İsrail və HƏMAS arasındakı Qahirə danışıqları nəticəsiz başa çatıb.
Bu barədə “CBS News” telekanalı məıumat yayıb.
Qeyd olunub ki, İsrail Fələstin tərəfinin 6 günlük atəşkəs təklifinə cavab verənədək müzakirələrə qatılmayacaq.
Xarici mətbuatın yazdığına görə, İsrailin baş naziri Benyamin Netanyahu qarşı tərəfə ultimatum göndərərək, Qəzzada hərbi əməliyyatların 7 gün müddətinə dayandırılması razılaşdırılmasa, ÇAXAL ordusu Rəfahda hərbi əməliyyatlara başlayacağını bildirib. Onu da xatırladaq ki, tərəflər HƏMAS-ın saxladığı 130 nəfərdən çox girovun azadlığa buraxılması məsələsində də konsensus əldə edə bilməyiblər.
Bu arada, Vaşinqton indiyədək onların çox az hissəsinin həyatda olduğu ehtimalını açıqlayıb.