchlə baş nazirin də birgə imzaladığı Üçtərəfli Bəyanata zidd olaraq, bu yoldan sui-istifadə etdiyini xatırlatmaq lazımdır. Azərbaycan öz ərazisindəki bütün yollar üzərində suverenliyə malik olduğu və bunun əksini sübut etmək cəhdlərinin əsassızlığı qeyd edilməlidir.

Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycana qarşı təcavüz törətdiyini və ərazilərimizi işğal etdiyini diqqətə alındıqda, Ermənistan Baş nazirinin ərazi bütövlüyünə və delimitasiyaya hörməti kvadrat kilometrlə ölçməyə çağırış etməsi ciddi deyil. Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt başqa ölkələrin ərazisinə iddia etməyib.

Ermənistanın Azərbaycan və Türkiyəni blokadada ittiham etməsinin reallıqla heç bir əlaqəsi yoxdur. Ermənistanın hərbi təcavüz və ərazi iddiaları səbəbindən regional layihələrdən təcrid olunması hər kəsə yaxşı məlumdur. Üstəlik, görünür ki, Ermənistan Azərbaycanın öz ərazilərini azad etməsindən sonra da buna son qoymaq niyyətində deyil. Ermənistan tərəfi vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək, eyni zamanda bu istiqamətdə təhlükəsizliyi təmin etmək öhdəliyinin mövcud olduğunu yaxşı bilir. Ermənistanın, həmçinin Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisini təmin etməklə bağlı öhdəliyi mövcuddur. Təəssüf ki, bu ölkə belə bir fürsəti növbəti dəfə əldən verir. İran İslam Respublikasının ərazisi üzərindən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil və dəmir yollarının tikintisi haqqında Sazişin imzalanması bir daha Ermənistandan fərqli olaraq, Azərbaycanın alternativ marşrutlardan istifadə etməklə regionda nəqliyyat dəhlizlərinin inkişafına daim müsbət töhfə verdiyini göstərir.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın Qarabağ regionunda qondarma erməni rejiminin və qanunsuz silahlı qüvvələrin yaratdığı təhlükəni aradan qaldırdıqdan sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövrdə, Ermənistan Baş nazirinin davam edən aqressiv ritorikası sülh perspektivlərinə xələl gətirir”, - XİN-dən bildirilib.
 
Ardını oxu...
İsrail ilə Fələstin arasında davam edən gərginliyin diplomatik yollarla aradan qaldırılması istiqamətində Türkiyənin səyləri davam edir. Bu məqsədlə oktyabrın 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə dövlət və hökumət rəhbəri ilə telefon danışığı olub.
Bakupost.az xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi, Böyük Britaniyanın və Yunanıstanın Baş nazirləri Rişi Sunak və Kiriakos Miçotakis ilə danışıb.
Danışıqlar əsnasında Fələstin-İsrail məsələsindəki son hərbi və humanitar vəziyyət, bölgədəki gərginlik və bunun həlli istiqamətində atılacaq addımlar müzakirə olunub.
Prezident Ərdoğan İsrail ilə Fələstin arasında münaqişələrin tezliklə sona çatmasının regionda və dünya sülhün təmini baxımından vacibliyini vurğulayıb.
Türkiyənin Qəzzaya humanitar yardımların çatdırılması üçün sıx səylər göstərdiyini qeyd edən Türkiyə Prezidenti qarşılıqlı atılacaq müsbət addımların bu məsələnin qalıcı bir həllə gətirib çıxaracağını qeyd edib.
Bildirilib ki, Türkiyə regional və qlobal miqyasda son dərəcə mənfi nəticələri ola biləcək bu münaqişəli prosesə son qoymaq üçün hər cür səyləri göstərir və bu fəaliyyətini davam etdirəcək.
 
Ardını oxu...
Putin İsrail və Fələstin liderləri ilə danışacaq

Putin İsrail və Fələstin liderləri ilə danışıqlar aparacaq.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

O qeyd edib ki, Putin oktyabrın 16-da İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasla danışacaq.

