1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-
də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik
əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi
partiyalar və digər qurumlar yaranmağa başlamışdı.
Belə çətin və ağır vaxtlarda respublikada yeni siyasi düşüncəli, dövlət
quruculuğunu və idarəetməçiliyi mükəmməl bacaran, yeni sosial təbəqənin
maraqlarını ifadə edən və o zaman ki, çox səriştəsiz hakimiyyətə qarşı
müqavimət göstərə biləcək yeni bir təcrübəli komandanın və ictimai-siyasi
bir peşəkar təşkilatın formalaşmasına ehtiyac yarandı.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı
“Səs” qəzeti vasitəsilə xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və
böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyevə Qurtuluş
hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Heydər Əliyev o
dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinə sədrlik edirdi. Ümummilli liderimiz xalqın çağırışına səs verdi və
nəhayət, 1992-ci il 21 noyabr günü Azərbaycanın yeni müasir ictimai-siyasi
dövrünün ən əlamətdar və ən önəmli və unudulmaz təqvimlərindən biri kimi
tarixə düşdü. Naxçıvanda təsis konfransı keçirilərək Yeni Azərbaycan
Partiyası yaradıldı və Heydər Əliyev YAP-ın sədri seçildi.
Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində,
ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Yeni Azərbaycan
Partiyasının yaradılması Azərbaycan xalqının taleyini dəyişən əzəmətli
hadisələrdən biri kimi yaddaşlara həkk oldu.
Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni
iqtisadi, siyasi və sosial münasibətlərinin, demokratik dövlət quruculuğu və
vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılması və ümumiyyətlə bütün
sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlandı və həyata keçirilməsi
başladı. Azərbaycanın çətin və ağır dövründə hakimiyyətə qayıdan Heydər
Əliyev həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək müstəqil
Azərbaycan dövlətinin BANİSİ və QURUCUSUNA çevrildi.
Demək olar ki, bu gün Azərbaycanın bütün uğurlarında YAP-ın böyük
rolu var. Partiyanın prezident, parlament, bələdiyyə kimi seçkilərdə
qazanılan bütün qələbələri Azərbaycan xalqının Yeni Azərbaycan
Partiyasına olan etibar və güvəninin bariz nümunəsidir. Xalq öz liderinə
inanır və liderin də xalqa olan inamı günü-gündən artır.
Odur ki, mən, öz növbəmdə Yeni Azərbaycan Partiyasının veteranı
kimi bütün YAP üzvlərini və İlham Əliyev kimi liderimizlə dinc və firavan
gələcəyə inanan və irəliləyən Azərbaycan xalqını YAP-ın yaradılmasının
31-cu ildönümü münasibətilə təbrik edirəm.
Müəllif: İsrafil Kərimov – YAP veteranı, AJB-nin üzvü
Teref. Xocanın Blogu