Ardını oxu...
“Vladimir Putin 2024-cü il prezident seçkisi kampaniyasında Ukraynaya qarşı müharibə mövzusundan yayınacaq”.

“Dunyaninsesi.Az ” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.

Hesabatda qeyd olunur ki, seçki kampaniyasında “yalnız cəbhədə ciddi, böyük uğurlar olarsa”, müharibə mövzusuna geniş şəkildə toxunulacaq. Mövqe müharibəsinin davam etdirilməsi mövzusundan isə yan keçiləcək. Ümumilikdə Putinin seçki kampaniyasının əsas tezisləri Rusiya daxilindəki stabillik və Qərbin tənqidi olacaq. Məsələ ondadır ki, ictimai rəy sorğularının nəticələrinə görə Putin hər dəfə öz çıxışını Qərbin tənqidi üzərində quranda, onun Rusiya daxilində reytinqi yüksəlir. Rəsmi təbliğatın bu “uğuru” nəticəsində hazırda Putinin reytinqi təxminən 80 faiz civarındadır.

ISW yazır ki, seçki kampaniyasında Putin “Rusiyanın sakitlik adasına çevirmiş lider” kimi təbliğ ediləcək. Rəsmi təbliğat maşınına isə tapşırılıb ki, Rusiya stabillik və inkişaf ölkəsi kimi təsvir olunarkən, ABŞ və Qərb çökməkdə olan, eyni zamanda həm Ukraynaya, həm də İsrailə kömək etmək imkanını itirmiş qüvvə kimi təqdim olunsun.

Ìnstitutun mütəxəssisləri hesab edirlər ki, Rusiya daxilində hazırkı vəziyyətdə Putin hakimiyyəti üçün hər hansı ciddi təhlükə və təhdid yoxdur. Bu baxımdan hər hansı fors-major hadisə baş verməsə, onun növbəti dəfə prezident seçiləcəyi heç bir şübhə doğurmur.

Onu da qeyd edək ki, bir müddət əvvəl Putinin sözçüsü Dmitri Peskov prezident seçkisində Putinin rəqib tanımadığını, onun 90 faizdən artıq səs toplayacağını demişdi və əlavə etmişdi ki, ”nəzəri cəhətdən bu seçkini keçirməmək də olar”…
 
Ardını oxu...
 43  09.11.2023 10:33  Siyasət A  A 

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 16-cı sammitində iştirak edir.

Musavat.com xəbər verir ki, tədbirə həmçinin İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçıları da qatılıblar.

Qeyd edək ki, tədbirin keçirilməsi barədə razılıq İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin XİN başçıları Şurasının oktyabrın 10-da Şuşa şəhərində keçirilmiş 27-ci iclasında əldə olunub.

Ardını oxu...
Mark Libbi ABŞ-nin Azərbaycandakı yeni səfiri təyin olunub.

“Report” Senatın Mətbuat Qalereyasına istinadən xəbər verir ki, Senat (Konqresin yuxarı palatası) səsvermə yolu ilə Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib.

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatıb.

2022-ci ilin may ayının 25-də ABŞ Prezidenti Cozef Bayden diplomatın Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb.
Ardını oxu...
Ancaq bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Elə həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb.

Baydenin Azərbaycana səfir namizədi Mark Libbi Vaşinqtondakı Milli Hərbi Kollecdə çalışıb. Libbi 2021-ci ilin iyun ayınadək ABŞ-nin Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib.

O, həmçinin, müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.
 
Ardını oxu...
Türk Dövlətləri Təşkilatı Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Bu barədə TDT “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“Azərbaycan Respublikasının 9 Noyabr - Dövlət Bayrağı Günü mübarək!”, - təşkilatın təbrik mətnində qeyd olunub.
Ardını oxu...
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçiriləcək 16-cı Zirvə Toplantısında iştirak etmək üçün 8-9 noyabr 2023-cü il tarixlərində Özbəkistana səfər edəcək.