Söhbət zamanı İsrail və Fələstin arasındakı münaqişə ilə bağlı fikir mübadiləsi aparılacağı vurğulanıb.
TASS-
Ardını oxu...
Azərbaycanda fəaliyyət göstərən 23 siyasi partiya Prezident İlham Əliyevə müraciət edib.

Müraciət müəllifləri Azərbaycan bayrağını Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə dalğalandırdığına, ölkənin ərazi bütövlüyünü, suverenliyini bərpa etdiyinə görə İlham Əliyevin siyasətini dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, müraciətə imza atan partiyalar sırasında 4 siyasi təşkilatın adı yoxdur. Onlardan biri qeydiyyatdan keçmək üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmiş və hələ də rəsmi cavab gözləyən Azadlıq partiyasıdır (sədr Əhməd Oruc).

Digərləri Müsavat Partiyası (sədr Arif Hacılı), Azərbaycan Xalq Cəbhəsi Partiyası (sədr Əli Kərimli) və Azərbaycan Xalq Partiyasıdır (sədr Pənah Hüseyn).
Azərbaycan Reallığı
 
Ardını oxu...
"Koreya yarımadasındakı vəziyyətin nizamlanması ilə bağlı danışıqlar dalana dirənib. Hazırda çıxış yolu yoxdur".

Poliqon "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Oleq Burmistrova deyib.

Diplomat qeyd edib ki, hazırda bu regionda vəziyyət "eskalasiyaya doğru deqradasiyaya uğrayır": "Eyni zamanda, burada yerləşən ölkələr arasında münasibətlərin pisləşməsinin əsas səbəbi Cənubi Koreya və ABŞ-ın hərbi fəallığının artmasıdır".

Səfir deyib ki, Vaşinqton və Seul Şimali Koreyanın nüvə təhdidini cilovlamaq bəhanəsi ilə mütəmadi olaraq genişmiqyaslı birgə təlimlər keçirir. Yaponiyadan olan hərbi qulluqçular da tez-tez təlimlərdə iştirak edirlər.

Burmistrovun sözlərinə görə, hər üç dövlət Şimali Koreya ərazisində "baş kəsmə” zərbələri tətbiq edir. Bütün bunların fonunda Pxenyan ölkənin müdafiəsini təmin etmək və nüvə potensialını artırmaq üçün tədbirlər görməyə məcburdur: "Danışıqlar prosesi dalana dirənib. Və ondan çıxmaq perspektivləri, təəssüf ki, indiki mərhələdə görünmür".
 
Ardını oxu...
ABŞ dövlət katibi Entoni Blinken yenidən İsrailə səfər etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Qeyd olunub ki, bu son bir həftə ərzində amerikalı diplomatın Tel-Əvivə ikinci rəsmi səfəri olacaq.

Onun İsrailə oktyabrın 16-da qayıdacağı gözlənilir.

Xatırladaq ki, oktyabrın 11-dən 15-dək Fələstin-İsrail münaqişəsi kəskinləşən zaman Blinkenin Yaxın Şərqə səfəri başlayıb.

O, ilk olaraq İsrailə səfər edib. Daha sonra ərəb ölkələri - İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn və Qətərə gedib və burada dövlətlərin rəsmiləri ilə bölgədəki hadisələri müzakirə edib.
 
  
Ardını oxu...
Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin birinci müddətə prezident seçilməsindən 20 il ötür.

APA xatırladır ki, İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə prezident seçilmiş İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında Azərbaycan dövlətini strateji hədəflərə doğru uğurla aparıb.

İlham Əliyev Azərbaycanın zəngin və qüdrətli ölkəyə çevrilməsi üçün güclü iqtisadi potensialın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, qüdrətli Silahlı Qüvvələrin yaradılması, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsini əsas hədəf müəyyən etmişdi.

Yekunda Azərbaycan regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan söz sahibinə çevrildi.

