Bir çox Avropa ölkələri Rusiyaya zərər vermək fikrinə o qədər aludə olublar ki, bunun üçün öz ziyanlarına hərəkət etməyə hazırdırlar.
Aİ-nin yaşıl siyasəti uğursuzluğa məhkumdur. Əgər Brüssel Rusiya uranının idxalını qadağan etmək qərarına gəlsə, onun üçün xüsusi olaraq Rusiyadan olan yanacaqdan ötrü nəzərdə tutulmuş reaktorların təhlükəsizliyini təmin etmək çətin olacaq.
Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin birinci Avropa departamentinin direktoru Artem Studennikov bildirib.
Bundan əvvəl Belçikanın energetika naziri Tinne van der Straten ölkəsinin Rusiya Federasiyasından atom elektrik stansiyaları üçün uranın tədarükündən ötrü yeni müqavilələrin bağlanmasına qarşı ümumavropa səviyyəsində çıxış etməyə hazır olduğunu bəyan edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi vurğulayıb ki, Belçika və bir çox digər Avropa ölkələri Rusiyaya zərər vermək fikrinə o qədər aludə olublar ki, bunun üçün öz ziyanlarına hərəkət etməyə hazırdırlar.
Studennikov "RİA Novosti" ilə söhbətində qeyd edib: "Eyni intihar məntiqi - Avropa İttifaqında yerləşən atom elektrik stansiyaları üçün Rusiya uranının alınması üçün yeni müqavilələrin imzalanmasını qadağan etmək istəyindədir".
O xatırladıb ki, Belçika hökuməti sanksiyaların doğurduğu enerji böhranı səbəbindən atom elektrik stansiyalarının istismar müddətini birbaşa 10 il, 2035-ci ilə qədər uzatmaq məcburiyyətində qalıb.
"Lakin hətta bunu nəzərə alsaq belə, qarşıdakı istilik mövsümlərində güclü istilik çatışmazlığı və yüksək elektrik tariflərinin davam edəcəyi proqnozlaşdırılır" - diplomat sözünü yekunlaşdırıb.
Xatırladaq ki, mayın 13-də ABŞ Prezidenti Co Bayden Rusiya uranının idxalını qadağan edən qanunu imzalayıb. Rusiya Mühəndislər İttifaqının birinci vitse-prezidenti İvan Andrievskinin fikrincə, bu qərar ABŞ-da nüvə reaktorlarının bağlanmasına səbəb ola bilər.
Sputnik.