Noyabrın 9-da keçiriləcək sammitin iclasında çıxış edəcək Ərdoğan, toplantı çərçivəsində iştirakçı liderlərlə də ikitərəfli görüşlər keçirəcək.

Sammit çərçivəsində Türkiyənin qurucu üzvü olduğu qurumun fəaliyyətinin səmərəliliyinin artırılması, üzv ölkələr arasında ticarət, nəqliyyat şəbəkələri və əlaqələrin yaxşılaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır.

Xatırladaq ki, ötən həftə Prezident R.T.Ərdoğan Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısında iştirak edib.
 
Ardını oxu...
İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanına səfər edəcək.

Bu barədə İranın “Etemad” qəzeti məlumat yayıb.

Səfərdə məqsəd İslam Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın 12-də Ər-Riyadda keçiriləcək fövqəladə sammitində iştirak etməkdir.
Ardını oxu...
Bu, növbəti aralıq görüşdən başqa bir şey olmayacaq

ABŞ Prezidenti Co Bayden və Çin rəhbəri Si Cinpin yaxın vaxtlarda San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində görüşə bilərlər. Ağ Evin mətbuat katibinin müavini Emili Simons bildirib ki, ABŞ və Çin məsələ ilə bağlı prinsipial razılığa gəliblər. Çin də belə bir görüşün təşkili üzərində işləməyə hazır olduğunu rəsmən bəyan edib.

Bundan əvvəl, oktyabrın sonunda Çinin xarici işlər naziri ABŞ-a səfər edərək dövlət katibi Antoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla danışıqlar aparıb.

Ümumiyyətlə, bu görüşdən ciddi bir şey gözləmək lazım deyil, çünki müzakirə olunacaq əsas məsələ Çin və ABŞ-ın rəqabətini necə tənzimləyə bilməkdir. Yəni söhbət bu rəqabətin müəyyən çərçivəsini, “qırmızı xətləri” müəyyənləşdirməkdən gedir. Düşünürəm ki, ABŞ və Çin arasında münasibətləri elə stabilləşdirməkdən danışacaqlar ki, onlar arasındakı rəqabət nəzarətdən çıxmasın və idarəolunmaz eskalasiyaya doğru sürüşməsin. Məsələn, "Tayvanda vəziyyətin gərginləşməsinin qarşısını necə almaq olar?" müzakirə olunacaq.

Ancaq inanmıram ki, onlar Ukrayna və ya Yaxın Şərq kimi bəzi məsələlərdə birgə koordinasiya ilə bağlı razılığa gələ bilsinlər. Düşünmürəm ki, onlar Ukraynada müharibəni necə bitirmək və ya İsraillə nə etmək kimi mikro-idarəetmə səviyyəsində hər hansı bir məsələdə razılaşacaqlar. Bu səviyyədə müzakirələr inkişaf etməyəcək, çünki onların bu məsələdə qütb mövqeləri var.

ABŞ-ın həqiqətən edə biləcəyi yeganə şey Rusiyaya açıq-aşkar irimiqyaslı hərbi təchizatla kömək etmək deyil, münasibətləri sabitləşdirmək üçün razılaşmalar çərçivəsində Çini təşviq etməkdir. Ancaq yenə də bu, onların rəqabətini tənzimləmək üçün əsas yarada biləcək “qırmızı xətlərdən” biridir.

Çox güman ki, müzakirə Çinin mikroçip tədarükündən kənara çıxmaması, yəni Rusiyaya birbaşa hərbi təchizat etməməsi və məsələn, ABŞ-ın Tayvanın müstəqilliyi ideyasını açıq şəkildə dəstəkləməyəcəyi ilə bağlı olacaq. Yaxud Çinin daxili işlərinə qarışmaq və ya məsələn, yeni ticarət mübahisələri olmayacaq.