Prezident İlham Əliyevin parlaq liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycan firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir.

İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük nailiyyətlər əldə edib.

2011-ci ilin oktyabrında Azərbaycanın 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi və iki il ərzində uğurlu fəaliyyəti ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa kimi daimi üzvlərlə birgə Azərbaycanın dünyanın bir nömrəli beynəlxalq təşkilatının ən ali qurumunda iştirakı və sədrliyi ölkənin qazandığı nüfuz və etimadın göstəricisidir.

2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə QH-yə sədrliyi həyata keçirməyə başlayıb. Azərbaycanın sədrliyi dövründə QH-nin beynəlxalq aləmdə nüfuzunun artması və səmərəli fəaliyyəti ölkəmizin Hərəkata sədrliyinin daha 1 il uzadılmasına səbəb olub.

Prezident İlham Əliyevin təşəbbüsü ilə QH pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürüb və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər edib. Azərbaycanın təşəbbüsü ilə QH tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilib.

Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasında İlham Əliyev və Azərbaycan faktoru var.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə iqtisadi göstəricilər aşağıdakı kimidir:

- 2003-2022-ci illərdə Azərbaycanda ÜDM 7.3 milyard dollardan 78.7 milyard dollara yüksəlib;

- dövlət büdcəsinin xərcləri 1.2 milyard manatdan 36.6 milyard manata çatıb;

- strateji valyuta ehtiyatları 1.4 milyard dollardan 66.1 milyard dollara qədər artıb;

- orta aylıq əmək haqqı 77.4 manatdan 839.4 manata yüksəlib;

yoxsulluq səviyyəsi 44.7%-dən 5.5%-ə enib.

Əsası 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlət Neft Fondunun valyuta ehtiyatları dəfələrlə artıb, bu vəsait həm sosialyönümlü layihələrin icrasına, həm də gələcək nəsillərin rifahına xidmət edir.

Prezident İlham Əliyevim hakimiyyəti dövründə ordu quruculuğu ən başlıca, ən prioritet məsələ olub.

2003-cü ildən sonrakı dövrdə hərbi xərclər 15 dəfədən çox artırılıb, ordu ən müasir silahlar və texnika ilə təchiz olunub, müdafiə sənayesi formalaşdırılıb, 20-dən çox hərbi zavod yaradılıb, 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalına başlanılıb, ordunun döyüş qabiliyyəti, hərbçilərimizin peşəkarlığı yüksəldilib, hərbçilərin xidmət və məişət şəraiti yaxşılaşdırılıb.

Yekunda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil olub.

İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkənin ərazi bütövlüyü, 2023-cü ildə 24 saata dövlətimizin suverenliyi tam bərpa olunub.

İlham Əliyev Azərbaycanın işğal altındakı torpaqları azad etməklə həm də ata vəsiyyətini yerinə yetirib. Müstəqillik elan olunandan sonra ilk dəfədir Azərbaycanın suverenliyi onun bütün ərazisini əhatə edir.

Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş yeganə, dünyada isə çox nadir ölkələrdən biridir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilib.

Proqramda nəzərdə tutulmuş 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyub.

Ümumilikdə 2021-2023-cü illərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı baş tutub.

Müharibədən cəmi il yarım sonra - 2022-ci il iyulun 19-dan başlayaraq azad olunmuş ərazilərə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub.

İlin sonuna qədər ümumən 1400-ə yaxın ailə olmaqla, 5000-dən artıq şəxsin geri qayıdışı nəzərdə tutulur.

Cəmi 9 aya Füzuli Beynəlxalq Hava Limanı inşa edilib, Zəngilan hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi davam edir.

22 yol layihəsindən 6-nın tikintisi artıq başa çatıb, Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətləri üzrə tikinti işləri davam etdirilir.

12 yeni Su Elektrik Stansiyası, 12 yarımstansiya istifadəyə verilib.

100 min hektara yaxın sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib.
 

Dünyapress TV

Xəbər lenti