Yəni söhbət bütünlüklə bəzi şeyləri geri qaytarmaqdan getməyəcək, əksinə, tərəflərin indi etdiklərindən artıq iş görməməsini təmin etməkdən ibarət olacaq. Bu, növbəti aralıq görüşdən başqa bir şey olmayacaq.

Müəllif: İlya Kusa - Ukrayna Gələcək İnstitutunun analitik mərkəzinin Yaxın Şərq məsələləri üzrə eksperti.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
 
Ardını oxu...
ABŞ dövlət katibi Antoni Blinkenin səfəri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstin-İsrail münaqişəsinin nizamlanmasına dair Ankaranın dörd təklifini ona təqdim edəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Blinkenin Fidanla sabahkı görüşündə Türkiyənin gündəmində 4 mühüm mövzu var. Bunlar dərhal atəşkəsin elan edilməsi, münaqişənin regiona yayılmasının qarşısının alınması, qarant ölkələrin formalaşdırılması və humanitar yardımdır.

Türkiyə və bəzi bölgə ölkələri atəşkəs üçün səylər göstərərkən, ABŞ və Qərb ölkələri İsraili dəstəkləməyə davam edir”, - məlumatda deyilir.

Mənbə: “Yeni Akit”
 
Ardını oxu...
 

Türkiyə ana müxalifət-Cümhuriyyət Xalq Partiyası 38-ci qurultayını keçirib. 17 saatdan çox davam edən qurultayda partiya başqanı seçimi olub. Seçkidə Kamal Kılıçdaroğlunun rəqibi Özgür Özəl olub.

İlk turda partiyada dəyişiklik tərəfdarının namizədi olan Özgür Özəl qurultay nümayəndələrinin 682, Kılıçdaroğlu isə 662 səsini qazanıb. Başqan seçilmək üçün isə 684 səs lazım idi, o səbəbdən ikinci tura ehtiyac olub. Bakı vaxtilə saat 04-20 radələrində ikinci turun nəticələri açıqlanıb.

Məlum olub ki, ikinci turda Özgür Özəl 812, Kılıçdaroğlu 536 səs alıb.

Beləliklə, 100-dən çox CHP-li deputatın və İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun da dəstəklədiyi 49 yaşlı Özgür Özəl CHP-nin 13 illik başqanı Kamal Kılıçdaroğluya qalib gələrək 8-ci partiya lideri seçilib. Qalibi də, nəticələri də İmamoğlu elan edib. İmamoğlu deyib ki, nəticə də uduzan olmayıb, qazanan CHP cameəsi olub.

Sonra yeni başqana söz verilib. Özgür Özəl deyib ki, CHP yeni Türkiyə 100 ilində başqan seçilməsi qürurvericidir. O, CHP nin bütün başqalarının adını çəkib, Kılıçdaroğlunu xüsusi təşəkkür edib. Onun dediyinin görə, ilk turdan sonra Kılıçdaroğlu onu təbrik edib. Yeni başqan deyib ki, CHP-dəki məyusluq tezliklə ümidlə əvəz ediləcək. O bələdiyyə seçkiləri üçün partiyanı səfərbərliyə çağırıb.

Kılıçdarlğıunun başqanlıqdan getməsi ilə partiyada ciddi dəyişikliklər, istefalar olacağı gözlənilir.

Musavat.com

Ardını oxu...
Türkiyənin ana müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında sədr seçkisi baş tutub.

Partiyanın başqanlığı uğrunda əsas iki nəfər - hazırkı sədr Kamal Kılıçdaroğlu və Özgür Özel mübarizə aparıb.

Nəticədə Kamal Kılıçdaroğlu 664 səs, Özgür Özel isə 682 səs toplayıb.
Lakin iki namizəddən birinin lazımı səs üstünlüyü olmadığından seçki ikinci tura qalıb.

Mənbə: Medyascope
 

Dünyapress TV

Xəbər lenti